Dövlətlərarası
neft və qaz nəqli sistemlərinin yaradılması üçün
təşkilati prinsiplərə dair Çərçivə Sazişinin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. 1999-cu il iyulun
22-də Kiyev şəhərində Azərbaycan
Respublikası tərəfindən qeyd-şərtlə
imzalanmış dövlətlərarası neft və qaz nəqli
sistemlərinin yaradılması üçün təşkilati
prinsiplərə dair Çərçivə Sazişi təsdiq edilsin.
II. Bu Qanun
dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı
şəhəri, 24 oktyabr 2000-ci il
№ 938-IQ
Dövlətlərarası
neft və qaz nəqli sistemlərinin
yaradılması
üçün təşkilati prinsiplərə dair
Çərİvə Sazİşİ
Bu sazişin tərəfləri olan
dövlətlər (bundan sonra «Tərəflər» kimi istinad
olunacaqlar)
neft və qazın dünya bazarlarına
təhlükəsiz çıxışını təmin edən
marşrutların Tərəflərin gələcək
inkişafı və enerji təminatı sahəsində
təhlükəsizliyi üçün vacibliyini nəzərə
alaraq;
digər maraq ifadə edən
Dövlətlər, habelə karbohidrogen ehtiyatlarının
işlənməsinə sərmayə qoyan yerli və xarici
şirkətlərlə əməkdaşlıq etməklə
neft və ya təbii qazın və/yaxud onlardan emal olunmuş
məhsulların nəqli, o cümlədən tranziti üzrə
qərar qəbul edilərkən bütün hüquqi, texniki, kommersiya,
ətraf mühit və maliyyə amillərinin nəzərə
alınmasını dərk
edərək;
Aİ ölkələrində tətbiq
olunan qayda və qanunlar kimi, neft və qaz sektorunda
bazar-iqtisadiyyatı qaydalarına hörmətlə
yanaşaraq və neft qaz sektorunda tranzit fəaliyyətini
tənzimləyən beynəlxalq qayda və təcrübənin
inkişafına yardım etmək arzusunda olaraq;
sərmayə və tranzit
risklərinin azaldılmasında dövlətlərin mühüm rol
oynadıqlarını anlayaraq;
xarici sərmayələrin və
sərmayəçilərin beynəlxalq miqyasda qəbul olunmuş
standartlara müvafiq qaydada və beynəlxalq iqtisadi hüquq
sahəsinin qaydalarına riayət olunmaqla qorunması,
təşviqi və onlarla münasibətlərin neft və qaz
nəqli sektorunun inkişafı üçün lazımi tədbir olduğunu nəzərə alaraq;
Dövlətlərarası neft və qaz
nəqli sistemlərinin təhlükəsiz fəaliyyətini
beynəlxalq neft və qaz sənayesində qüvvədə olan
qayda və təcrübəyə uyğun olaraq təmin edən
ümumi qayda və mexanizmlərin yaradılmasında israrlı olaraq;
Energetika Xartiyası Müqaviləsində
bəyan edilmiş prinsipləri nəzərə
alaraq, aşağıdakı müddəalar barəsində
razılığa gəlirlər:
Tərif və başlıqlar
1. Bu Sazişin məqsədi üçün:
I. Tikinti
yeni neft və qaz nəqli sisteminin və ya
dövlətlərarası neft və qaz nəqli sisteminin hər
hansı yeni bir hissəsinin quraşdırılması
deməkdir.
II. Fövqəladə
Komitə bu Sazişin 8-ci maddəsinin 4-cü bəndində
təsvir olunmuşdur və hər bir İştirakçı
Tərəfin ərazisi daxilində hökumət
tərəfindən dövlətlərarası neft və qaz
nəqli sisteminin obyektlərini təbii fəlakət,
zəlzələ, radioaktiv və kimyəvi çirklənmə,
mülki münaqişə, terrorizm və soyğunçuluq, cinayət
xarakterli hüquq pozuntusundan irəli gələn zərər
və bu qəbildən olan digər hadisələrdən
qorumaq və müdafiə etmək məqsədilə istifadə
olunan, həyata keçirilən və atılan bütün tədbir,
addım və ümumi hərəkətlərin
əlaqələndirilməsi üzrə təkliflər vermək
səlahiyyətinə malik bütün İştirakçı
Tərəflərin səlahiyyətli
nümayəndələrindən ibarət komitə deməkdir.
III. Layihənin
Həyata Keçirilməsinin Ümumiləşdirilmiş Forması
İştirakçı Tərəflərin
dövlətlərarası neft və qaz nəqli sisteminin
yaradılması məqsədilə vahid hüquqi
şəxsə və ya hüquqi şəxslər qrupuna bu
Sazişin 7-ci maddəsində göstərildiyi kimi iki və ya
daha çox müxtəlif vəzifə tapşırmaq üçün
seçdikləri əməkdaşlıq forması və ya hər
hansı digər ümumiləşdirmə forması deməkdir.
