Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq və həmin Qanunun müddəalarından irəli gələn tədbirləri həyata keçirmək məqsədi ilə qərara alıram:

1. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə proqram təsdiq edilsin (əlavə olunur).

2. Fərmanın icrasına nəzarət Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılsın.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 15 iyul 2000-ci il
                     № 371

 


Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə

PROQRAM

 

1. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair təşkilati, qanunvericilik, beynəlxalq və digər tədbirlər


N-si

Tədbirlər

İcraçı orqan

İcra müddəti

1.1.

"2000-ci ilədək narkomanlığın yayılması, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı" 1997-2000-ci ilədək Ümummilli Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının yekunları təhlil edilsin və müvafiq tədbirlər görülsün

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası

2000-ci il

1.2.

Narkotiklərin qanunsuz dövriyyəsi və onların sui-istifadəsi ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədi ilə birgə əməliyyat müşavirələri və kollegiya iclasları keçirilsin, bu sahədə əlaqəli məlumat mübadiləsi genişləndirilsin

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Respublika Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, digər əlaqədar təşkilatlar

Mütəmadi və hər ilin yekununda

1.3.

Narkotiklərlə bağlı cinayətkarlığın son 10 ildə respublikada vəziyyəti, dinamikası, strukturu şəhər, rayon və bölgələr üzrə hərtərəfli təhlil edilsin, ümumiləşdirilsin və müvafiq tədbirlər görülsün. Araşdırmanın nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim olunsun

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi

2001-ci il

1.4.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə müsbət göstəricilər əldə etmiş əməkdaşların respublika toplantısı keçirilsin, onların qabaqcıl iş təcrübəsi ümumiləşdirilsin və yayılsın

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Respublika Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

Hər il

1.5.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən və ixtisaslaşan orqanların əməkdaşlarının peşəkarlığının artırılması, fəaliyyətinin səmərəliləşdirilməsi və təkmilləşdirilməsi üçün inkişaf etmiş ölkələrin bu sahədə qabaqcıl iş təcrübəsi öyrənilsin, ümumiləşdirilsin və xidməti işdə istifadə edilsin. Bu istiqamətdə geniş informasiya mübadiləsi yaradılsın, seminarlar, elmi-praktiki konfranslar və məşğələlər keçirilsin, təlimat, icmal, tövsiyələr və əyani vəsaitlər hazırlansın

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, narkomanlıqla mübarizə üzrə qeyri-hökumət təşkilatları

Mütəmadi

1.6.

Narkotiklərin qanunsuz dövriyyəsi və sui-istifadəsinə qarşı mübarizədə iştirak edən dövlət qurumlarının tərkibi nəqliyyat, rabitə, müasir texniki vasitələr, intellektual və peşəkar kadrlar hesabına gücləndirilsin, əlavə qüvvələrlə təmin edilsin, vəziyyəti baxımından mürəkkəb olan şəhər və rayonlarda daxili imkanlar hesabına yeni qurumlar yaradılsın

Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi

2000-2006-cı illər

1.7.

Ölkənin sərhədyanı yaşayış məntəqələrində narkomanlıqla bağlı yaranmış real vəziyyəti nəzərə almaqla, bu inzibati ərazilərdə narkomaniyaya qarşı mübarizə gücləndirilsin və antinarkotik tərbiyə, təbliğat, maariflənmə, müalicə-bərpa sahəsində fəaliyyət genişləndirilsin

Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2000-2006-cı illər

1.8.

Cinayətkarlıqla mübarizədə dövlətlərarası qarşılıqlı hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin tələblərinə uyğun olaraq, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı problemlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri gücləndirilsin. Qonşu ölkələrlə narkotiklərin qanunsuz dövriyyəsi və daşınmasının qarşısının alınması üçün ikitərəfli və çoxtərəfli saziş və razılıq əldə olunsun

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Respublika Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi

2000-2006-cı illər

1.9.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin işləmə mexanizminin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliyinin öyrənilməsi istiqamətində elmi və praktiki araşdırmalar aparılsın

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ali Məhkəmə, "Antinarkotizm" Beynəlxalq Elmi-Analitik Mərkəz və digər qeyri-hökumət təşkilatları

Mütəmadi

1.10

Narkotiklərin qanunsuz dövriyyədən çıxarılması sahəsində qabaqcıl iş təcrübəsinə, mükəmməl qanunvericiliyə, narkotiklərə tələbatın azaldılmasında və narkomaniya xəstəliyinin müalicəsində yüksək göstəricilərə malik olan dövlətlərlə (qeyri-hökumət təşkilatlan da daxil olmaqla) qarşılıqlı əlaqələr və əməkdaşlıq genişləndirilsin, bu sahədə həmin ölkələrdə mövcud olan proqramlar üzrə müsbət iş təcrübəsi öyrənilsin və nəticələr ümumiləşdirilərək müvafiq qurumların fəaliyyətində tətbiq edilsin

Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Səhiyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, "Antinarkotizm" Beynəlxalq Elmi-Analitik Mərkəz və narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

2000-2006-cı illər

1.11.

