Gürcüstanın Prezidenti Eduard Amrosiyeviç Şevardnadzenin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Gürcüstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dönmədən inkişaf etdirilməsində böyük xidmətlərinə, ölkələrimizin strateji tərəfdaşlığının genişləndirilməsində dəyərli fəaliyyətinə görə Gürcüstanın Prezidenti Eduard Amrosiyeviç Şevardnadze "İstiqlal" ordeni ilə təltif edilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 1 mart
2000-ci il
№ 287