IV. Dövlətlərarası
Komitə bu Sazişin 8-ci maddəsinin 3-cü bəndində
təsvir olunmuşdur və tərəflər adından
onların bir və ya daha çox dövlətlərarası neft və
qaz nəqli sisteminin yaradılmasına dair qəbul edilmiş
qərarların yerinə yetirilməsinə nəzarət
etmək səlahiyyəti almış və
İştirakçı Tərəflərin səlahiyyətli
nümayəndələrindən ibarət olan komitə
deməkdir.
V. Dövlətlərarası
neft və qaz nəqli sistemi birdən çox Dövlətin
ərazisindən keçən neft və təbii qaz və/yaxud
onlardan emal olunmuş məhsulun nəqli üçün nəqletmə
sistemi deməkdir.
vi.
Texniki xidmət
dövlətlərarası neft və qaz nəqli sistemini və ya
belə nəql sisteminin hər hansı bir hissəsi və ya
obyektini lazımi sistemin yaradılması məqsədinə
cavab verən, müvafiq texniki, təhlükəsizlik və ətraf
mühit üzrə standartlara riayət edən işlək
vəziyyətdə saxlanılması üçün aparılan texniki
fəaliyyət deməkdir.
vii.
Texniki xidmət şirkəti
dövlətlərarası neft və qaz nəqli sistemi və ya
onun hər hansı bir hissəsinə texniki xidmət
göstərmək üçün bu Sazişə müvafiq qaydada yaradılan
və ya seçilən hüquqi şəxs və ya hüquqi
şəxslər qrupu deməkdir.
viii.
Əməliyyat
dövlətlərarası neft və qaz nəqli sisteminin
tətbiq olunan qayda və təlimatlara müvafiq surətdə
daimi, fasiləsiz, mütənasib və əlverişli
fəaliyyət göstərməsi üçün lazım olan bütün
fəaliyyət növləri deməkdir.
ix.
Əməliyyat Şirkəti
dövlətlərarası neft və qaz nəqli sistemi və ya
onun hər hansı bir hissəsinin əməliyyatını
təmin etmək üçün bu sazişə müvafiq qaydada yaradılan
və ya seçilən hüquqi şəxs və ya hüquqi
şəxslər qrupu deməkdir.
X. Marağı
Olan Digər Hüquqi Şəxslər bu Sazişin 3-cü və
6-cı maddələrində istinad olunmuşlar və
Sazişin 13-cü maddəsində təsvir olunmuş
səlahiyyətli qurumlar deməkdir.
xi.
İştirakçı
Tərəflər bu Sazişə müvafiq olaraq yaradılan
dövlətlərarası neft və qaz nəqli sisteminin keçdiyi
əraziyə malik olan Tərəflər deməkdir.
xii.
Təcrübələr və ya
İstifadələr Preambulada və 3-cü maddədə
istinad olunmuşlar və hamılıqla tətbiq olunmaqla
və ya eyni sənaye, yaxud bazar sahəsində
peşəkarlar tərəfindən istifadə olunan müəyyən
sənaye və ya bazar sahəsində xüsusi texniki, kommersiya
və maliyyə fəaliyyətinin aparılması forması
və növü deməkdir.
xiii.
Layihə bu Sazişə
müvafiq olaraq yaradılan dövlətlərarası neft və qaz
nəqli sistemi çərçivəsində aparılan müəyyən
fəaliyyət növü və ya növlərinin planlaşdırılması
və həyata keçirilməsi deməkdir.
xiv.
Layihənin İdarə
olunması dövlətlərarası neft və qaz nəqli
sisteminin bərpası və ya tikintisi üçün ümumi layihənin
həyata keçirilməsi məqsədi üçün lazım olan, vaxt,
keyfiyyət və növ nöqteyi-nəzərinə uyğun olan
məqsədlər çərçivəsindən belə bir
layihənin mühəndis işlənməsi, ona dair satınlalınmalar,
texniki monitorinq və nəzarət, tikinti idarəetməsi
və komissiya istiqamətlərində fəaliyyət
göstərən çoxsahəli qrupun yaradılması deməkdir.
xv.
Layihənin İdarəetmə
Şirkəti layihə idarəetməsini təmin etmək
üçün bu Sazişə müvafiq qaydada yaradılan və ya seçilən
hüquqi şəxs və ya hüquqi şəxslər qrupu
deməkdir.
xvi.
