Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

 

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsinin təsis edildiyi gün — 18 avqust Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü elan edilsin.[1]

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər ƏLİYEV

 

Bakı şəhəri, 16 avqust 2000-ci il

                  № 504

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 6 mart 2018-ci il tarixli 3758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 7 mart 2018-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 483)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 mart 2018-ci il tarixli 3758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 7 mart 2018-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 483) ilə Sərəncamın adında və mətnində “Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilmişdir.