Xüsusi
mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Xüsusi
mühafizə olunan təbiət əraziləri və
obyektləri Azərbaycan Respublikasının milli
sərvətidir və xüsusi ekoloji, elmi, mədəni
və estetik dəyərə malikdir.
Bu Qanun Azərbaycan
Respublikasının ərazisində xüsusi mühafizə
olunan təbiət ərazilərinin təşkilinin və
mühafizəsinin, xüsusi mühafizə olunan təbiət
obyektlərinin qorunmasının hüquqi əsaslarını
müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Xüsusi mühafizə olunan təbiət
əraziləri - xüsusi ekoloji, elmi, mədəni, estetik
və sağlamlaşdırma əhəmiyyəti
daşıyan təbiət komplekslərindən və
obyektlərindən, nadir və nəsli kəsilmək
təhlükəsi qarşısında olan bitki və heyvan
növlərinin yayıldığı yerlərdən
ibarət olan, təsərrüfat dövriyyəsindən
tamamilə və ya qismən, daimi və ya müvəqqəti
çıxarılan torpaq, su (akvatoriya) sahələri və
onların üzərindəki atmosfer məkanıdır.
Xüsusi mühafizə olunan təbiət
obyektləri - elmi, mədəni, estetik və
sağlamlaşdırma dəyəri olan nadir, nəsli
kəsilmək təhlükəsi qarşısında olan,
səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik,
dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə,
landşaft və torpaq obyektləridir.
Xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri haqqında qanunvericilik bu
Qanundan “Ətraf mühitin mühafizəsi haqqında”
Azərbaycan Respublikasının Qanunundan və digər
normativ hüquqi aktlardan ibarətdir.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin təşkili, mühafizəsi və
istifadəsi aşağıdakı prinsiplərə
əsaslanır:
bioloji müxtəlifliyin və təbii ekoloji sistemin
qorunub saxlanması;
xüsusi mühafizə olunan təbiət
ərazilərindən və obyektlərindən
məqsədli istifadə, habelə elmin,
mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün
səmərəli istifadə edilməsi;
sosial-iqtisadi amillərin və yerli əhalinin
maraqları nəzərə alınmaqla, turizmin və
rekreasiyanın inkişafı;
xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri sahəsində
dövlət tənzimlənməsi və nəzarət;
xüsusi mühafizə olunan təbiət
ərazilərindən və obyektlərindən istifadənin
qanunla nəzərdə tutulmuş hallarda ödənişli
olması;
xüsusi mühafizə olunan təbiət
ərazilərin və obyektlərin mühafizəsi
sahəsində əhalinin və ictimai birliklərin
iştirakı;
beynəlxalq əməkdaşlıq.
Azərbaycan Respublikasının ərazisində
beynəlxalq, respublika və bölgə əhəmiyyətli
xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri hər hansı fiziki və ya hüquqi
şəxslərin hüquqlarına və
mənafelərinə xələl gətirmədən
Azərbaycan dövlətinə mənsubdur və
özgəninkiləşdirilə bilməz.
Yerli əhəmiyyətli xüsusi mühafizə
olunan təbiət ərazilərinin və obyektlərinin
bələdiyyələrin mülkiyyətinə verilməsi
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.
Mülkiyyətində, istifadəsinlə və
icarəsində torpaq sahələri olan fiziki və hüquqi
şəxslər xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri yarada bilərlər.
II fəsil
Xüsusİ mühafİzə olunan təbİət
ərazİlərİnİn təşkİlİ
Azərbaycan Respublikasının ərazisində
məqsədindən, mühafizə rejimindən və
istifadə xüsusiyyətlərindən asılı olaraq
xüsusi mühafizə olunan təbiət əraziləri
aşağıdakı növlərə ayrılır:
dövlət təbiət qoruqları, o
cümlədən biosfer qoruqları;
milli parklar;
təbiət parkları;
ekoloji parklar;
dövlət təbiət yasaqlıqları;
təbiət abidələri;
zooloji parklar;
nəbatat bağları və dendroloji parklar;
müalicə-sağlamlaşdırma yerləri və
kurortlar;
geoloji parklar.[1]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
xüsusi mühafizə olunan təbiət ərazilərinin
digər növləri nəzərdə tutula bilər.
Bu maddənin birinci hissəsinin 2-ci, 3-cü, 4-cü,
8-ci, 9-cu və 11-ci
abzaslarında göstərilən xüsusi mühafizə
olunan təbiət ərazilərinin növlərinə
onların kateqoriyasından asılı olmayaraq təbiəti
mühafizə və elmi müəssisə və ya təşkilat
statusu verilir. Statusu olan xüsusi mühafizə olunan
təbiət ərazilərinin rəmzləri (bayraq, emblem
və sair) ola bilər.[2]
Bu maddənin birinci hissəsinin 2-ci, 3-cü, 4-cü, 6-cı və 11-ci
absazlarında göstərilən xüsusi mühafizə
olunan təbiət ərazilərinin növləri üzrə
ümumi əsasnamələr müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.[3]
Azərbaycan Respublikasında xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri
beynəlxalq, respublika, bölgə və yerli
əhəmiyyətli kateqoriyalara bölünür.
Dövlət təbiət qoruqlarının, geoloji parkların və milli
parkların əraziləri respublika əhəmiyətli
xüsusi mühafizə olunan təbiət
ərazilərinə aid edilir.[4]
Dövlət təbiət yasaqlıqları,
təbiət parkları, təbiət abidələri, zooloji
parklar, nəbatat bağları və dendroloji parklar ,
müalicə-sağlamlaşdırma yerləri və kurortlar
respublika əhəmiyyətli və ya bölgə
əhəmiyyətli,
müalicə-sağlamlaşdırma yerləri və kurortlar
isə beynəlxalq və ölkə əhəmiyyətli xüsusi
mühafizə olunan təbiət ərazilərinə aid
edilə bilər. Təbiət parkları, zooloji parklar,
müalicə-sağlamlaşdırma yerləri və kurortlar
yerli əhəmiyyətli xüsusi mühafizə olunan
təbiət əraziləri kimi elan edilə bilər.[5]
Azərbaycan Respublikasının ərazisində
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
beynəlxalq əhəmiyyətli xüsusi mühafizə
olunan təbiət əraziləri müəyyən edilə
bilər.
Respublika və ya bölgə əhəmiyyətli
xüsusi mühafizə olunan təbiət ərazilərinin
təşkili, onların kateqoriyalara aid edilməsi və bir
kateqoriyadan digərinə keçirilməsi elmi müəssisə
və təşkilatların və əlaqədar
təşkilatların rəyi nəzərə alınmaqla,
müvafiq dövlət orqanının təqdimatı
əsasında müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə həyata keçirilir. [6]
Dövlət təbiət qoruqlarının və
yasaqlıqlarının, geoloji
parkların, milli parkların təbiət
abidələrinin, zooloji parklar, nəbatat bağlarının
və dendroloji parkların fiziki və hüquqi
şəxslərin idarəçiliyinə, istifadəsinə
və icarəsinə verilməsi qadağandır.[7]
Yerli əhəmiyyətli təbiət parkları
zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri
və kurortlar bütövlükdə və ya qismən,
qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki
və hüquqi şəxslərin idarəçiliyinə,
istifadəsinə və icarəsinə verilə bilər.