Layihə İdarəetmə
Şirkəti və Əməliyyat şirkəti iki
müxtəlif hüquqi şəxs olmaqla, layihənin
gerçəkləşdirilməsi və əməliyyat
mərhələlərində bu Sazişin müddəalarına
müvafiq olaraq fəaliyyət göstərən şirkətlər
ola bilərlər, bir şərtlə ki, layihənin idarə
olunması (tamamlama tarixinə qədər) və layihə
əməliyyatları (tamamlama tarixindən sonra) bu Sazişin
6-cı maddəsinin 2-ci bəndinə müvafiq olmaqla yeganə
hüquqi şəxsə və ya şəxslər qrupuna
həvalə olunmasın.
xvii.
Protokol və ya Protokollar bu
Saziş çərçivəsində və onun
müddəalarının yerinə yetirilməsi
məqsədilə bu Sazişdə təsvir olunan və
əlavə kimi ona qoşulan ilkin prinsip və qaydalara
əsasən iki və ya daha çox Tərəf arasında
bağlanan sonrakı anlaşma və ya anlaşmalar
deməkdir.
xviii.
Bərpa hər hansı
mövcud dövlətlərarası neft və qaz nəqli sistemi
və ya belə bir nəql sisteminin hər hansı bir
hissəsinin fəaliyyətinin bərpası, yenidən
qurulması, yenidən təchizatı, artırılması
və ya yeniləşdirilməsi deməkdir.
xix.
Çərçivə Sazişi özünün
tətbiqini reallaşdırmaq, habelə onun özü
tərəfindən yaradılan çərçivədə
fəaliyyət göstərən hər hansı üçüncü
tərəflərin mühafizəsi üçün ilkin prinsip və
qaydaları müəyyən edən bu Saziş deməkdir.
2. Bu Sazişdə istifadə olunan
başlıqlardan yalnız rahatlıq məqsədləri üçün
istifadə olunur və belə başlıqlar bu Sazişin
müddəalarının təfsirinə təsir göstərə
bilən amillər kimi qəbul olunmur.
Maddə
1
Ümumi öhdəlik
Tərəflər mövcud neft və
qaz nəqli sistem(lər)inin bərpası, müvafiq hallarda yeni
dövlətlərarası neft və qaz nəqli sistem(lər)inin
tikintisi və bu nəqletmə sistem(lər)inin
əməliyyat və texniki xidməti vasitəsilə bir
və ya daha çox dövlətlərarası neft və qaz nəqli
sisteminin qarşılıqlı məqbul şərt və
müddəaları əsasında yaradılması
məqsədilə bu Saziş çərçivəsində birgə
fəaliyyət həyata keçirəcəklər.
Maddə
2
Tətbiq dairəsi
1. 1-ci maddənin
məqsədləri üçün, özlərinin ərazisindən keçən
mövcud və ya tikinti gedişində olan
dövlətlərarası neft və qaz nəqli sisteminin hansı
hissələrinin bu Sazişə müvafiq olaraq yaradılacaq,
texniki xidmət göstəriləcək və fəaliyyət
göstərəcək bir və ya daha çox dövlətlərarası
neft və qaz nəqli sisteminin hissələri kimi istifadə
olunması, habelə yuxarıda istinad olunan
dövlətlərarası neft və qaz nəqli sistemlərinin
hissələri kimi hansı yeni hissələrin öz
ərazilərində tikilməsi, fəaliyyət
göstərməsi və texniki xidmət göstərilməsini
qəbul etmələrinə dair ayrıca Protokol
vasitəsilə müəyyən etmək məqsədilə
Tərəflər digər Tərəflərlə
ikitərəfli və / və ya çoxtərəfli
danışıqlar aparılması üçün öhdəlik götürür
və ya buna nail olmağa razılıqlarını
verirlər.
2. Bu Sazişə müvafiq
surətdə yaradılan iki və ya daha çox
dövlətlərarası neft və qaz nəqli sistemləri
arasında əlaqələrin yaradılmasına xələl
gətirmədən, belə nəqletmə sistemləri
müxtəlif texniki, kommersiya, maliyyə və ətraf mühit
şərtləri əsasında layihələşdirilən,
maliyyələşdirilən, bərpa olunan, tikilən,
fəaliyyət göstərən və texniki xidmət
göstərilən ayrıca layihələr kimi baxıla
bilərlər. Tərəflərdən hər hansı biri
digər bir Tərəf ilə birdən çox
dövlətlərarası neft və qaz nəqli sisteminin
yaradılması haqqında razılıq əldə edə
bilər.
