AZƏRBAYCAN RESPUBLİKASININ

GÖMRÜK MƏCƏLLƏSİ

 

MÜNDƏRİCAT [1]

(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)

 

BÖLMƏLƏR (Fəsillər)

I.               Ümumİ müddəalar (1-2)

II.             Malların və nəqlİyyat vasİtələrİnİn Azərbaycan Respublİkasının gömrük sərhədİndən keçİrİlməsİ. Gömrük rejİmlərİ (3-18)

III.           Gömrük ödənİşlərİ (19-20)

IV.          Gömrük rəsmİləşdİrİlməsİ (21-26)

V.            Gömrük nəzarətİ (27-28)

VI.          Valyuta nəzarətİ (29)

VII.        Xarİcİ şəxslərİn ayrı-ayrı kateqorİyaları üçün gömrük güzəştlərİ (30)

VIII.      Xarİcİ İqtİsadİ fəalİyyətİn gömrük statİstİkasının və mal nomenklaturasının aparılması (31-32)

IX.           Gömrük İşİ sahəsİndə cİnayətlər. Azərbaycan Respublİkası gömrük orqanlarının təhqİqat, İSTNTAQ və əməlİyyat-axtarış fəalİyyətİ (33-36)

X.             Gömrük qaydalarının pozulması və bu pozuntulara görə məsulİyyət. Gömrük qaydalarının pozulması haqqında İşlər üzrə İcraat və həmİn İşlərə baxılma (37-50)

XI.           Məlumatlandırma və məsləhətvermə. İlkİn qərarlar (51-52)

XII.         Mallar və nəqlİyyat vasİtələrİ üzərİndə sərəncam verİlməsİ və əldə edİlən vəsaİtlərdən İstİfadə edİlməsİ (53-54)

XIII.       Azərbaycan Respublİkası gömrük orqanlarının və onların vəzİfəlİ şəxslərİnİn qərarlarından, hərəkət və ya hərəkətsİzlİyİndən şİkayətvermə. Şİkayətlərə baxılma (55-56)

XIV.       Azərbaycan Respublİkası gömrük orqanlarının vəzİfəlİ şəxslərİ (57-61)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 


FƏSİLLƏR (Maddələr)

I. ÜMUMİ MÜDDƏALAR

1. AZƏRBAYCAN RESPUBLİKASINDA GÖMRÜK İŞİ VƏ GÖMRÜK SİYASƏTİ (1-6)

2. GÖMRÜK İŞİNİN TƏŞKİLİ (7-17)

II. MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİ. GÖMRÜK REJİMLƏRİ

3. MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ (18-28)

4. SƏRBƏST DÖVRİYYƏ ÜÇÜN BURAXILIŞ (29-30)

5. TƏKRAR İDXAL (31-33)

6. TRANZİT (34-39)

7. GÖMRÜK ANBARI (40-50)

8. RÜSUMSUZ TİCARƏT MAĞAZASI (51-56)

9. GÖMRÜK ƏRAZİSİNDƏ MALLARIN EMALI (57-63)

10. GÖMRÜK NƏZARƏTİ ALTINDA MALLARIN EMALI (64-66)

11. MÜVƏQQƏTİ İDXAL (İXRAC) (67-73)

12. SƏRBƏST GÖMRÜK ZONASI. SƏRBƏST ANBAR (74-85)

13. GÖMRÜK ƏRAZİSİNDƏN KƏNARDA MALLARIN EMALI (86-95)

14. MALLARIN İXRACI (96-98)

15. MALLARIN TƏKRAR İXRACI (99-100)

16. MALLARIN MƏHV EDİLMƏSİ (101-102)

17. DÖVLƏTİN XEYRİNƏ MALDAN İMTİNA (103-104)

18. AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK SƏRHƏDİNDƏN NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ MALLARIN AYRI-AYRI NÖVLƏRİNİN KEÇİRİLMƏSİ (105-107)

III. GÖMRÜK ÖDƏNİŞLƏRİ

19. ƏSAS MÜDDƏALAR (108-114)

20. GÖMRÜK ÖDƏNİŞLƏRİNİN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ (115-123)

IV. GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ

21. ÜMUMİ MÜDDƏALAR (124-134)

22. İLKİN ƏMƏLİYYATLAR (135-142)

23. MÜVƏQQƏTİ SAXLANC (143-154)

24. GÖMRÜK BROKERİ (155-161)

25. GÖMRÜK DAŞIYICISI (162-165)

26. BƏYANETMƏ (166-176)

V. GÖMRÜK NƏZARƏTİ

27. ÜMUMİ MÜDDƏALAR (177-186)

28. AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK SƏRHƏDİNDƏN KEÇIRİLƏN MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİNƏ GÖMRÜK NƏZARƏTİ ÜZRƏ ƏLAVƏ MÜDDƏALAR (187-192)

VI. VALYUTA NƏZARƏTİ

29. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARI TƏRƏFİNDƏN VALYUTA NƏZARƏTİ (193-195)

VII. XARİCİ ŞƏXSLƏRİN AYRI-AYRI KATEQORİYALARI ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ

30. XARİCİ DÖVLƏTLƏRİN NÜMAYƏNDƏLİKLƏRI VƏ ONLARIN ƏMƏKDAŞLARİ, HABELƏ DİGƏR XARİCİ ŞƏXSLƏR ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ (196-205)

VIII. XARİCİ İQTİSADİ FƏALİYYƏTİN GÖMRÜK STATİSTİKASININ VƏ MAL NOMENKLATURASININ APARILMASI

31. GÖMRÜK STATİSTİKASININ APARILMASI (206-209)

32. XARİCİ İQTİSADİ FƏALİYYƏTİN MAL NOMENKLATURASININ APARILMASI (210-212)

IX. GÖMRÜK İŞİ SAHƏSİNDƏ CİNAYƏTLƏR. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ TƏHQİQAT, İSTİNTAQ VƏ ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ

33. (ÇIXARILIB)

34. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARI TƏRƏFİNDƏN TƏHQİQATIN VƏ İSTİNTAQIN APARILMASI (217-218)

35. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ ƏMƏLİYYAT-AXTARIŞ FƏALIYYƏTİ (219-221)

36. NARKOTIK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN NƏZARƏT ALTINDA GÖNDƏRİLMƏSI (222-224)

X. (çıxarılıb)

XI. MƏLUMATLANDIRMA VƏ MƏSLƏHƏTVERMƏ. İLKİN QƏRARLAR

51. MARAQLI ŞƏXSLƏRİN MƏLUMATLA TƏMİN EDİLMƏSI VƏ GÖMRÜK MƏSƏLƏLƏRİ ÜZRƏ MƏSLƏHƏTVERMƏ (383-388)

52. İLKİN QƏRARLAR (389-391)

XII. MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ ÜZƏRİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ EDİLƏN VƏSAİTLƏRDƏN İSTİFADƏ EDİLMƏSİ

53. MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ ÜZƏRİNDƏ SƏRƏNCAM VERİLMƏSİ (392-395)

54. BU MƏCƏLLƏYƏ MÜVAFİQ OLARAQ ƏLDƏ EDİLMİŞ VƏSAİTDƏN İSTİFADƏ (396-398)

XIII. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARINDAN, HƏRƏKƏT VƏ YA HƏRƏKƏTSİZLİYİNDƏN ŞİKAYƏTVERMƏ. ŞİKAYƏTLƏRƏ BAXILMA

55. ŞİKAYƏTVERMƏ (399-411)

56. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARI VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARINA, HƏRƏKƏT VƏ YA HƏRƏKƏTSIZLİYİNƏ PROKURORUN PROTESTİ İLƏ ƏLAQƏDAR VƏ NƏZARƏT QAYDASINDA BAXILMA (412-413)

XIV. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ

57. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HÜQUQİ STATUSU (414-416)

58. FİZİKİ QÜVVƏNİN, XÜSUSİ VASİTƏLƏRİN VƏ ODLU SİLAHIN TƏTBİQİ (417-421)

59. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN ƏMƏYİNİN ÖDƏNİLMƏSİ, MADDİ-MƏİŞƏT TƏMİNATI VƏ SOSİAL MÜDAFİƏSİ (422-430)

60. (ÇIXARILIB)

61. AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN MƏSULİYYƏTİ (449-450)


AZƏRBAYCAN RESPUBLİKASININ

GÖMRÜK MƏCƏLLƏSİ [2]

Bu Məcəllə gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişlənməsinə, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrini yerinə yetirmələrinə yönəlmişdir.

 

I BÖLMƏ

Ümumİ müddəalar

1-ci fəsil

Azərbaycan Respublİkasında gömrük İşİ və gömrük sİyasətİ

Maddə 1. Azərbaycan Respublikasında gömrük işi

Azərbaycan Respublikasının gömrük işini malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin qaydaları və şərtləri, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələri təşkil edir.

Maddə 2. Azərbaycan Respublikasının gömrük siyasəti

Azərbaycan Respublikasında dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasəti həyata keçirilir.

Azərbaycan Respublikasının gömrük siyasətinin məqsədi aşağıdakılardan ibarətdir:

Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi;

Azərbaycan Respublikasının daxili bazarının qorunması;

milli iqtisadiyyatın inkişafının stimullaşdırılması;

Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi;

Azərbaycan Respublikasının Konstitusiyasına, bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən digər məqsədlər.

Azərbaycan Respublikasının gömrük siyasəti gömrük işini beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldir. Azərbaycan Respublikasında gömrük işi hamılıqla qəbul edilmiş beynəlxalq normalar və təcrübə ilə uyğunlaşdırma və eyniləşdirmə istiqamətində inkişaf etdirilir.

Maddə 3. Azərbaycan Respublikasının gömrük ərazisi və gömrük sərhədi

Azərbaycan Respublikasının gömrük ərazisi Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən onda yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarətdir.

Azərbaycan Respublikası ərazisində sərbəst gömrük zonaları və sərbəst anbarlar yerləşə bilər. Bu Məcəllədə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən edilən hallar istisna edilməklə sərbəst gömrük zonalarının və sərbəst anbarların əraziləri Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazidir.

Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetrləri Azərbaycan Respublikasının gömrük sərhədidir.

Maddə 4. Gömrük işi və beynəlxalq iqtisadi inteqrasiya

Azərbaycan Respublikası beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər dövlətlərlə gömrük ittifaqları, sərbəst iqtisadi zonaları yaradır, gömrük məsələləri üzrə beynəlxalq hüquq normalarına uyğun sazişlər bağlayır.

Maddə 5. Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Məcəllədən, Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 6. Dövlətlərarası müqavilələrin qüvvəsi

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində müəyyən edilən qaydalar bu Məcəllə və gömrük işi haqqında Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, dövlətlərarası müqavilələrin qaydaları tətbiq edilir.

 

2-ci fəsil

Gömrük İşİnİn təşkİlİ

Maddə 7. Azərbaycan Respublikasının gömrük orqanları

Azərbaycan Respublikasında gömrük işi hüquq-mühafizə orqanları olub vahid sistem təşkil edən gömrük orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının gömrük işini bilavasitə həyata keçirən orqanlar Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamələrə uyğun fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası gömrük orqanlarının vahid sisteminin müəyyən olunması, gömrük orqanlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olunmaqla heç bir dövlət orqanının bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına uyğun fəaliyyət göstərən gömrük orqanlarının səlahiyyətinə toxunan məsələlər üzrə qərar qəbul etmək, onların funksiyalarını icra etmək və ya dəyişmək, onlara başqa vəzifələr tapşırmaq və ya fəaliyyətinə digər formada müdaxilə etmək hüququ yoxdur.

Maddə 8. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri, digər idarə və təşkilatları

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı:

gömrük məqsədləri üçün malların ekspertizasını və tədqiqini aparmaqdan ötrü gömrük laboratoriyaları yaradır;

gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılması, kadr hazırlığı və onların ixtisasının artırılması məqsədi ilə elmi-tədqiqat müəssisələri, peşəyönümlü təhsil-tədris müəssisələri, gömrük fəaliyyətinin yerinə yetirilməsinə kömək edən hesablama mərkəzləri, poliqrafiya, tikinti-istismar idarələri, digər idarə və təşkilatlar yarada bilər;

gömrük orqanlarının, gömrük laboratoriyalarının, elmi-tədqiqat və tədris müəssisələrinin, idarə və təşkilatların əmlakı dövlət mülkiyyətidir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı bu əmlakın idarə edilməsi üzrə mülkiyyətçi səlahiyyətlərini həyata keçirir.

Maddə 9. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktları

Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan Respublikasının bütün başqa dövlət orqanları, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan normativ aktlar qəbul edir. Göstərilən normativ aktlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçirilir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının ümumi xarakterli normativ aktları onların özlərində ayrı müddət nəzərdə tutulmamışdırsa, dərc olunduqdan on gün sonra qüvvəyə minir.

Maddə 10. Azərbaycan Respublikası gömrük orqanlarının əsas funksiyaları

Azərbaycan Respublikasının gömrük orqanları aşağıdakı əsas funksiyaları yerinə yetirirlər:

1) Azərbaycan Respublikasının gömrük siyasətinin işlənib hazırlanmasında iştirak edir və bu siyasəti həyata keçirirlər;

2) icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş qanunvericilik aktlarına riayət edilməsini təmin edirlər; gömrük işini həyata keçirərkən idarələrin, müəssisələrin, təşkilatların və fiziki şəxslərin, həmçinin sahibkarların hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görürlər;

3) öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin edirlər:

4) Azərbaycan Respublikasının iqtisadi mənafeyini qoruyurlar;

5) ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrini tətbiq edirlər;

6) gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri alırlar;

7) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barədə iqtisadi siyasət tədbirlərinin işlənib hazırlanmasında iştirak edir və bu tədbirləri həyata keçirirlər;

8) Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin edirlər;

9) gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydalarının və vergi qanunvericiliyinin pozulmasına qarşı mübarizə aparırlar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahın, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan əşyaların, intellektual mülkiyyət obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, digər malların Azərbaycan Respublikası gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını alırlar; beynəlxalq terrorçuluqla mübarizəyə və Azərbaycan Respublikasının təyyarə limanlarında beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasına köməklik göstərirlər;[3]

10) gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirir və təkmilləşdirir, Azərbaycan Respublikasının gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi üçün şərait yaradırlar;

11) xarici iqtisadi fəaliyyətin gömrük statistikasını və Azərbaycan Respublikasının xüsusi gömrük statistikasını aparırlar;

12) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar;

13) idarələrin, müəssisələrin, təşkilatların və fiziki şəxslərin xarici iqtisadi əlaqələrinin inkişafına kömək edirlər;

14) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyinin müdafiəsi sahəsində tədbirlər həyata keçirilməsinə kömək edirlər;

14-1) ixrac nəzarətinə düşən malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə nəzarəti həyata keçirirlər ; [4]

14-2) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirirlər;

14-3) beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blankları verirlər;[5]

15) rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirirlər; [6]

16) Azərbaycan Respublikasının gömrük işinə aid beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini təmin edir; Azərbaycan Respublikasının gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrinin işlənib hazırlanmasında iştirak edir; xarici dövlətlərin gömrük işinə aid məsələlərlə məşğul olan gömrük və başqa səlahiyyətli orqanlar ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər;

17) gömrük işi sahəsində elmi-tədqiqat işləri aparır və məsləhətlər verirlər; dövlət orqanları, idarələr, müəssisələr və təşkilatlar üçün bu sahədə mütəxəssislərin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirirlər;

18) müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası Prezidentinə başqa dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara, vətəndaşlara gömrük məsələləri üzrə məlumatlar verilməsini təmin edirlər;

19) dövlətin vahid maliyyə-təsərrüfat siyasətinin həyata keçirilməsində iştirak edir, gömrük orqanlarının maddi-texniki bazasını inkişaf etdirir, bu orqanların işçiləri üçün lazımi əmək və sosial şərait yaradırlar.

Maddə 11. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və tanınma nişanları

Azərbaycan Respublikası gömrük orqanlarının və onların sərəncamında olan dəniz və çay gəmilərinin bayrağı vardır. Azərbaycan Respublikası gömrük orqanlarının sərəncamında olan avtonəqliyyat vasitələri və hava gəmilərinin tanınma nişanları vardır.

Bayraq və tanınma nişanlarının təsviri Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq olunur.

Maddə 12. Azərbaycan Respublikası gömrük orqanlarının başqa dövlət orqanları ilə, idarə, müəssisə, təşkilat və vətəndaşlarla qarşılıqlı fəaliyyəti

Azərbaycan Respublikası gömrük orqanları gömrük işi ilə əlaqədar vəzifələri yerinə yetirmək məqsədi ilə digər hüquq mühafizə orqanları və başqa dövlət orqanları ilə, idarə, müəssisə, təşkilat və vətəndaşlarla qarşılıqlı fəaliyyət göstərirlər.

Dövlət orqanları və onların vəzifəli şəxsləri Azərbaycan Respublikası gömrük orqanlarına tapşırılan vəzifələrin yerinə yetirilməsi üçün onlara lazımi şərait yaratmaqla kömək edirlər.

Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük orqanları öz səlahiyyətlərinə aid olan ayrı-ayrı işlərin icrasında başqa idarə, müəssisə və təşkilatların xidmətindən istifadə edə bilərlər.

Maddə 13. Azərbaycan Respublikasının gömrük orqanlarına xidmət və məişət otaqları, avadanlıq və rabitə vasitələri verilməsi

Gömrük rəsmiləşdirilməsinin Azərbaycan Respublikası gömrük orqanlarının olduğu yerdə deyil öz ərazilərində və ya binalarında keçirilməsində maraqlı olan idarələr, müəssisələr, təşkilatlar və fiziki şəxslər Azərbaycan Respublikasının gömrük orqanlarına əvəzsiz istifadə üçün lazımi xidmət və məişət otaqları, avadanlıq və rabitə vasitələri verirlər.

Maddə 14. Azərbaycan Respublikasının gömrük orqanlarına torpaq sahələrinin verilməsi

Gömrük obyektlərinin yerləşdirilməsi zəruri olan hallarda, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarına istifadə üçün torpaq sahələri verilir.

Maddə 15. Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət etmə

Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından, hərəkət və hərəkətsizliyindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edilə bilər. [7]

Maddə 16. Azərbaycan Respublikası gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlara münasibət

Bu Məcəlləyə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq dövlət orqanları, idarələr, müəssisələr, təşkilatlar və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük orqanlarına verilən məlumatlar yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər.

Dövlət, kommersiya, bank sirrlərindən və qanunla qorunan digər sirrlərdən ibarət olan məlumatlar, həmçinin gizli məlumatlar yayılmır, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən şəxsi məqsədlərlə istifadə edilmir, Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə üçüncü şəxslərə verilmir.

Maddə 17. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar

Bu Məcəllədəki əsas anlayışlar aşağıdakı mənalarda istifadə olunur:

1) mallar istənilən daşınan əmlak, o cümlədən valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri, bu Maddənin 4-cü bəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla nəqliyyat vasitələri;

2) Azərbaycan malları mənşə ölkəsi Azərbaycan Respublikası olan və ya Azərbaycan Respublikası ərazisində sərbəst dövriyyə üçün buraxılmış mallar;

3) xarici mallar bu maddənin 2-ci bəndində göstərilməyən və mənşəyi xarici ölkə olan mallar;

4) nəqliyyat vasitələri sərnişinlərin və malların beynəlxalq daşınmaları üçün istifadə olunan istənilən vasitələr, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlıqları;

5) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş üsullarla, o cümlədən, beynəlxalq poçt göndərişləri, boru kəmərlərindən və elektrik ötürücü xətlərindən istifadə etmək də daxil olmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə həyata keçirilən hərəkətlər.

Bu hərəkətlərə aşağıdakılar aiddir:

malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı və ya sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlardan, Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilməsi zamanı Azərbaycan Respublikasının gömrük sərhədindən faktiki keçirilmə;

malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması zamanı və ya malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsindən sərbəst gömrük zonası ərazisinə və sərbəst anbarlara aparılması zamanı gömrük bəyannamələrinin verilməsi, malların və nəqliyyat vasitələrinin müvafiq olaraq gətirilməsi və ya aparılması niyyətinin bilavasitə reallaşdırılmasına yönələn digər hərəkətlər;

6) hüquqi şəxslər gömrük əməliyyatları aparılmasında bilavasitə və dolayısı ilə iştirak edən, qanuna müvafiq surətdə qeydə alınmış idarə, müəssisə və təşkilatlar;

7) fiziki şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;

8) Azərbaycan hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq yaradılmış və Azərbaycan Respublikasında yerləşən idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikasında uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və Azərbaycan Respublikasında daimi yaşayış yeri olan Azərbaycan Respublikasının vətəndaşları;

9) xarici hüquqi və fiziki şəxslər bu maddənin 8-ci bəndində göstərilməyən şəxslər;

10) malları keçirən şəxs malların mülkiyyətçisi, alıcısı, sahibi və ya digər şəkildə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz adından mallar barəsində bu Məcəllədə nəzərdə tutulmuş hərəkətləri etmək səlahiyyəti olan şəxslər;

11) deklarant (bəyannaməçi) gömrük rəsmiləşdirilməsi məqsədilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs;

12) daşıyıcı faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;

13) gömrük rejimi gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu;

14) buraxılış Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən malların və ya nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsindən sonra şəxsin tam sərəncamına verilməsi;

15) şərti buraxılış malların və nəqliyyat vasitələrinin müəyyən olunmuş məhdudiyyətlərə, tələblərə və ya şərtlərə riayət edilməsi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılışı;

16) gömrük rəsmiləşdirilməsi bu Məcəllənin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosedurası və bu rejimin fəaliyyətinin başa çatması;

17) gömrük nəzarəti gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər toplusu;

18) iqtisadi siyasət tədbirləri Azərbaycan Respublikasının iqtisadi siyasəti baxımından müəyyən edilən və özündə kvotalaşdırma, lisenziyalaşdırma, limitləşdirmə, minimum və maksimum qiymətlərin müəyyən edilməsi, həmçinin Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə qarşılıqlı əlaqələrini tənzimləyən digər tədbirləri cəmləşdirə bilən, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması üzrə stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlər sistemi;

19) gömrük ödənişləri müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər;[8]

20) gömrük rüsumları Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;

21) vergilər alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

22) qarşısıalınmaz qüvvə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən təbii (daşqın, zəlzələ, yer sürüşməsi və s.), yaxud ictimai hadisə (hərbi əməliyyatlar və s.).