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan
təbiət ərazilərə idarəçiliyi,
istifadəyə və icarəyə verilərkən
onların hüquqi statusu, rejimi və məqsədli
təyinatı saxlanılır, istifadəsi və
mühafizəsi bu Qanunla, habelə Azərbaycan
Respublikasının digər qanunvericilik aktları ilə
tənzimlənir.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin inkişafı və
yerləşdirilməsi sxemləri sosial-iqtisadi
tələblər və ətraf mühitin vəziyyəti
nəzərə alınmaqla, onların yaradılması
üçün perspektiv tələbatı müəyyən
edir.
Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş xüsusi
mühafizə olunan təbiət ərazilərinin sxemləri
əsasında onların yaradılması və genişləndirilməsi
üçün torpaq sahələri müvafiq ehtiyat torpaq
fondunda saxlanılır və həmin ərazilərdə
torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.
Xüsusi mühafizə olunan təbiət
əraziləri elmi və texniki-iqtisadi əsaslandırmaya
uyğun olaraq müəyyən edilmiş qaydada müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə
yaradılır.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin hər biri
üçün pasport hazırlanır və bu
ərazilərin və obyektlərin pasportu müvafiq icra hakimiyyəti
orqanında dövlət qeydiyyatına alınmaqla
müəyyən olunmuş qaydada saxlanılır.
Məqsədli istifadəsinə və hüquqi
rejiminə görə xüsusi mühafizə olunan
təbiət ərazilərinin və obyektlərinin
torpaqlarına təbiəti mühafizə, təbii qoruq,
sağlamlaşdırma, turizm və rekreasiya,
tarix-mədəniyyət təyinatlı torpaqlar daxildir.[8]
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin təşkili məqsədi ilə başqa
kateqoriyalara aid edilmiş torpaqların istifadəyə
verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi
ilə tənzimlənir.
Mülkiyyətdə, istifadədə və
icarədə olan torpaq sahələri xüsusi mühafizə
olunan təbiət ərazilərinin təşkili
məqsədi ilə Azərbaycan Respublikasının torpaq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində nəzərdə tutulmuş
şərtlərlə satın alına,
istifadə və icarə hüquqlarına xitam verilə
bilər.[9]
Üzərində xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri
yerləşən torpaq sahələri
mülkiyyətçilərdən, istifadəçilərdən
və icarəçilərdən geri alınmadan, onların
razılığı və ya məhkəmənin
qərarı ilə servitut hüququ (özgə torpaq
sahəsindən məhdud istifadə hüququ) əsasında
istifadə olunur.
Xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri üçün xüsusi
mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat
fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir.
Xüsusi mühafizənin hüquqi rejimi xüsusi
mühafizə olunan təbiət ərazilərində və
obyektlərində və ya xüsusi ayrılmış
sahələrdə ətraf mühitin təbii
vəziyyətini pozan hər hansı təsərrüfat
fəaliyyətinə, həmçinin digər
fəaliyyətlərə qadağalar nəzərdə tutur.
Təsərrüfat fəaliyyətinin
tənzimlənən rejimi xüsusi mühafizə olunan
təbiət ərazilərində və obyektlərində
və ya xüsusi ayrılmış sahələrdə
təbii ehtiyatların təsərrüfat istifadəsinə
məhdudiyyətlər nəzərdə tutur.
Xüsusi mühafizəni təmin etmək
üçün xüsusi mühafizə olunan təbiət
ərazilərinə və obyektlərinə bitişik olan
torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə
və digər qoruyucu zonalar müəyyən edilə
bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə
olunan təbiət ərazilərinin təbiət komplekslərinə
və obyektlərinə zərərli təsir
göstərən hər cür fəaliyyət qadağan
edilir. [10]
Maddə 10-1. Xüsusi mühafizə olunan təbiət
ərazilərinin sanitariya-mühafizə zonaları[11]
10-1.1. Xüsusi mühafizə olunan
təbiət ərazilərinin torpaq və su (akvatoriya)
sahələrini kənar antropogen təsirlərdən qorumaq
məqsədi ilə həmin ərazilərin
sanitariya-mühafizə zonaları müəyyən edilir.
10-1.2. Xüsusi mühafizə olunan
təbiət ərazilərinin sanitariya-mühafizə
zonası xüsusi mühafizə olunan təbiət
ərazilərinin torpaq və su (akvatoriya)
sərhədlərinin hüdud xəttindən bütün
perimetri boyunca 3000 metrədək məsafədə
müəyyən edilir.
10-1.3. Xüsusi mühafizə olunan
təbiət ərazilərinin sanitariya-mühafizə
zonası xüsusi mühafizə olunan təbiət
ərazilərinin Xəzər dənizinin Azərbaycan Respublikasına
mənsub olan bölməsinə bitişik
sərhədlərinin hüdud xəttindən 3000
metrədək məsafədə müəyyən edilir.
10-1.4. Xüsusi mühafizə olunan
təbiət ərazilərinin sanitariya-mühafizə
zonaları müvafiq icra hakimiyyəti orqanının
təqdimatı əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
10-1.5. Xüsusi mühafizə olunan
təbiət ərazilərinin sanitariya-mühafizə
zonalarında təsərrüfat fəaliyyətinin
tənzimlənən rejimi tətbiq edilir.
10-1.6. Xüsusi mühafizə olunan
təbiət ərazilərinin sanitariya-mühafizə
zonalarında ərazinin ekosisteminə mənfi təsir
göstərməyən və təbii ehtiyatların
təsərrüfat istifadəsinə məhdudiyyətləri
nəzərdə tutan aşağıdakı
fəaliyyətlərə yol verilir:
10-1.6.1. elmi tədqiqat işləri;
10-1.6.2. ətraf mühitin monitorinqi
və ekosistem dəyişikliklərinə nəzarət;
10-1.6.3. yanğından mühafizə
tədbirləri və meşə massivlərinin qorunması;
10-1.6.4. torpaqdan təsərrüfat
məqsədi ilə, habelə biçənək və otlaq
kimi istifadə edilməsi;
10-1.6.5. bioloji və landşaft
müxtəlifliyi, təbii ekosistemin bərpası
tədbirlərinin keçirilməsi;
10-1.6.6. turizm və rekreasiya
məqsədləri ilə istifadə;
10-1.6.7. mineral su və digər
müalicəvi resurslardan istifadə;
10-1.6.8.
balıq və digər su bioresurslarının idman və
həvəskar ovu;[12]
10-1.7. Xüsusi mühafizə olunan
təbiət ərazilərinin sanitariya-mühafizə
zonalarında aşağıdakılar qadağandır:
10-1.7.1. yeni yaşayış
məntəqələrinin salınması;
10-1.7.2. ekoloji təhlükə yaradan
müəssisələrin, o cümlədən kimya,
nüvə energetikası və metallurgiya sənayesi
obyektlərinin yerləşdirilməsi və istismarı;
10-1.7.3. geoloji kəşfiyyat
işlərinin aparılması, faydalı
qazıntıların çıxarılması və
emalı;
10-1.7.4. meşələrdə əsas
istifadə qırıntısı;
10-1.7.5. aqrokimyəvi
maddələrdən və pestisidlərdən istifadə;
10-1.7.6. yerli fauna və flora
növlərinə uyğun olmayan növlərin
introduksiyası;
10-1.7.7. ərazinin hidroloji rejimini pozan
və torpağın münbitliyinə təsir edən
işlərin görülməsi.