Maddə
3
Əməliyyat
1. 7-ci maddənin 2-ci bəndinin
müddəalarına xələl gətirmədən və bu
Sazişə müvafiq surətdə yaradılan hər hansı
bir dövlətlərarası neft və qaz nəqli sisteminin
əlverişli fəaliyyətini təmin edən qaydaların
zəruriliyini nəzərə alaraq, İştirakçı
Tərəflər arasında
razılaşdırıldığı təqdirdə,
belə bir sistemin əməliyyatı İştirakçı
Tərəflər və müvafiq hallarda, marağı olan
digər hüquqi şəxslər arasında müzakirə olunan
və ya razılaşdırılan prinsip, qayda və
təlimatlara uyğun olmaqla yaradılan və ya seçilən
ümumi əməliyyat şirkətinə verilə bilər.
2. Əməliyyat şirkəti
və İştirakçı Tərəflər və müvafiq
hallarda, marağı olan digər hüquqi şəxslər
arasında Tərəflərin yaratdığı
dövlətlərarası neft və qaz nəqli sisteminin hansı
vasitə ilə idarə olunması prinsip və
qaydalarını təsbit edən ümumi əməliyyat
sazişi bağlana bilər.
3. 7-ci maddənin müddəalarına
xələl gətirmədən və sonradan bu Sazişə
qoşulan Protokol ilə bilavasitə nəzərdə tutulan
hallar istisna olmaqla, əməliyyat şirkəti neft və
qazın nəqlinə dair xidmətləri yalnız xüsusi
müqavilələr üzrə belə nəql sistemlərindən
istifadəyə səlahiyyətli olan, neft və qazın
nəqlinə dair bağlanmış müqavilələrə
müvafiq surətdə, neft və qaz sahəsində beynəlxalq
miqyasda qəbul edilmiş standart və qaydalara uyğun
tərzdə neft və qaz alıcıları və / və ya
təchizatçıları və hər hansı digər üçüncü
tərəflərə göstərə bilər.
Maddə
4
Bərpa və Tikinti
1. Bu Saziş ilə digər
şəxslərin nəzərdə tutulması halları
istisna olmaqla, bir və ya daha çox Dövlətlərarası neft
və qaz nəqli sistemlərinin yaradılmasına dair iki
və daha çox İştirakçı Tərəfin
qərarlarını yerinə yetirmək məqsədilə
hər bir İştirakçı Tərəf qüvvədə olan
milli qanunvericilik, qayda və təlimatlara müvafiq olaraq öz
ərazisindən keçən mövcud Dövlətlərarası Neft
və Qaz Nəqli Sistemini bərpa etmək və ya özünün
ərazisindən keçən hər hansı yeni
Dövlətlərarası Neft və Qaz Nəqli Sisteminin tikintisi
hüququnu özündə saxlayır.
2. 1-ci bəndin müddəaları
müvafiq ərazilərdən keçən dövlətlərarası neft
və qaz nəqli sisteminin hissələrinin bərpası
və tikintisi məqsədilə Tərəfin digər
İştirakçı Tərəflər ilə ayrı
müqavilələr bağlamaq hüququnu istisna etmir. Bu
məqsədlə, iki və ya daha çox Tərəf özlərinin
ərazisinə aid olan layihələşdirmə, bərpa
və tikinti işlərini İştirakçı
Tərəflərin birgə surətdə
razılaşdıqları qaydada təsis edilən və ya
seçilən hüquqi şəxs və ya hüquqi şəxslər qrupuna
verə bilər.
3. Birdən artıq
İştirakçı Tərəfin iştirakı ilə
yaradılacaq bir və ya daha çox dövlətlərarası neft
və qaz nəqli sisteminin texniki cəhətdən vahidliyini
və fəaliyyət səmərəliyini təmin etmək
məqsədilə, belə bir İştirakçı
Tərəf, bir və ya daha çox dövlətlərarası neft
və qaz nəqli sistemlərinin öz əraziləri daxilində
bərpası və tikintisi işlərini 1-ci və 2-ci
bəndlərin müddəalarına müvafiq olaraq podrat üzrə
digər tərəfə həvalə edərkən, neft
və qaz sənayesində beynəlxalq miqyasda ümumilikdə
qəbul olunmuş texniki xüsusiyyətləri tətbiq edir.
Maddə
5
Texniki xidmət
1. 4-cü maddənin müddəaları
eynilə bu Sazişə müvafiq olaraq yaradılan bir və ya
daha çox dövlətlərarası neft və qaz nəqli
sistemlərinin bərpa edilmiş və ya yeni olaraq tikilmiş
hissələrinə tətbiq olunur.