23) gömrük brokeri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan və gömrük işi sahəsində müəyyən haqq almaqla vasitəçilik edən hüquqi şəxs;

24) kvota müəyyən dövlətlərə və ya dövlətlər qrupuna idxal və ya ixrac olunan mallara dəyər və kəmiyyət hədlərinin tətbiq edilməsi;

25) kontrafakt mallar - hüquq sahibinin qanunvericilikdə nəzərdə tutulan hüquqları pozulmaqla yaradılmış (istehsal edilmiş) və (və ya) gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallar; [9]

26) hüquq sahibi - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əqli mülkiyyət obyektlərinə hüquqları qorunan şəxs; [10]

27) buraxılışın dayandırılması - seçilmiş gömrük rejiminə uyğun olaraq malların buraxılışına dair qəbul edilmiş qərarın müddətinin gömrük orqanları tərəfindən uzadılması;

28) əqli mülkiyyət hüquqları - müəlliflik hüququ və əlaqəli hüquqlar, sənaye mülkiyyəti və digər əqli mülkiyyət obyektlərinə olan hüquqların məcmusu; [11]

29) tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestri (reyestr) - qanunvericiliyə müvafiq olaraq qorunan tərkibində əqli mülkiyyət obyektləri olan malların siyahısı və onlara dair məlumat; [12]

30) tarif kvotası müəyyən olunmuş müddətdə idxal edilən ayrı-ayrı malların (fiziki və ya dəyər ölçüləri ilə) müəyyən miqdarına daha aşağı idxal gömrük rüsumunun və müəyyən olunmuş miqdardan artıq malların idxalı zamanı daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan tənzimlənmə üsulu.[13]

 

II BÖLMƏ

Malların və nəqlİyyat vasİtələrİnİn Azərbaycan Respublİkasının gömrük sərhədİndən keçİrİlməsİ. Gömrük rejİmlərİ

3-cü fəsil

Malların və nəqlİyyat vasİtələrİnİn Azərbaycan Respublİkasının gömrük sərhədİndən keçİrİlməsİnİn əsas prİnsİplərİ

Maddə 18. Malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququ

Bütün şəxslər bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququna malikdirlər.

Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, heç kəs malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququndan məhrum edilə bilməz və ya onun bu hüquqları məhdudlaşdırıla bilməz.

Maddə 19. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılmasının qadağan edilməsi

Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin, mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri əsasında ayrı-ayrı malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilə bilər.

Qadağan olunmuş mallar və nəqliyyat vasitələri gətirilərkən və aparılarkən, əgər bu mallar və nəqliyyat vasitələrinin müsadirə edilməsi nəzərdə tutulmamışsa, onlar müvafiq olaraq dərhal Azərbaycan Respublikası ərazisindən çıxarılmalı və ya Azərbaycan Respublikasının ərazisinə qaytarılmalıdır.

Mallar və nəqliyyat vasitələri, onları gömrük sərhədindən keçirən şəxs və ya daşıyıcı tərəfindən öz hesabına Azərbaycan Respublikası ərazisindən çıxarılır və ya Azərbaycan Respublikası ərazisinə qaytarılır. Mallar və nəqliyyat vasitələrini dərhal Azərbaycan Respublikası ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq mümkün olmadıqda Azərbaycan Respublikası gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarına saxlanca verilir. Bu cür malların və nəqliyyat vasitələrinin göstərilən anbarlarda saxlanc müddətinin son həddi üç sutkadır.

Saxlanc müddəti son həddi keçmiş mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə keçirilir və yaxud məhv edilir.

Maddə 20. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılmasının məhdudlaşdırılması

Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi, Azərbaycan Respublikası suverenliyinin iqtisadi əsaslarının müdafiəsi, daxili bazarının qorunması baxımından, həmçinin xarici dövlətlərin və onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə zərər vuran ayrıseçkilik və digər iqtisadi siyasət aksiyalarına qarşı cavab tədbiri kimi, Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun surətdə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması üzrə məhdudiyyətlər müəyyən edilə bilər. Göstərilən məhdudiyyətlər müəyyən edildikdə onların təsiri altına düşən malların və nəqliyyat vasitələrinin buraxılışı yalnız Azərbaycan Respublikasının qanunvericilik aktlarında və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə Azərbaycan Respublikası gömrük orqanları tərəfindən həyata keçirilir.

Barəsində qüvvəyə minməsinin başqa qaydası nəzərdə tutulan Azərbaycan Respublikasının qanunvericilik aktları istisna edilməklə, bu maddənin birinci hissəsində göstərilən məhdudiyyətləri müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvəyə minməzdən on gün əvvəl rəsmi dərc olunmalıdır.

Göstərilən məhdudiyyətlərin müəyyən edilməsi ilə əlaqədar malları keçirən şəxsin və daşıyıcının yaranan xərcləri Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən ödənilmir.

Maddə 21. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti

Mallar və nəqliyyat vasitələri bu Məcəllənin müddəalarına və şərtlərinə uyğun olaraq gömrük rəsmiləşdirilməsindən və gömrük nəzarətindən keçirilməlidir.

Maddə 22. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrindən istifadə olunması və onlar barədə sərəncam verilməsi

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrindən onların gömrük rejiminə və bu Məcəlləyə uyğun şəkildə istifadə olunma və onlar barəsində sərəncam verilə bilər.

Maddə 23. Gömrük ödənişləri üzrə gömrük güzəştləri verilərək şərti buraxılmış mallar və nəqliyyat vasitələrindən istifadə olunması və onlar barədə sərəncam verilməsi

Gömrük ödənişləri üzrə gömrük güzəştləri verilərək şərti buraxılmış mallar və nəqliyyat vasitələrindən yalnız həmin güzəştlərin verildiyi məqsədlər üçün istifadə edilə bilər. Göstərilən mallar və nəqliyyat vasitələrindən başqa məqsədlər üçün istifadə edilməsinə gömrük ödənişlərinin ödənilməsi, bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblərin yerinə yetirilməsi şərti ilə Azərbaycan Respublikası gömrük orqanlarının icazəsi olduqda yol verilir.

Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar və nəqliyyat vasitələri üzrə sərəncam verilməsinə bu maddənin birinci hissəsində nəzərdə tutulan qaydada Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə yol verilir.

Maddə 24. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə qaydası

Mallar və nəqliyyat vasitələri bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada onların gömrük rejiminə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilirlər.

Maddə 25. Gömrük rejimlərinin növləri

Gömrük tənzimlənməsi məqsədi ilə gömrük rejimlərinin aşağıdakı növləri müəyyən olunur:

1) sərbəst dövriyyə üçün buraxılış;

2) təkrar idxal;

3) tranzit;

4) gömrük anbarı;

5) rüsumsuz ticarət mağazası;

6) gömrük ərazisində emal;

7) gömrük nəzarəti altında emal;

8) müvəqqəti idxal (ixrac);

9) sərbəst gömrük zonası;

10) sərbəst anbar;

11) gömrük ərazisindən kənarda emal;

12) ixrac;

13) təkrar ixrac;

14) məhv etmə;

15) dövlətin xeyrinə maldan imtina.

Maddə 26. Gömrük rejimlərinin hüquqi tənzimlənmə xüsusiyyətləri

Əgər bu Məcəllədə gömrük rejimlərinin tətbiqinin ayrı-ayrı məsələlərini tənzimləyən müddəalar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının məüyyən qanunvericilik aktları qəbul edilənə kimi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində gömrük rejimlərinin hüquqi tənzimlənməsini, həmçinin bu Məcəllədə nəzərdə tutulmayan gömrük rejimlərini müəyyən edə bilər.

Maddə 27. Gömrük rejiminin seçilməsi və dəyişdirilməsi

Bu Məcəllə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə başqa hal nəzərdə tutulmamışsa, şəxs, malların və nəqliyyat vasitələrinin xarakterindən, miqdarından, mənşə və təyinat ölkəsindən asılı olmayaraq istənilən vaxt istənilən gömrük rejimini seçmək və ya onu dəyişdirmək hüququna malikdir.

Maddə 28. Mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə yeri və vaxtı

Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların iş vaxtında Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilir. Azərbaycan Respublikası gömrük orqanları ilə razılaşdırılmaqla mallar və nəqliyyat vasitələri başqa yerlərdən və ya Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda da Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.

 

4-cü fəsil

Sərbəst dövrİyyə üçün buraxılış

Maddə 29. Gömrük rejiminin məzmunu

Malların sərbəst dövriyyə üçün buraxılışı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların bu ərazidən aparılması haqqında öhdəlik götürülmədən daimi olaraq Azərbaycan Respublikasının gömrük ərazisində qalmasından ibarət gömrük rejimidir.

Maddə 30. Malların gömrük rejimi altında yerləşdirilməsi şərtləri

Malların sərbəst dövriyyə üçün buraxılışı aşağıdakı şərtlərlə həyata keçirilir:

mallarla əlaqədar gömrük rüsumlarının, vergilərin və digər gömrük ödənişlərinin ödənilməsi;

iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilməsi.

 

5-ci fəsil

Təkrar İdxal

Maddə 31. Gömrük rejiminin məzmunu

Malların təkrar idxalı-ixrac gömrük rejiminə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış Azərbaycan mallarının qanunla müəyyən edilmiş müddətdə gömrük rüsumları və vergilər alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən geriyə gətirilməsindən ibarət gömrük rejimidir.

Maddə 32. Malların gömrük rejimi altında yerləşdirilməsi şərtləri

Təkrar idxal gömrük rejimi altında yerləşdirilmək üçün mallar:

təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri, həmçinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən digər hallar istisna edilməklə aparıldığı vəziyyətdə olmalıdır;

aparıldığı andan on il müddətində Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmalıdır.

Maddə 33. İxrac gömrük rüsumlarının, vergilərin məbləğlərinin və başqa məbləğlərin qaytarılması

Mallar aparıldığı andan üç il ərzində təkrar idxal edildikdə Azərbaycan Respublikasının gömrük orqanı ödənilmiş ixrac gömrük rüsumlarının və vergilərin məbləğini qaytarır.

Malların təkrar idxalı zamanı malları keçirən şəxs malların aparılması zamanı verilən güzəştlər nəticəsində əldə etdiyi bütün məbləğləri qaytarır.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda göstərilən məbləğlərdən əlavə Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər alınır.

Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan məbləğlər və onlardan faizlər gömrük ödənişlərinin ödənilməsi üçün müəyyən edilmiş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınır.

 

6-cı fəsil

Tranzİt

Maddə 34. Gömrük rejiminin məzmunu

Malların tranziti malların gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir. Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir.

Maddə 35. Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri

Azərbaycan Respublikasının iki gömrük orqanı arasında tranzit keçirilən mallar:

təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə dəyişməz vəziyyətdə qalmalı və tranzitdən başqa digər məqsədlər üçün onlardan istifadə olunmamalıdır;

nəqliyyat vasitələrinin imkanları, nəzərdə tutulmuş marşrut və digər daşınma şərtləri nəzərə alınmaqla göndərən gömrük orqanları tərəfindən müəyyən edilən müddətlərdə təyinat gömrük orqanlarına çatdırılmalıdır;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar müəyyən edilməmişdirsə, Azərbaycan Respublikasının ərazisi üzrə malların tranziti istənilən yollarla və istiqamətlərlə həyata keçirilə bilər.

Daşıyıcı və ya onun nəqliyyat vasitəsinin bu Məcəllənin müddəalarına riayət olunmasını təmin edə bilməməsi haqqında Azərbaycan Respublikası gömrük orqanlarında kifayət qədər əsaslar olduqda, Azərbaycan Respublikasının gömrük orqanı nəqliyyat vasitəsinin lazım olan qaydada təchiz edilməsi, gömrük müşayiəti və ya malların gömrük daşıyıcısı tərəfindən daşınması şərtilə bu Məcəllə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktları ilə müəyyən edilmiş qaydada malların tranzit gömrük rejimi altında yerləşdirilməsinə yol verə bilər.

Nəqliyyat vasitəsinin lazımi qaydada təchiz edilməsi, yaxud malların gömrük daşıyıcısı tərəfindən daşınması ilə əlaqədar daşıyıcının çəkdiyi xərclər Azərbaycan Respublikası dövlət orqanları tərəfindən ödənilmir.

Maddə 36. Malların tranzitinə icazə verilməsi

Malların tranziti Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlər və onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə toxunan ayrıseçkilik və ya digər aksiyalarına qarşı cavab tədbiri kimi malların tranzitinə məhdudiyyətlər müəyyən etdiyi hallar istisna edilir.

Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsini bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan tədbirlərlə təmin etmək mümkün olmadıqda həmin malların tranzitinə Azərbaycan Respublikası gömrük orqanları gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi və ya ödənilməli olan məbləğin depozitə verilməsi şərtilə icazə verə bilərlər.

Maddə 37. Mallara aid olan sənədlərin təyinat gömrük orqanına verilməsi

Təyinat gömrük orqanına verilməli olan sənədlər aid olduqları mallarla birlikdə təyinat gömrük orqanına çatdırılır.

Maddə 38. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində görülən tədbirlər

Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində mallar təyinat gömrük orqanına çatmamış boşaldıla bilər. Belə hallarda daşıyıcı:

malların mühafizəsini təmin etməli və onlardan hər hansı şəkildə icazəsiz istifadə olunmasını istisna edən bütün zəruri tədbirləri görməli;

işin mahiyyəti, malların və nəqliyyat vasitələrinin olduğu yer barədə Azərbaycan Respublikasının ən yaxın gömrük orqanına dərhal məlumat verməli;

malların Azərbaycan Respublikasının ən yaxın gömrük orqanına daşınmasını təmin etməli və ya Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxslərinin malların olduğu yerə gəlməsi üçün tədbir görməlidir.

Azərbaycan Respublikasının gömrük orqanları bu maddədə nəzərdə tutulan tədbirlərin görülməsi ilə əlaqədar daşıyıcının çəkdiyi xərcləri ödəmirlər.

Maddə 39. Daşıyıcının məsuliyyəti

Malların tranziti üçün daşıyıcı məsuliyyət daşıyır.

Malları Azərbaycan Respublikası gömrük orqanının icazəsi olmadan verdikdə, itirdikdə və ya təyinat gömrük orqanına çatdırmadıqda, daşıyıcı müvafiq olaraq sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejimlərində olduğu kimi ödənilməli olan gömrük ödənişlərini ödəməlidir. Malların qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində məhv olması, həmişəlik itirilməsi, yaxud təbii aşınma nəticəsində çatışmazlıq yaranması və ya normal şəraitdə daşınma və saxlanc itkiləri, habelə Azərbaycan Respublikası qanunvericiliyi baxımından xarici dövlət orqanlarının və ya vəzifəli şəxslərinin hüquqa zidd hərəkətləri nəticəsində malların sahiblikdən çıxdığı hallar istisna edilir.

 

7-ci fəsil

Gömrük anbarı

Maddə 40. Gömrük rejiminin məzmunu

Gömrük anbarı gətirilən malların saxlanc dövründə gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlancından, ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların isə bu Məcəllədə nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlancından ibarət gömrük rejimidir.

Maddə 41. Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri

İstənilən mallar, gömrük anbarı rejimi altında yerləşdirilə bilər. Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qadağan olunmuş mallar, həmçinin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən mallar istisna edilir.

Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb edən mallar xüsusi təchiz edilmiş yerlərdə saxlanılmalıdır.

Maddə 42. Gömrük anbarları və onların tipləri

Xüsusi olaraq ayrılmış və təchiz edilmiş binadan və ya başqa yerdən (gömrük anbarından) istifadə etməklə malların saxlancı təmin edilir.

Gömrük anbarları istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən şəxslərin malları saxlaması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.

Açıq tipli gömrük anbarı təsis edilməsinin məqsədəuyğun olmaması barədə kifayət qədər əsas olduqda qapalı tipli gömrük anbarı təsis edilə bilər.

Maddə 43. Gömrük anbarlarının sahibləri

Azərbaycan Respublikası gömrük orqanları və ya Azərbaycan şəxsləri gömrük anbarlarının sahibi ola bilərlər.

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən təsis edilən gömrük anbarları açıq tipli gömrük anbarlarıdır.

Maddə 44. Gömrük anbarı təsis etmək üçün lisenziya

Gömrük anbarı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya alındıqdan sonra təsis edilə bilər. Əgər gömrük anbarının təsisçisi Azərbaycan Respublikasının gömrük orqanıdırsa, lisenziya tələb olunmur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük anbarı təsis etmək üçün lisenziya verir və onun fəaliyyət müddətini müəyyən edir.

Gömrük anbarı təsis etmək üçün lisenziya verilməsinə görə dövlət rüsumu alınır.[14]

Gömrük anbarı təsis etmək üçün lisenziyanı verən orqan, onu ləğv edə, geri ala, habelə onun fəaliyyətini dayandıra bilər.

Lisenziya verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxarsa və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verilmişsə, lisenziya ləğv edilir. Ləğvetmə haqqında qərar qanunvericiliyə uyğun qaydada müəyyən edilən və həmin qərarda göstərilən tarixdən qüvvəyə minir.

Gömrük anbarının sahibi bu fəslin tələblərinə riayət etmədikdə lisenziya geri alınır. Gerialma haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

Gömrük anbarı sahibinin öz hüquqlarından sui-istifadə etməsi haqqında kifayət qədər əsaslar olduqda, lisenziya geri alına və ya fəaliyyəti üç aya qədər müddətdə dayandırıla bilər.

Lisenziya ləğv edildikdə və ya geri alındıqda onun verilməsinə görə alınmış dövlət rüsumu qaytarılmır. [15]

Maddə 45. Gömrük anbarları və onların sahiblərinə aid tələblər

Gömrük anbarı üçün ayrılan binalar və ya başqa yerlər, gömrük nəzarətini təmin etmək məqsədilə lazım olan qaydada hazırlanmalı, zəruri olduqda iki bağlayıcı qurğu ilə təchiz edilməli və həmin qurğulardan biri Azərbaycan Respublikası gömrük orqanının sərəncamında olmalıdır.

Gömrük anbarı sahibinin vəzifələri:

gömrük anbarında saxlanan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;

gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək;

gömrük anbarı təsis etmək üçün verilmiş lisenziyanın şərtlərinə riayət etmək, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin tələblərini yerinə yetirmək, onların mallar saxlanan yerə daxil olmasına şərait yaratmaq, həmin şəxslərə əvəzsiz olaraq gömrük anbarında yer, avadanlıq və rabitə vasitələri vermək;

anbarda saxlanan malların uçotunu aparmaq;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının gömrük orqanlarına anbarda saxlanan mallar barədə hesabat vermək.

Maddə 46. Gömrük anbarı rejimi altında yerləşən və ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların gömrük rüsumlarından, vergilərdən azad edilməsi və ya ödənilən məbləğlərin qaytarılması

İxrac gömrük rejiminə uyğun aparılmaq üçün nəzərdə tutulan malların gömrük anbarı rejimi altında yerləşdirilməsi zamanı, malların faktiki aparılması üçün rüsum və vergilərdən azad etmə və ya ödənişin qaytarılması nəzərdə tutulubsa, həmin mallar gömrük rüsumlarından, vergilərdən azad edilir və ya ödənilən məbləğ qaytarılır. Gömrük rüsumlarından, vergilərdən azad edilərkən və ödənilən məbləğ qaytarılarkən mallar gömrük anbarı rejimi altında yerləşdiyi gündən başlayaraq üç aydan gec olmayaraq aparılmalıdır.

Müəyyən edilmiş müddətlərdə mallar faktiki olaraq aparılmadıqda, gömrük rüsumları, vergilər, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər ödənilir.

Maddə 47. Gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət

Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan hallar istisna edilməklə gömrük rüsumlarının, vergilərin ödənilməsi və digər gömrük ödənişlərinin verilməsi üçün gömrük anbarının sahibi məsuliyyət daşıyır.

Əgər gömrük anbarı Azərbaycan Respublikası gömrük orqanı tərəfindən təsis edilmişsə, gömrük anbarına malları saxlanca verən şəxs gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası gömrük orqanlarının razılığı ilə gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət açıq tipli gömrük anbarına malları saxlanca verən şəxsə də həvalə edilə bilər.

Maddə 48. Gömrük anbarında malların saxlanc müddəti

Mallar gömrük anbarı rejimi altında üç il müddətində saxlanıla bilər. Göstərilən müddət malların ayrı-ayrı kateqoriyaları üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən, ayrı-ayrı şəxslər üçün isə Azərbaycan Respublikasının digər gömrük orqanları tərəfindən məhdudlaşdırıla bilər.

Müəyyən edilən müddət bitdikdən sonra mallar başqa gömrük rejimi altında yerləşdirilmək üçün bəyan edilməli, yaxud sahibi Azərbaycan Respublikası gömrük orqanı olan müvəqqəti saxlanc anbarına yerləşdirilməlidir.

Maddə 49. Gömrük anbarı rejimi altında yerləşdirilmiş mallarla həyata keçirilən əməliyyatlar

Gömrük anbarı rejimi altında yerləşdirilmiş mallarla aşağıdakı əməliyyatlar həyata keçirilə bilər:

malların mühafizəsinin təmin edilməsi üzrə tədbirlər:

malların Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə satış və daşınma üçün hazırlanması, yəni malların qruplara ayrılması, göndərişlərin hazırlanması, çeşidlənməsi, qablaşdırılması, markalanması, yüklənməsi və s. əməliyyatlar. Göstərilən əməliyyatların siyahısını və həyata keçirilmə qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 50. Gömrük anbarının ləğv edilməsi

Lisenziyanın fəaliyyət müddətinin qurtarmasına və ya anbar sahibinin arzusuna görə, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən gömrük anbarının təsisi üçün lisenziyanın ləğv edilməsi və ya geri alınması nəticəsində gömrük anbarı ləğv edildikdə, bu cür qərar qəbul edildiyi tarixdən gömrük anbarı müvəqqəti saxlanc anbarına çevrilir. Müvəqqəti saxlanc anbarında malların saxlanması bu Məcəlləyə uyğun surətdə həyata keçirilir.

Lisenziya ləğv edildikdə gömrük anbarında qalan mallar anbara daxil olduğu tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir.

Lisenziya geri alındıqda anbarda qalan mallar gerialma haqqında qərarın qəbul edildiyi tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir. Müvəqqəti saxlanc anbarlarında saxlanc üçün müəyyən olunmuş miqdarda gömrük yığımları alınır.

Lisenziyanın fəaliyyəti dayandırıldıqda mallar anbara saxlanca verilmir. Malların anbardan buraxılışı isə bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

8-ci fəsil

Rüsumsuz tİcarət mağazası

Maddə 51. Gömrük rejiminin məzmunu

Rüsumsuz ticarət mağazası mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimidir.

Maddə 52. Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri

Azərbaycan Respublikasına gətirilməsi, Azərbaycan Respublikasından aparılması, həmçinin Azərbaycan Respublikası ərazisində satışı qadağan olunan mallar, o cümlədən siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mallar istisna edilməklə, istənilən mallar rüsumsuz ticarət mağazası gömrük rejimində satıla bilər.

Azərbaycan Respublikasının ərazisində satışı məhdudlaşdırılan mallar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən tələblərə riayət edilməklə rüsumsuz ticarət mağazası gömrük rejimində satıla bilər.

Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (rüsumsuz ticarət mağazalarında) satılır.