Narkotik vasitələrin "nəzarətli göndərişləri" üzrə xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılsın və həmin məqsədlə müvafiq normativ sənədlər işlənsin

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi

2000-2004-cü illər

1.12.

BMT-nin Narkotik Vasitələrə Nəzarət Proqramının tövsiyələrini nəzərə alaraq, müsadirə edilmiş narkotik vasitələrin bəzi sərhəd rayonlarında səfirliklərin, mətbuat nümayəndələrinin iştirakı ilə məhv edilməsi tədbirləri təşkil edilsin

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Respublika Baş Prokurorluğu və digər əlaqədar orqanlar

Hər il

1.13.

Cinayətkarlığın (narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi də daxil olmaqla) problemlərinin araşdırılmasına xidmət edən elmi tədqiqat, proqnozlaşdırma işləri üzrə hökumət və qeyri-hökumət qurumlarının təsis olunması müsbət həll edilsin və onların qarşılıqlı əməkdaşlığı təmin edilsin

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası

Mütəmadi

1.14

Azərbaycanın istehlak məkanına daxil olan narkotik xassəli bitkilərin, sintetik narkotik vasitələrin mövcud və yeni növlərinin müəyyən edilməsinin (tanınmasının), yayılmasının öyrənilməsi üçün kataloqlar, onların yayılma arealını göstərən xəritələr, digər metodik vəsaitlər hazırlansın. Bu sahədə xarici ölkələrlə sıx əlaqələr yaradılsın

Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi

2000-2003-cü illər

1.15.

BMT-nin narkotiklərə nəzarət üzrə konvensiyaları Azərbaycan dilinə tərcümə edilsin, mətbuat səhifələrində təbliği və şərhi işıqlandırılsın, konvensiyaların tələb və tövsiyələrindən irəli gələn vəzifələr respublikada tətbiq olunsun

Hüquq mühafizə orqanları, narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

2001-ci il

1.16.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə problemləri ilə əlaqədar beynəlxalq simpozium və müşavirələrin, BMT-nin Narkotik Vasitələrə Nəzarət Proqramının sənədlərindən irəli gələn tövsiyə və təklifləri öyrənilsin və praktiki fəaliyyətdə istifadə olunsun

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası

2000-2006-cı illər

1.17.

Müstəqil Dövlətlər Birliyi iştirakçıları arasında qarşılıqlı əməkdaşlıq haqqında bağlanmış müqavilələrə əsasən narkotiklərlə bağlı mübarizəyə həsr edilmiş növbəti müşavirənin Bakı şəhərində keçirilməsi məsələsinə baxılsın

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi

2000-2002-ci illər

1.18.

Beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və buna qarşı mübarizə məsələləri ilə bağlı vəziyyəti geniş auditoriyaya çatdırmaq məqsədi ilə ölkəmizin müvafiq dövlət və qeyri-hökumət təşkilatları tərəfindən hazırlanmış geniş məlumat sənədlərinin yayılması təmin edilsin

Xarici İşlər Nazirliyi

2000-2006-cı illər

1.19.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə respublikanın dövlət təşkilatları ilə yanaşı qeyri-hökumət təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakı təmin olunsun

Xarici İşlər Nazirliyi

2000-2006-cı illər

1.20

Azərbaycan müəlliflərinin narkotiklərlə mübarizəyə həsr olunmuş nəşrlərinin ingilis dilinə tərcüməsi və xaricdə yayılması, habelə xarici nəşrlərin respublikada yayılması təmin olunsun

Xarici İşlər Nazirliyi

2000-2006-cı illər

1.21.

1999-cu il aprel ayının 24-də GUÖAM dövlətlərinin başçıları tərəfindən qəbul olunmuş birgə Vaşinqton Bəyanatının müvafiq bəndinə əsasən, bu qurumun çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair əməkdaşlıq planı işlənib hazırlansın

Xarici İşlər Nazirliyi

2000-2001-cıiller

1.22.

TRASEKA layihəsində iştirak edən dövlətlər arasında narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın təşkil edilməsinə dair Azərbaycan Respublikasının təşəbbüsü irəli sürülsün

Xarici İşlər Nazirliyi

2000-2001-cı illər

1.23

Bu Proqramda nəzərdə tutulmuş tədbirlərin müvafiq nazirliklər və digər təşkilatlar tərəfindən yerinə yetirilməsinin vəziyyəti təhlil olunsun, hesabatlar dinlənilsin və müzakirə edilsin

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, müvafiq nazirliklər və digər təşkilatlar

Mütəmadi

2. Narkomanlıqla mübarizə üzrə ümumi və fərdi profilaktik tədbirlər

2.1

"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Qanunun tələblərini ictimaiyyətin diqqətinə çatdırmaq, geniş şərhini və izahını təşkil etmək məqsədi ilə mətbuat orqanlarının, televiziya və radionun imkanlarından istifadə olunması, dəyirmi masa, elmi-praktiki konfransların keçirilməsi, mühazirələrin oxunması təmin edilsin

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Elmlər Akademiyası, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

Mütəmadi

2.2.

Ümumtəhsil məktəblərində sağlam həyat tərzi, narkomanlığın cəmiyyətə ziyanı haqqında tədbirlər planlaşdırılsın, o cümlədən: asudə vaxtın səmərəliliyi üçün müxtəlif məşğələlər təşkil edilsin, elmi-praktiki konfranslar keçirilsin, tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular daxil edilsin, kütləvi idman tədbirlərinin keçirilməsi üçün müvafiq şərait yaradılsın, əyani təbliğat vasitələrindən geniş istifadə olunsun və s.

Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, yerli icra hakimiyyəti və bələdiyyə  orqanları,  "Antinarkotizm"  Beynəlxalq  Elmi-Analitik Mərkəz və narkomanlıqla mübarizə sahəsində digər qeyri-hökumət təşkilatları

Mütəmadi

2.3.

Respublikanın ali təhsil müəssisələrində cəmiyyətdə sabit antinarkotik milli mövqeyin formalaşdırılması məqsədi ilə dərs vəsaitlərinin hazırlanması, tədris olunması, mühazirələrin oxunması nəzərdə tutulsun

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi, Elmlər Akademiyası

Mütəmadi

2.4.

Gənc nəslin tərbiyəsində, maariflənməsində və narkomanlığın zərərinin təbliğində din xadimlərinin, əmək və müharibə veteranlarının, qadınlar təşkilatlarının və digər ictimai qurumların rolunun vacibliyini nəzərə alaraq, onların bu tədbirlərdə fəal iştirakı təmin edilsin

Narkomanlığa          Narkotik     Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Qafqaz Müsəlmanları Ruhani İdarəsi, Əmək və müharibə veteranları  təşkilatı,  Qadın Problemləri üzrə  Dövlət Komitəsi,  Gənclər və İdman Nazirliyi, narkomanlıqla mübarizə sahəsində digər qeyri-hökumət təşkilatları və ictimai qurumlar

Mütəmadi

2.5.

Antinarkotik təbliğat, tərbiyə, maariflənmə, narkomanların müayinəsi, müalicəsi və bərpası sahəsində fəaliyyət göstərən qeyri-hökumət qurumlarının elmi-praktiki imkanlarından geniş istifadə olunsun, narkomaniya xəstəliyinə tutulmuş şəxslərin anonim müalicəsini təmin edən, müasir avadanlıqla təchiz olunmuş, beynəlxalq təcrübədən istifadə edən regional qeyri-hökumət klinikasının və bərpa Mərkəzinin yaradılması məsələsinə müvafiq qaydada baxılması tövsiyə edilsin. Dövlət strukturları ilə yanaşı qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi qrantlar şəklində müsabiqə yolu ilə konkret layihələr əsasında həyata keçirilsin

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Səhiyyə Nazirliyi, "Antinarkotizm" Beynəlxalq Elmi-Analitik Mərkəz və narkomanlıqla mübarizə sahəsində digər qeyri-hökumət təşkilatları

2000-2006-cı illər

2.6.