2. 3-cü maddənin 1-ci bəndinə
müvafiq olaraq, bu Sazişə müvafiq olaraq yaradılmış
dövlətlərarası neft və qaz nəqli sistemini
əməliyyat şirkəti idarə etdikdə və bu
sistemə texniki xidmət 3-cü maddə müddəaları ilə
təsbit edilmiş ümumi əməliyyat şirkətindən
fərqli olan digər hüquqi şəxs və ya hüquqi
şəxslər qrupuna verildikdə, belə bir
nəqletmə sisteminə texniki xidmət üçün məsul olan
hüquqi şəxs və ya hüquqi şəxslər qrupu bu
Maddəyə əsasən bağlanan texniki xidmət
sazişi və 3-cü maddənin 2-ci bəndi ilə
nəzərdə tutulduğu kimi, ümumi əməliyyat
sazişi ilə bilavasitə müəyyən edilmiş
tərzdə ümumi əməliyyat şirkətinin
nəzarəti və müşahidəsi altında
fəaliyyət göstərir.
Maddə
6
Layihənin idarə olunması
1. Bu Sazişə müvafiq olaraq,
Dövlətlərarası Neft və Qaz Nəqli Sisteminin
yaradılması haqqında qərarın həyata keçirilməsi
məqsədilə İştirakçı Tərəflər
və müvafiq hallarda, marağı Olan Digər Hüquqi
Şəxslər, razılıq əldə olunarsa, müvafiq
Dövlətlərarası Neft və Qaz Nəqli Sisteminə
münasibətdə Bərpa və Tikinti işləri üzrə
iqtisadi əsaslandırmanın, layihələşdirmənin
və nəzarətin həyata keçirilməsi
vəzifələrini İştirakçı Tərəflərin
və müvafiq hallarda, Marağı Olan Digər Hüquqi
Şəxslərin, müzakirə etdikləri və razılaşdırdıqları
prinsip və qaydalara əsasən İştirakçı
Tərəflər və müvafiq hallarda, Marağı Olan
Digər Hüquqi Şəxslər tərəfindən təsis
olunan və ya seçilən ümumi Layihə İdarəetmə
şirkətinə güzəşt edə bilərlər.
2. 7-ci Maddənin 2-ci Bəndinin
müddəalarına xələl gətirmədən, heç bir
müddəa İştirakçı Tərəfləri və müvafiq
hallarda, Marağı Olan Digər Hüquqi Şəxslər
Layihə İdarəetmə Şirkətinin
vəzifələrini 3-cü Maddənin 1-ci Bəndi ilə
təsbit edilmiş ümumi Əməliyyat Şirkətinə
verməkdən məhrum etmir.
Maddə
7
Layihənin həyata keçirilməsinin
ümumiləşdirilmiş forması
1. Bu Sazişə müvafiq olaraq hər
bir fərdi dövlətlərarası neft və qaz nəqli
sisteminin yaradılması üçün özünəməxsus texniki, kommersiya
və maliyyə tələblərini nəzərə alaraq,
İştirakçı Tərəflər 3—6-cı maddələri
ilə təsbit edilmiş iki və daha çox sayda
vəzifələri İştirakçı Tərəflərin
aşağıda verilmiş qaydada təsis etdikləri və
ya seçdikləri bir hüquqi şəxsə və ya hüquqi
şəxslər qrupuna güzəşt edə bilərlər:
a) 4-cü maddənin 2-ci bəndi 5-ci
maddənin 1-ci bəndi ilə birlikdə bərpa/tikinti və
texniki xidmət məqsədləri üçün;
b) 3-cü maddənin 1-ci bəndi 5-ci
maddənin 2-ci bəndi ilə birlikdə texniki xidmət
və Əməliyyat məqsədləri üçün;
c) 6-cı maddənin 2-ci bəndi
layihənin idarə olunması və əməliyyat
məqsədləri üçün;
d) 6-cı maddənin 2-ci bəndi
5-ci maddənin 2-ci bəndi ilə birlikdə layihənin
idarə olunması, əməliyyat və texniki xidmət
məqsədləri üçün.
2. Tərəflər layihənin
həyata keçirilməsinin digər ümumiləşdirilmiş
formalarını, o cümlədən, lakin bununla
məhdudlaşmadan, bu Sazişə müvafiq olaraq bir və ya
daha çox dövlətlərarası neft və qaz nəqli
sistemlərinin yaradılması üçün ümumi əməliyyat
prinsipini qəbul edə bilərlər.