Maddə 53. Rüsumsuz ticarət mağazası təsis etmək üçün icazə

Rüsumsuz ticarət mağazası Azərbaycan şəxsləri tərəfindən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından icazə alındıqdan sonra təsis edilə bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı rüsumsuz ticarət mağazası təsis etmək üçün icazə verir və onun fəaliyyət müddətini müəyyən edir.

Rüsumsuz ticarət mağazası təsis etmək üçün lisenziya verilməsinə görə dövlət rüsumu alınır.[16]

Maddə 54. Rüsumsuz ticarət mağazasının sahibinə aid tələblər

Rüsumsuz ticarət mağazası sahibinin vəzifələri:

rüsumsuz ticarət mağazasına daxil olan və satılan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;

rüsumsuz ticarət mağazası təsis etmək üçün verilən lisenziyanın şərtlərinə riayət etmək və Azərbaycan Respublikası gömrük orqanlarının qanuni tələblərini yerinə yetirmək;[17]

daxil olan və satılan malların uçotunu aparmaq və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanlarına hesabat vermək.

Maddə 55. Gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət

Müvafiq gömrük ödənişlərinin ödənilməsi üçün rüsumsuz ticarət mağazasının sahibi məsuliyyət daşıyır.

Maddə 56. Rüsumsuz ticarət mağazasının ləğv edilməsi

Rüsumsuz ticarət mağazası təsis etmək üçün icazənı verən onu ləğv edə, geri ala, habelə onun fəaliyyətini müvəqqəti olaraq dayandıra bilər.

Icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu və ya onun müəyyən edilmiş qaydalara riayət olunmadan verildiyi aşkar edilərsə, icazə ləğv edilir. Ləğvetmə haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

Rüsumsuz ticarət mağazasının sahibi bu fəslin tələblərinə riayət etmədikdə və ya bu cür icazə artıq Azərbaycan Respublikasının iqtisadi siyasətinə uyğun olmadıqda icazə geri alınır. Gerialma haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

Rüsumsuz ticarət mağazası sahibinin öz hüquqlarından sui-istifadə etməsi haqqında kifayət qədər əsaslar olduqda, icazənın fəaliyyəti üç aya qədər müddətdə dayandırıla və ya ləğv edilə bilər.

Icazə ləğv edildikdə və ya geri alındıqda onun verilməsinə görə alınmış dövlət rüsumu qaytarılmır. Rüsumsuz ticarət mağazası ləğv edildikdə bu cür qərar qəbul edildiyi tarixdən mağaza müvəqqəti saxlanc anbarına çevrilir. Müvəqqəti saxlanc anbarında malların saxlanması bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.[18]

Icazə ləğv edildikdə mağazada qalan mallar, mağazaya daxil olduğu tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir.

Ləğv edilmiş mağaza sahibindən, malların tam saxlanc müddəti üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda gömrük yığımları alınır.

Icazə geri alındıqda mağazada qalan mallar, gerialma haqqında qərarın qəbul edildiyi tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir.

Icazənın geri alınması haqqında qərar qəbul edildikdən sonra ləğv edilmiş mağazada qalan malların saxlanc müddəti üçün Azərbaycan Respublikası gömrük orqanları tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarlarında saxlanc üçün müəyyən olunmuş miqdarda mağaza sahibindən gömrük yığımları alınır.

Icazənın fəaliyyəti müəyyən müddətə dayandırıldığı dövrdə malların mağazaya qəbuluna və satışına yol verilmir. Malların hərəkəti (idarə olunması) bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.[19]

 

9-cu fəsil

Gömrük ərazİsİndə malların emalı

Maddə 57. Gömrük rejiminin məzmunu

Gömrük ərazisində malların emalı ixrac gömrük rejiminə uyğun olaraq emal məhsullarının Azərbaycan Respublikası gömrük ərazisinin hüdudlarından kənara aparılması şərtilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və idxal gömrük rüsumları və vergilər qaytarılmaqla, xarici malların Azərbaycan Respublikası gömrük ərazisində müəyyən olunmuş qaydada emal üçün istifadə edilməsindən ibarət gömrük rejimidir.

Maddə 58. Malların emalı üzrə əməliyyatlar

Malların emalı üzrə əməliyyatlar aşağıdakılardan ibarətdir:

quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla malın hazırlanması;

malın emalı və təkrar emalı;

bərpa olunma və qaydaya salınma da daxil olmaqla malın təmiri;

emal məhsullarının istehsalına xidmət edən və ya istehsalı asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə edilməsi.

Malların emalı üzrə ayrı-ayrı əməliyyatların məhdudlaşdırılmasını, Azərbaycan mallarından istifadə edilməsinin mümkünlüyü və qaydaları da daxil olmaqla emal əməliyyatlarının şərtlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 59. Gömrük ərazisində malların emalı üçün icazə

Gömrük ərazisində malların emalı üçün icazə verilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük ərazisində malların emalı üçün icazə Azərbaycan şəxslərinə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı şərtlərlə verilir:

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna edilməklə gətirilən malları emal məhsulları ilə eyniləşdirmək mümkündürsə;

emal əməliyyatı emal məhsullarının ixracına və ya Azərbaycan Respublikasının istehsal güclərindən istifadə olunmasına kömək edirsə;

gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasının təmin edilməsi üçün, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi digər tələblər yerinə yetirildikdə.

Gömrük ərazisində malların emalı üçün icazənı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ləğv edə və geri ala bilər.

Icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxarsa və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verilmişsə, icazə ləğv edilir. Ləğvetmə haqqında qərar verildiyi tarixdən qüvvəyə minir.

Sahibi bu fəslin tələblərinə riayət etmədikdə və ya gömrük ərazisində malların emalı daha Azərbaycan Respublikasının iqtisadi siyasətinə uyğun olmadıqda icazə geri alınır. Gerialma bu barədə qərar verildiyi tarixdən qüvvəyə minir.[20]

Maddə 60. Gömrük ərazisində malların emal müddətləri

Gömrük ərazisində mallar Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, Azərbaycan Respublikası gömrük orqanı tərəfindən müəyyən edilən müddətlərdə emal edilməlidir. Müddətlərin müəyyən edilməsi malların emal prosesinin və emal məhsulları üzərində sərəncam verilməsinin iqtisadi cəhətdən özünü doğruldan davamlılığına əsaslanmalıdır.

Maddə 61. Emal məhsullarının məcburi hasilat miqdarı

Azərbaycan Respublikasının gömrük orqanları gömrük məqsədləri üçün malların emalı nəticəsində əldə edilən məhsulların məcburi hasilat miqdarını müəyyən edə bilər.

Gömrük məqsədləri üçün emal məhsullarının məcburi hasilat miqdarının müəyyənləşdirilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 62. İdxal gömrük rüsumlarının, vergilərin məbləğinin qaytarılması

Bu Məcəllənin müddəalarına riayət edilməsi şərtilə, emal məhsulları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildiyi gündən etibarən ən geci iki il ərzində aparılarsa, emal məhsulları ixrac gömrük rejiminə uyğun olaraq aparılarkən Azərbaycan Respublikası gömrük orqanı tərəfindən idxal gömrük rüsumlarının, vergilərin məbləği qaytarılır.

Maddə 63. İxrac gömrük rüsumlarından, vergilərdən və iqtisadi siyasət tədbirləri tətbiq edilməsindən azad etmə

Gömrük ərazisində emal üçün istifadə edilmiş xarici mallar və onların məhsulları ixrac gömrük rüsumlarından, vergilərdən azad edilir. Göstərilən mallara və məhsullara iqtisadi siyasət tədbirləri tətbiq edilmir.

 

10-cu fəsil

Gömrük nəzarətİ altında malların emalı

Maddə 64. Gömrük rejiminin məzmunu

Gömrük nəzarəti altında malların emalı Azərbaycan Respublikasının gömrük ərazisində xarici mallardan gömrük rüsumları və vergilər alınmadan, həmçinin onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən müəyyən edilmiş qaydada gömrük nəzarəti altında istifadə edilməsi və sonradan emal məhsullarının sərbəst dövriyyə üçün buraxılışı və ya digər gömrük rejimi altında yerləşdirilməsindən ibarət gömrük rejimidir.

Maddə 65. Gömrük nəzarəti altında malların emalının həyata keçirilməsi

Gömrük nəzarəti altında malların emalı bu Məcəllənin 5861 və 63-cü maddələrinin müddəalarına uyğun həyata keçirilir.

Maddə 66. Gömrük rejimindən istifadənin məhdudlaşdırılması

Gömrük nəzarəti altında malların emalından iqtisadi siyasət tədbirlərinə riayət edilməsindən və malların mənşə ölkəsinin müəyyənləşdirilməsi qaydalarından yayınma üçün istifadə oluna bilməz.

Gömrük nəzarəti altında malların emalında gömrük rejimindən istifadə olunmasına yol verilməyən halları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

 

11-ci fəsil

Müvəqqətİ İdxal (İxrac)

Maddə 67. Gömrük rejiminin məzmunu

Malların müvəqqəti idxalı (ixracı) Azərbaycan Respublikasının gömrük ərazisində və ya ondan kənarda gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir.

Təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti idxal (ixrac) edilən mallar dəyişməz halda geri qaytarılmalıdır.

Maddə 68. Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla gömrük ödənişlərinin ödənilməsi təmin edilməklə malların müvəqqəti idxalına (ixracına) yol verilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, müvəqqəti idxalına (ixracına) icazə verilməyən malların kateqoriyalarını müəyyən edir.

Maddə 69. Malların müvəqqəti idxalı (ixracı) üçün icazə

Malların müvəqqəti idxalı (ixracı) üçün icazəni Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının gömrük orqanları verir.

Malların etibarlı eyniləşdirilməsini təmin etmək mümkün olmadıqda Azərbaycan Respublikasınının gömrük orqanları malların müvəqqəti idxalına (ixracına) icazə vermirlər.

Maddə 70. Malların müvəqqəti idxal (ixrac) müddətləri

Malların müvəqqəti idxal (ixrac) müddətləri Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilir və bir qayda olaraq bu cür idxalın (ixracın) məqsədləri və şərtləri nəzərə alınmaqla iki ildən artıq olmamalıdır.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı mal kateqoriyaları üçün daha az və daha çox müvəqqəti idxal (ixrac) müddətləri müəyyən edə bilər.

Göstərilən müddətlərin uzadılması Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən həyata keçirilir.

Maddə 71. Gömrük rüsumlarını, vergiləri ödəməkdən azad etmə

Müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Mallar gömrük rüsumlarından, vergilərdən qismən azad edildikdə, malların sərbəst dövriyyə üçün buraxılışı və ya ixrac gömrük rejiminə uyğun aparılması zamanı ödənilməli olan məbləğin üç faizi hər ay ödənilir.

Gömrük rüsumlarından, vergilərdən qismən azad etməklə müvəqqəti idxal (ixrac) zamanı alınan gömrük rüsumlarının, vergilərin ümumi məbləği idxal (ixrac) anı üçün malların sərbəst dövriyyəyə buraxılışı və ya ixrac gömrük rejiminə uyğun aparılması üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.

Göstərilən məbləğlər bərabər olduğu hallarda, həmin mallar barədə iqtisadi siyasət tədbirləri tətbiq edilməmək şərtilə, mallar sərbəst dövriyyə üçün buraxılmış və ya ixrac gömrük rejiminə uyğun aparılmış hesab edilir.

Maddə 72. Müəyyən edilmiş müvəqqəti idxal (ixrac) müddətləri bitdikdən sonra mallarla əlaqədar görülən tədbirlər

Müəyyən edilmiş müddətlər bitən gün müvəqqəti idxal (ixrac) edilmiş mallar geri qaytarılmadıqda, onlar digər gömrük rejimi üçün bəyan edilməli, yaxud sahibi Azərbaycan Respublikasının gömrük orqanları olan müvəqqəti saxlanc anbarlarına və ya Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə yerləşdirilməlidir.

Maddə 73. Müvəqqəti ixrac (idxal) edilmiş malların məhv olma, itirilmə, çatışmazlıq və ya xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində qaytarılmaması

Malları müvəqqəti ixrac etmiş və müəyyən edilmiş müddətlərdə qaytarmamış şəxs, təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normal şəraitdə daşıma və saxlanc itkiləri, həmçinin malların qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində məhv olması və ya həmişəlik itirilməsi, yaxud da xarici dövlət orqanlarının və ya vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyi baxımından qanunsuz hərəkətləri nəticəsində sahiblikdən çıxması faktı Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən təsdiq olunduğu hallarda Azərbaycan Respublikası gömrük orqanları qarşısında məsuliyyət daşımır.

Malları müvəqqəti idxal etmiş və müəyyən edilmiş müddətlərdə geri aparmamış şəxs təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, yaxud normal şəraitdə daşınma və saxlanc itkiləri, habelə malların qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində məhv olması və ya həmişəlik itirilməsi, yaxud da şəxslərin qanunsuz hərəkətləri nəticəsində sahiblikdən çıxması faktı Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq olunduğu hallarda Azərbaycan Respublikası gömrük orqanları qarşısında məsuliyyət daşımır.

 

12-ci fəsil

Sərbəst gömrük zonası. Sərbəst anbar

Maddə 74. Gömrük rejimlərinin məzmunu

Sərbəst gömrük zonası və sərbəst anbar xarici mallardan gömrük rüsumları və vergilər alınmadan, həmçinin göstərilən mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların müvafiq ərazi sərhədlərində və ya binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsindən, Azərbaycan mallarının isə bu Məcəllə ilə müəyyən edilən qaydada ixrac gömrük rejiminə müvafiq olaraq malların aparılmasına tətbiq edilən şərtlərlə yerləşdirilməsi və istifadə olunmasından ibarət gömrük rejimidir.

Maddə 75. Sərbəst gömrük zonasının yaradılması

Sərbəst gömrük zonası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılır.

Sərbəst gömrük zonasının fəaliyyəti bu Məcəllənin və ya bu cür zonalar haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə uyğun olmadıqda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sərbəst gömrük zonası yaradılması barədə qərarını ləğv etmək hüququna malikdir.

Maddə 76. Sərbəst anbar təsis etmək üçün lisenziya

Sərbəst anbar Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya alındıqdan sonra təsis edilə bilər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı sərbəst anbar təsis etmək üçün lisenziya verir və onun fəaliyyət müddətini müəyyən edir.

Sərbəst anbar təsis etmək üçün lisenziya verilməsinə görə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım alınır.

Sərbəst anbar təsis etmək üçün lisenziyanı verən orqan, onu ləğv edə, geri ala, habelə onun fəaliyyətini dayandıra bilər.

Lisenziya verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu və ya onun müəyyən edilmiş qaydalara riayət olunmadan verildiyi aşkar edilərsə lisenziya ləğv edilir.

Sərbəst anbar sahibi bu fəslin tələblərinə riayət etmədikdə və ya anbarın qalması daha Azərbaycan Respublikasının iqtisadi siyasətinə uyğun gəlmədikdə lisenziya geri alınır.

Sərbəst anbar sahibinin öz hüquqlarından sui-istifadə etməsi haqqında kifayət qədər əsaslar olduqda, lisenziyanın fəaliyyəti üç aya qədər müddətdə dayandırıla və ya ləğv edilə bilər. Lisenziyanın ləğv edilməsi, geri alınması və ya fəaliyyətinin müvəqqəti olaraq dayandırılması haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

Lisenziya ləğv edildikdə və ya geri alındıqda onun verilməsinə görə alınmış dövlət rüsumu qaytarılmır.[21]

Maddə 77. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda mallarla aparılan əməliyyatlar

Sərbəst gömrük zonaları və sərbəst anbarlarda bu Məcəllənin müddəalarına riayət etmək şərti ilə malların pərakəndə satışı istisna edilməklə, mallarla istehsal və kommersiya əməliyyatlarına icazə verilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsini təmin etmək məqsədilə, malların xarakterindən asılı olaraq, sərbəst gömrük zonalarında və sərbəst anbarlarda mallarla aparılan əməliyyatlara qadağanlar və məhdudiyyətlər qoyula bilər. Bu cür qadağanları və məhdudiyyətləri sərbəst gömrük zonası barəsində, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı, sərbəst anbarlar barəsində isə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikası gömrük orqanları sərbəst gömrük zonalarında və sərbəst anbarlarda mallarla əlaqədar əməliyyatlar aparılmasını bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına riayət etməyən ayrı-ayrı şəxslərə qadağan edə bilərlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində ayrı-ayrı kateqoriyalı malların sərbəst gömrük zonalarına gətirilməsini və ya onların sərbəst anbarlarda yerləşdirilməsini məhdudlaşdıra və yaxud qadağan edə bilər.

Maddə 78. Malların sərbəst gömrük zonalarında və sərbəst anbarlarda yerləşmə müddəti

Azərbaycan Respublikasının sərbəst gömrük zonalarında və sərbəst anbarlarında mallar qeyri-məhdud müddətlərdə yerləşdirilə bilərlər.

Maddə 79. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinin təmin olunması

Azərbaycan Respublikasının gömrük orqanları kifayət qədər əsaslar olduqda sərbəst gömrük zonalarında və sərbəst anbarlarda olan mallara gömrük nəzarətini həyata keçirmək hüququna malikdir.

Sərbəst gömrük zonasında gömrük işi ilə bağlı bina və qurğuların tikintisinə Azərbaycan Respublikası gömrük orqanından əvvəlcədən razılıq alınması şərti ilə yol verilir.

Sərbəst gömrük zonalarına gətirilən və sərbəst anbarlara yerləşdirilən, həmçinin onların ərazisindən aparılan malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi sadələşdirilmiş qaydada həyata keçirilə bilər.

Maddə 80. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda olan malların uçotu

Sərbəst gömrük zonalarında mallarla əməliyyatlar aparan şəxslər və sərbəst anbarların sahibləri gətirilən, aparılan, saxlanılan, hazırlanan, emal edilən, satın alınan və satılan malların uçotunu aparır və həmin mallar barədə Azərbaycan Respublikası gömrük orqanlarına Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesabat verirlər. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda malların məruz qaldığı bütün dəyişikliklər uçot sənədlərində öz əksini tapmalıdır.

Maddə 81. Cərbəst anbarlar və onların sahiblərinə aid tələblər

Sərbəst anbar təsis edilməsi üçün nəzərdə tutulan bina və ya başqa yer, gömrük nəzarətini təmin etmək məqsədilə lazım olan qaydada qurulmalı, zəruri olduqda onlar iki bağlayıcı qurğu ilə təchiz edilməli və həmin qurğulardan biri Azərbaycan Respublikası gömrük orqanının sərəncamında olmalıdır.

Sərbəst anbar sahibi yalnız Azərbaycan şəxsləri ola bilər.

Sərbəst anbar sahibinin vəzifələri:

anbarda olan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;

gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək;

sərbəst anbar təsis edilməsi üçün verilən lisenziyanın şərtlərinə riayət etmək, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin sərbəst anbarlara daxil olmalarına şərait yaratmaq, Azərbaycan Respublikası gömrük orqanlarının qanuni tələblərini yerinə yetirmək.

Maddə 82. Gömrük rüsumlarının, vergilərin alınması və iqtisadi siyasət tədbirlərinin tətbiq edilməsi

Xarici malların və Azərbaycan mallarının sərbəst gömrük zonalarına gətirilməsi və ya onların sərbəst gömrük zonalarında yerləşdirilməsi zamanı gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir.

Mallar sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya mallar sərbəst gömrük zonalarının ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının hüdudlarından kənara topdan satış qaydasında aparılarkən malın mənşəyindən asılı olaraq gömrük rüsumları, vergilər alınır və iqtisadi siyasət tədbirləri tətbiq edilir.

Marağı olan şəxsin xahişi ilə Azərbaycan Respublikası gömrük orqanları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada malın mənşəyini sertifikatla təsdiq edir.

İxrac zamanı mənşə haqqında sertifikat olmadıqda, ixrac gömrük rüsumlarının, vergilərin alınması və iqtisadi siyasət tədbirlərinin tətbiq edilməsi məqsədi ilə mallar Azərbaycan malları, digər məqsədlər üçünsə xarici mallar hesab edilir.

Maddə 83. İxrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların gömrük rüsumlarından, vergilərdən azad edilməsi, yaxud ödənilmiş məbləğlərin qaytarılması

İxrac gömrük rejiminə uyğun Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması nəzərdə tutulan mallar sərbəst gömrük zonalarına gətirilərkən və ya sərbəst anbarlara yerləşdirilərkən, əgər bu cür azad etmə və ya qaytarma malların faktiki aparılması üçün nəzərdə tutulmuşsa, bu cür mallar gömrük rüsumlarından, vergilərdən azad edilir və ya ödənilmiş məbləğ qaytarılır. Bu cür malların faktiki aparılması gömrük rüsumlarının, vergilərin qaytarılması və ya onlardan azad etmə günündən başlayaraq, altı aydan gec olmamaqla həyata keçirilir.

Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmalı olan mallar sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə qaytarılarkən və ya müəyyən edilmiş müddətlərdə faktiki aparma həyata keçirilmədikdə gömrük rüsumları, vergilər, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər alınır.

Maddə 84. Gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət

Malları sərbəst gömrük zonasına gətirən və ya sərbəst anbara yerləşdirən şəxs gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət daşıyır.

Maddə 85. Sərbəst anbarın ləğv edilməsi

Lisenziyanın fəaliyyət müddətinin qurtarmasına və ya anbar sahibinin arzusuna görə, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllədə müəyyən edilmiş qaydada lisenziyanın ləğv edilməsi və ya geri alınması nəticəsində sərbəst anbar ləğv edildikdə, bu cür qərar qəbul edildiyi tarixdən sərbəst anbar müvəqqəti saxlanc anbarına çevrilir. Müvəqqəti saxlanc anbarında malların saxlanması bu Məcəlləyə uyğun surətdə həyata keçirilir. Malların müvəqqəti saxlanc anbarlarında yerləşməsinin ümumi müddəti altı aydan çox olmamalıdır.

Lisenziya ləğv edildikdə sərbəst anbarda qalan mallar anbara daxil olduğu tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir. Ləğv edilmiş anbarda malların tam saxlanc müddəti üçün anbar sahibindən, Azərbaycan Respublikası gömrük orqanları tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarlarında saxlanc üçün müəyyən olunmuş miqdarda gömrük yığımları alınır.

Lisenziya geri alındıqda anbarda qalan mallar geri alma haqqında qərarın qəbul edildiyi tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir. Ləğv edilmiş anbarda malların saxlanılmasına görə, lisenziyanın geri alınması haqqında qərar qəbul edildikdən sonra anbar sahibindən, Azərbaycan Respublikası gömrük orqanları tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarlarında saxlanc üçün müəyyən olunmuş miqdarda gömrük yığımları alınır.

Lisenziyanın fəaliyyəti dayandırıldıqda xarici malların anbara yerləşdirilməsi gömrük rüsumları, vergilər ödənilməklə və iqtisadi siyasət tədbirləri tətbiq edilməklə həyata keçirilir, yerləşdirilən Azərbaycan mallarına münasibətdə isə gömrük rüsumlarından, vergilərdən azad etmə və ya gömrük rüsumlarının, vergilərinin qaytarılması tətbiq edilmir.