Narkotiklərin təzahürlərinin qarşısını almaq, bu istiqamətdə profilaktik tədbirləri həyata keçirmək, həmin əməllərin törədilməsinə şərait yaradan səbəbləri aradan qaldırmaq məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrumetmə yerlərində cəza çəkən məhbuslar arasında sorğular keçirilsin. Əldə edilmiş nəticələr həmin profilaktik tədbirlərin həyata keçirilməsində nəzərə alınsın

Ədliyyə Nazirliyi, narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

Hər il

2.7.

Təhsil sistemi və səhiyyə müəssisələrində, hüquq mühafizə orqanları işçiləri, hərbi xidmətə çağırılan gənclər və hərbi qulluqçular arasında məqsədli sosioloji sorğular keçirilsin, nəticələri ümumiləşdirilsin və təkliflər hazırlansın

Narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

Hər il

2.8.

Narkotiklərlə mübarizədə iştirak edən dövlət strukturları əməkdaşlarının nəzəri və praktiki biliklərini təkmilləşdirmək və genişləndirmək, antinarkotik təbliğatın metodikası və taktikasına yiyələnmək məqsədi ilə müxtəlif yönümlü praktiki məşğələlər və seminarlar keçirilsin

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

Mütəmadi

2.9.

Narkomaniyaya qarşı mübarizə üzrə qeyri-hökumət qurumlarının yaranma zərurəti, məqsəd və vəzifələri mətbuat, televiziya və radio verilişləri vasitəsi ilə ictimaiyyətin nəzərinə çatdırılsın, onların dövlət və digər maraqlı təşkilatlarla işgüzar əlaqələrinin möhkəmləndirilməsinə şərait yaradılsın

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, narkomanlıqla mübarizə üzrə qeyri-hökumət təşkilatları

Mütəmadi

2.10.

Narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmamışların yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələr genişləndirilsin, onların profilaktiki tədbirlərlə əhatə olunması təmin olunsun

Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları və s.

Mütəmadi

2.11.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotiklərdən sui-istifadə ilə əlaqədar məsuliyyətə cəlb edilmiş yetkinlik yaşına çatmamışların işləri üzrə təhqiqat, ibtidai və məhkəmə istintaqı dövrünü əhatə edən araşdırmalar aparılsın, onlar tərəfindən cinayət törətməsini doğuran səbəb və şərait öyrənilsin və bunun qarşısının alınması üçün tədbirlər görülsün

Respublika Ali Məhkəməsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

Hər il

2.12

Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı haqqında proqramlar və silsilə verilişlər, xüsusi qısa və iri metrajlı kino və telefilmlər, reklamlar hazırlansın və kütləvi informasiya vasitələri ilə əhali arasında yayılsın

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Mətbuat və İnformasiya Nazirliyi, Səhiyyə Nazirliyi, hüquq mühafizə, icra hakimiyyəti orqanları, narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

2000-2006-cı illər

2.13.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanuni dövriyyəsinin vəziyyəti öyrənilsin və bu sahədə yol verilmiş nöqsanlar aradan qaldırılsın

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Respublika Baş Prokurorluğu

2000-2006-cı illər

2.14

Narkotiklərin qanunsuz dövriyyəsi və sui-istifadəsi ilə əlaqədar istintaq və məhkəmə orqanlarında icraatda olan cinayət işləri üzrə təhlil, araşdırma və ümumiləşdirmə aparmaqla, bu cinayət əməllərini doğuran səbəb və şərait müəyyənləşdirilsin və onların aradan qaldırılması üçün tədbirlər görülsün

Respublika Ali Məhkəməsi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi

Mütəmadi

2.15.

Respublika ərazisində narkotik xassəli yabanı bitkilərin yayılmasının qarşısının alınması, bu bitkilərin növləri üzrə tərkibindəki narkotik maddələrin miqdarı müəyyənləşdirildikdən sonra onların biosintezdən sıxışdırılıb çıxarılması üçün müvafiq elmi tədqiqat işləri aparılsın, bu növ bitkilərin herbari və rəngli fotoalbomu tərtib olunsun

Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, "Azərbmeşə" İstehsalat Birliyi, Daxili İşlər Nazirliyi

2000-2006-cı illər

2.16.

Respublika ərazisində ənənəvi olmayan narkotik xassəli bitkilərin ölkəyə gətirilib becərilmə imkan və ehtimalını öyrənmək məqsədi ilə elmi tədqiqatlar aparılsın

Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyi

2000-2006-cı illər

2.17.