10-1.8. Xüsusi mühafizə
olunan təbiət ərazilərinin sanitariya-mühafizə
zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə,
bələdiyyə mülkiyyətində və (və ya)
istifadədə olan əmlakdan servitut hüququ əsasında
istifadə edilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərindən
və obyektlərindən Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilmiş
tələblərə əməl etmək şərti
ilə aşağıdakı məqsədlərlə
istifadə edilər bilər:
təbiəti mühafizə;
elmi tədqiqat;
ətraf mühitin monitorinqi;
sağlamlaşdırma;
təlim-tərbiyə;
turizm rekreasiya.[13]
Xüsusi mühafizə olunan təbiət
ərazilərində və obyektlərində onların
məqsədli təyinatına və təbiət
komplekslərinin və ayrı-ayrı obyektlərin
mühafizəsi, bərpası və istifadəsi üzrə
müəyyən edilmiş tələblərə zidd
olmayaraq şərtlərlə başqa fəaliyyət
növləri həyata keçirilə bilər.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin dövlət
kadastrı bu əraziləri statusu, onların coğrafi
mövqeyi və sərhədləri, həmin ərazilərin
və obyektlərin xüsusi mühafizəsinin rejimi
təbiət istifadəçiləri, ekoloji, elmi, iqtisadi,
tarixi və mədəni əhəmiyyəti barədə zəruri
məlumatların məcmusudur.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin dövlət
kadastrı təbiət qoruq fondunun vəziyyətinin
qiymətləndirilməsi və proqnozlaşdırılması,
bu əraziləri perspektiv inkişafı
şəbəkəsinin müəyyən edilməsi,
mühafizə rejiminə riayət olunmasına dövlət
nəzarətinin gücləndirilməsi məqsədi ilə
aparılır.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin dövlət
kadastrının və monitorinqinin aparılması və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
III fəsil
Xüsusİ mühafİzə olunan təbİət
ərazİlərİ və obyektlərİ
sahəsİndə İdarəetmə
Xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri idarəetmə sisteminə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanları və bələdiyyələr daxildir.
Xüsusi mühafizə olunan təbiət
ərazilərini və obyektlərini idarəetmə
sahəsində dövlətin səlahiyyətləri
aşağıdakılardır:
dövlət siyasətinin həyata keçirmək
və müvafiq normativ hüquqi aktlar qəbul etmək;
dövlət proqramlarını hazırlayıb
təsdiq etmək;
dövlət nəzarətini həyata
keçirmək;
xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin mühafizəsi
üzrə tədbirlərə dövlət yardımı;
beynəlxalq əhəmiyyətli xüsusi
mühafizə olunan təbiət ərazilərini və
obyektlərini müəyyən etmək;
respublika və ya bölgə əhəmiyyətli
xüsusi mühafizə olunan təbiət ərazilərinin
təşkili və ləğv edilməsi barədə
qərar vermək;
xüsusi mühafizə olunan təbiət
ərazilərinin inkişafı və
yerləşdirilməsi sxemlərini təsdiq etmək;
xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin dövlət
qeydiyyatının və kadastrının aparılması
qaydalarını müəyyən etmək;
beynəlxalq əməkdaşlığı həyata
keçirmək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş digər səlahiyyətləri
həyata keçirmək.
Xüsusi mühafizə olunan təbiət
ərazilərini və obyektlərini idarəetmə
sahəsində bələdiyyələrin
səlahiyyətləri aşağıdakılardır:
elmi müəssisə
və təşkilatların və müvafiq icra
hakimiyyəti orqanının rəyi nəzərə
alınmaqla yerli əhəmiyyətli xüsusi mühafizə
olunan təbiət ərazilərinin yaradılması və
ləğv edilməsi barədə qərar qəbul etmək;
yerli əhəmiyətli xüsusi mühafizə olunan
təbiət ərazilərinin təşkili üçün
yerli büdcələrin tərkibində xərclər
müəyyənləşdirmək və təsdiq etmək;
yerli əhəmiyyətli xüsusi mühafizə
olunan təbiət ərazilərini və obyektlərinin
mühafizəsi və istifadəsi üzrə qərarlar
qəbul etmək;
özlərinin mülkiyyətində,
istifadəsində və icarəsində olan torpaqlarda
qanunvericiliklə müəyyən edilmiş qaydada
təbiət parkları, zooloji parklar,
müalicə-sağlamlaşdırma yerləri və kurortlar
yaratmaq, habelə bu kimi ərazilələri məqsədli
təyinatı üzrə istifadəyə və
icarəyə vermək, yaxud götürmək;
xüsusi mühafizə olunan təbiət
ərazilərinin inkişafı və
yerləşdirilməsi sxemləri üzrə təkliflər
irəli sürmək;
yerli əhəmiyyətli xüsusi mühafizə
olunan təbiət ərazilərinin və obyektlərinin
mühafizəsini və istifadəsinə nəzarəti
həyata keçirmək;
öz səlahiyyətləri daxilində
qanunvericiliklə müəyyən edilmiş digər
vəzifələri həyata keçirmək.
Fiziki və hüquqi şəxslərin və ictimai
birliklərin xüsusi mühafizə olunan təbiət
ərazilərini və obyektlərini idarəetmə
üzrə tədbirlərdə iştirak etmək
üçün aşağıdakı hüquqları
vardır:
xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin mühafizəsi
üzrə ictimai fondlar yaratmaq;
xüsusi mühafizə olunan təbiət
ərazilərinin yaradılması, onların inkişafı
və yerləşdirilməsi sxemlərinin hazırlanması
üzrə təkliflər vermək;
xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri üzrə ictimai
ekspertizanın keçirilməsində iştirak etmək;
özlərinin mülkiyyətində,
istifadəsində və icarəsində olan torpaqlarda
qanunvericiliklə müəyyən edilmiş qaydada
təbiət parkları, müalicə-sağlamlaşdırma
yerləri və kurortlar yaratmaq, habelə bu kimi
əraziləri məqsədli təyinatı üzrə
istifadəyə və icarəyə götürmək;
xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri üzərində
qanunvericilikdə müəyyən edilmiş qaydada ictimai
nəzarəti həyata keçirmək;
müəyyən edilmiş qaydada dövlət
orqanlarında xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri haqqında məlumat almaq;
qanunvericilikdə müəyyən edilmiş digər
hüquqlara malik olmaq.
Fiziki və hüquqi şəxslər və ictimai
birliklər xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri sahəsində öz
fəaliyyətini Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun həyata keçirməyə
borcludurlar.
Dövlət orqanları xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri
sahəsində fiziki və hüquqi şəxsləri və
ictimai birliklərin rəy və təkliflərinə
baxmalıdırlar.
IV fəsil
Dövlət təbİət qoruqları
Dövlət təbiət qoruqları -
səciyyəvi və nadir təbiət komplekslərini və
obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq,
təbiət proseslərinin və hadisələrinin
gedişini öyrənmək məqsədiylə yaradılan
təbiət mühafizə və elmi müəssisə və ya təşkilat
statusuna malik olan ərazilərdir.
Dövlət təbiət qoruqları xüsusi ekoloji,
elmi və mədəni dəyərə malik olan təbiət
obyektlərinin (səciyyəvi və nadir landşaftlar, nadir
geoloji törəmələr, bitki və heyvan növləri
və sair) yerləşdiyi ərazilərdə (torpaq və su
məkanı (akvatoriya) sahələrində) yaradılır.
Dövlət təbiət qoruqlarının
əraziləri respublika əhəmiyyətli xüsusi
mühafizə olunan təbiət ərazilərinə aiddir
və ərazilərə xüsusi mühafizənin hüquqi
rejimi tətbiq edilir.
Dövlət təbiət qoruqları elmi müəssisə
və təşkilatların və əlaqədar
təşkilatların rəyi nəzərə alınmaqla
müvafiq dövlət orqanının təqdimatı
əsasında müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə təşkil edilir.
Dövlət təbiət qoruqlarının
təşkili üçün ayrılmış torpaq
sahələri onların daimi istifadəsinə verilir.