 

13-cü fəsil

Gömrük ərazİsİndən kənarda malların emalı

Maddə 86. Gömrük rejiminin məzmunu

Gömrük ərazisindən kənarda malların emalı Azərbaycan mallarını iqtisadi siyasət tədbirləri tətbiq etmədən ixrac edib, onlardan Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda emal üçün istifadə edilməsindən və sonra emal məhsullarının, tamamilə və ya qismən gömrük rüsumlarından, vergilərdən azad etməklə və onlara iqtisadi siyasət tədbirləri tətbiq etmədən, bu məhsulların Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılışından ibarət gömrük rejimidir.

Maddə 87. Gömrük ərazisindən kənarda malların emalı üzrə əməliyyatlar

Mallar gömrük ərazisindən kənarda emal edilərkən, bu Məcəllənin 59-cu maddəsinin birinci hissəsində göstərilən əməliyyatlar həyata keçirilə bilər.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırma əsasında gömrük ərazisindən kənarda malların emalı üzrə ayrı-ayrı əməliyyatlara məhdudiyyətlər qoya bilər.

Maddə 88. Gömrük rejimindən istifadəni istisna edən hallar

Gömrük ərazisindən kənarda malların emalı gömrük rejimindən aşağıdakı hallarda istifadə edilə bilməz:

əgər malların ixracı, idxal gömrük rüsumlarının, vergilərin qaytarılmasını, onlardan azad etməni, yaxud ixrac zamanı verilən ödəmələri tələb etmək üçün əsas verirsə;

əgər mallar ixrac edilməzdən əvvəl idxal gömrük rüsumlarından, vergilərdən tamamilə azad olunmaqla sərbəst dövriyyəyə buraxılıbsa, azadetmədən istifadə başa çatanadək;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırma əsasında müəyyən etdiyi digər hallarda.

Maddə 89. Gömrük ərazisindən kənarda malların emalı üçün icazə

Gömrük ərazisindən kənarda malların emalı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından icazə alındıqdan sonra həyata keçirilə bilər.

Göstərilən icazə Azərbaycan şəxslərinə aşağıdakı şərtlərlə verilir:

1) əgər Azərbaycan Respublikasının gömrük orqanı emal məhsullarının ixrac olunmuş malların emalı nəticəsində alındığını müəyyənləşdirməyi mümkün hesab edirsə;

2) əgər malların gömrük ərazisindən kənarda emal edilməsi Azərbaycan Respublikasının iqtisadi mənafeyinə ciddi ziyan vurmursa.

Malların gömrük ərazisindən kənarda emal olunmasına icazə verilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Malların gömrük ərazisindən kənarda emal olunması üçün verilən icazənı, icazə verən orqan ləğv edə və ya geri ala bilər.

Icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxarsa və ya o müəyyən edilmiş qaydalara riayət olunmadan verilmişsə, icazə ləğv edilir. Ləğvetmə haqqında qərar qanunvericiliyə uyğun qaydada müəyyən edilən və həmin qərarda göstərilən tarixdən qüvvəyə minir.

Sahibi bu fəsildə göstərilən tələblərə riayət etmədikdə və ya malların gömrük ərazisində emalı daha Azərbaycan Respublikasının iqtisadi siyasətinə uyğun olmadıqda, icazə geri alınır. Geri alma haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.[22]

Maddə 90. Gömrük ərazisindən kənarda malların emal müddəti

Gömrük ərazisindən kənarda malların emalı, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, Azərbaycan Respublikası gömrük orqanlarının müəyyənləşdirdiyi müddətlərdə həyata keçirilməlidir. Müddətlərin müəyyən edilməsi malların emalı prosesinin iqtisadi cəhətdən əsaslandırılmış davamlılığına uyğun olmalıdır.

Maddə 91. Gömrük ərazisindən kənarda emal məhsullarının hasilat miqdarı

Azərbaycan Respublikasının gömrük orqanları gömrük ərazisindən kənarda malların emalı nəticəsində alınan məhsulların məcburi hasilat miqdarını müəyyən edə bilər.

Gömrük ərazisindən kənarda emal məhsullarının məcburi hasilat miqdarını müəyyənləşdirmək qaydalarını Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 92. Emal məhsullarının xarici mallarla əvəz edilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, Azərbaycan Respublikasının mənafeyi nəzərə alınmaqla müstəsna hallarda emal məhsullarının xarici mallarla əvəz edilməsinə yol verilə bilər.

Maddə 93. Emal üçün aparılan malların məhvi, itirilməsi və ya xarici dövlət orqanlarının, vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində geri qaytarılmaması

Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda malların emalı üçün icazə almış və müəyyən edilmiş müddətlərdə malları və ya emal məhsullarını geri gətirməyən şəxs, emal məhsullarının qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində məhvi, itirilməsi və yaxud malların Azərbaycan Respublikasının qanunvericiliyinə görə xarici dövlət orqanı və ya vəzifəli şəxsinin hüquqa zidd hərəkəti nəticəsində sıradan çıxması faktı Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən təsdiq edildiyi hallarda Azərbaycan Respublikası gömrük orqanı qarşısında məsuliyyət daşımır.[23]

Maddə 94. Mallar emal üçün aparılarkən gömrük rüsumlarının, vergilərin tətbiqi

Emal üçün aparılan mallardan ixrac gömrük rüsumları, vergilər alınır və bu fəslin müddəalarına riayət etmək şərtilə emal məhsulları Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxıldıqdan sonra onların məbləği qaytarılır. Qaytarılmış məbləğdən faizlər tutulmur.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanlarının qəbul etdiyi qərarlara əsasən mallar alınan gömrük rüsumlarından azad edilə bilər, mallardan alınan vergilər isə gömrük ərazisindən kənarda emal üçün aparılarkən qaytarıla bilər.

Maddə 95. Emal məhsullarının idxal gömrük rüsumlarından, vergilərdən azad edilməsi

Malların gömrük ərazisindən kənarda emalı üçün icazə almış şəxs və ya onun gömrük brokeri tərəfindən emal məhsulları sərbəst dövriyyə üçün bəyan edildikdə bu məhsullar tamamilə və ya qismən gömrük rüsumlarından, vergilərdən azad edilə bilər.[24]

Malların sərbəst dövriyyə üçün ilkin buraxılışında çatışmazlığı nəzərdə tutulan hallar istisna edilməklə, emal məqsədilə aparılan malların əvəzsiz təmir edilməsinə Azərbaycan Respublikasının gömrük orqanı əmin olarsa, idxal gömrük rüsumlarından, vergilərdən tamamilə azad edə bilər.

Aparılmış mallar əvəzli təmir edildikdə və ya emal üzrə digər əməliyyatlar həyata keçirildikdə, idxal gömrük rüsumlarından, vergilərindən qismən azad etməyə yol verilir. Gömrük rüsumlarının, vergilərin məbləği emal məhsuluna tətbiq edilən dərəcələrə, təmirin və ya emal üzrə digər əməliyyatların dəyəri artırılmaqla müəyyən edilir.

 

14-cü fəsil

Malların İxracı

Maddə 96. Gömrük rejiminin məzmunu

Malların ixracı malların Azərbaycan Respublikasının gömrük ərazisindən bu əraziyə qaytarılmaq haqqında öhdəlik götürülmədən aparılmasından ibarət gömrük rejimidir.

Maddə 97. Malların ixracı zamanı qoyulan tələblər

Malların ixracı, ixrac gömrük rüsumlarına, vergilərinə, digər gömrük ödənişlərinə əməl olunması, iqtisadi siyasət tədbirlərinə riayət edilməsi, bu Məcəllədə və gömrük işi sahəsində Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblərin yerinə yetirilməsi şərtilə həyata keçirilir.

Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq ixrac zamanı mallar vergidən azad edilə və ya ödənilən vergi məbləğləri qaytarıla bilər.

Maddə 98. İxrac gömrük rejimində malların buraxılışı

Təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, ixrac gömrük rejimi ilə buraxılan mallar Azərbaycan Respublikasının gömrük ərazisindən kənara çıxarılarkən gömrük bəyannaməsinin qəbul edildiyi andakı vəziyyətdə olmalıdır.

 

15-ci fəsil

Malların təkrar İxracı

Maddə 99. Gömrük rejiminin məzmunu

Malların təkrar ixracı xarici malların bu Məcəlləyə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq, idxal gömrük rüsumları, vergilər alınmadan və ya qaytarılmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunmasından ibarət gömrük rejimidir.

Azərbaycan Respublikasında gömrük işini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanları, Azərbaycan Respublikası qanunvericilik aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində müəyyən edilən digər hallarda isə müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə malların təkrar ixracına yol verilir.

Maddə 100. Malların təkrar ixrac şərtləri

Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən, bilavasitə və yalnız təkrar ixrac üçün gətirildiyi Azərbaycan Respublikası gömrük orqanına bəyan edildikdə onlardan idxal gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq olunmur. Bu cür malların faktiki aparılması gömrük bəyannaməsi qəbul edildiyi gündən altı aydan gec olmayaraq həyata keçirilməlidir. Həmin müddətdə mallar faktiki aparılmazsa, gömrük rüsumları, vergilər, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər alınır.

Təkrar ixrac edilən mallar aparılarkən, onlar üçün ödənilmiş idxal gömrük rüsumları, vergilər aşağıdakı şərtlərlə qaytarılır:

təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, təkrar ixrac edilən mallar idxal olunduğu andakı vəziyyətdədirsə;

malların təkrar ixracı idxal anından başlayaraq iki il müddətində həyata keçirilirsə;

təkrar ixrac edilən mallar gəlir əldə etmək məqsədi ilə istifadə edilməmişdirsə.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallar istisna edilməklə, təkrar ixrac edilən mallar aparılarkən, aparma üçün qüvvədə olan ixrac gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir.

 

16-cı fəsil

Malların məhv edİlməsİ

Maddə 101. Gömrük rejiminin məzmunu

Malların məhv edilməsi xarici malların gömrük rüsumları, vergilər alınmadan, həmçinin mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında istifadə üçün yararsız hala gətirilməsi də daxil olmaqla məhv edilməsindən ibarət gömrük rejimidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müstəsna hallarda təkrar idxal edilən mallara və digər Azərbaycan mallarına da bu rejim tətbiq edilə bilər.

Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə mallar məhv edilə bilər. Ətraf mühitə mühüm ziyan dəyə biləcəyi halda və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda malların məhv edilməsinə icazə verilmir.

Maddə 102. Malların məhv edilməsi ilə əlaqədar xərclər və yaranan tullantılar

Malların məhv edilməsi və yaranan tullantıların zərərsizləşdirilməsi dövlət nəzarəti altında və onların sahibinin vəsaiti hesabına aparılır. Malların məhv edilməsi nəticəsində yaranan tullantılar gömrük nəzarətində olan xarici mal kimi müvafiq gömrük rejimi altında yerləşdirilməlidir.

 

17-ci fəsil

Dövlətİn xeyrİnə maldan İmtİna

Maddə 103. Gömrük rejiminin məzmunu

Maldan imtina gömrük rüsumları, vergilər alınmadan, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən şəxsin maldan imtina etməsindən ibarət gömrük rejimidir.

Bu fəslin müddəalarına uyğun olaraq dövlətin xeyrinə maldan imtina edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada, Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə yol verilir.

Maddə 104. Maldan imtina edilməsi ilə əlaqədar xərclər

Bu fəslin müddəalarına uyğun olaraq imtina edilmiş malların dövlətin sərəncamına keçirilməsi, dövlət üçün hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.

 

18-ci fəsil

Azərbaycan Respublİkasının gömrük sərhədİndən nəqlİyyat vasİtələrİnİn və malların ayrı-ayrı növlərİnİn keçİrİlməsİ

Maddə 105. Nəqliyyat vasitələrinin keçirilməsi

Nəqliyyat vasitələri, Azərbaycan Respublikasının gömrük sərhədindən onlar barədə tətbiq edilən gömrük rejiminə uyğun olaraq keçirilir.

Azərbaycan Respublikasının gömrük sərhədindən keçən nəqliyyat vasitələri, həmçinin mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən müəyyən edilən yerdə saxlanılmalıdır. Bu tələbə riayət edilmədikdə Azərbaycan Respublikası gömrük orqanlarının nəqliyyat vasitələrini məcburi olaraq saxlamaq hüququna malikdir.

Nəqliyyat vasitələrini saxlama müddəti daşıyıcı ilə birlikdə Azərbaycan Respublikası gömrük orqanı tərəfindən müəyyən edilir və gömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zərərinə olaraq azaldıla bilməz.

Nəqliyyat vasitələri saxlanıldıqları yerdən ancaq Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə yola düşə bilər.

Daşıyıcı nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçəcəyi vaxtı və yeri Azərbaycan Respublikasının müvafiq gömrük orqanı ilə razılaşdırır.

Maddə 106. Azərbaycan Respublikasının milli valyutasının, milli valyutada qiymətli kağızların, xarici valyutanın və digər valyuta sərvətlərinin keçirilməsi

Azərbaycan Respublikası milli valyutasının, milli valyutada qiymətli kağızların, xarici valyutanın və digər valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Azərbaycan Respublikasının valyuta qanununvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 107. Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi

Fiziki şəxslər istehsal və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi sadələşdirilmiş və güzəştli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilər.

Malların təyinatı, fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadə və istehlak məqsədləri üçün keçirildiyi yəqin edilməklə, onların xarakterinə və miqdarına, eləcə də sərhəddən keçirilməsinin tezliyinə görə müəyyən edilir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ayrı-ayrı kateqoriyalı malların sadələşdirilmiş, güzəştli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün miqdar və dəyər məhdudiyyətləri müəyyən etmək hüququna malikdir.

 

III BÖLMƏ

Gömrük ödənİşlərİ

19-cu fəsil

Əsas müddəalar

Maddə 108. Gömrük ödənişləri

Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda aşağıdakı gömrük ödənişləri alınır:

1) gömrük rüsumu;

2) əlavə dəyər vergisi ;

3) aksizlər;

4) yol vergisi;[25]

5) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən lisenziyaların verilməsi və lisenziyaların fəaliyyətinin bərpa edilməsinə görə dövlət rüsumu;[26]

6) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;

7) gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;

8) malların saxlancına görə gömrük yığımları;

9) malların gömrük müşayiətinə görə gömrük yığımları;

10) məlumatlandırma və məsləhətverməyə görə haqq;

11) ilkin qərarların qəbuluna görə haqq;

12) gömrük auksionlarında iştirak etməyə görə haqq;

13) beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsinə görə dövlət rüsumu;

14) digər gömrük ödənişləri.[27]

Maddə 109. Gömrük rüsumu

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üçün Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq gömrük rüsumu ödənilir.

Maddə 110. Əlavə dəyər vergisi

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisinin tətbiqi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun həyata keçirilir.[28]

Maddə 111. Aksizlər

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara aksizlərin tətbiqi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun həyata keçirilir.[29]

Maddə 111-1. Yol vergisi [30]

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisinin tutulması həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman bu Məcəlləyə və vergi qanunvericiliyinə uyğun həyata keçirilir.

Maddə 111-2. Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsi

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blankları gömrük orqanları tərəfindən verilir.

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrindən tutulan rüsumun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.[31]

Maddə 112. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları

Mal qismində Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda gömrük yığımları alınır.

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları iki qat miqdarda alınır.

Maddə 113. Saxlanca görə gömrük yığımları [32]

Gömrük anbarlarında və sahibi Azərbaycan Respublikası gömrük orqanları olan müvəqqəti saxlanc anbarlarında malların və nəqliyyat vasitələrinin saxlancına görə göstərilən xidmətlərin orta dəyərindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda gömrük yığımları alınır.

Maddə 114. Malların gömrük müşayiətinə görə gömrük yığımları

Malların gömrük müşayiətinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda gömrük yığımları alınır.

 

20-ci fəsil

Gömrük ödənİşlərİnİn hesablanması və ödənİlməsİ

Maddə 115. Gömrük rusumunun, əlavə dəyər vergisinin, aksizlərin və gömrük yığımlarının hesablanması üçün əsas

Gömrük rüsumunun, aksizlərin və gömrük yığımlarının hesablanması üçün Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən malların və nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür.

Əlavə dəyər vergisinin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür.

Maddə 116. Gömrük ödənişlərinin ödəyiciləri

Gömrük ödənişləri bu Məcəlləyə uyğun olaraq bilavasitə deklarant və ya başqa şəxs tərəfindən ödənilir.

Bu Məcəllədə nəzərdə tutulan hallar istisna edilməklə hər bir marağı olan şəxs gömrük ödənişlərini ödəyə bilər.

Maddə 117. Gömrük ödənişlərinin ödənilmə müddətləri

Gömrük ödənişləri gömrük bəyannaməsi qəbul edilənə qədər və ya gömrük bəyannaməsinin qəbul edilməsi ilə eyni vaxtda ödənilir.

Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən, gömrük ödənişləri gömrük bəyannaməsinin qəbul edilməsi ilə eyni vaxtda ödənilir.

Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə gömrük ödənişlərinin ödənmə müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin keçdiyi gündən hesablanır.

Maddə 118. Gömrük ödənişlərinin ödənilmə qaydası

Gömrük ödənişləri (yol vergisi, "İcazə" blankına görə dövlət rüsumu istisna olmaqla) Azərbaycan Respublikasının gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına ödənilir. Poçt rabitəsi operatorları göstərilən ödənişləri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı ilə birgə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanlarının hesabına keçirir.[33]

Yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə keçirilir.[34]

Maddə 119. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması

Gömrük ödənişlərinin (dövlət rüsumu istisna olmaqla) ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla bilər.[35]

Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanı qəbul edir.

Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır.

Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verildikdə və ya vaxt uzadıldıqda bu Məcəllədə nəzərdə tutulmuş qaydada gömrük ödənişlərinin ödənilməsi təmin edilir.

Möhlət verilməsinə və ya vaxtın uzadılmasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrə uyğun olaraq faizlər alınır və dövlət büdcəsinə köçürülür.

Gömrük ödənişlərinin ödənilməsindən yayınmaya cəhd göstərən şəxslərə bu cür ödənişlərin ödənilməsi üçün möhlət verilmir və ya vaxt uzadılmır.

Maddə 120. Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi

Gömrük ödənişlərinin ödənilməsi malların və nəqliyyat vasitələrinin girovu, üçüncü şəxsin zəmanəti və ya ödənilməli olan məbləğin depozitə verilməsi ilə təmin edilə bilər.

Azərbaycan Respublikası gömrük orqanları başqa qərar qəbul etmirsə, girov qoyulan mallar və nəqliyyat vasitələri girov qoyan şəxsdə qalır. Girov qoyan şəxs Azərbaycan Respublikası gömrük orqanının razılığı olmadan girov qoyduğu əşya barədə sərəncam vermək hüququna malik deyil.

Girovun rəsmiləşdirilməsi və ödənişin girov predmetinə yönəldilməsi girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankından xarici valyuta əməliyyatları aparmaq üçün lisenziya almış bankın və digər kredit təşkilatlarının zəmanəti istifadə oluna bilər. Göstərilən banklar və digər kredit təşkilatları onların müraciətinə əsasən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının apardığı reyestrə salınır.

Bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılma qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Bankların və digər kredit təşkilatlarının reyestrə salınmasına görə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım alınır.

Zəmanətin şərtlərinə və bu maddənin tələblərinə riayət edilmədikdə banklar və digər kredit təşkilatları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarıla bilər. Banklar və digər kredit təşkilatları reyestrdən çıxarılarkən ödənilmiş yığım qaytarılmır.

Sərbəst dövriyyə üçün buraxılış zamanı və ya ixrac gömrük rejiminə uyğun aparılarkən ödənilməli olan gömrük ödənişlərinin məbləği depozitə verilir. Məbləğin depozitdə saxlanma müddəti üçün faizlər tutulmur.

Ödənilməli olan məbləğin depozitə verilməsi və onların qaytarılması qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 121. Gömrük ödənişlərinin ödənildiyi valyuta

Gömrük ödənişləri Azərbaycan Respublikasının milli valyutası ilə aparılır. Müstəsna hallarda gömrük ödənişləri xarici valyuta ilə ödənilə bilər. Xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi gün qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrlə hesablanır.

Maddə 122. Gömrük ödənişlərinin tutulması və məsuliyyət tədbirləri

Ödənilməmiş gömrük ödənişləri ödəməmə faktının aşkar edilməsi vaxtından asılı olmayaraq Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulur. Azərbaycan Respublikası gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları keçirən fiziki şəxslərdən ödənilməmiş gömrük ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə əsasən tutulur.

Borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə görə borc məbləğinin 0, 3 faizi miqdarında penya (dəbbə pulu) alınır.

Ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan məbləğ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə ödəyicinin əmlakından tutulur.

Gömrük ödənişlərini ödəməkdən yayınma cəhdi edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ödəyicinin faktiki ödənilmə anına qədər bütün hesabları üzrə əməliyyatların dayandırılması haqqında qərar qəbul etmək hüququna malikdir. Belə qərar banklar və kredit təşkilatları tərəfindən icra edilməlidir.

Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması haqqında qərarları icra edilmədikdə, eləcə də bu qərarların icrası əsassız olaraq gecikdirildikdə həmin şəxslər, o cümlədən təqsirkar vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilirlər.

Bankların və digər kredit təşkilatlarının Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması haqqında qərarlarını bir neçə dəfə icra etməməsi və ya bir neçə dəfə icrasını gecikdirməsi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanın geri alınmasına əsas verir.

Azərbaycan Respublikasının gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxs deklarant olmadığı hallarda, bu cür şəxs gömrük ödənişlərinin ödənilməsi üzrə deklarantla birgə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının gömrük sərhədindən malları və nəqliyyat vasitələrini qanunsuz keçirən şəxs, həmçinin belə malların və nəqliyyat vasitələrinin qanunsuz keçirildiyini bilən, bilməli olan və qanunsuz keçirmədə iştirak edən şəxs, gətirmə zamanı isə gətirmənin qanunsuz olduğunu bilən və ya bilməli olan, qanunsuz gətirilən malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya sərəncamına götürən şəxs gömrük ödənişlərinin ödənilməsi üzrə birgə məsuliyyət daşıyır.

Maddə 123. Artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin qaytarılması

Yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilər istisna olmaqla, artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin məbləğləri bu ödənişlərin ödənildiyi və ya alındığı vaxtdan etibarən bir il ərzində şəxsin tələbi üzrə qaytarılmalıdır. [36]

Gömrük ödənişləri qaytarıldıqda onlardan faizlər ödənilmir.

Yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilər istisna olmaqla, artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin qaytarılması qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. [37]

Azərbaycan Respublikasının Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. [38]

Əlavə dəyər vergisi məbləğlərinin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda gömrük orqanları səlahiyyətləri daxilində həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir.[39]

Artıq ödənilmiş yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [40]

Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [41]

 

IV BÖLMƏ

Gömrük rəsmİləşdİrİlməsİ

21-ci fəsil

Ümumİ müddəalar.