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların yeni növlərinin meydana çıxması və hazırlanması, onların say və çeşidlərinin artmasını nəzərə alaraq, əlavələr də daxil olmaqla, onların siyahısına hər il yenidən baxılması üçün Milli Məclisə təkliflərin hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası

Hər il

2.18.

Qadınlar arasında narkomanlığın mövcudluğunu, narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakını və bu cinayətlərə təhrik olunma hallarını nəzərə alaraq, həmin sosial qrup arasında antinarkotik təbliğat, maariflənmə və müalicə reabilitasiya problemlərinə diqqət gücləndirilsin. Bu məqsədlə sosioloji tədqiqatlar və digər tədbirlər keçirilsin

Qadın Problemləri üzrə Dövlət Komitəsi, narkomanlıqla mübarizə sahəsində və qadın problemləri ilə bağlı qeyri-hökumət təşkilatları

2000-2006-cı illər

2.19.

Müxtəlif xeyriyyə tədbirlərinin təşkili və aparılması nəzərdə tutulsun (telemarafon, televiktorina, konsert, əyləncəli şou-proqram və s.). Əldə olunan vəsait narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iştirak edən dövlət və qeyri-hökumət təşkilatlarının maddi-texnki bazasının möhkəmləndirilməsinə yönəldilsin

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

Mütəmadi

2.20.

Narkomanlıqla mübarizəni gücləndirmək, narkomaniya xəstəliyinə düçar olmuşları müalicə etmək və sağlam həyata qaytarmaq üçün proqramlar işlənilsin. Bu layihələrin reallaşdırılması məqsədi ilə respublikada və onun hüdudlarından kənarda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, fondlar, digər imkanlı şirkət, firma və iş adamlarının maliyyə yardımlarından istifadə edilməsi nəzərdə tutulsun. Bu məqsədlə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nəzdində sponsorlar klubu təşkil edilsin

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, Gənclər və İdman Nazirliyi, narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

2000-2006-cı illər

2.21.

Həqiqi hərbi xidmətdə olanlar arasında narkotiklərdən qeyri-tibbi məqsədlərlə sui-istifadə edən şəxsləri müəyyənləşdirməklə, bu kontingentin müayinəsi və könüllülük əsasında müalicə və bərpasını təmin etmək, onların ətrafında, həmçinin ordudan tərxis olunarkən profilaktiki tədbirlər keçirmək məqsədi ilə müvafiq orqan və təşkilatlarla qarşılıqlı məlumat mübadiləsi və əlaqələr genişləndirilsin

Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi

Mütəmadi

2.22.

İslah-əmək müəssisələrində narkomanlıqla mübarizəni gücləndirmək məqsədi ilə cəzanı icra edən orqan tərəfindən mütəmadi olaraq məhbuslar arasında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulsun

Ədliyyə Nazirliyi

Mütəmadi

2.23.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların respublika ərazisinə qanunsuz gətirilməsinin və ölkədən çıxarılmasının qarşısını almaq məqsədi ilə gömrük buraxılış məntəqələrində və sərhəd zonalarında kinoloji xidmət və müasir texniki vasitələrdən istifadə imkanları genişləndirilsin

Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi

2000-2006-cı illər

3. Narkotik vasitələrdən sui-istifadə edən şəxslərin tibbi profilaktikası, müalicəsi və reabilitasiyası üzrə tədbirlər

3.1.

Narkomaniya xəstəliyinin müalicəsi işində çalışan həkim kollektivlərinin ixtisaslarının artırılması, beynəlxalq təcrübədə geniş istifadə olunan yeni üsul və vasitələrə yiyələnməsinə nail olmaq üçün Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və bu işlə məşğul olan digər qurumların fəaliyyəti genişləndirilsin, qabaqcıl ölkələrin işi öyrənilsin, mütəxəssislərin dəvət edilməsi nəzərdə tutulsun

Səhiyyə Nazirliyi

2000-2006-cı illər

3.2.

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mərkəzi xəstəxanasının narkoloji şöbəsi, habelə istintaq təcridxanalarının və islah-əmək müəssisələrinin nəzdində fəaliyyət göstərən tibb müəssisələrində narkomaniya xəstəliyinə tutulmuşlara yardım göstərmək məqsədi ilə müvafiq narkoloji xidmət təkmilləşdirilsin

Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi

2000-2002-ci iller

3.3.