Dövlət təbiət qoruqlarının
torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki
və heyvanlar aləmindən təsərrüfat
məqsədləri üçün istifadə edilməsi
qadağan edilir.
Hər bir dövlət təbiət qoruğunun
əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Dövlət təbiət qoruqlarının
vəzifələri aşağıdakılardır:
genetik fondun, bioloji müxtəlifliyin, ekoloji
sistemlərin və təbiət komplekslərinin və obyektlərinin
təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə
təbiət ərazilərinin mühafizəsini həyata
keçirmək;
elmi tədqiqatları təşkil etmək və
aparmaq, “Təbiət səlnaməsi” tərtib etmək;
ətraf mühitin və təbii ehtiyatların
dövlət monitorinqi çərçivəsində ekoloji
monitorinqi həyata keçirmək;
təsərrüfat obyektlərinin və digər
obyektlərin yerləşdirilməsi layihələrinin və
sxemlərinin dövlət ekoloji ekspertizasında iştirak
etmək;
ətraf təbii mühitin mühafizəsi
sahəsində elmi kadrların və
mütəxəssislərin hazırlanmasına köməklik
etmək.
Dövlət təbiət qoruqlarında xüsusi
mühafizənin vacib ümumi tədbirlərindən
başqa, aşağıdakılar qadağan edilir:
bina və qurğuların, ümumi istifadə
üçün yolları, boru kəmərlərinin və
digər kommunikasiyaların tikintisi;
geoloji-kəşfiyyat və müxtəlif
axtarış işlərinin aparılması;
kənd təsərrüfatının, sənayenin,
hidroenergetikanın, su nəqliyyatının və digər
təsərrüfat ehtiyaclarının suya olan
tələbatının ödənilməsi üçün
yerüstü və yeraltı sulardan istifadə edilməsi;
oduncaq tədarükün, ikinci dərəcəli
meşə ehtiyatları tədarükü, meşədən
əlavə istifadə və ovçuluq
təsərrüfatının ehtiyacları üçün
meşədən istifadə;
bitki aləmindən təsərrüfat məqsədi
ilə, habelə biçənək və otlaq kimi istifadə
edilməsi;
ov və balıq və digər su
bioresurslarının ovu, habelə ov və
balıqçılıq obyektlərinə aid edilməyən
heyvanların təsərrüfat məqsədi ilə
istifadə edilməsi və ovlanması;[14]
ətraf mühitə hər hansı kimyəvi, bioloji
və fiziki təsirin tədbiq edilməsi;
kolleksiyaların toplanması, xüsusi icazə olmadan
bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi
tədqiqatların keçirilməsi;
xüsusi icazə olmadan qoruqların ərazisində
olmaq.
Qlobal ekoloji monitorinqin həyata keçirilməsi
üçün fəaliyyət göstərən və ya
yenidən təşkil edilən dövlət təbiət
qoruqlarının əsasında dövlət təbiət
biosfer qoruqları yaradıla bilər.
Hər bir dövlət təbiət biosfer qoruğu
haqqında əsasnamə beynəlxalq müqavilələr
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
V fəsil
Mİllİ parklar
Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və
digər əhəmiyyət daşıyan təbiət
komplekslərinin yerləşdiyi və təbiəti
mühafizə, maarifçilik, elmi, mədəni və
digər məqsədlər üçün istifadə olan
təbiəti mühafizə və elmi müəssisə və ya
təşkilat statusuna malik olan ərazilərdir.
Milli parkları əraziləri respublika
əhəmiyyətli xüsusi mühafizə olunan
təbiət ərazilərinə aiddir və bu
ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi
onların daimi istifadəsinə verilir.
Milli parkların hüdudlarına ayrı-ayrı
hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada
digər torpaq istifadəçilərinin və
mülkiyyətçilərinin torpaq sahələri daxil
edilə bilər.
Milli parklar müvafiq dövlət orqanının
təqdimatı əsasında müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə təşkil edilir.
Hər bir milli park müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş
əsasnaməyə uyğun olaraq fəaliyyət
göstərir.
Milli parkların əsas vəzifələri
aşağıdakılardır:
təbiət komplekslərini, nadir və etalon
təbiət ərazilərini, tarix-mədəniyyət
obyektlərini qoruyub saxlama;
turizm və rekreasiya üçün şərait
yaratmaq;[15]
təbiəti mühafizənin və ekoloji
maarifçiliyin elmi metodlarını hazırlamaq və
tətbiq etmək;
əhalini ekoloji maarifləndirmək;
ekoloji monitorinqi həyata keçirmək;
zədələnmiş təbiət və
tarix-mədəniyyət komplekslərini və obyektlərini
bərpa etmək.
Milli parkların ərazilərində onların
təbiət, tarix-mədəniyyət və digər
xüsusiyyətləri nəzərə alınmaqla xüsusi
mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur
və aşağıdakı fəaliyyət zonaları
müəyyən edir:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq
edilən zonalar;
təsərrüfat fəaliyyətinin
tənzimləmə rejimi tətbiq edilən zonalar;
turizm və rekreasiya zonaları;
turistlərə və başqalarına xidmət
göstərilən zonalar;
milli parkın fəaliyyətini təmin etmək
üçün təsərrüfat-istehsalat zonaları.
Turizm və rekreasiya zonalarında turizm və rekreasiya
məqsədləri üçün təbiətdən
istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və
digər su bioresurslarının idman və həvəskar ovu və
sair) yol verilir.[16]
Milli parklarda müəyyən edilmiş qaydada elmi
tədqiqatlar, mədəni-maarif və tədris
tədbirləri keçirilir.
VI fəsil
Təbİət
parkları
Təbiət parkları - xüsusi ekoloji və estetik
dəyərə malik olan, təbiəti mühafizə və
rekreasiya məqsədləri üçün
ayrılmış təbiət komplekslərinin
yerləşdiyi təbiəti mühafizə idarələri
statuslu ərazilərdir.[17]
Təbiət parklarının ərazisindəki torpaq
sahələri onların daimi istifadəsinə verilir.
Digər torpaq istifadəçilərinin və
mülkiyyətçilərinin torpaqları ayrı-ayrı
hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada
təbiət parklarının istifadəsinə verilə
bilər.
Təbiət parkları respublika və ya bölgə əhəmiyyətli
ola bilər. Bu ərazilər yerli əhəmiyyətli
xüsusi mühafizə olunan təbiət əraziləri kimi
elan edilə bilər.
Yerli əhəmiyyətli təbiət parkları
məqsədli təyinatı üzrə fiziki və hüquqi
şəxslərin idarəçiliyinə, habelə
istifadəsinə və icarəsinə verilə bilər.
Hər bir təbiət parkının əsasnaməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Təbiət parklarının vəzifələri
təbii mühiti, təbii landşaftları və rekreasiya
resurslarını mühafizə etmək, istirahət
üçün şərait yaratmaq, təbiəti
mühafizənin effektli metodlarını hazırlamaq və
tətbiq etmək, habelə rekreasiya istifadəsi
şəraitində ekoloji tarazlığı qoruyub
saxlamaqdır.
Təbiət parklarının ərazilərində
təbii sahələrin ekoloji və rekreasiya
əhəmiyyətindən asılı olaraq xüsusi
mühafizənin və istifadənin ayrı-ayrı
rejimləri müəyyən edilir.
Təbiət parklarının ərazilərində
təbiəti mühafizə, turizm və rekreasiya,
tarix-mədəniyyət komplekslərinin və obyektlərinin
mühafizə zonaları və digər fəaliyyət
zonaları müəyyən edilə bilər.