Maddə 124. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası

Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları, o cümlədən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətinin orqanının normativ aktları ilə müəyyən edilmiş qaydada aparılır.

Maddə 125. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt

Gömrük rəsmiləşdirilməsi, malları göndərənin və ya alanın, yaxud onların struktur bölmələrinin yerləşdiyi yer üzrə Azərbaycan Respublikası gömrük orqanının fəaliyyət zonasında, bu iş üçün müəyyən edilmiş yerlərdə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi Azərbaycan Respublikası gömrük orqanının iş vaxtında aparılır.

Azərbaycan Respublikası gömrük orqanının razılığı ilə başqa yerlərda və iş vaxtından kənar vaxtlarda da gömrük rəsmiləşdirilməsi aparıla bilər.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı kateqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını Azərbaycan Respublikasının müəyyən gömrük orqanlarına həvalə edə bilər.

Maddə 126. Gömrük rəsmiləşdirilməsində səlahiyyətli şəxslərin və onların nümayəndələrinin iştirak etməsi

Mallar və nəqliyyat vasitələri barədə səlahiyyətli şəxslər və onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.

Azərbaycan Respublikası gömrük orqanının tələbi ilə göstərilən şəxslər və onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli və gömrük rəsmiləşdirilməsinin aparılmasında Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinə kömək etməlidirlər.

Maddə 127. Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil

Gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində aparılır. Bu Məcəllədə Azərbaycan Respublikası beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktlarında nəzərdə tutulmuş hallar istisna edilir.

Maddə 128. Gömrük rəsmiləşdirilməsi və digər dövlət orqanlarının nəzarəti

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmiş mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi baytarlıq, fitosanitar, ekoloji və dövlət nəzarətinin digər növləri həyata keçirildikdən sonra başa çatır.[42]

Maddə 129. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələrindən istifadə etmə və onların üzərində sərəncam vermə

Heç kəs barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmayan mallar və nəqliyyat vasitələriindən istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malik deyil. Bu Məcəllədə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktlarında nəzərdə tutulmuş hallar istisna edilir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmayan mallar və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi üçün şərtlər və məhdudiyyətlər müəyyən edə bilər.

Maddə 130. Gömrük rəsmiləşdirilməsinin başlanması

Bu Məcəllədə nəzərdə tutulan ilkin əməliyyatların aparılması qaydasına riayət etməklə, Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi konkret mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aparmağa hazır olduğunu bildirdiyi vaxtdan gömrük rəsmiləşdirilməsi başlanır.

Maddə 131. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası

Təbii fəlakətlər, qəzalar, bədbəxt hadisələr zamanı zəruri olan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün məlumatların və digər materialların, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan malların gömrük rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.

Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq edilmə hallarını və şərtlərini Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 132. Mallar və nəqliyyat vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar

Azərbaycan Respublikasının gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barədə səlahiyyəti olan digər şəxs Azərbaycan Respublikası gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan mallar və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya başqa qaydada kəmiyyət ölçüsünün müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür mallar və nəqliyyat vasitələrinin saxlana biləcəyi digər yerlərin açılmasını təmin etməlidir. Əgər bu malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi başa çatmamışdırsa göstərilən əməliyyatlar Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə aparıla bilər.

Mallar və nəqliyyat vasitələri ilə yük əməliyyatları və başqa əməliyyatlar Azərbaycan Respublikası gömrük orqanları üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.

Maddə 133. Gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələrin götürülməsi

Azərbaycan Respublikasının gömrük orqanları, gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir.

Azərbaycan Respublikası gömrük orqanlarının icazəsi ilə mallar barədə səlahiyyəti olan şəxslər, onların nümayəndələri və digər dövlət nəzarət orqanları tərəfindən gömrük nəzarəti altında olan mallardan prob və nümunələr götürülə bilər.

Prob və nümunələr onları tədqiq etməyə imkan verən minumum miqdarda (sayda) götürülür.Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında akt tərtib olunur.

Mallar barəsində səlahiyyəti olan şəxslər və onların nümayəndələri, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri və digər dövlət nəzarət orqanları ilə birlikdə mallardan prob və nümunələrin götürülməsində iştirak etmək hüququna malikdirlər. Digər dövlət nəzarət orqanları, habelə mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələri tərəfindən mallardan prob və nümunələr götürülərkən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri iştirak edirlər. Göstərilən şəxslər və onların nümayəndələri, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən mallardan prob və nümunələr götürülərkən onlara kömək etməlidirlər.

Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin iştirakı olmadan mallar təqdim edildiyi vaxtdan 10 gün keçəndən sonra göstərilən şəxslər gəlmədikdə və təxirəsalınmaz hallarda Azərbaycan Respublikası gömrük orqanları tərəfindən mallardan prob və nümunələr götürülə bilər.

Bu cür prob və nümunənin götürülməsində onların tədqiqinin nəticəsində marağı olmayanlar iştirak edirlər. Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələri, götürülmüş prob və nümunələr üzrə aparılmış tədqiqatın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarət orqanları tərəfindən götürülmüş prob və nümunələrin tədqiqinin nəticələri haqqında Azərbaycan Respublikası gömrük orqanlarına məlumat verilir.

Azərbaycan Respublikası gömrük orqanları mallardan prob və nümunələrin götürülməsi ilə əlaqədar şəxs tərəfindən çəkilən xərcləri ödəmir.

Prob və nümunələrin tədqiqi ilə əlaqədar Azərbaycan Respublikası gömrük orqanları və gömrük laboratoriyaları tərəfindən çəkilən xərclər, şəxsin öz təşəbbüsü ilə aparılan tədqiqat xərcləri istisna olmaqla, şəxs tərəfindən ödənilmir.

Mallardan prob və nümunələrin götürülməsi qaydasını, onların tədqiq olunma müddətlərini, həmçinin onlar barəsində sərəncam vermə qaydalarını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 134. Mallar və onlara aid sənədlər daşınarkən gömrük rəsmiləşdirilməsi zamanı gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi üzrə tədbirlər

Daşıyıcı və onun nəqliyyat vasitələrinin bu Məcəllənin müddəalarına riayət edilməsini təmin edə bilməməsi haqqında kifayət qədər əsaslar olduqda bu Məcəllə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktları ilə müəyyən edilən qaydada Azərbaycan Respublikası gömrük orqanı nəqliyyat vasitəsinin lazım olan şəkildə təchiz edilməsi, gömrük müşayiəti (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiət edilməsi) və malların və ya onlara aid sənədlərin gömrük daşıyıcısı tərəfindən daşınması şərti ilə malların və onlara aid sənədlərin daşınmasına icazə verə bilər.

 

22-ci fəsil

İlkİn əməlİyyatlar

Maddə 135. İlkin əməliyyatlar

Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlər ilkin əməliyyatlardır.

Maddə 136. İlkin əməliyyatların əsas təyinatı

İlkin əməliyyatlar, malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsinin və onların müəyyən gömrük rejimi altında yerləşdirilməsinin asanlaşdırılmasına və tezləşdirilməsinə xidmət edir.

İlkin əməliyyatlar zamanı Azərbaycan Respublikası gömrük orqanları Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan olunmuş mallar və nəqliyyat vasitələrinin gətirilməsinə və aparılmasına yol vermirlər. Bu zaman həmin malların və nəqliyyat vasitələrinin gömrük məqsədləri üçün eyniləşdirilməsinə yönələn ilkin gömrük rəsmiləşdirilməsi aparılır.

Maddə 137. Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması niyyəti barədə Azərbaycan Respublikası gömrük orqanlarına məlumat verilməsi

Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə, həmçinin sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən, daşıyıcı Azərbaycan Respublikasının gömrük sərhədini keçmə barədə Azərbaycan Respublikası gömrük orqanına məlumat verir.

Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılarkən, malları və nəqliyyat vasitələrini keçirən şəxs, onları aparmaq niyyəti haqqında Azərbaycan Respublikası gömrük orqanına əvvəlcədən məlumat verir. Azərbaycan Respublikası gömrük orqanı bu məlumatı qeydə almaq, sonrakı gömrük rəsmiləşdirilməsinin aparılması üçün mallar və nəqliyyat vasitələrinin gətiriləcəyi vaxtı və yeri müəyyən etmək hüququna malikdir. Malları keçirən şəxs bu barədə məlumat vermədikdə, həmin vəzifəni daşıyıcı yerinə yetirməlidir.

Bu maddənin müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz və ya hava limanlarında dayanmayan, Azərbaycan Respublikasının gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri barədə tətbiq edilmir.

Maddə 138. Malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin Azərbaycan Respublikası gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılması

Bu Məcəllənin 137-ci maddəsində göstərilən məlumatı verdikdən sonra daşıyıcı malları, nəqliyyat vasitələrini və ya onlara aid sənədləri Azərbaycan Respublikası gömrük orqanının müəyyən etdiyi yerə çatdırmalı və orada saxlamalıdır. Təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, bu malların və nəqliyyat vasitələrinin başqa məqsədlərlə istifadə edilməsinə yol verilmir.

Nəqliyyat vasitələrinin imkanları, müəyyən edilən marşrut və daşınmanın digər şərtləri nəzərə alınmaqla mallar, nəqliyyat vasitələri və onların sənədləri Azərbaycan Respublikası gömrük orqanına müəyyən edilmiş müddətdə çatdırılmalıdır.

Maddə 139. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində görülən tədbirlər

Mallar, nəqliyyat vasitələri və onların sənədlərinin çatdırılması üzrə daşıyıcı bu Məcəllənin 138-ci maddəsində nəzərdə tutulan vəzifələri qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yerinə yetirə bilmədikdə, o, malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etməli, icazəsiz olaraq onlardan hər hansı bir şəkildə istifadə olunmasına yol verməməli və ən yaxın Azərbaycan Respublikası gömrük orqanına işin mahiyyəti, mallar və nəqliyyat vasitələrinin olduğu yer barədə dərhal məlumat verməlidir. Belə hallarda Azərbaycan Respublikası gömrük orqanı gömrük nəzarətini təmin etmək üçün görüləcək tədbirləri müəyyən edir.

Bu maddədə nəzərdə tutulan tədbirlərin görülməsi ilə əlaqədar olaraq daşıyıcının çəkdiyi əlavə xərclər Azərbaycan Respublikası gömrük orqanı tərəfindən ödənilmir.

Bu maddənin müddəaları bu Məcəllənin 137-ci maddəsinin üçüncü hissəsində göstərilən dəniz, çay və hava gəmiləri məcburi olaraq Azərbaycan Respublikasının ərazisində dayandığı və ya endiyi hallarda da tətbiq edilir.

Maddə 140. Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə gömrük nəzarətinə təqdim edilməsi

Mallar və nəqliyyat vasitələri çatdırıldığı yerdə gömrük nəzarətinə təqdim edilir, onların sənədləri isə Azərbaycan Respublikası gömrük orqanına verilir. Təqdim etmə, malların və nəqliyyat vasitələrinin gəldiyi barədə onlar gəldikdən sonra bir saatdan gec olmayaraq, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanının iş vaxtından kənar gəldikdə isə həmin orqanın iş vaxtı başlandıqdan sonra bir saatdan gec olmayaraq xəbər verilməsindən ibarətdir.

Mallar təqdim edildikdən sonra Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə mallar barədə səlahiyyətli şəxslər və onların nümayəndələri malları gömrük rejimi altında yerləşdirmək üçün onlardan prob və nümunələr götürə bilərlər.

Mallar və nəqliyyat vasitələri təyinat yerinə Azərbaycan Respublikası gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır.

Malların və nəqliyyat vasitələrinin nəzarətsiz qoyulması, ilkin yerlərinin dəyişdirilməsi, yüklənməsi, boşaldılması, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, yenidən yüklənməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə aparıla bilər.

Bu maddədə göstərilən tələblərin pozulması o zaman daşıyıcının məsuliyyət daşımasına səbəb olmur ki, o, malların məhv olacağı, həmişəlik itiriləcəyi və ya xarab olacağı barədə real təhlükə olduğunu sübut edə bilsin. Daşıyıcı, göstərilən tələblərin yerinə yetirilməməsi səbəbləri haqqında dərhal Azərbaycan Respublikası gömrük orqanınına məlumat verməlidir.

Bu maddənin müddəalarında nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar daşıyıcının çəkdiyi əlavə xərclər Azərbaycan Respublikası gömrük orqanı tərəfindən ödənilmir.

Maddə 141. Qısa bəyannamə

Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirilənədək qısa bəyannamə tətbiq edilə bilər.

Qısa bəyannamənin formasını və orada göstərilməli məlumatların siyahısını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə nəqliyyat, kommersiya sənədlərindən və həmçinin Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxslərinin bildiyi xarici dillərdə tərtib edilmiş sənədlər də daxil olmaqla bu maddənin ikinci hissəsində göstərilən məlumatları əks etdirən digər sənədlərdən qısa bəyannamə kimi istifadə edilə bilər.

Qısa bəyannamə daşıyıcı tərəfindən mallar və nəqliyyat vasitələrinin təqdim edilməsi ilə eyni vaxtda, yaxud Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə mallar və nəqliyyat vasitələrinin təqdim edildiyi gündən sonrakı növbəti iş günündən gec olmayaraq verilir.

Mallar göstərilən müddətdə hər hansı bir gömrük rejimi altında yerləşdirildikdə qısa bəyannamə verilmir.

Qısa bəyannamə vermək üçün daşıyıcı tərəfindən xüsusi səlahiyyət verilmiş nümayəndə olmadıqda, nəqliyyat vasitəsini idarə edən kapitan, sürücü və ya başqa fiziki şəxs gömrük məqsədləri üçün belə nümayəndə sayılır.

Daşıyıcının nümayəndəsi qısa bəyannamənin rəsmiləşdirilməsində Azərbaycan Respublikası gömrük orqanlarına kömək göstərməlidir.

Maddə 142. Azərbaycan Respublikası gömrük orqanları qarşısında ilkin əməliyyatlar zamanı məsuliyyət

Müəyyən gömrük rejimi altında yerləşdirilənə qədər daşıyıcı mallar və nəqliyyat vasitələrinə görə (gömrük ödənişlərinin ödənilməsi də daxil olmaqla) Azərbaycan Respublikası gömrük orqanları qarşısında məsuliyyət daşıyır. Bu Məcəllədə nəzərdə tutulan digər hallar istisna edilir.

 

23-cü fəsil

Müvəqqətİ saxlanc

Maddə 143. Mallar və nəqliyyat vasitələrinin müvəqqəti saxlanca verilməsi

Mallar və nəqliyyat vasitələri, Azərbaycan Respublikası gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək gömrük nəzarəti altında müvəqqəti saxlanca verilir.

Maddə 144. Müvəqqəti saxlanc yerləri

Müvəqqəti saxlanc, xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda və ya başqa yerlərdə (müvəqqəti saxlanc anbarlarında) həyata keçirilir.

Azərbaycan Respublikası gömrük orqanları və ya Azərbaycan şəxsləri müvəqqəti saxlanc anbarı təsis edə bilərlər.

Maddə 145. Müvəqqəti saxlanc anbarının təsis edilməsi üçün lisenziya

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya alındıqdan sonra müvəqqəti saxlanc anbarı təsis edilə bilər. Müvəqqəti saxlanc anbarının təsisçisi Azərbaycan Respublikası gömrük orqanıdırsa, lisenziya tələb olunmur.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müvəqqəti saxlanc anbarı təsis edilməsi üçün lisenziya verilməsi qaydalarını müəyyən edir. Müvəqqəti saxlanc ambarı təsis etmək üçün verilən lisenziyanın fəaliyyət müddətini Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Müvəqqəti saxlanc anbarı təsis edilməsi üçün lisenziya verilməsinə görə dövlət rüsumu alınır.[43]

Lisenziyanı verən orqan onu ləğv edə və ya geri ala bilər. Lisenziya verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verildiyi aşkara çıxarsa, lisenziya ləğv edilir. Ləğvetmə haqqında qərar verildiyi tarixdən qüvvəyə minir.

Anbar sahibi bu fəslin tələblərinə riayət etmədikdə lisenziya geri alınır. Gerialma bu barədə qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

Lisenziya ləğv edildikdə və ya geri alındıqda onun verilməsinə görə alınmış dövlət rüsumu qaytarılmır. [44]

Maddə 146. Müvəqqəti saxlanc anbarlarının tipləri

Müvəqqəti saxlanc anbarları açıq tipli (bütün mallar üçün istifadə oluna bilən) və qapalı tipli (saxlanması xüsusi şərait tələb edən mallar üçün) ola bilər.

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən təsis edilən müvəqqəti saxlanc anbarları açıq tipli anbarlardır.

Açıq tipli müvəqqəti saxlanc anbarları təsis edilməsinin məqsədəuyğun olmaması barədə kifayət qədər əsas olduqda qapalı tipli anbarlar təsis edilir.

Maddə 147. Müvəqqəti saxlanc anbarına qoyulan mallar

Müvəqqəti saxlanc anbarına hər cür mal qoyula bilər. Başqa mallara zərər verə bilən və ya xüsusi saxlanc şəraiti tələb edən mallar xüsusi olaraq təchiz edilmiş müvəqqəti saxlanc anbarlarında saxlanılır.

Maddə 148. Müvəqqəti saxlanc anbarı sahibinin, nəqliyyat vasitələrini və malları anbara qoyan şəxslərlə qarşılıqlı münasibətləri

Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrini anbara qoyan şəxslərlə qarşılıqlı münasibətləri müqavilə əsasında tənzimlənir.

Müvəqqəti saxlanc anbarının sahibi olan Azərbaycan Respublikası gömrük orqanlarının, malları və nəqliyyat vasitələrini anbara qoyan şəxslərlə qarşılıqlı münasibətləri bu Məcəlləyə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktlarına uyğun tənzimlənir.

Maddə 149. Mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarlarına qoyularkən tələb olunan sənədlər

Mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarına qoyularkən Azərbaycan Respublikası gömrük orqanları bir qayda olaraq malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi üçün kifayət edən sənədləri, o cümlədən gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dillərin birində tərtib edilmiş sənədləri tələb edir.

Maddə 150. Müvəqqəti saxlanc anbarı sahibinin vəzifələri

Müvəqqəti saxlanc anbarı sahibinin vəzifələri aşağıdakılardır:

anbarı gömrük nəzarətinin təmin edilməsi məqsədilə lazım olan şəkildə hazırlamaq;

anbarda saxlanan malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;

gömrük nəzarətinin həyata keçirilməsi üçün çətinlik yaratmamaq;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılan malların və nəqliyyat vasitələrinin uçotunu aparmaq və onlar barədə Azərbaycan Respublikası gömrük orqanlarına hesabatlar təqdim etmək;

anbarda saxlanan mallar və nəqliyyat vasitələrinin yanına qanunvericilikdə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərin daxil olmasına yol verməmək;

zəruri olduqda anbarı ikiqat bağlayıcı qurğu ilə təchiz etmək və həmin qurğulardan birini Azərbaycan Respublikası gömrük orqanının sərəncamına vermək;

müvəqqəti saxlanc anbarı təsis edilməsi üçün verilən lisenziya şərtlərinə riayət etmək;

gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün Azərbaycan Respublikası gömrük orqanları vəzifəli şəxslərinin malların və nəqliyyat vasitələrinin yanına buraxılmasını təmin etmək, müvəqqəti saxlanc anbarlarında əvəzsiz olaraq yer və rabitə vasitələri verilməsi də daxil olmaqla onların qanuni tələblərini yerinə yetirmək.

Maddə 151. Azərbaycan Respublikası gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarına aid əlavə hüquqları

Azərbaycan Respublikası gömrük orqanları müvəqqəti saxlanc anbarının quruluşu, avadanlığı və yerləşdiyi yerlərə aid tələbləri müəyyən etmək hüququ vardır.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının, yalnız Azərbaycan Respublikası gömrük orqanının müvəqqəti saxlanc anbarlarında saxlanılmasına icazə verilən malların siyahısını müəyyən etmək hüququ vardır.

Maddə 152. Gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət

Bu maddənin ikinci və üçüncü hissəsində nəzərdə tutulan hallar istisna edilməklə, müvəqqəti saxlanc anbarında saxlanılan mallar və nəqliyyat vasitələrinə aid gömrük ödənişlərinin ödənilməsinə görə Azərbaycan Respublikası gömrük orqanları qarşısında anbarın sahibi məsuliyyət daşıyır.

Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrini anbarda yerləşdirən şəxslə müqaviləsində gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyətin həmin şəxsə həvalə edilməsi nəzərdə tutulmuşsa, müvəqqəti saxlanc anbarının sahibi göstərilən şəxslə birgə gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət daşıyır.

Əgər müvəqqəti saxlanc anbarının sahibi Azərbaycan Respublikası gömrük orqanıdırsa, gömrük ödənişlərinin ödənilməsinə görə malları və nəqliyyat vasitələrini bu anbara verən şəxs, bu cür şəxs olmadıqda isə mallar və nəqliyyat vasitələrinin mülkiyyətçisi məsuliyyət daşıyır.

Maddə 153. Müvəqqəti saxlanc müddətləri

Müvəqqəti saxlanc müddətləri Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin verilməsi üçün lazım olan vaxt, malın və istifadə olunan nəqliyyat vasitəsinin xarakteri nəzərə alınaraq müəyyən edilir. Müəyyən edilən müddətlər Azərbaycan Respublikası gömrük orqanı tərəfindən uzadıla bilər.

Müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlanmasının ümumi müddəti iki aydan, bu Məcəllənin başqa maddələrində nəzərdə tutulan hallarda isə həmin maddələrdə göstərilən müddətlərdən çox olmamalıdır. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının qanunları ilə bilavasitə müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların ayrı-ayrı kateqoriyaları üçün daha qısa saxlanc müddətinin son həddini müəyyən edə bilər. [45]

Maddə 154. Müvəqqəti saxlanc anbarındakı mallarla aparılan əməliyyatlar

Müvəqqəti saxlanc anbarındakı mallarla aşağıdakı əməliyyatlar aparıla bilər:

müvəqqəti saxlanc anbarının sahibi, mallar barədə səlahiyyətli olan başqa şəxs və onların nümayəndələri tərəfindən malların nəzərdən keçirilməsi və ölçülməsi;

Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə həmin mallardan prob və nümunələr götürülməsi;

qablaşdırma zədələrinin düzəldilməsi də daxil olmaqla, həmin malların dəyişməz halda qalmasının təmin edilməsi üçün zəruri olan digər əməliyyatlar aparılması.

 

24-cü fəsil

Gömrük brokerİ

Maddə 155. Gömrük brokerinin fəaliyyəti

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya almış hüquqi şəxs olan müəssisələr gömrük brokeri (vasitəçi) ola bilər.

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun yaradılmış gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Əsasnaməyə uyğun həyata keçirir.