Narkotiklərdən sui-istifadə edən şəxslərin aşkar edilməsi, könüllülük prinsipləri əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin, ərazi aidiyyəti üzrə polis əməkdaşlarının qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişləndirilsin və təkmilləşdirilsin

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi

2000-2006-cı illər

3.4.

AİDS virusuna yoluxmuş xəstələr arasında narkomanların çoxluq təşkil etdiyini nəzərə alaraq, bu kontingent arasında məqsədyönlü tibbi-gigiyena, təbliğat və maariflənmə işi gücləndirilsin

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, narkomanlıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatları

Mütəmadi

3.5.

Hərbi komissarlıqların nəzdində fəaliyyət göstərən həkim komissiyaları tərəfindən narkotiklərdən fiziki və psixi asılılıq vəziyyətində olan gənclərin ordu sıralarına çağırılması hallarının qarşısı alınsın

Müdafiə Nazirliyi

Çağırış dövründə

3.6.

Respublikanın şəhər və rayonlarında narkoloji xidmət müəssisələrinin imkan və fəaliyyətinin nəticələri araşdırılsın, narkoloji xidmətin səmərəliliyini gücləndirmək məqsədi ilə bu struktura yenidən baxılsın, narkoloji xidmət müəssisələri müasir avadanlıq və dərman preparatları ilə təmin edilsin, peşəkar, ixtisaslaşdırılmış kadrlar hesabına möhkəmləndirilsin

Səhiyyə Nazirliyi

2000-2002-ci illər

3.7.

Xidməti vəzifələrinə görə narkotik vasitələrlə işləyən, onları əldə etmək imkanı olan şəxslərin işə qəbul edilməzdən əvvəl və sonra vaxtaşırı narkoloji-tibbi yoxlamadan keçirilməsi qaydaları, onların iş və vəzifə siyahıları işlənib hazırlansın

Nazirlər Kabineti

2000-2001-ci illər

3.8.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş, azadlıqdan məhrum etmə yerlərindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan narkomanların müalicəsi üçün Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibbi şöbə təşkil edilsin

Nazirlər Kabineti, Səhiyyə Nazirliyi

2000-2002-ci illər

4. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı istintaq-əməliyyat xarakterli tədbirlər

4.1.

Narkotiklərlə mübarizə ilə əlaqədar bu cinayətkarlığın vəziyyəti, strukturu, dinamikası, o cümlədən narkomaniya xəstəliyinə tutulanlar barədə statistik və digər məlumatlan toplamaq, təhlil etmək, ümumiləşdirmək məqsədi ilə müasir tələblərə cavab verən vahid kompüterləşdirilmiş informasiya sistemi yaradılsın

Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Respublika Baş Prokurorluğu, Səhiyyə Nazirliyi

2000-2002-ci illər

4.2.

Narkotiklərin qanunsuz dövriyyəsində iştirak edən, təhqiqat və məhkəmə orqanlarından yayınan şəxslərin yerinin müəyyən olunması və cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə axtarış tədbirləri gücləndirilsin

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

Mütəmadi

4.3

Narkotiklərin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin və çıxarılmasının qarşısının alınmasını, bu vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və cəza yerlərində saxlanılan şəxslərin, onların kənardakı əlaqələrinin aşkar və ifşa olunmasını təmin etmək üçün mütəmadi əlaqəli əməliyyat və istintaq-prosessual tədbirləri gücləndirilsin

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi

Mütəmadi

4.4.

Narkotik xassəli bitkilərin və onların yabanı növlərinin, qanunsuz əkinlərinin aşkar olunub məhv edilməsi məqsədi ilə müvafiq vegitasiya dövrü nəzərə alınmaqla, müxtəlif şərti adlar altında kompleks şəkildə profilaktiki və əməliyyat tədbirləri keçirilsin

Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Azərbmeşə" İB, Elmlər Akademiyasının Botanika İnstitutu, yerli icra hakimiyyəti orqanları

Hər il

4.5.

Narkotik vasitələrlə bağlılığı olmayan cinayətlər törətmiş, lakin narkotiklərdən qeyri-tibbi məqsədlərlə istifadə edən şəxslərin və onların cinayət əməllərinin mərkəzləşdirilmiş statistik qeydəalma mexanizmi təkmilləşdirilsin. Bu üsulla həmin kontingentin ümumi cinayətkarlıqda rolunu və yerini müəyyənləşdirməklə qabaqlayıcı profilaktiki tədbirlər işlənilsin

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi

2000-2006-cı illər