Təbiət parklarının ərazilərində
onların ekoloji, turizm və rekreasiya və estetik
keyfiyyətinə mənfi təsir göstərən,
tarix-mədəniyyət abidələrinin qorunub
saxlanılması rejimini pozan fəaliyyət qadağan edilir.
Təbiət parklarının
sərhədlərində onların ekoloji, mədəni,
turizm və rekreasiya və estetik əhəmiyyətini
aşağı salan fəaliyyət qadağan edilə və
ya məhdudlaşdırıla bilər.[18]
VII fəsil
Dövlət təbİət yasaqlıqları
Dövlət təbiət yasaqlıqları -
təbiət komplekslərinin və ya onların
komponentlərinin qorunması və ya bərpası, habelə
ekoloji tarazlığın saxlanması üçün
xüsusi əhəmiyyət daşıyan ərazilərdir.
Dövlət təbiət yasaqlıqları torpaq
mülkiyyətçilərindən, istifadəçilərindən
və icarəçilərindən torpaq sahələri
alınmadan qanunvericiliklə müəyyən edilmiş
qaydada onların torpaq sahələrində təşkil
edilə bilər.
Dövlət təbiət yasaqlıqları respublika
və ya bölgə əhəmiyyətli ola bilər.
Dövlət təbiət yasaqlıqları
müxtəlif profilli, o cümlədən kompleks, bioloji,
paleontoloji, hidroloji və geoloji profilli ola bilər.
Dövlət təbiət yasaqlıqları müvafiq
dövlət orqanların təqdimatı əsasında
müvafiq icra hakimiyyəti orqanının qərarı
ilə təşkil edilir.
Dövlət təbiət yasaqlıqlarında
təbiət komplekslərinə və onların
komponentlərinə zərər vura bilən hər hansı
fəaliyyət qadağan edilir.
Dövlət təbiət yasaqlıqlarının vəzifələri
və xüsusi mühafizə rejiminin xüsusiyyətləri
onların hər biri haqqında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş əsasnamə
ilə müəyyən edilir.
Dövlət təbiət yasaqlıqları
müəyyən edilmiş qaydada elmi, mədəni, tədris
və məhdud təsərrüfat məqsədləri
üçün istifadə edilə bilər.
Torpaq mülkiyyətçiləri və
istifadəçiləri dövlət təbiət
yasaqlıqlarında təsərrüfat fəaliyyətini
müəyyən edilmiş məhdudiyyətlərə
əməl etməklə həyata keçirə
bilərlər.
VIII fəsil
Təbİət abİdələrİ
Təbiət abidələri xüsusi ekoloji, elmi,
mədəni və estetik əhəmiyyəti olan
təbiət obyektləridir.
Təbiət abidəsi obyektlərinə konkret
coğrafi zona üçün səciyyəvi olan nadir
landşaftlar və yaxud ayrı-ayrı ünsürlər,
yerli ağac qruplarının etalonunu təşkil edən
və nadir növ tərkibinə görə seçilən
qiyməti meşə sahələri, endemik və ya məhv
olmaq təhlükəsinə məruz qalan bitkilərin
yayıldığı yerlər, çox yaşlı
ayrı-ayrı ağaclar, həmçinin geoloji
açılışlar, palçıq vulkanları,
mağaralar, paleontoloji və paleonəbatat
qalıqlarının çöküntüləri, bulaqlar,
nadir göllər və digər yerlər aid edilir. [19]
Təbiət abidələri yerləşən
ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi
tətbiq edilir və onların təbii vəziyyəti qorunub
saxlanılır.
Təbiət abidələri respublika və ya
bölgə əhəmiyyətli ola bilər.
Təbiət abidələri torpaq
mülkiyyətçilərindən,
istifadəçilərindən və
icarəçilərindən torpaq sahələri alınmadan
qanunvericiliklə müəyyən edilmiş qaydada onların
torpaq sahələrində təşkil edə bilər.
Təbiət abidələrinin və onların
yerləşdiyi ərazilərin təşkili qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Təbiət abidələrinə aid edilən
obyektlər və onların yerləşdiyi yerləşdiyi
ərazilər təsərrufat istismarından
çıxarılır və orada təbiət təbii
vəziyyətini pozan hər hansı fəaliyyət
qadağan edilir.
Təbiət abidələrindən müəyyən
edilmiş qaydada elmi, mədəni və tədris
məqsədlər üçün istifadə edilə
bilər.
IX fəsil
Zoolojİ parklar
Zooloji parklar - heyvanlar aləminin mühafizəsi,
törəyib artması və onlardan istifadə
üçün ayrılmış təbiəti
mühafizə və elmi müəssisə və ya təşkilat
statusuna malik olan xüsusi mühafizə olunan təbiət
əraziləridir.
Zooloji parklar respublika, bölgə və ya yerli
əhəmiyyətli ola bilər.
Zooloji parkların təşkili üçün torpaq
sahələri qanunvericiliklə müəyyən edilmiş
qaydada onların daimi istifadəsinə verilir.
Zooloji parklarda heyvanların saxlanılması və
artırılması, habelə ora gələn adamlara
göstərilməsi üçün - ekspozisiya, elmi
tədqiqatların aparılması məqsədi ilə - elmi,
gələn adamlara xidmət göstərilməsi
üçün - ictimai, inzibati və
təsərrüfat-istehsalat zonaları ayrılır.
Zooloji parklarda onların vəzifələrinin
həyata keçirilməsi ilə bağlı olmayan və
orada saxlanılan heyvanların məhvinə səbəb ola
bilən hər hansı fəaliyyət və
hərəkət qadağandır.
Zooloji parklar Azərbaycan Respublikası və dünya
faunasının heyvan kolleksiyalarını
formalaşdırır və onların qorunub
saxlanılmasını təmin edir.
Zooloji parklar müəyyən edilmiş qaydada
heyvanların idxalını və ixracını, başqa
zooloji profilli idarələrlə onların
dəyişdirilməsini həyata keçirir.
Zooloji parklarda baytarlıq və zootexniki xidmət,
nadir və nəsli kəsilmək təhlükəsi
qarşısında olan heyvan növlərinin nəsil
verməsi üçün məntəqə yaradılır.
Zooloji parklardan elmi, mədəni və tədris
məqsədləri üçün istifadə edilir.
Zooloji parklarda elmi tədqiqatlar heyvanların
qeyri-sərbəst və ya yarımsərbəst
şəraitdə saxlanılması və yetişdirilməsi
sahəsində aparılır.
Zooloji parklar elmi məlumat bankları, fondlar,
muzeylər, kitabxanalar və arxivlər yarada, onların
fəaliyyəti ilə bağlı elmi, elmi-populyar və
başqa ədəbiyyatlar nəşr edə, habelə
mədəni-maarif, baytarlıq xidməti,
seleksiya-damazlıq işləri sahəsində əhaliyə
ödənişli xidmətlər göstərə bilər.[20]
Zooloji parklarda bu idarələrin profilinə uyğun
olaraq təsərrüfat fəaliyyəti üçün
zəruri olan yardımçı təsərrüfatlar,
emalatxanalar, zooloji mağazalar və başqa obyektlər ola
bilər.
X fəsil
Nəbatat bağları və dendrolojİ parklar
Nəbatat bağları və dendroloji parklar - bitki
aləminin müxtəlifliyini qoruyub saxlamaq və onu
zənginləşdirmək məqsədi ilə yaradılan
təbiəti mühafizə və elmi müəssisə və ya
təşkilat statusuna malik olan ərazilərdir.
Nəbatat bağları və dendroloji parklar respublika
və ya bölgə əhəmiyyətli ola bilər.