Maddə
8
Tərəflərin müstəsna yurisdiksiyasına aid
olan məsələlər
1. Bu Sazişə müvafiq olaraq
dövlətlərarası neft və qaz nəqli sisteminin
yaradılması haqqında qərarın həyata
keçirilməsi məqsədilə İştirakçı Tərəflər
ayrıca Protokol vasitəsilə hər bir İştirakçı
Tərəfin özünün ərazisinə münasibətdə
müstəsna yurisdiksiyaya aid olan məsələləri,
habelə ərazi daxilində fəaliyyət göstərən
fiziki və hüquqi şəxslərə aid olan
məsələləri, o cümlədən, lakin bunlarla məhdudlaşmadan,
bu Sazişə əsasən yaradılan
dövlətlərarası neft və qaz nəqli sisteminin milli
hissələrinin layihələşdirilməsi,
maliyyələşdirilməsi, bərpası, tikintisi, texniki
xidməti və əməliyyatı ilə əlaqədar olan
sosial təminat və əmək qanunvericiliyi, tikinti
qaydaları, lisenziya qaydaları, təhlükəsizlik və
sağlamlığın qorunması qaydalarına aid olan,
maliyyə və gömrük və ətraf mühitin qorunmasına dair
qanunvericiliklə tənzimlənən məsələləri
imzalayan qaydaları təyin edirlər.
2. Bu Saziş və ya sonradan ona qoşulan
Protokollarda birbaşa olaraq digər qayda nəzərdə
tutulmadıqda, heç bir Tərəf, bu Saziş və ya sonradan
ona qoşulan Protokollar qüvvəyə mindikdən sonra, bu
Saziş və ya sonradan ona qoşulan Protokollara müvafiq
surətdə yaradılan dövlətlərarası neft və qaz
nəqli sisteminin layihələşdirilməsi,
maliyyələşdirilməsi, bərpası, tikintisi, texniki
xidməti və əməliyyat şərtlərinə
mənfi təsir göstərə bilən
dəyişiklikləri milli qanunvericiliklərinə
etmirlər1. Bu Sazişin və sonradan ona qoşulan
Protokolların müddəaları ilə milli qanunvericiliyin
müddəaları arasında hər hansı ziddiyyət
yarandığı halda, bu Sazişin müddəalarına üstünlük
verilir.
3. Tərəflər sonradan bu
Sazişə qoşulacaq Protokola müvafiq olaraq yaradılan və
İştirakçı Tərəflər adından onların bu
Sazişə müvafiq surətdə Dövlətlərarası Neft
və Qaz Nəqli Sisteminin yaradılması haqqında
qərarın həyata keçirilməsinə nəzarət
etmək hüququna malik olan səlahiyyətli
Dövlətlərarası Komitənin yaradılması
məqsədi ilə əməkdaşlıq edirlər.
4. Tərəflər sonradan bu
Sazişə qoşulacaq Protokola müvafiq olaraq hər bir
İştirakçı Tərəfin hökuməti
tərəfindən öz ərazisi daxilində bu Sazişə
müvafiq olaraq yaradılan dövlətlərarası neft və qaz
nəqli sisteminin təbii fəlakətlər,
zəlzələ, radioaktiv və kimyəvi çirklənmə,
mülki münaqişələr, terrorizm və soyğunçuluq,
cinayət xarakterli hüquq pozuntusundan irəli gələn
zərər və bu qəbildən olan digər
hadisələrə qarşı təhlükəsizliyini təmin
və mühafizə etmək üçün görülən və aparılan
addım, tədbir və ümumi hərəkətlərin
birgə həyata keçirilməsi üçün tövsiyələr verən
səlahiyyətli Fövqəladə Komitənin yaradılması
məqsədilə əməkdaşlıq edirlər. Belə
hallar, habelə Fövqəladə Komitənin vəzifə və
səlahiyyətləri İştirakçı
Tərəflərin vasitəsilə bu Sazişə müvafiq
qaydada yaradılan hər bir dövlətlərarası neft və
qaz nəqli sisteminə münasibətdə ümumilikdə məqbul
olan əsaslar üzrə müəyyən edilir.
5. Bu Sazişə sonradan qoşulan
Protokollar bu Sazişin ayrılmaz hissəsini təşkil edir
və yalnız bu Protokolları imzalamış
Tərəflərə münasibətdə mütləq hüquqi
qüvvəyə malik olurlar.
Maddə
9
Ətraf mühitin qorunması
Bu Sazişin müddəalarını
həyata keçirərkən, Tərəflər beynəlxalq
qaydalara, misal üçün yerli ətraf mühit şəraitini
nəzərə almaqla Beynəlxalq Millətlər
Təşkilatının İqlim Dəyişiklikləri
üzrə Çərçivə Konvensiyasına Kyoto Protokoluna və
Energetika Xartiyasına müvafiq olaraq qəbul edilmiş Energetika
Səmərəliyi və Aidiyyatı olan Ətraf Mühit
Məsələləri üzrə Protokola uyğun qaydada
fəaliyyət göstərən ümumi institutları yaratmaq və
bu Sazişə əsasən yaradılan bir və ya daha çox
dövlətlərarası neft və qaz nəqli sisteminin
layihələşdirilməsi, tikintisi, bərpası, texniki
xidməti və əməliyyatı ilə vurula bilən
mənfi təsirdən qorunmaq üçün ümumi siyasəti
işləyib hazırlamaq məqsədilə daha sıx
dövlətlərarası əməkdaşlığın
yaradılmasını inkişaf etdirəcəklərinə
razılıqlarını verirlər.