Gömrük brokerinin təmsil etdiyi şəxslərlə qarşılıqlı münasibətləri notariatda təsdiq edilmiş müqavilə əsasında qurulur.

Maddə 156. Gömrük brokeri kimi fəaliyyət göstərmək üçün lisenziya

Gömrük brokeri kimi fəaliyyət göstərmək hüququ verən lisenziya almaq üçün aşağıdakılar tələb olunur:

1) ştatında gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatına malik mütəxəssislərin olması;

2) sığorta məbləği qanunla müəyyən edilmiş minimum əmək haqqı məbləğinin on min mislindən az olmamaqla öz fəaliyyəti üçün sığorta müqaviləsi bağlamaq;

3) gömrük brokeri kimi fəaliyyət göstərmək üçün kifayət qədər maddi-texniki təchizata malik olmaq;

4) gömrük nəzarəti altında olan mallarla aparılan əməliyyatları dəqiq və dolğun əks etdirən uçot və hesabat aparılmasını təmin etmək üçün şəraitin olması.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı gömrük brokeri lisenziyasının verilmə qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük brokeri kimi fəaliyyət göstərmək üçün müraciətlərə baxır, lisenziya verir və onun fəaliyyət müddətini müəyyən edir.

Lisenziya verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxarsa və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verilmişsə, lisenziya ləğv edilir. Ləğvetmə haqqında qərar verildiyi tarixdən qüvvəyə minir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı lisenziyanı aşağıdakı hallarda geri ala bilər:

1) gömrük brokeri öz vəzifəsini dəfələrlə yerinə yetirmədikdə;

2) bu Məcəllədə nəzərdə tutulan hüquqpozmalar dəfələrlə törədildikdə;

3) kommersiya sirri olan və ya digər gizli məlumatlardan qanunsuz yolla istifadə etməklə, təmsil etdiyi şəxsə ciddi zərər vurduqda;

4) gömrük brokerinin ödəniş qabiliyyətinə malik olmadığı təsdiq edildikdə, yaxud o özünü ödəniş qabiliyyəti olmayan elan etdikdə;

5) ixtisas attestatı olmayan və ya ixtisas attestatından məhrum edilmiş, yaxud ixtisas attestatı ləğv edilmiş, geri alınmış, etibarsız sayılmış, fəaliyyəti dayandırılmış mütəxəssisin xidmətlərindən istifadə edildikdə;

6) Azərbaycan Respublikasının vergi və ya digər qanunvericiliyi pozulduqda.

Gerialma bu barədə qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

Lisenziya almaq üçün təkrar verilən müraciətə, ləğv etmə və ya gerialma barədə qərar qəbul edildiyi tarixdən iki il sonra lisenziyanın ləğv edilməsi və ya geri alınması üçün əsas olmuş səbəblərin aradan qaldırılması şərtilə baxıla bilər.

Gömrük brokerinin öz hüquqlarından sui-istifadə etməsi haqqında kifayət qədər əsaslar olduqda lisenziya, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər və ya üç aya qədər müddətdə fəaliyyəti dayandırıla bilər.

Maddə 157. Gömrük brokerinin hüquq və vəzifələri

Gömrük brokerinin təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək hüququ vardır.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən gömrük brokeri Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır.

Gömrük brokerinin təmsil etdiyi şəxslə müqaviləsində Azərbaycan Respublikası gömrük orqanları ilə münasibətlər, hüquqlar, vəzifələr və məsuliyyətlər məhdudlaşdırıla bilməz.

Maddə 158. Gömrük brokerlərinin dövlət reyestri

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük brokerlərinin Dövlət reyestrini aparır və onun vaxtaşırı nəşrini təmin edir.

Maddə 159. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından ixtisas attestatı almış mütəxəssis gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdir.

Bu maddənin birinci hissəsində göstərilən mütəxəssis gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, bu iş üçün gömrük brokeri tərəfindən vəkil edilmiş hesab olunur. Gömrük brokerinin bunun əksini sübut etdiyi hallar istisna edilir.

Gömrük brokeri gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin Azərbaycan Respublikası gömrük orqanları ilə münasibətləri üzrə vəzifələrini məhdudlaşdıra bilməz.

İxtisas attestatının verilmə qaydasını, onun fəaliyyət müddətini və gömrük rəsmiləşdirilməsi üçün mütəxəssislərin qarşısında qoyulan tələbləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə ixtisas attestatı üçün əsas götürülmüş məlumatın yanlış olduğu və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verildiyi aşkara çıxarsa, ixtisas attestatı Azərbaycan Respublikası qanunvericiliyi ilə ləğv edilir.

Azərbaycan Respublikası qanunvericiliyi ilə gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatı aşağıdakı hallarda geri alına bilər:

1) mütəxəssis Azərbaycan Respublikası gömrük orqanları qarşısında öz vəzifələrini dəfələrlə yerinə yetirmədikdə;

2) sənədləri saxtalaşdırmaqda, oğurluq etməkdə, rüşvət almaqda, həmçinin dəfələrlə bu Məcəllədə nəzərdə tutulan hüquqpozmalar törətməkdə təqsirli olduğu təsdiq edildikdə;

3) kommersiya sirri olan və ya gizli məlumatlardan qanunsuz yolla istifadə edərək təmsil etdiyi şəxsə zərər vurduqda;

4) Azərbaycan Respublikası gömrük orqanlarının tələblərinə riayət etmədikdə və ya onları yerinə yetirmədikdə;

5) Azərbaycan Respublikasının vergi və ya digər qanunvericiliyini pozduqda.

Gerialma bu barədə qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin öz vəzifələrini vicdanla yerinə yetirməməsi barədə kifayət qədər əsaslar olduqda, Azərbaycan Respublikasının gömrük işini aparan müvafiq mərkəzi icra hakimiyyəti orqanı ixtisas attestatının fəaliyyətini iki ay müddətinə qədər dayandıra bilər.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis məhkəmənin qərarı ilə ixtisas attestatından məhrum edilə bilər.

İxtisas attestatı almaq üçün təkrar müraciətlərə, onun ləğv edildiyi, geri alındığı və ya ixtisas attestatının etibarsızlığı təsdiq edildiyi tarixdən altı ay sonra bunun üçün əsas olan səbəblərin aradan qaldırılması şərtilə və ya məhkəmənin müəyyən etdiyi müddət bitdikdən sonra baxıla bilər.

Maddə 160. Lisenziya və ixtisas attestatlarının verilməsi, həmçinin onların fəaliyyətinin bərpa edilməsinə görə dövlət rüsumu və yığımlar

Gömrük brokeri kimi fəaliyyət göstərmək üçün lisenziyanın verilməsinə görə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə ixtisas attestatının verilməsi və ixtisas attestatının fəaliyyətinin bərpa edilməsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda yığım alınır. [46]

Gömrük brokeri kimi fəaliyyət göstərmək üçün lisenziya ləğv edildikdə və ya geri alındıqda, habelə onun fəaliyyəti dayandırıldıqda gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatı ləğv edildikdə, geri alındıqda, etibarsız sayıldıqda, fəaliyyəti dayandırıldıqda və ya məhkəmənin qərarı ilə onlardan məhrum edilmə halları olduqda, lisenziyanın və ya attestatın verilməsi, həmçinin onların fəaliyyətinin bərpasına görə alınmış yığımlar və dövlət rüsumu qaytarılmır. [47]

Maddə 161. Gömrük brokerinin və onun işçilərinin təmsil etdikləri şəxslərdən alınmış məlumatlara münasibətləri

Təmsil etdikləri şəxslərdən gömrük məqsədləri üçün gömrük brokerinin və onun işçilərinin aldıqları məlumatlar başqa məqsədlərlə istifadə oluna bilməz.

Gömrük brokeri və onun işçiləri təmsil etdikləri şəxslərdən alınan bank, kommersiya sirrindən və digər sirlərdən ibarət olan məlumatları şəxsi məqsədlər üçün istifadə etməməli, yaymamalı, Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə verməməlidirlər.

 

25-ci fəsil

Gömrük daşıyıcısı

Maddə 162. Gömrük daşıyıcısının fəaliyyəti

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən, gömrük daşıyıcısı kimi fəaliyyət köstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr gömrük daşıyıcısı ola bilər.[48]

Gömrük daşıyıcısı öz fəaliyyətini bu Məcəlləyə və Azərbaycan Respublikasında gömrük işini aparan icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq həyata keçirir.

Gömrük daşıyıcısı ilə mallar və onlara aid sənədləri göndərənlər arasında qarşılıqlı münasibətlər müqavilə əsasında qurulur.

Maddə 163. Gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə

Gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək hüququ verən icazə almaq üçün aşağıdakılar tələb olunur:

1) gömrük işi haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət edilməsinin təmin olunması üzrə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun təchiz olunmuş nəqliyyat vasitələrinin olması;

2) minimum əmək haqqı məbləğinin min mislindən az olmamaqla öz fəaliyyətinin sığortalanmasına dair müqavilə bağlamaq;

3) gömrük daşıyıcısının mülkiyyətində və ya icarəsində üç ildən az olmayaraq götürülmüş tələb olunan təchizata malik kifayət sayda nəqliyyat vasitəsinin olması və gömrük daşıyıcısının qeydə alındığı yer üzrə Azərbaycan Respublikasının gömrük orqanının fəaliyyət zonasında gömrük rəsmiləşdirilməsi yerinə 24 saat müddətində heç olmazsa bir nəqliyyat vasitəsinin gəlməsinin təmin olunması.

Azərbaycan Respublikasında gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazənı verir və onun fəaliyyət müddətini müəyyən edir.

Gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün verilmiş icazənı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ləğv edə, geri ala və ya onun fəaliyyətini dayandıra bilər.

Icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verildiyi aşkar olunarsa, Azərbaycan Respublikası qanunvericiliyi ilə icazə ləğv edilə bilər.

Icazə aşağıdakı hallarda geri alınır:

1) lazımi qaydada təchiz olunmamış nəqliyyat vasitəsindən istifadə edildikdə, o cümlədən daşınmaya görə müəyyən edilən haqq göstərilən xidmətin orta dəyərinə uyğun gəlmədikdə; mallar və onların sənədlərinin daşınmasından əsassız olaraq imtina edilməsi də daxil olmaqla bir neçə dəfə gömrük daşıyıcısı öz öhdəliklərini yerinə yetirmədikdə;

2) bu Məcəllədə nəzərdə tutulmuş hüquq pozuntuları bir neçə dəfə törədildikdə;

3) mallar və onlara dair sənəd göndərənlərə qeyri-qanuni olaraq mühüm ziyan gətirildiyi, o cümlədən kommersiya və digər sirlər olan məlumatlardan qanunsuz istifadə edilməsi təsdiq olunduqda.

Gerialma haqqında qərar qəbul olunduğu tarixdən qüvvəyə minir.

Gömrük daşıyıcıları öz hüquqlarından sui-istifadə etdikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı icazənın fəaliyyətini üç aya qədər müddətdə dayandıra bilər.

Icazənın təkrar verilməsinə dair müraciətə bir ildən sonra icazənın ləğvi və ya geri alınması üzrə qərarda göstərilən səbəblər aradan qaldırılarsa, baxıla bilər.

Gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazənın verilməsinə görə dövlət rüsumunun miqdarı qanunla müəyyən edilir.[49]

Icazə ləğv edildikdə, geri alındıqda və ya onun fəaliyyəti dayandırıldıqda, onun verilməsi və fəaliyyətinin bərpa edilməsi üçün alınmış dövlət rüsumu qaytarılmır.[50]

Maddə 164. Gömrük daşıyıcılarının qeydə alınması və onlar haqqında məlumat verilməsi

Azərbaycan Respublikasının gömrük orqanı, öz fəaliyyət zonasında gömrük daşıyıcısı funksiyasını yerinə yetirmək niyyəti və qabiliyyəti olan gömrük daşıyıcılarını qeydiyyata alır. Qeydiyyat gömrük daşıyıcılarının müraciəti əsasında həyata keçirilir.

Göstərilən gömrük orqanları qeydiyyatdan keçmiş gömrük daşıyıcılarının siyahısını ümumi tanışlıq məqsədi ilə tərtib edir.

Maddə 165. Gömrük daşıyıcılarının mallara və onlara dair sənədləri göndərənlərdən alınmış məlumatlara münasibətləri

Malları və onlara dair sənədləri göndərənlərdən alınmış kommersiya, bank və ya digər qanunla mühafizə olunan sirrlərdən ibarət məlumatlar, gömrük daşıyıcısı və onun işçiləri tərəfindən yayılmamalı, şəxsi məqsədlə istifadə olunmamalı, Azərbaycan Respublikası qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə üçüncü şəxsə verilməməlidir.

 

26-ci fəsil

Bəyanetmə

Maddə 166. Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir.

Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir.

Bəyanetmə formasını və qaydalarını, həmçinin gömrük məqsədləri üçün lazım olan məlumatların siyahısını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 167. Bəyanetmə yeri

Mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına bəyan edilir.

Malları daşıyan nəqliyyat vasitələri bu maddənin üçüncü hissəsində göstərilən hallar istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilir.

Dəniz, çay və hava gəmiləri Azərbaycan Respublikasının gömrük ərazisində, gəldikləri su və ya hava limanında, yaxud Azərbaycan Respublikası gömrük ərazisindən yola düşdükləri su və ya hava limanında bəyan edilir.

Boş nəqliyyat vasitələri və sərnişin daşıyan nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən bəyan edilir.

Maddə 168. Gömrük bəyannaməsinin verilmə müddəti

Gömrük bəyannaməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətlərdə verilir. Bu müddətlər mallar və onları daşıyan nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanına təqdim edildiyi tarixdən ən çoxu on gündən artıq olmamalıdır.

Fiziki şəxslər tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar əl yükündə və müşayiət edilən baqajda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən, gömrük bəyannaməsi malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.

Boş nəqliyyat vasitələri və sərnişin daşıyan nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olarkən və bu ərazidən yola düşərkən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan müddətlərdə bəyan edilməlidir.

Bu maddədə göstərilən müddətlər Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uzadıla bilər.

Maddə 169. Deklarant

Malları və nəqliyyat vasitələrini keçirən şəxs, yaxud gömrük brokeri deklarant ola bilər.

Deklarant, malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs və ya gömrük brokeri olub-olmamasından asılı olmayaraq, bütün vəzifələri yerinə yetirir və bu Məcəllədə nəzərdə tutulan qaydada tam məsuliyyət daşıyır.

Maddə 170. Deklarantın vəzifə və hüquqları

Mallar və nəqliyyat vasitələri bəyan edilərkən deklarant:

malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydaya uyğun olaraq bəyan etməli;

Azərbaycan Respublikası gömrük orqanının tələbi üzrə malları və nəqliyyat vasitələrini təqdim etməli;

gömrük məqsədləri üçün lazım olan sənədləri və əlavə məlumatları Azərbaycan Respublikası gömrük orqanına təqdim etməli;

gömrük ödənişlərini ödəməli;

lazım olan yük və digər əməliyyatların aparılması da daxil olmaqla Azərbaycan Respublikası gömrük orqanlarına gömrük rəsmiləşdirilməsi işində kömək etməlidir.

Bu Məcəllədə nəzərdə tutulan digər hüquqlardan başqa deklarantın bəyannaməni verməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək və onlar üzərində ölçü aparmaq, həmçinin Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ vardır.

Maddə 171. Gömrük məqsədləri üçün lazım olan sənədlər və əlavə məlumatlar

Azərbaycan Respublikası gömrük orqanına gömrük bəyannaməsi ilə birlikdə gömrük məqsədləri üçün lazım olan digər sənədlər də təqdim edilməlidir.

Azərbaycan Respublikası gömrük orqanı gömrük bəyannaməsində və təqdim olunmuş sənədlərdə olan məlumatları yoxlamaq, gömrük məqsədləri üçün digər əlavə məlumatlar tələb etmək hüququna malikdir.

Göstərilən sənədlərin və əlavə məlumatların siyahısını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Lazım olan sənədlər və əlavə məlumatlar təqdim edilmədikdə, Azərbaycan Respublikası gömrük orqanının gömrük bəyannaməsini qəbul etməmək, çatışmayan sənədləri və məlumatları təqdim etmək üçün müddət müəyyən etmək hüququ vardır.

Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə tərtib olunmuş sənədlər də təqdim oluna bilər.

Maddə 172. Gömrük bəyannaməsinin qəbulu

Verilən gömrük bəyannaməsi Azərbaycan Respublikası gömrük orqanı tərəfindən qəbul olunur. Gömrük bəyannaməsinin qəbulu Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada rəsmiləşdirilir.

Gömrük bəyannaməsi qəbulu rəsmiləşdirildiyi andan faktları təsdiq edən hüquqi əhəmiyyətə malik sənəd sayılır.

Azərbaycan Respublikasının gömrük orqanları əsassız olaraq gömrük bəyannamələrinin qəbulundan imtina edə bilməzlər.

Maddə 173. Gömrük bəyannaməsinin dəyişdirilməsi, ona əlavələr edilməsi və ya geri götürülməsi

Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə gömrük bəyannaməsində göstərilən məlumatlar dəyişdirilə, ona əlavələr edilə və ya verilmiş gömrük bəyannaməsi geri götürülə bilər.

Dəyişiklik və əlavələr edilməsinə, eləcə də geri götürməyə gömrük bəyannaməsinin yoxlanması və mallar və nəqliyyat vasitələrinə baxış başlanana qədər, həmçinin Azərbaycan Respublikası gömrük orqanı göstərilən məlumatların doğru olmadığını müəyyən edənə qədər yol verilir.

Gömrük bəyannaməsində edilən dəyişikliklər və əlavələr onun fəaliyyət sahəsini genişləndirə və ya məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri öz təşəbbüsləri, yaxud şəxslərin tapşırığı və xahişi ilə Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların daxil edilməsi istisna edilməklə yazılı gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyildirlər.

Maddə 174. Müvəqqəti və ya natamam bəyannamə

Deklarant xüsusi səbəblər üzündən tam gömrük bəyannaməsi verə bilmədiyi hallarda, Azərbaycan Respublikası gömrük orqanı müəyyən olunmuş qaydada müvəqqəti və ya natamam gömrük bəyannaməsi verilməsinə icazə verə bilər. Bu halda müvəqqəti və ya natamam gömrük bəyannaməsində gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməli və çatışmayan məlumatlar Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanının müəyyən etdiyi müddətlərdə təqdim edilməlidir.

Maddə 175. Dövri gömrük bəyannaməsi

Eyni mallar və nəqliyyat vasitələri eyni bir şəxs tərəfindən müntəzəm olaraq keçirildikdə, Azərbaycan Respublikası gömrük orqanı malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair müəyyən müddət ərzində bir dövri bəyannamə verilməsinə icazə verə bilər.

Dövri gömrük bəyannaməsinin verilməsi hallarını və qaydalarını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 176. Malları və nəqliyyat vasitələrini bəyan etmənin sadələşdirilmiş qaydası

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə malları və nəqliyyat vasitələrini bəyan etmənin sadələşdirilmiş qaydasını müəyyən etmək hüququna malikdir.

 

V BÖLMƏ

Gömrük nəzarətİ

27-ci fəsil

Ümumİ müddəalar

Maddə 177. Gömrük nəzarətinin həyata keçirilməsi və onun formaları

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər:

gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə) müşayiət olunmasına nəzarət edilməsi;[51]

gömrük yoxlaması (malların və nəqliyyat vasitələrinin yoxlanması, gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlama);

malların və nəqliyyat vasitələrinin uçotu;

fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;

uçot və hesabat sisteminin yoxlanılması;

müvəqqəti saxlanc anbarlarının, gömrük anbarlarının, sərbəst anbarların, sərbəst gömrük zonalarının, rüsumsuz ticarət mağazalarının və gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin ola biləcəyi digər yerlərin ərazi və binalarına, həmçinin icrasına nəzarət Azərbaycan Respublikası gömrük orqanına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi digər yerlərə baxış keçirilməsi;

bu Məcəllədə və gömrük işinə dair Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan və Azərbaycan Respublikasının qanunvericilik aktlarına zidd olmayan digər formalarda.

Gömrük nəzarəti həyata keçirilərkən, insanların həyat və sağlamlığı, heyvanlar və bitkilər üçün təhlükəsiz olan, həmçinin mallara və nəqliyyat vasitələrinə zərər vurmayan texniki vasitələr tətbiq edilə bilər.

Gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Gömrük nəzarətinin həyata keçirilməsi zamanı şəxslərə, onların mallarına və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir.

Qanunsuz zərər vurmuş Azərbaycan Respublikasının gömrük orqanları və onların vəzifəli şəxsləri Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin qanunauyğun hərəkətləri ilə vurulmuş zərər ödənilmir.

Maddə 178. Gömrük nəzarəti zonaları

Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikası gömrük orqanlarının olduğu yerlərdə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikasının qanunvericilik aktlarında bilavasitə nəzərdə tutulan hallar istisna edilməklə, istehsalat və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, bu zonalardan malların, nəqliyyat vasitələrinin, hüquqi və fiziki şəxslərin, o cümlədən digər dövlət orqanlarının vəzifəli şəxslərinin belə zonaların sərhədini keçməsinə və bu zonaların daxilində hərəkətinə, yalnız Azərbaycan Respublikası gömrük orqanlarının icazəsi ilə və onların nəzarəti altında yol verilir.

Maddə 179. Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar

Azərbaycan Respublikasının gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət edilməsi Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqana təqdim etməlidirlər.

Sənədlər və məlumatların siyahısını, həmçinin onların təqdim edilmə qaydasını bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikası gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və ya belə fəaliyyətlə məşğul olan digər şəxslərin, icrasına nəzarət edilməsi Azərbaycan Respublikası gömrük orqanına həvalə olunmuş əməliyyatları və bank hesablarının vəziyyəti haqqında banklardan və digər kredit təşkilatlarından məlumatlar və arayışlar almaq hüququna malikdir.

Azərbaycan Respublikasının digər hüquq-mühafizə orqanları, vergi və başqa nəzarət orqanları öz təşəbbüsləri ilə və ya Azərbaycan Respublikası gömrük orqanlarının sorğusu əsasında gömrük nəzarəti üçün lazım olan məlumatları verirlər.

Gömrük nəzarəti üçün lazım olan sənədlər hüquqi və fiziki şəxslər tərəfindən ən azı üç il müddətində saxlanılmalıdır.

Maddə 180. Gömrük nəzarətinin həyata keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssislərin və ekspertlərin cəlb edilməsi

Azərbaycan Respublikasının gömrük orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə gömrük nəzarətinin həyata keçirilməsinə kömək göstərilməsi üçün digər hüquq mühafizə və nəzarət orqanlarının, mülkiyyət formasından, idarə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq idarələrin, müəssisələrin və təşkilatların mütəxəssislərini, həmçinin ekspertləri cəlb etmək hüququna malikdirlər.