Nəbatat bağlarının və dendroloji
parkların təşkili üçün torpaq
sahələri qanunvericiliklə müəyyən edilmiş
qaydada onların daimi istifadəsinə verilir.
Nəbatat bağlarında və dendroloji parklarda
bitkiləri yetişdirmək və onları ora gələn
adamlara göstərmək üçün - ekspozisiya, elmi
tədqiqatlar aparmaq üçün - elmi, gələn adamlara
xidmət göstərmək üçün - ictimai, inzibati
və təsərrüfat-istehsalat zonaları ayrılır.
Nəbatat bağlarında və dendroloji parklarda
onların vəzifələrinin həyata keçirilməsi
ilə əlaqədar olmayan və orada yetişdirilən
bitkilərin məhvinə səbəb ola bilən hər
hansı fəaliyyət və təsir qadağandır.
Nəbatat bağları və dendroloji parklar
Azərbaycan Respublikası və dünya florasının bitki
kolleksiyalarını formalaşdırır və onların
qorunub saxlanılmasını təmin edir.
Nəbatat bağları və dendroloji parklar
müəyyən edilmiş qaydada bitkilərin idxalını
və ixracını, onların başqa botaniki profili
idarələrlə dəyişdirilməsini təmin edir.
Nəbatat bağlarında və dendroloji parklarda
kolleksiya və təcrübə sahələri, tingliklər,
herbarilər və toxum fondları yaradılır.
Nəbatat bağlarından və dendroloji parklardan
elmi, mədəni-maarif və tədris məqsədləri
üçün istifadə edilir.
Nəbatat bağlarında və dendroloji parklarda elmi
tədqiqatlar qiymətli, nadir və məhv olmaq
təhlükəsi qarşısında olan bitki
növlərinin yetişdirilməsi, seleksiyası və
artırılması sahəsində aparılır.
Nəbatat bağları və dendroloji parklar elmi
məlumat bankları, fondlar, muzeylər, kitabxanalar və
arxivlər yarada, onların fəaliyyəti barədə elmi,
elmi-populyar və başqa ədəbiyyatlar nəşr
edə, habelə seleksiya, toxumçuluq və tingçilik
sahəsində əhaliyə ödənişli
xidmətlər göstərə bilər.
Nəbatat bağlarında və dendroloji parklarda bu
idarələrin profilinə uyğun olaraq təsərrüfat
fəaliyyəti üçün zəruri olan
yardımçı təsərrüfatlar, emalatxanalar,
bitkilərin satışı üçün
ixtisaslaşdırılmış mağazalar və başqa
obyektlər ola bilər.
XI fəsil
Müalİcə-sağlamlaşdırma
yerlərİ və kurortlar
Müalicə-sağlamlaşdırma yerlərinə
xəstəliklərin müalicəsinin və
profilaktikasının, habelə əhalinin istirahətinin
təşkili üçün yararlı olan və təbii
müalicəvi resurslara (mineral sular, müalicəvi
palçıqlar, müalicəvi Naftalan nefti, şor
göllər, müalicəvi iqlim, çimərliklər
və sair) malik olan ərazilər aid edilə bilər.
Müalicə-sağlamlaşdırma yerləri və
kurortlar onların səmərəli istifadə edilməsi
və təbii müalicəvi resursların və
sağlamlaşdırma xassələrinin qorunub
saxlanılması məqsədi ilə yaradılır.
Müalicə-sağlamlaşdırma yerləri və
kurortlar beynəlxalq, ölkə, bölgə və yerli
əhəmiyyətli ola bilər. [21]
Yerli əhəmiyyətli
müalicəsağlamlaşdırma yerləri və kurortlar
məqsədli təyinatı üzrə fiziki və hüquqi
şəxslərin idarəçiliyinə, habelə
istifadəsinə və icarəsinə verilə bilər.
Ərazilərin müalicəsağlamlaşdırma
yerlərinə və kurortlara aid edilməsi qaydası,
mühafizəsi və onların fəaliyyəti qanunvericiliklə
müəyyən edilir.
Təbii müalicə amillərinin və təbii
resursların mühafizəsi məqsədi ilə
müalicə-sağlamlaşdırma yerlərinin və
kurortların ətrafında sanitariya mühafizə
zonaları müəyyən edilir.
Müalicə sağlamlaşdırma yerlərinin
və kurortların ərazisində, eləcə də
onların ətrafında yaradılan sanitariya mühafizə
zonalarında xəstəliklərin profilaktikası və
müalicəsi, əhalinin istirahəti, habelə təbii
müalicəvi resursların mühafizəsi müvafiq normativ
hüquqi aktlarla tənzimlənir.
Müəyyən edilmiş sanitariya rejimi ilə
əlaqədar, torpaq sahələrinin təsərrüfat
dövriyyəsindən tam çıxarılması
nəzərdə tutulduğu hallar istisna edilməklə,
sanitariya mühafizə zonalarının hüdudlarında olan
torpaq sahələri torpaq
mülkiyyətçilərindən,
istifadəçilərindən və
icarəçilərindən geri alınmır.
XI-I
fəsil[22]
GEOLOJİ
PARKLAR
Maddə 40-1. Geoloji parklar və onların təşkili
Geoloji parklar - xüsusi geoloji,
coğrafi, tarixi, estetik və digər əhəmiyyət
daşıyan təbiət obyektlərinin yerləşdiyi
təbiəti mühafizə, maarifçilik, elmi, mədəni,
turizm və digər məqsədlər üçün
istifadə olunan təbiəti mühafizə və elmi
müəssisə və ya təşkilat statusuna malik olan
ərazilərdir.
Geoloji parkların əraziləri
respublika əhəmiyyətli xüsusi mühafizə olunan
təbiət ərazilərinə aiddir və bu
ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi
onların daimi istifadəsinə verilir.
Geoloji parklar müvafiq dövlət
orqanının təqdimatı əsasında müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə təşkil
edilir.
Hər bir geoloji park müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
əsasnaməyə uyğun olaraq fəaliyyət
göstərir.
Maddə 40-2. Geoloji parkların əsas vəzifələri
Geoloji parkların əsas
vəzifələri aşağıdakılardır:
geoloji və coğrafi təbiət
obyektlərini, nadir və etalon təbiət ərazilərini,
geoloji irsi qoruyub saxlamaq;
turizm və rekreasiya üçün
şərait yaratmaq;
elmi tədqiqatlar, mədəni-maarif
və tədris tədbirləri keçirmək;
təbiəti mühafizənin və
ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və
tətbiq etmək;
əhalini maarifləndirmək;
geoloji monitorinqi həyata
keçirmək.
Maddə 40-3. Geoloji parkların zonalaşdırılması və
mühafizə rejiminin xüsusiyyətləri
Geoloji parkların ərazilərində
onların təbii geoloji və coğrafi
xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi
mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur
və aşağıdakı fəaliyyət zonaları üzrə
bölgüsü müəyyən edilir:
xüsusi mühafizənin hüquqi
rejimi tətbiq edilən zonalar;
geoturizm və rekreasiya zonaları;
geomuzeylər və
tədris-məşğələ obyektləri zonaları;
geoparkın
fəaliyyətini təmin etmək üçün
təsərrüfat-istehsalat zonaları.
XII fəsil
Xüsusİ mühafİzə olunan təbİət
ərazİlərİnİn və obyektlərİnİn
malİyyələşdİrİlməsİ və
İqtİsadİ tənzİmlənməsİ
Xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri dövlət
büdcəsindən, yerli büdcələrdən,
büdcədənkənar vəsaitlərdən, ətraf
mühitin mühafizəsi üzrə fondların
vəsaitləri hesabına və qanunvericilikdə qadağan
edilməyən digər maliyyə mənbələrindən
maliyyələşdirilir.
