Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında

Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

 

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsinin təsis edildiyi gün — 18 avqust Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü elan edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər ƏLİYEV

 

Bakı şəhəri, 16 avqust 2000-ci il

                  № 504