Dövlət orqanlarında, dövlət müəssisələrində, idarələrində və təşkilatlarında işləyən gömrük nəzarətinin həyata keçirilməsinə cəlb edilmiş mütəxəssislərin və ekspertlərin iş yerlərində orta aylıq əmək haqqı saxlanılır. Mütəxəssislərin və ekspertlərin cəlb edilməsi ilə əlaqədar xərclər, o cümlədən yol, mənzil kirayəsi xərcləri, gündəlik xərclər və dövlət orqanlarında, dövlət idarələrində, müəssisələrində və təşkilatlarında işləyən mütəxəssislərin və ekspertlərin xidməti vəzifələri dairəsinə daxil olmayan işlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada haqq ödənilir.

Gömrük nəzarətinin həyata keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssis və ya ekspert cəlb edilməsi haqqında Azərbaycan Respublikası gömrük orqanının sorğusu mütəxəssisin və ya ekspertin işlədiyi dövlət orqanının, idarə, müəssisə və ya təşkilatın rəhbəri tərəfindən icra edilməlidir.

Maddə 181. Azərbaycan Respublikası gömrük orqanları vəzifəli şəxslərinin gömrük nəzarətini həyata keçirmək üçün əraziyə və binalara daxil olması

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri, gömrük nəzarətini həyata keçirmək məqsədi ilə xidməti vəsiqə əsasında gömrük nəzarətindən keçiriləcək mallar və nəqliyyat vasitələri, gömrük nəzarəti üçün zəruri sənədlər olan, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi ərazilərinə və binalarına daxil olmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının qanunvericilik aktlarında və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir.

Maddə 182. Malların, nəqliyyat vasitələrinin, binaların və başqa yerlərin eyniləşdirilməsi

Gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət edilməsi Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanları tərəfindən eyniləşdirilə bilər.

Plomb qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə işarələri, möhür və ştamplar vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojlar çəkilməsi, miqyaslı təsvirlər, fotoşəkillər, illüstrasiyalar hazırlanması, malların müşayiətedici sənədlərindən və digər sənədlərdən, sair eyniləşdirmə vasitələrdən istifadə edilməsi yolu ilə həyata keçirilir.

Malların və nəqliyyat vasitələrinin məhv olması, həmişəlik itirilməsi və ya əhəmiyyətli dərəcədə korlanması üçün real təhlükə yarandığı hallar istisna edilməklə, eyniləşdirmə vasitələri yalnız Azərbaycan Respublikası gömrük orqanları tərəfindən və ya onların icazəsi ilə dəyişdirilə və ya məhv edilə bilər. Eyniləşdirmə vasitələri dəyişdirildikdə, kənarlaşdırıldıqda və ya məhv edildikdə təcili olaraq Azərbaycan Respublikası gömrük orqanına məlumat verilməli və göstərilən təhlükənin mövcud olduğunu sübut edən dəlillər təqdim edilməlidir.

Maddə 183. Maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması

İcrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əməl edilməməsi və ya tam əməl edilməməsi haqqında kifayət qədər əsaslar olduqda, Azərbaycan Respublikası gömrük orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və nəzarət Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş fəaliyyəti keçirən digər şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması üçün müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər.

Maddə 184. Gömrük nəzarəti formalarının seçilməsi

Azərbaycan Respublikası gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bir qayda olaraq, icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının gömrük işi haqqında qanunvericiliyinə, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə riayət edilməsini təmin etmək üçün kifayət edən gömrük nəzarəti formalarından istifadə edə bilər.

Gömrük nəzarətinin digər formalarının tətbiq edilməməsi və ya onlardan azad etmə heç də şəxsləri bu Məcəllənin müddəalarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və beynəlxalq müqavilələrinə riayət etmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikasının gömrük orqanları lazım olduqda, bu Məcəllənin 185-ci maddəsində göstərilən hallar istisna edilməklə, bu Məcəllədə nəzərdə tutulan gömrük nəzarətinin bütün formalarından istifadə edə bilərlər.

Maddə 185. Gömrük nəzarətinin müəyyən formalarından azad etmə

Gömrük nəzarətinin müəyyən formalarından azad etmə bilavasitə bu Məcəllə ilə müəyyən olunur.

Azərbaycan Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajı gömrük yoxlamasından azaddır.

Öz deputat və xidməti vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhədindən keçən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin şəxsi baqajları gömrük yoxlamasından azaddır.[52]

Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi və hərbi nəqliyyat hava gəmilərinin, eləcə də hərbi texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası müqavilə ilə tənzimlənir.

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq gömrük nəzarətinin müəyyən formalarından azadetmə, bu müqavilələr təsdiq edildikdən sonra həyata keçirilir.

Maddə 186. Şəxsi yoxlama

Gömrük nəzarətinin müstəsna forması olan şəxsi yoxlama Azərbaycan Respublikasının gömrük sərhədindən keçən və ya gömrük nəzarəti zonasında, yaxud beynəlxalq təyyarə limanının tranzit zonasında olan fiziki şəxsin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikası qanunvericiliyinin və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin pozulmasının obyekti olan malları üstündə gizlətməsi və təhvil verməməsi haqqında kifayət qədər əsas olduqda, Azərbaycan Respublikası gömrük orqanının rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə aparıla bilər.

Şəxsi yoxlama başlamazdan əvvəl Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikası gömrük orqanı rəisinin və ya onu əvəz edən şəxsin, şəxsi yoxlama aparılması haqqında qərarını fiziki şəxsə bildirməli, bu cür yoxlama keçirilərkən onu hüquq və vəzifələri ilə tanış etməli və gizlətdiyi malları və ya əşyaları könüllü olaraq təhvil verməyi təklif etməlidir.

Şəxsi yoxlama, sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə iki həmcins hal şahidinin iştirakı ilə eyni cinsdən olan Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılmalıdır. Başqa fiziki şəxslərin bu yerlərə daxil olmasına və şəxsi yoxlama aparılmasını müşahidə etməsinə yol verilmir. Şəxsin bədən üzvlərini yalnız tibb işçisi yoxlamalıdır. Şəxsin bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi üçün tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.[53]

Şəxsi yoxlama aparılması haqqında Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur.

Protokol, şəxsi yoxlamanı aparan Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, hal şahidləri və bədən üzvləri yoxlanıldıqda, həmçinin tibb işçisi tərəfindən imzalanır. Barəsində şəxsi yoxlama aparılmış fiziki şəxs həmin protokolda öz rəyini bildirmək hüququna malikdir.

27-1-ci fəsil[54]

Əqlİ mülkİyyət hüquqlarının qorunması üçün tərkİbİndə əqlİ mülkİyyət obyektlərİ olan mallara gömrük nəzarətİ

Maddə 186-1. Gömrük orqanları tərəfindən əqli mülkiyyət hüquqlarının qorunması [55]

Gömrük orqanları hüquq sahiblərinin gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallara dair hüquqlarının qorunmasını bu məcəllə və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada həyata keçirir.

Maddə 186-2. Reyestrin aparılması qaydası [56]

Gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük nəzarəti məqsədi ilə tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestrini aparır.

Reyestrin aparılması, reyestrdə olan məlumatların gömrük orqanlarına və ərizəçilərə çatdırılması qaydası gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 186-3. Tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestrə daxil edilməsi və ondan çıxarılması qaydası [57]

Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət obyektinə olan hüquqlarının pozulduğunu və ya pozula biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, kontrafakt malların buraxılışının dayandırılması xahişi ilə gömrük işini aparan icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının qorunması və əqli mülkiyyət obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

Əqli mülkiyyət hüquqlarının qorunması barədə ərizədə aşağıdakılar göstərilməlidir:

1) hüquq sahibi haqqında məlumat;

2) əqli mülkiyyət obyektinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüququn olması barədə məlumat;

3) tərkibində əqli mülkiyyət obyekti olan malın təsviri;

4) əqli mülkiyyət obyektlərinə olan hüquqların qorunması haqqında müraciət;

5) malların kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar;

6) malların kontrafakt olmadığı müəyyən edildiyi halda buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, yaxud digər şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.

Ərizəyə əqli mülkiyyət obyektinə olan hüququ təsdiq edən sənədlər (əsərin qeydiyyatı haqqında şəhadətnamə, patent, əqli mülkiyyət obyektinin qeydiyyatda olmasını təsdiq edən sənəd, lisenziya müqaviləsi, Azərbaycan Respublikasının əqli mülkiyyət qanunvericiliyinə uyğun olaraq digər sənədlər), zəruri hallarda isə hüquq sahibi tərəfindən onun maraqlarını qoruyan şəxsə verilmiş vəkalətnamə əlavə olunur.

Ərizə ilə birlikdə tərkibində əqli mülkiyyət obyekti olan malın və ya kontrafakt malın nümunələri də təqdim oluna bilər.

Gömrük işini aparan icra hakimiyyəti orqanı ərizəyə onun daxil olduğu gündən bir ay müddətində baxır və tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestrə daxil olunması barədə qərar qəbul edir.

Ərizəçi bu maddənin tələblərinə riayət etmədiyi halda gömrük işini aparan icra hakimiyyəti orqanı həmin malların reyestrə daxil edilməməsi barədə qərar qəbul edir və ərizəçini yazılı surətdə məlumatlandırır.

Ərizədə və ya ona əlavə olunmuş sənədlərdə dəyişiklik edildiyi halda ərizəçi bu barədə gömrük işini aparan icra hakimiyyəti orqanına məlumat verməlidir.

Ərizəçi bu maddənin tələblərinə riayət etmədikdə, habelə tərkibində əqli mülkiyyət obyektləri olan mallar qəbul olunmuş qaydaya uyğun olmadan və yaxud natamam, səhv məlumatlar əsasında reyestrə daxil olunduğu hallarda həmin mallar gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarıla bilər.

Bu barədə gömrük işini aparan icra hakimiyyəti orqanı ərizəçini yazılı formada məlumatlandırır.

Maddə 186-4. Gömrük orqanları tərəfindən hüquqların qorunma müddəti [58]

Hüquq sahibinin hüquqlarının qorunma müddəti gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən obyektin reyestrə daxil olunması haqqında qərar qəbul olunduğu gündən etibarən ərizəçinin göstərdiyi müddət nəzərə alınmaqla 2 ilədək müəyyən olunur.

Gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən ərizəçinin müraciəti əsasında göstərilən müddət uzadıla bilər.

Gömrük orqanları tərəfindən əqli mülkiyyət obyektinə olan hüquqların qorunmasının ümumi müddəti hüquq sahibinin əqli mülkiyyət obyektinə olan hüquqlarının qüvvədə olma müddətindən artıq ola bilməz.

 

27-2-ci fəsil[59]

Tərkİbİndə əqlİ mülkİyyət obyektlərİ olan malların gömrük rəsmİləşdİrİlməsİ və onlar üzərİndə gömrük nəzarətİnİn xüsusİyyətlərİ

Maddə 186-5. Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti [60]

Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti bu məcəllə ilə müəyyən olunmuş qaydada aparılır.

Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi bu məcəlləyə və Azərbaycan Respublikasının əqli mülkiyyətə dair qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 186-6. Tərkibində əqli mülkiyyət obyektləri olan malların buraxılışının dayandırılması [61]

Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı kontrafakt mallar olması əlamətləri aşkar olunarsa, belə malların buraxılışı gömrük orqanları tərəfindən dayandırılır.

Malların buraxılışının on iş günü müddətinə dayandırılması haqqında qərar gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən qəbul edilir. Göstərilən müddət daha iyirmi iş günü müddətinə ərizəçinin müraciəti əsasında uzadıla bilər.

Gömrük orqanı tərəfindən buraxılışın dayandırılması barədə qəbul edilmiş qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı məlumat verilir, habelə bəyannaməçiyə ərizəçinin adı və ünvanı, ərizəçiyə isə bəyannaməçinin adı və ünvanı haqqında məlumat verilir.

Bu maddəyə uyğun olaraq buraxılışın dayandırılması, ərizəçi və bəyannaməçiyə qəbul edilmiş qərar haqqında məlumatın verilməsi və buraxılışın dayandırılma müddətinin uzadılması qaydası gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 186-7. Vurulan zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi [62]

Buraxılışın dayandırılması nəticəsində gömrük orqanlarına vurulan zərərin əvəzi və onlar tərəfindən çəkilən xərclər malların kontrafaktlığı müəyyən edildiyi halda bəyannaməçi, əks halda isə ərizəçi tərəfindən ödənilir.

Buraxılışın dayandırılması nəticəsində vurulmuş zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi qaydası qanunveric

Maddə 186-8. Məlumatların verilməsi. Prob və nümunələrin götürülməsi [63]

Gömrük orqanı ərizəçi və bəyannaməçiyə buraxılışının dayandırılması haqqında qərar qəbul edilmiş malların kontrafakt olub-olmamasının müəyyən olunması üçün lazım olan məlumatları verir.

Ərizəçi və bəyannaməçi tərəfindən alınmış məlumatlar bu maddəyə uyğun olaraq konfidensial xarakterlidir və qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla onlar tərəfindən yayılmamalı, üçüncü şəxsə, habelə dövlət orqanlarına ötürülməməlidir.

Gömrük orqanının icazəsi ilə ərizəçi və bəyannaməçinin və ya onların nümayəndələrinin buraxılışı dayandırılmış mallardan gömrük nəzarəti altında prob və nümunələr götürmək və onların tədqiqatını aparmaq hüququ vardır.

Maddə 186-9. Buraxılışın dayandırılması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi [64]

Aşağıdakı hallarda buraxılışın dayandırılması haqqında qəbul olunmuş qərar onun qüvvədə olduğu müddət ərzində ləğv edilə bilər:

1) ərizəçi gömrük orqanına buraxılışın dayandırılması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi xahişi ilə müraciət etdikdə;

2) tərkibində əqli mülkiyyət obyekti olan mallar reyestrdən çıxarıldıqda.

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq səlahiyyətli orqan tərəfindən malların götürülməsi, onlara həbs qoyulması və ya onların müsadirəsi haqqında qərar daxil olmadıqda bu məcəllə ilə müəyyən edilmiş qaydada həmin malların gömrük rəsmiləşdirilməsi və buraxılışı həyata keçirilir.

Buraxılışın dayandırılması haqqında qərar bu qərarı qəbul etmiş gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən ləğv edilir.

Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş şərtlə malların buraxılışının dayandırılması haqqında qərarın ləğv edilməsi və malların buraxılması hüquq sahibinin əqli mülkiyyət obyektinə olan hüquqlarının qorunması ilə bağlı digər səlahiyyətli dövlət orqanlarına hüquqlarının qorunmasının təmin olunması haqqında müraciətinə mane olmur.

Maddə 186-10. Tərkibində əqli mülkiyyət obyektləri olan mallara nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri [65]

Gömrük orqanları reyestrə alınmamış, eləcə də hüquq sahibi tərəfindən ərizədə göstərilməmiş tərkibində əqli mülkiyyət obyektləri olan malların bu məcəllənin 27-2-ci fəslində müəyyən edilmiş qaydaya uyğun olaraq kontrafakt əlamətləri aşkar edildikdə həmin malların buraxılışını dayandırmaq hüququna malikdir. Bu halda gömrük orqanları hüquq sahibindən malların kontrafakt olmasını təsdiq etmək üçün lazım olan məlumatları tələb edə bilər. Bu maddəyə uyğun olaraq malların buraxılışının dayandırılması zamanı gömrük orqanları hüquq sahibini və bəyannaməçini məlumatlandırmalıdırlar.

Malların buraxılışı on iş günü müddətində dayandırılır. Bu müddət hüquq sahibinin yazılı müraciəti olduqda, daha on iş günü müddətinə uzadıla bilər.

Maddə 186-11. Əqli mülkiyyət hüquqlarının qorunması üçün bu məcəllə ilə nəzərdə tutulan tədbirlərin tətbiq olunmadığı tərkibində əqli mülkiyyət obyektləri olan mallar [66]

Bu məcəllənin 27-2-ci fəslində nəzərdə tutulan tədbirlər nəzarəti gömrük orqanlarına həvalə edilmiş digər tələblərə əməl olunmaq şərtilə tərkibində əqli mülkiyyət obyektləri olan aşağıdakı mallara münasibətdə tətbiq olunmur:

1) fiziki şəxslər tərəfindən, yaxud tranzit gömrük rejiminə uyğun olaraq sərhəddən keçirilən mallar;

2) beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar;

3) hüquq sahibinin razılığı əsasında dövriyyəyə buraxılmış, istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan və hüquq sahibinin özü tərəfindən qanuni əsaslarla gömrük sərhədindən keçirilən mallar.

Maddə 186-12. Əqli mülkiyyət hüquqlarının qorunmasına dair əlavə tədbirlər[67]

Gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallara dair hüquqların gömrük orqanları tərəfindən qorunması həmin hüquqların qorunması ilə bağlı Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun müvafiq tədbirlər görülməsinə mane olmur.

 

28-ci fəsil

Azərbaycan Respublİkasının gömrük sərhədİndən keçİrİlən mallar və nəqlİyyat vasİtələrİnə gömrük nəzarətİ üzrə əlavə müddəalar

Maddə 187. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi

Bu Məcəllədə nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri gömrük nəzarətindən keçirilir.

Gömrük nəzarətinin həyata keçirilməsi üçün mallar və nəqliyyat vasitələri ilə yük əməliyyatları və digər əməliyyatlar, prob və nümunələrin götürülməsi bu Məcəllənin 132 və 133-cü maddələrinə uyğun surətdə aparılır.

Azərbaycan Respublikasının gömrük orqanları xarici dövlətlərin gəmiləri və başqa dövlətlərin ərazisində olan gəmilər istisna edilməklə, Azərbaycan Respublikası gömrük orqanının icazəsi olmadan Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən nəqliyyat vasitələrini, dəniz, çay və hava gəmilərini məcburi saxlamaq və qaytarmaq hüququna malikdir.

Maddə 188. Gömrük nəzarəti altında olma müddəti

Mallar və nəqliyyat vasitələri, gömrük nəzarətinin başlandığı andan gömrük rejiminə uyğun olaraq, gömrük nəzarəti başa çatanadək gömrük nəzarəti altında yerləşir.

Gətirmə zamanı gömrük nəzarəti mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan başlayır.

Aparma zamanı gömrük nəzarəti gömrük bəyannaməsi qəbul edildiyi andan başlanır.

Bu Məcəllədə nəzərdə tutulan hallar istisna edilməklə mallar və nəqliyyat vasitələri buraxıldığı andan gömrük nəzarəti başa çatır.

Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mallar və nəqliyyat vasitələri buraxılarkən, onlar Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan gömrük nəzarəti başa çatır.

Hüquqi və fiziki şəxslər gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətlər haqqında tələblərə riayət etməlidirlər. Göstərilən tələbləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. Hüquqi və fiziki şəxs tərəfindən bu cür tələblərə riayət edilməməsi nəticəsində onlara dəyən zərər ödənilmir.

Maddə 189. Mallar və nəqliyyat vasitələri buraxıldıqdan sonra gömrük nəzarəti

Malların və nəqliyyat vasitələrinin buraxılışından asılı olmayaraq icrasına nəzarət Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinin və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin pozulması haqqında kifayət qədər əsaslar olduqda, bu mallar və nəqliyyat vasitələri barədə istənilən vaxt gömrük nəzarəti həyata keçirilə bilər.

Göstərilən halda Azərbaycan Respublikası gömrük orqanlarının malların və nəqliyyat vasitələrinin mövcud olub-olmadığını, onları təkrar gömrük baxışından keçirmək, gömrük bəyannaməsində göstərilən məlumatların doğruluğunu yenidən yoxlamaq, bu mallarla aparılmış xarici iqtisadi əməliyyatlara və aparılacaq sonrakı ticarət əməliyyatlarına aid sənədləri və digər məlumatları yoxlamaq hüququ vardır. Yoxlama, deklarantın və ya bu əməliyyatlara bilavasitə və yaxud dolayı yolla aidiyyatı olan, habelə lazımi sənədlərə malik hər hansı bir şəxsin olduğu yerdə aparıla bilər. Hüquqpozma aşkar edildikdə əlaqədar şəxslər bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar.

Maddə 190. Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması müddətləri

Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən gömrük bəyannaməsi və müvafiq sənədlər qəbul edildiyi andan etibarən ən geci on gün, bu Məcəllənin 131-ci maddəsində göstərilən mallar üçün isə üç gün ərzində həyata keçirilir.

Malların və nəqliyyat vasitələrinin təqdim edilməsi tələb olunun hallarda göstərilən müddətlər mallar və nəqliyyat vasitələri təqdim edilən andan hesablanır.

Digər dövlət orqanlarının mallara və nəqliyyat vasitələrinə nəzarəti həyata keçirməsi üçün lazım olan vaxt göstərilən müddətlərə daxil deyildir.

Maddə 191. Deklarantın, mallara və nəqliyyat vasitələrinə aid səlahiyyətləri olan digər şəxslərin və onların nümayəndələrinin malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirakı

Deklarant, mallara və nəqliyyat vasitələrinə aid səlahiyyətləri olan digər şəxslər və onların nümayəndələri malların və nəqliyyat vasitələrinin yoxlanmasında öz təşəbbüsləri ilə iştirak etmək hüququna malikdirlər.

Göstərilən şəxslər Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxslərinin tələbi ilə gömrük yoxlanması keçirilməsində iştirak etməli və Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxslərinə zəruri kömək göstərməlidirlər. Daşıyıcının xüsusi olaraq vəkil etdiyi nümayəndə olmadıqda nəqliyyat vasitəsinin kapitanı, sürücüsü və ya onu idarə edən başqa bir fiziki şəxs belə nümayəndə hesab edilir.

Deklarant, mallara və nəqliyyat vasitələrinə aid səlahiyyətləri olan digər şəxslər və onların nümayəndələri iştirak etmədikdə Azərbaycan Respublikası gömrük orqanı aşağıdakı hallarda mallar və nəqliyyat vasitələrini yoxlamaq hüququna malikdir:

mallar və nəqliyyat vasitələri təqdim edildiyi vaxtdan on gün keçəndən sonra göstərilən şəxslər gəlmədikdə;

dövlət təhlükəsizliyi, ictimai asayiş, insanların həyat və sağlamlığı, heyvanlar və bitkilər, ətraf mühitin qorunması, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri üçün təhlükə mövcud olduqda və digər təxirəsalınmaz hallarda;

mallar beynəlxalq poçt göndərişləri vasitəsilə göndərildikdə;

gömrük rejimi pozulmaqla, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisində saxlanıldıqda.

Göstərilən hallarda malların və nəqliyyat vasitələrinin yoxlanması, bu yoxlamanın nəticəsində marağı olmayan şəxslərin iştirakı ilə aparılır.

Maddə 192. Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin inventarlaşdırılması

Azərbaycan Respublikası gömrük orqanları gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin, həmçinin gömrük ödənişləri ödənilməmiş və ya bu sahədə gömrük güzəştləri verilmiş malların istənilən vaxt inventarlaşdırılmasını aparmaq hüququna malikdir.