Respublika və ya bölgə əhəmiyyətli
xüsusi mühafizə olunan təbiət ərazilərinin
və obyektlərinin mühafizəsi və bərpası,
onların inkişafı və yerləşdirilməsi
üzrə respublika sxeminin hazırlanması, dövlət
kadastrının aparılması, elmi, mədəni-maarif və
tədris tədbirləri dövlət büdcəsinin və
ətraf mühitin mühafizəsi üzrə fondların
vəsaitləri hesabına maliyyələşdirilir.
Yerli əhəmiyyətli xüsusi mühafizə
olunan təbiət ərazilərinin və obyektlərinin
saxlanması və təşkil edilməsi, onların
inkişafı və yerləşdirilməsi üzrə
sxemlərin hazırlanması, elmi, mədəni-maarif,
tədris tədbirləri yerli büdcələrin və
büdcədənkənar vəsaitlərin hesabına maliyyələşdirilir.
Fiziki və hüquqi şəxslər elmi,
mədəni, tədris, turizm və rekreasiya, məhdud
təsərrüfat məqsədləri ilə xüsusi
mühafizə olunan təbiət ərazilərindən və
obyektlərindən istifadəni ödənişli əsaslarla
həyata keçirirlər.
Xüsusi mühafizə olunan təbiət
ərazilərində və obyektlərində elmi,
mədəni-maarif, tədris, xidmət, turizm və rekreasiya
fəaliyyətini həyata keçirmək üçün
bina və qurğuların fiziki və hüquqi
şəxslərə verilməsinə, bu Qanunla
nəzərdə tutulan hallar istisna olmaqla, müəyyən
edilmiş qaydada və ödənişli əsaslarla yol verilir.[23]
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin idarə edilməsi və mühafizəsi
üçün yaradılan müvafiq idarələrin
xüsusi fondları və vəsaitləri ola bilər. Bu
fondların və vəsaitlərin yaradılması və
onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Xüsusi mühafizə olunan təbiət
əraziləri üçün nəzərdə tutulmuş
məqsədli ayırmalardan, onların xüsusi
vəsaitlərindən və fondundan bu ərazilərin
saxlanılması və inkişafı ilə bağlı
olmayan məqsədlər üçün istifadə
edilməsi qadağandır.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin iqtisadi
stimullaşdırılması sahəsində məqsədli
investisiya, kredit və vergi siyasəti həyata keçirilir.
XIII fəsil
Xüsusİ mühafİzə olunan təbİət
ərazİlərİnİn və obyektlərİnİn
mühafİzəsİnə və
İstİfadəsİnə nəzarət
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin mühafizəsinə,
qorunmasına və istifadəsinə dövlət
nəzarətinin məqsədi bu ərazilərin və
obyektlərin vəziyyətinə, onların mühafizəsi,
qorunması, bərpası və istifadəsi üzrə
tədbirlərin yerinə yetirilməsinə nəzarət
etmək, qanunvericiliklə nəzərdə tutulmuş
qaydalara və tələblərə əməl
olunmasını təmin etməkdir.
Bu sahədə dövlət nəzarətini
müvafiq icra hakimiyyəti orqanları öz
səlahiyyətləri daxilində müəyyən
olunmuş qaydada həyata keçirirlər.
Dövlət nəzarəti məqsədi ilə
aşağıdakılar həyata keçirilir:
dövlət təbiət qoruq fondunun mühafizəsi
və bərpası üzrə tədbirlərin yerinə
yetirilməsini yoxlamaq;
xüsusi mühafizə olunan təbiət
ərazilərindən və obyektlərindən istifadə
hüququna dair sənədləri yoxlamaq, nəqliyyat
vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən
edilmiş qaydada nəqliyyat vasitələrini və
gəmiləri, ov alətlərini, əldə edilmiş
məhsulları və başqa əşyaları yoxlamaq,
hüquqpozmaya səbəb olmuş alətləri, cihazları
və əşyaları, qanunsuz əldə edilmiş məhsulları,
habelə müvafiq sənədləri götürmək;
xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri haqqında qanunvericiliyi
pozmuş, cinayət və ya inzibati xəta törətmiş
şəxsləri qanunvericiliklə müəyyən
edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının
sərəncamına vermək; [24]
xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin mühafizəsi və
istifadəsi sahəsində inzibati xəta haqqında
protokollar tərtib etmək; [25]
xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin mühafizəsi və
istifadəsi sahəsində pozuntu hallarını aradan
qaldırmaq haqqında icrası məcburi olan
göstərişlər vermək və digər
tədbirlər görmək.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin mühafizəsinə
və istifadəsinə dövlət nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanlarının vəzifəli şəxslərinə
xidməti vəzifəni yerinə yetirərkən xüsusi
geyim forması daşımaqla Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti
silah saxlamaq və gəzdirmək hüququ verilir.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin vəzifəli şəxslərinin
hüquqları müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin
və obyektlərinin mühafizəsinə və
istifadəsinə ictimai nəzarət Azərbaycan
Respublikasının ətraf mühitin mühafizəsi
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
XIV fəsil
Xüsusİ mühafİzə olunan təbİət
ərazİlərİ və obyektlərİ haqqında
qanunverİcİlİyİn pozulmasına görə
məsulİyyət və mübahİsələrİn
həllİ
Xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri haqqında qanunvericiliyin
pozulmasında təqsirkar olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət
məsuliyyəti daşıyırlar.
Xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri haqqında qanunvericiliyin
pozulması nəticəsində xüsusi mühafizə olunan
təbiət ərazilərinə və obyektlərinə
vurulmuş zərər Azərbaycan Respublikasının
Mülki Məcəlləsində və təbiətin
mühafizəsi ilə bağlı digər qanunvericilik
aktlarında nəzərdə tutulmuş qaydada
ödənilir.
Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin mühafizəsi və
istifadəsi sahəsində mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
məhkəmə qaydasında həll edilir.
XV fəsil
Beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının ərazisində
xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikası ilə
başqa dövlətlər arasında bağlanmış müqavilələr,
sazişlər, razılaşmalar və digər beynəlxalq
hüquq normaları əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri sahəsində
müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə
tutulmuş qaydalardan fərqli olduqda, beynəlxalq
müqavilələrin qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 24 mart 2000-ci il
¹ 840-IQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 3 dekabr 2002-ci il tarixli 390-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 8)
2. 30 dekabr 2003-cü il tarixli 568-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57)
3. 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8,
maddə 657)
4. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745)
5. 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 460)
6. 16 dekabr 2008-ci il tarixli 738-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, ¹ 38, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
43)
7. 30 sentyabr
2009-cu il tarixli 882-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 5 noyabr 2009-cu il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə
796)
8. 4 aprel
2014-cü il tarixli 924-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 may 2014-cü il, ¹ 103; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05,
maddə 462)
9. 6 mart 2015-ci il
tarixli 1224-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 aprel 2015-ci il, ¹ 069, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 361)
10. 31 oktyabr 2017-ci
il tarixli 835-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 dekabr 2017-ci il, ¹ 279, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab maddə 2203)
11. 5 mart 2019-cu il tarixli 1528-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel
2019-cu il, ¹ 70, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 584)
12. 27 iyun 2019-cu il tarixli 1616-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 avqust
2019-cu il, ¹ 168, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə 1360)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5
mart 2019-cu il tarixli 1528-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel
2019-cu il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 584) ilə 5-ci maddənin birinci hissəsinin onuncu
abzasının sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda on birinci abzas əlavə edilmişdir.