Maddə
10
Milli qanunvericilik sistemində müddəaların
yerinə yetirilməsi
1. Bu Sazişin müddəalarını
özlərinin qanunvericilik sisteminə daxil etmək və icra
etmək məqsədilə Tərəflər bütün müvafiq
addımları atırlar.
2. Bu Sazişlə ayrıca olaraq bu
Sazişə qoşulan Protokolun bağlanması
nəzərdə tutulduqda və ya fərz edildikdə,
belə Protokol və ya Protokollar İştirakçı
Tərəflərin vasitəsi ilə bu Sazişə müvafiq
olaraq yaradılan müəyyən layihənin yerinə
yetirilməsi xüsusiyyətləri nəzərə alınmaqla
müzakirə olunur və razılaşdırılır. Belə
Protokol və ya Protokolların milli qanunvericilik sisteminə
daxil edilməsi Tərəflərin müvafiq konstitusiya və ya
qanunvericilik müddəalarına əsasən aparılır.
3. Tərəf özünün milli qanunvericilik
sisteminin müddəalarını bu Saziş və ya sonradan ona
qoşulan Protokollar ilə təsbit edilmiş
öhdəliklərinin yerinə yetirilməməsi üçün əsas
gətirə bilməz.
Maddə
11
Öhdəliklərin dövlət və
dövlətlərarası səviyyədə yerinə
yetirilməsi üçün təminat
Hər bir Tərəf digər
Tərəflər qarşısında, habelə bu
Sazişə əsasən yaradılan dövlətlərarası
neft və qaz nəqli sisteminin layihələşdirilməsi,
bərpası, tikintisi, maliyyələşdirilməsi, əməliyyatı
və texniki xidməti məqsədilə bu Tərəflə
müqavilə və ya saziş bağlamış üçüncü
tərəflər qarşısında bu Saziş və ya
sonradan ona qoşulan Protokollardan irəli gələn
öhdəliklərinin yerinə yetirilməsinə təminat
verir.
Maddə
12
Mübahisələrin həlli
Bu Saziş və ya sonradan ona
qoşulan Protokolların təfsiri və yerinə
yetirilməsi ilə əlaqədar olan hər hansı
mübahisə, habelə Tərəf ilə üçüncü tərəf
arasında bu Saziş və sonradan ona qoşulan
Protokolların müddəalarının yerinə yetirilməsi
məqsədilə bağlanan hər hansı saziş və
ya müqavilənin təfsiri və ya yerinə yetirilməsi
ilə əlaqədar olan mübahisələr,
Tərəflərin tərtib edəcəkləri ayrıca
Protokol ilə təsbit edilən qaydalara müvafiq qaydada həll
edilir.
Maddə
13
Səlahiyyətli qurumlar
1. Hər bir Tərəf özünün milli
qanunvericiliyinə əsasən bu Sazişlə əhatə
olunan hər hansı bir sektorda (neft və qaz) bu Sazişin
müddəalarının yerinə yetirilməsi üçün
məsuliyyət daşıyan milli qurumu, agentliyi, dövlət
müəssisəsini və ya hər hansı digər
səlahiyyətli hüquqi şəxsi təyin edir və bunu digər
Tərəflərə məlum edir.
2. Tərəflər bu qurumlar
tərəfindən bu Saziş və ya sonradan ona qoşulan Protokolların
müddəalarının yerinə yetirilməsi
məqsədilə götürülmüş öhdəlikləri özlərinin
öhdəlikləri kimi qəbul edir və buna təminat
verirlər.
Maddə
14
Beynəlxalq müqavilələrə münasibət
1. Bu Sazişin müddəaları
Tərəflərin neft və qaz nəqli sektorunda digər
dövlətlərarası əməkdaşlıq formalarından
istifadə hüququnu istisna etmir.
2. Bu Sazişin müddəaları neft
və qaz nəqli sektorunda mövcud olan hər hansı
beynəlxalq müqavilənin, habelə Tərəf ilə
digər Dövlətlər arasında məqsədləri bu
digər Dövlətlərdən gələn
sərmayələri qorumaq, təşviq etmək və
artırmaq olan beynəlxalq müqavilələrin
müddəalarına dəyişikliklər edən və ya xitam
verən bir müddəalar kimi təfsir oluna bilməz.
Maddə
15
Yekun müddəalar
1. Bu Saziş müddətsiz
bağlanmışdır.