[2] 31 oktyabr 2017-ci il tarixli 835-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci
il, ¹ 279,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
12, I kitab maddə 2203) ilə
5-ci maddənin üçüncü
hissəsində, 17-ci maddənin birinci hissəsində, 21-ci
maddənin birinci hissəsində, 31-ci və 35-ci
maddələrin birinci hissələrində “elmi tədqiqat idarələri” sözləri “elmi müəssisə və ya
təşkilat” sözləri ilə əvəz
edilmişdir.
5
mart 2019-cu il tarixli 1528-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel
2019-cu il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 584) ilə 5-ci maddənin üçüncü
hissəsində “və 9-cu”
sözləri “, 9-cu və 11-ci”
sözləri ilə əvəz edilmişdir.
[3] 5
mart 2019-cu il tarixli 1528-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel
2019-cu il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 584) ilə 5-ci maddənin dördüncü
hissəsində “və 6-cı”
sözləri “, 6-cı və
11-ci” sözləri ilə əvəz edilmişdir.
[4] 5
mart 2019-cu il tarixli 1528-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel
2019-cu il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 584) ilə 6-cı maddənin ikinci hissəsinə
“Dövlət təbiət
qoruqlarının” sözlərindən sonra “, geoloji parkların”
sözləri əlavə edilmişdir.
[5] 30 sentyabr 2009-cu il tarixli 882-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 5 noyabr 2009-cu il, ¹ 247Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə
796) ilə 6-cı
maddəsinin üçüncü hissəsinin birinci
cümləsindən “,
müalicə-sağlamlaşdırma yerləri və kurortlar”
sözləri çıxarılmışdır, “xüsusi mühafizə olunan”
sözlərindən əvvəl “, müalicə-sağlamlaşdırma yerləri və
kurortlar isə beynəlxalq və ölkə
əhəmiyyətli” sözləri əlavə
edilmişdir.
[6] 31 oktyabr 2017-ci il tarixli 835-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr
2017-ci il, ¹ 279,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
12, I kitab maddə 2203) ilə
6-cı maddənin beşinci
hissəsinə, 15-ci maddənin birinci hissəsinin ikinci
abzasına, 17-ci maddənin dördüncü hissəsinə
“elmi” sözündən sonra
“müəssisə və”
sözləri əlavə edilmişdir.
[7] 5
mart 2019-cu il tarixli 1528-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel
2019-cu il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 584) ilə 7-ci maddənin birinci hissəsinə “Dövlət təbiət
qoruqlarının və yasaqlıqlarının,”
sözlərindən sonra “geoloji
parkların,” sözləri əlavə edilmişdir.
[8] 2 iyun 2008-ci il
tarixli 615-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə 9-cu
maddənin birinci hissəsində “istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,”
sözləri ilə əvəz edilmişdi.
[9]
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657) ilə 9-cu maddəsinin üçüncü
hissəsində “geri alına”
sözləri “və
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində nəzərdə tutulmuş
şərtlərlə satın alma, istifadə və icarə
hüquqlarına xitam verilə” sözləri ilə
əvəz edilmişdir.
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 9-cu maddəsinin
üçüncü hissəsində "satın alma"
sözləri "satın alına" sözləri ilə
əvəz edilmişdir.
[10] 4 aprel 2014-cü il tarixli 924-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 may
2014-cü il, ¹ 103; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 462) ilə 10-cu maddənin dördüncü
hissəsi ləğv edilmişdir.
[11] 4 aprel 2014-cü il tarixli 924-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 may
2014-cü il, ¹ 103; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 462) ilə yeni məzmunda 10-1-ci maddə
əlavə edilmişdir.
[12] 6 mart 2015-ci il tarixli 1224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci
il, ¹ 069,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
4, maddə 361) ilə
10-1.6.8-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
10-1.6.8. həvəskar və idman ovu
(balıq ovu).
[13]
2 iyun 2008-ci il tarixli 615-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə 11-ci
maddənin birinci hissəsinin yeddinci abzasında “istirahət (rekreasiya)”
sözləri “rekreasiya”
sözü ilə əvəz edilmişdir.
[14] 6 mart 2015-ci il tarixli 1224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci
il, ¹ 069,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
4, maddə 361) ilə
19-cu maddənin yeddinci abzasında “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu”
sözləri ilə əvəz edilmişdir.
[15]
2 iyun 2008-ci il tarixli 615-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə 22-ci
maddənin üçüncü abzasında “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə
əvəz edilmişdir.
[16]
2 iyun 2008-ci il tarixli 615-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə
23-cü maddənin birinci hissəsinin dördüncü
abzasında və ikinci hissəsində hər iki halda “istirahət (rekreasiya)”
sözləri “rekreasiya”
sözü ilə əvəz edilmişdir.
6 mart 2015-ci il tarixli 1224-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci
il, ¹ 069,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
4, maddə 361) ilə
23-cü maddənin yeddinci abzasında “idman və həvəskar balıq ovu” sözləri
“balıq və digər su
bioresurslarının idman və həvəskar ovu”
sözləri ilə əvəz edilmişdir.
[17] 2 iyun 2008-ci il tarixli 615-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə
24-cü maddənin birinci hissəsində “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə
əvəz edilmişdir.
[18]
2 iyun 2008-ci il tarixli 615-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə
26-cı maddənin ikinci, üçüncü və
dördüncü hissələrində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya”
sözləri ilə əvəz edilmişdir.
[19] 3 dekabr
2002-ci il tarixli 390-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 8) ilə 29-cu maddənin ikinci hissəsində
"geoloji
açılışlar" sözlərindən sonra
"palçıq vulkanları"
sözləri əlavə edilmişdir.
[20] 27
iyun 2019-cu il tarixli 1616-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 avqust
2019-cu il, ¹ 168,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8,
maddə 1360) ilə 34-cü maddənin
üçüncü hissəsində “təbabəti” sözü “xidməti” sözü ilə əvəz
edilmişdir.
[21] 16 dekabr 2008-ci il tarixli 738-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, ¹ 38, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
43) ilə 39-cu maddəsinin birinci hissəsində
mötərizədə “müalicəvi
palçıqlar,” sözlərindən sonra “müalicəvi Naftalan nefti,”
sözləri əlavə edilmişdir, həmin maddənin
üçüncü hissəsində “respublika” sözü “ölkə”
sözü ilə əvəz edilmişdir və “bölgə” sözü
çıxarılmışdır.
[22] 5
mart 2019-cu il tarixli 1528-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel
2019-cu il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 584) ilə yeni məzmunda XI-I fəsil əlavə
edilmişdir.
[23] 2 iyun 2008-ci il tarixli 615-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 460) ilə 42-ci
maddənin birinci hissəsində “turizm, istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,”
sözləri ilə, ikinci hissəsində “turizm, xidmət və istirahət (rekreasiya)”
sözləri “xidmət, turizm
və rekreasiya” sözləri ilə əvəz
edilmişdir.
[24] 30 dekabr 2003-cü il
tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 45-ci maddənin üçüncü
hissəsinin dördüncü abzasında "hüquqpozma" sözü "xəta" sözü ilə
əvəz edilmişdir.
[25] 30 dekabr 2003-cü il
tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 45-ci maddənin beşinci abzasında "hüquqpozma"
sözü "xəta"
sözü ilə əvəz edilmiş və "(aktlar)" sözü
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
xüsusi
mühafizə olunan təbiət ərazilərinin və
obyektlərinin mühafizəsi və istifadəsi
sahəsində inzibati hüquqpozma haqqında protokollar (aktlar)
tərtib etmək;