2. Bu Saziş 1999-cu ilin iyul
ayının iyirmi ikinci günündən etibarən 2000-ci il yanvar
ayının birinci gününə qədər imzalanmaq üçün açıq
olaraq qalır. Bu Saziş onu imzalamış dövlətlərin
parlamentləri və ya digər səlahiyyətli qurumları
tərəfindən ratifikasiya edilir. Ratifikasiya
sənədləri depozitçiyə verilir. bu Sazişin
məqsədləri üçün depozitçi Ukrayna Hökuməti olur.
3. Bu Saziş onu imzalamış
Dövlət tərəfindən üçüncü ratifikasiya sənədi depozitçiyə
təhvil verildikdən otuz gün sonra qüvvəyə minir. Bu
Sazişin imzalanma müddəti bitdikdən sonra o, qoşulmaq üçün
açıq olur. Qoşulma sənədləri depozitçiyə
təhvil verilir. Bu Saziş qüvvəyə mindikdən sonra
özünün ratifikasiya və ya qoşulma sənədini təhvil
verən Tərəfə münasibətdə bu Saziş bu
sənədlərin depozitçiyə təhvil verilməsi
tarixində qüvvəyə minir.
4. Bu Saziş beynəlxalq hüququn ümumi
prinsiplərinin, o cümlədən Müqavilələr Hüququ
Haqqında Vyana Konvensiyasının predmeti olur.
Maddə
16
Mətnlərin əslliyi
Yuxarıda deyilənləri
təsdiq etmək məqsədilə, müvafiq səlahiyyət
almış şəxslər bu Sazişi ingilis dilində
və Tərəfin rəsmi dövlət dilində
imzalamışlar. Hər hansı ziddiyyət yarandıqda,
üstünlük ingilis dilində olan varianta verilir.
Bu Saziş depozitçiyə təhvil
verilməklə onun arxivində saxlanılır. Hər bir
Tərəf depozitçidən bu Sazişin düzgün surətini
alacaqdır. depozitçidən həmçinin Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci
maddəsinin müddəalarına müvafiq qaydada qeydə alınmaq
üçün bu Sazişin əslinə uyğun surətini
Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə təqdim etmək tələb olunur.
Kiyev
şəhərində, min doqquz yüz doxsan doqquzuncu il iyul
ayının iyirmi ikinci günündə imzalanmışdır.
Ermənistan Respublikası
Azərbaycan Respublikası
Belorus Respublikası
Bolqarıstan Respublikası
Gürcüstan
Qazaxıstan Respublikası
Qırğızıstan Respublikası
Moldova Respublikası
Rumıniya
Tacikistan Respublikası
Türkmənistan Respublikası
Ukrayna
Özbəkistan Respublikası
Buxarest şəhərində, min
doqquz yüz doxsan doqquzuncu il sentyabr ayının on doqquzuncu
günündə imzalanmışdır.
Albaniya Respublikası
Xorvatiya Respublikası
Skopye şəhərində, min doqquz yüz doxsan
doqquzuncu il oktyabr ayının sekkizinci günündə
imzalanmışdır.
Makedoniya Respublikası
Kiyev şəhərində, min doqquz yüz doxsan
doqquzuncu il dekabr ayının otuzuncu günündə
imzalanmışdır.
Belarus Respublikası
Dövlətlərarası
neft və qaz nəqli sistemlərinin yaradılması üçün
təşkilati prinsiplərə dair çərçivə sazişi
üzrə Azərbaycan Respublikasının
qeyd-şərtİ
1. Azərbaycan Respublikası bu
qeyd-şərt vasitəsi ilə bəyan edir ki,
dövlətlərarası neft və qaz nəqli sistemlərinin
yaradılması üçün təşkilati prinsiplərə dair
Çərçivə Sazişi və sonradan bu Sazişə qoşulan
Protokollar ilə təsbit edilmiş heç bir hüquq, öhdəlik,
vəzifə və müddəa neft və qaz nəqli sistemi
Ermənistan Respublikasında başlandıqda, Ermənistan
Respublikası ərazisindən tranzitlə keçdikdə və ya
son nöqtəsi Ermənistan Respublikası olduqda Azərbaycan
Respublikasına münasibətdə bu neft və qaz nəqli
sistemlərinin yaradılması, bərpası, tikintisi,
əməliyyatı və texniki xidmətinə aid olan
məsələlər üzrə tətbiq edilmir.
2. Azərbaycan Respublikası bu
qeyd-şərtin müddəalarını dəyişdirmək
və ya onu geri götürmək hüququnu özündə saxlayır və
digər Tərəflərə belə dəyişiklik və
ya geri götürmə halı barəsində yazılı bildiriş
təqdim olunacaqdır.
Azərbaycan Respublikasının
Baş naziri Artur RASİZADƏ.