 

VI BÖLMƏ

Valyuta nəzarətİ

29-cu fəsil

Azərbaycan Respublİkası gömrük orqanları tərəfİndən valyuta nəzarətİ

Maddə 193. Azərbaycan Respublikasının gömrük orqanlarında valyuta nəzarəti aparılması

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında valyuta nəzarəti orqanlarından biridir.

Azərbaycan Respublikası gömrük orqanları valyuta qanunvericiliyinə və Məcəlləyə uyğun surətdə gömrük işi ilə bağlı valyuta nəzarətini həyata keçirir.

Valyuta nəzarətini həyata keçirərkən Azərbaycan Respublikası gömrük orqanlarının funksiyalarını və səlahiyyətlərini Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.[68]

Maddə 194. Valyuta nəzarəti sahəsində Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətləri

Azərbaycan Respublikası gömrük orqanları sərbəst gömrük zonalarının, sərbəst anbarların perimetrləri istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən ayrı-ayrı şəxslər tərəfindən Azərbaycan Respublikası milli valyutasının, milli valyutada qiymətli kağızların və digər valyuta sərvətlərinin keçirilməsinə, eləcə də göstərilən sərhəddən malların və nəqliyyat vasitələrinin keçirilməsi ilə əlaqədar valyuta əməliyyatları üzrə valyuta nəzarətini həyata keçirirlər.

Maddə 195. Azərbaycan Respublikası gömrük orqanları valyuta nəzarətini həyata keçirərkən aşkar edilmiş hüquq pozuntularına görə məsuliyyət

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquqpozmalara görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. [69]

 

VII BÖLMƏ

Xarİcİ şəxslərİn ayrı-ayrı kateqorİyaları üçün gömrük güzəştlərİ

30-cu fəsil

Xarİcİ dövlətlərİn nümayəndəlİklərİ və onların əməkdaşları, habelə dİgər xarİcİ şəxslər üçün gömrük güzəştlərİ

Maddə 196. Xarici dövlətlərin diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri

Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində olan diplomatik nümayəndəlikləri Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət edilməsi şərtilə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə gətirə və Azərbaycan Respublikasının ərazisindən apara bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilir.

Maddə 197. Xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı və nümayəndəliyin diplomatik heyətinin üzvləri üçün gömrük güzəştləri

Xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı və nümayəndəliyinin diplomatik heyətinin üzvləri həmçinin onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət etmək şərti ilə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə ilkin təsərrüfat ləvazimatı da daxil olmaqla, şəxsi istifadə üçün olan malları Azərbaycan Respublikası ərazisinə gətirə və Azərbaycan Respublikası ərazisindən apara bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilir.

Xarici dövlətin diplomatik nümayəndəliyinin başçısının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır. Göstərilən şəxslərin baqajlarında şəxsi istifadə üçün nəzərdə tutulmayan, gətirilməsi və ya aparılması Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə qadağan edilən, digər xüsusi qaydalarla tənzimlənən mallar olması haqqında kifayət qədər əsaslar olduqda, gömrük baxışı bu maddədə göstərilən şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Maddə 198. Xarici dövlətin diplomatik nümayəndəliyinin inzibati-texniki heyətinin əməkdaşları üçün gömrük güzəştləri

Xarici dövlətin diplomatik nümayəndəliyinin inzibati-texniki heyətinin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri (əgər həmin əməkdaşlar və onların ailə üzvləri daimi olaraq Azərbaycan Respublikasında yaşamırlarsa) gömrük ödənişlərindən azad edilməklə ilkin təsərrüfat ləvazimatı olan malları Azərbaycan Respublikası ərazisinə gətirə bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtlarından kənar vaxtda gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilir.

Maddə 199. Xarici dövlət nümayəndəliyinin diplomatik heyətinin üzvləri üçün gömrük güzəştlərinin inzibati-texniki və xidmətçi heyətin əməkdaşlarına şamil edilməsi

Xarici dövlətlə bağlanan xüsusi sazişə əsasən bu Məcəllədə xarici dövlət nümayəndəliyinin diplomatik heyəti üçün nəzərdə tutulan gömrük güzəştləri, hər bir dövlətlə ayrıca və qarşılıqlı olmaq şərti ilə, bu nümayəndəliyin daimi olaraq Azərbaycan Respublikasında yaşamayan inzibati-texniki və xidmətçi heyətinin əməkdaşlarına və onların ailə üzvlərinə də şamil edilə bilər.

Maddə 200. Xarici dövlətlərin konsulluq nümayəndəlikləri və onların heyət üzvləri üçün gömrük güzəştləri

Xarici dövlətlərin konsulluq nümayəndəliklərinə, konsulluq nümayəndəliklərinin başçıları da daxil olmaqla konsulluğun vəzifəli şəxslərinə və konsulluq qulluqçularına, həmçinin onların ailə üzvlərinə xarici dövlətlərin diplomatik nümayəndəlikləri və ya diplomatik nümayəndəliyin müvafiq heyəti üçün bu Məcəllədə nəzərdə tutulan gömrük güzəştləri verilir.

Xarici dövlətlə bağlanan xüsusi sazişə əsasən bu Məcəllədə xarici dövlət nümayəndəliyinin diplomatik heyəti üçün nəzərdə tutulan gömrük güzəştləri, hər bir dövlətlə ayrıca və qarşılıqlı olmaq şərti ilə, konsul nümayəndəliyinin Azərbaycan Respublikasında daimi yaşamayan xidmətçi heyəti işçilərinə və onların ailə üzvlərinə də şamil edilə bilər.

Maddə 201. Xarici dövlətlərin diplomatik poçtunun və konsul valizinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi

Xarici dövlətlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən diplomatik poçtunu və konsul valizini (çantasını) açmaq və gecikdirmək olmaz. Konsul valizində bu maddənin üçüncü hisəsində göstərilməyən əşyaların olması haqqında kifayət qədər əsaslar olduqda, Azərbaycan Respublikası gömrük orqanı Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxslərinin iştirakı ilə təmsil edilən xarici dövlətin səlahiyyətli şəxsləri tərəfindən konsul valizinin açılmasını tələb edə bilər. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə konsul valizi açılmadan göndərildiyi yerə qaytarılır.

Diplomatik poçt və konsul valizi olan bütün yerlərdə onların xarakterini əks edən görünən xarici nişanları olmalıdır.

Diplomatik poçt yalnız rəsmi istifadə üçün nəzərdə tutulan diplomatik sənədlərdən və mallardan, konsul valizi isə yalnız rəsmi yazışma və sənədlərdən, yaxud da yalnız rəsmi istifadə üçün nəzərdə tutulmuş mallardan ibarət ola bilər.

Maddə 202. Xarici diplomatik və konsulluq kuryerləri üçün gömrük güzəştləri

Xarici diplomatik və konsulluq kuryerləri gömrük baxışından və gömrük ödənişlərindən qarşılıqlı olaraq azadetmə əsasında şəxsi istifadə üçün olan malları Azərbaycan Respublikasına gətirə və Azərbaycan Respublikasından apara bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtlarından kənar vaxtda gömrük rəsmiləşdirilməsi və digər buna bənzər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilir.

Maddə 203. Xarici dövlətlərin nümayəndələri və nümayəndə heyəti üzvləri üçün gömrük güzəştləri

Dövlətlərarası danışıqlarda, beynəlxalq konfrans və müşavirələrdə iştirak etmək üçün və ya digər rəsmi tapşırıqla Azərbaycan Respublikasına gələn xarici dövlət nümayəndələrinə, parlament və hökumət nümayəndə heyəti üzvlərinə, həmçinin qarşılıqlı prinsip əsasında xarici dövlətlərin nümayəndə heyəti əməkdaşlarına bu Məcəllədə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin heyət üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri verilir. Bu güzəştlər onları müşayiət edən ailə üzvlərinə də şamil edilir.

Maddə 204. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən diplomatik heyət üzvləri, konsulluqların vəzifəli şəxsləri, xarici dövlət nümayəndələri və nümayəndə heyəti üzvləri üçün gömrük güzəştləri

Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən xarici dövlətlərin diplomatik heyət üzvlərinə və konsulluqlarının vəzifəli şəxslərinə, bu şəxslərin ailə üzvlərinə, həmçinin bu Məcəllənin 203-cü maddəsində göstərilən şəxslərə bu Məcəllədə nümayəndəliklərin diplomatik heyət üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri verilir.

Maddə 205. Hökumətlərarası beynəlxalq təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəlikləri, habelə bu təşkilat və nümayəndəliklərin şəxsi heyəti üçün gömrük güzəştləri

Beynəlxalq hökumətlərarası təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəlikləri, habelə bu təşkilat və nümayəndəliklərin şəxsi heyəti və onların ailə üzvləri üçün gömrük güzəştləri Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələri ilə müəyyən edilir.

 

VIII BÖLMƏ

Xarİcİ İqtİsadİ fəalİyyətİn gömrük statİstİkasının və mal nomenklaturasının aparılması

31-ci fəsil

Gömrük statİstİkasının aparılması

Maddə 206. Xarici iqtisadi fəaliyyətin gömrük statistikası

Ali dövlət hakimiyyəti orqanlarının və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş digər dövlət orqanlarının Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətin vəziyyəti barədə məlumatla təmin edilməsi, həmçinin dövlət büdcəsinə gömrük ödənişlərinin daxil olmasına nəzarət edilməsi, valyuta nəzarəti, Azərbaycan Respublikası xarici ticarətinin vəziyyəti və inkişafının təhlili məqsədilə Azərbaycan Respublikası gömrük orqanları malların gömrük sərhədindən keçirilməsi barədə məlumatları toplayır, sistemləşdirir və gömrük statistikası məlumatlarının lazımi orqanlara təqdim edilməsini və nəşrini təmin edir.

Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətinin gömrük statistikası bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun aparılır.

Gömrük statistikası aparılarkən məlumatların, beynəlxalq məlumatlarla və Azərbaycan Respublikasında istifadə olunan dövlət statistikası məlumatları ilə müqayisə olunmasını təmin edən metodologiyadan istifadə olunur.

Maddə 207. Xüsusi gömrük statistikası

Azərbaycan Respublikası gömrük orqanları onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının gömrük işini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xüsusi gömrük statistikası aparırlar.

Maddə 208. Statistika məqsədləri üçün istifadə olunan sənədlər və məlumatlar

Statistika məqsədləri üçün istifadə olunan sənədlər və məlumatlar bu Məcəllənin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin həyata keçirilməsi qaydaları haqqında müddəalarına uyğun olaraq tərtib olunur.

Statistika məqsədləri üçün tərtib edilən məlumat sirr hesab edilir və ona bu Məcəllənin 16-cı maddəsi şamil edilir.

Maddə 209. Gömrük statistikasının aparılması ilə bağlı hüquqpozmalar üçün məsuliyyət

Gömrük statistikasının aparılması ilə bağlı hüquqpozmalara görə hüquqi və fiziki şəxslər bu Məcəlləyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

32-ci fəsil

Xarİcİ İqtİsadİ fəalİyyətİn mal nomenklaturasının aparılması

Maddə 210. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması

Azərbaycan Respublikası gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılmasını həyata keçirirlər. Bu məqsədlə Azərbaycan Respublikası gömrük orqanları:

xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarında olan dəyişiklik və əlavələri, bu əsasların təfsiri üzrə beynəlxalq izahatları və digər qərarları izləyir;

xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını onun beynəlxalq əsaslarına uyğun vəziyyətə gətirir;

xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının nəşrini təmin edir;

xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının təfsiri üçün izah və şəhrlər hazırlayır, təsdiq edir və nəşrini təmin edir;

göstərilən nomenklaturanın aparılması üçün digər funksiyaların yerinə yetirilməsini təmin edir.

Maddə 211. Malların təsnifatı

Azərbaycan Respublikası gömrük orqanları malların təsnifatını aparır, yəni konkret malları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında göstərilmiş mövqelərə aid edir.

Azərbaycan Respublikası gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Malların təsnifatı üzrə digər orqan və təşkilatların qərarları gömrük məqsədləri üçün əsas hesab olunmur.

Maddə 212. Azərbaycan Respublikasının gömrük işini aparan müvafiq icra hakimiyyəti orqanının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası sahəsində əlavə səlahiyyətləri

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarının hazırlanması, ona dəyişikliklər və əlavələr edilməsi, onun təfsiri və tətbiqi üzrə gömrük məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlarda Azərbaycan tərəfini təmsil edir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının dəyişdirilməsi və ona əlavələr edilməsi haqqında təkliflərin hazırlanmasında iştirak edə bilər.

 

IX BÖLMƏ

Gömrük İşİ sahəsİndə cİnayətlər. Azərbaycan Respublİkası gömrük orqanlarının təhqİqat, İstintaq və əməlİyyat-axtarış fəalİyyətİ [70]

33-cü fəsil

(ÇIXARILIB)[71]

 

34-cü fəsil

Azərbaycan Respublİkası gömrük orqanları tərəfİndən təhqİqatın və istintaqın aparılması [72]

Maddə 217. Gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması [73]

Azərbaycan Respublikasının gömrük orqanları gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə təhqiqat və istintaq orqanlarıdır.

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir.

Maddə 218. Törədilmiş, törədilən və ya törədilməsinə hazırlıq görülən cinayətlər haqqında ərizə və məlumatlara baxılma

Törədilmiş, törədilən və ya törədilməsinə hazırlıq görülən cinayətlər haqqında ərizə və məlumatlara Azərbaycan Respublikası gömrük orqanları tərəfindən baxılma Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinə uyğun həyata keçirilir.

 

35-ci fəsil

Azərbaycan Respublİkası gömrük orqanlarının əməlİyyat-axtarış fəalİyyətİ

Maddə 219. Azərbaycan Respublikası gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti

Azərbaycan Respublikası gömrük orqanları təhqiqatının və istintaqın aparılması Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətinə aid edilmiş, Azərbaycan Respublikası qanunvericiliyi ilə cinayət sayılan hüquqa zidd əməlləri törətmiş, törədən və ya törətməyə hazırlıq görən şəxsləri aşkar etmək məqsədi ilə, həmçinin, Azərbaycan Respublikasının gömrük məsələləri üzrə beynəlxalq müqavilələrinə uyğun olaraq beynəlxalq gömrük təşkilatlarının, xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanlarının sorğusu əsasında əməliyyat-axtarış fəaliyyəti həyata keçirir. [74]

Maddə 220. Azərbaycan Respublikası gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.[75]

Maddə 221. Azərbaycan Respublikası gömrük orqanlarının öz təhlükəsizliyini təmin edən əməliyyat-axtarış tədbirləri

Azərbaycan Respublikası gömrük orqanlarının öz təhlükəsizliyini təmin edən əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

 

 

 

36-cı fəsil

Narkotİk vasİtələrİn , psixotrop maddələrin və onların prekursorlarının nəzarət altında göndərİlməsİ[76]

Maddə 222. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısını almaq[77]

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz beynəlxalq dövriyyəsinin qarşısını almaq və dövriyyədə iştirak edən şəxsləri aşkar etmək məqsədi ilə Azərbaycan Respublikası gömrük orqanları ayrılıqda götürülmüş hər bir halda xarici dövlətlərin gömrük və başqa səlahiyyətli orqanları ilə razılaşmalara uyğun olaraq və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələri əsasında nəzarət altında göndərilmə metodundan istifadə edirlər, yəni qanunsuz dövriyyəyə daxil edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının öz nəzarəti altında Azərbaycan Respublikasına gətirilməsinə, Azərbaycan Respublikasından aparılmasına və ya onun ərazisindən tranzitlə keçirilməsinə yol verirlər.[78]

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin həyata keçirilməsinə yalnız mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması, həmin cinayətləri törədən şəxslərin vaxtında aşkar edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə yol verilir.[79]

Nəzarət altında göndərilmə metodundan istifadə haqqında qərarı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı qəbul edir.

Nəzarət altında göndərilmə metodundan istifadə haqqında qərar qəbul edildiyi hallarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının təyinat ölkəsi xarici dövlətdirsə, bu halda Azərbaycan Respublikasında cinayət işi qaldırılmır, qəbul edilmiş qərar barəsində isə dərhal Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Baş Prokuroruna məlumat verilir.

Maddə 223. Digər əşyalarla əlaqədar nəzarət altında göndərilmə metodundan istifadə edilməsi

Bu Məcəllənin 222-ci maddəsində nəzərdə tutulan qaydanı tətbiq etməklə cinayət törədilməsi üçün alət və ya vasitə olan, həmçinin cinayətkar yolla əldə edilmiş digər əşyalarla əlaqədar nəzarət altında göndərilmə metodundan istifadə edilə bilər.

Göstərilən əşyalarla əlaqədar nəzarət altında göndərilmə metodundan istifadə haqqında qərar, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir və bu barədə dərhal Azərbaycan Respublikası Baş Prokuroruna məlumat verilir.

Maddə 224. Nəzarət altında göndərilmə metodundan istifadə zamanı müsadirə edilən pul vəsaiti və əmlaka sərəncam vermə

Nəzarət altında göndərilmə metodundan istifadə edilməklə açılan və qarşısı alınan cinayətlər haqqında işlər üzrə Azərbaycan Respublikasının və xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilən əmlakın realizə olunmasından əldə edilən pul vəsaitləri Azərbaycan Respublikasının gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı və xarici dövlətlərin səlahiyyətli idarələrinin razılaşmalarına uyğun olaraq, gömrük və digər səlahiyyətli orqanları nəzarəti altında göndərilmə metodundan istifadədə iştirak edən dövlətlər arasında bölünür.

X BÖLMƏ

(ÇIXARILIB) [80]

 

XI BÖLMƏ

Məlumatlandırma və məsləhətvermə. İlkİn qərarlar

51-ci fəsil

Maraqlı şəxslərİn məlumatla təmİn edİlməsİ və gömrük məsələlərİ üzrə məsləhətvermə

Maddə 383. Qəbul edilmiş qərarın, hərəkət və hərəkətsizliyin səbəbləri haqqında məlumatın alınması

Azərbaycan Respublikası gömrük orqanı tərəfindən barəsində qərar qəbul edilmiş şəxs, qərar qəbul edildiyi, hərəkətin yerinə yetirildiyi gündən iki ay müddətində qərarın qəbul edilməsinin və ya hərəkətin edilməsinin səbəbləri və əsasları haqqında sorğu ilə həmin gömrük orqanına müraciət etmək hüququna malikdir.

Sorğuya Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən bir ay ərzində cavab verilməlidir. Yazılı sorğuya cavab yazılı şəkildə verilir.

Maddə 384. Hüquqi aktların dərc edilməsi

Gömrük işi üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının ümumi xarakterli normativ aktları rəsmi surətdə dərc edilir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük işi üzrə ən mühüm hüquqi aktların digər kütləvi informasiya vasitələrində dərc edilməsini, həmçinin gömrük işi üzrə hüquqi aktlar külliyyatının nəşrini təmin edir.

Maddə 385. Qüvvədə olan hüquqi aktlar haqqında məlumat

Bu Məcəllənin 384-cü maddəsində göstərilən qüvvədə olan hüquqi aktlar haqqında məlumatlar bütün maraqlı şəxslərə əvəzsiz verilir.

Gömrük qanunvericiliyinin və icrasına nəzarət Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının digər qanunvericiliyinin əsas müddəaları haqqında qısa arayışlar kütləvi tanışlıq üçün Azərbaycan Respublikası gömrük orqanlarının yerləşdiyi yerlərdə təqdim edilir.

Maddə 386. Dərc edilmiş hüquqi aktların mətnlərinin təqdim edilməsi

Bu Məcəllənin 384-cü maddəsində göstərilən hüquqi aktların mətnləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi məbləğdə haqq tutulmaqla bütün maraqlı şəxslərə verilir. Azərbaycan Respublikasının qanunvericilik aktları, o cümlədən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı ilə nəzərdə tutulan hallarda göstərilən haqq tutulmur.

Maddə 387. Gömrük işi üzrə və Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətinə aid olan digər məsələlər üzrə məsləhət vermə

Gömrük işi üzrə və Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətinə aid olan digər məsələlər üzrə məsləhətverməni Azərbaycan Respublikasında gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, həmin orqanın tabeçiliyində olan gömrük laboratoriyalarının, elmi-tədqiqat və tədris müəssisələrinin işçiləri, həmçinin Azərbaycan Respublikası gömrük orqanlarının işçiləri həyata keçirir.

Məsləhətverməyə görə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi məbləğdə haqq tutulur. Əgər hüquqi akt dərc edilməmişdirsə, həmçinin Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan digər hallarda, o cümlədən Azərbaycan Respublikasında gömrük işini aparan icra hakimiyyəti orqanının qərarları ilə göstərilən haqq tutulmur.

Maddə 388. Düzgün olmayan məlumata görə məsuliyyət

Azərbaycan Respublikası gömrük orqanları, Azərbaycan Respublikasında gömrük işini aparan müvafiq mərkəzi icra hakimiyyəti orqanının tabeçiliyində olan gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri bu fəslin müddəalarına uyğun olaraq şəxslərə verilən məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Bu maddənin birinci hissəsində göstərilən orqanlar və müəssisələr onların xəbəri və nəzarəti olmadan dərc edilmiş hüquqi aktın mətninin təhrif edilməsi nəticəsində dəyən zərərə, eləcə də bu orqanların və müəssisələrin işçiləri olmayan və ya buna səlahiyyəti olmayan şəxslər tərəfindən verilən qeyri-peşəkar məsləhətlər nəticəsində dəyən zərərə görə məsuliyyət daşımırlar.

 

52-ci fəsil

İlkİn qərarlar

Maddə 389. İlkin qərarların qəbulu və onun hüquqi əhəmiyyəti

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı, həmçinin həmin orqanın müəyyən etdiyi Azərbaycan Respublikasının ayrı-ayrı gömrük orqanları, maraqlı şəxslərin yazılı sorğusu əsasında konkret mallarla və əməliyyatla əlaqədar malların təsnifatı, onların gömrük dəyəri və malların mənşə ölkəsi, gömrük ödənişlərinin məbləği və gömrük işi üzrə qanunvericiliyin tətbiqinin digər məsələlərinə aid ilkin qərar qəbul edə bilər.

İlkin qərar Azərbaycan Respublikası gömrük orqanları üçün məcburidir. İlkin qərar, ərizəçi tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçiriləcək mallarla əlaqədar bir il müddətində qüvvədə olur.

İlkin qərarın qəbulu üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi məbləğdə haqq tutulur.

Maddə 390. İlkin qərarın qəbulu haqqında sorğu

İlkin qərarın qəbul edilməsində marağı olan şəxs, bu Məcəllənin 389-cu maddəsində göstərilən Azərbaycan Respublikası gömrük orqanına yazılı sorğu göndərir.

İlkin qərarı qəbul etmək üçün zəruri olan bütün məlumatlar sorğuda olmalıdır. Malların prob və nümunələri, təsviri, fotoşəkli, şəkilləri, çertyojları, kommersiya və digər sənədləri, sorğu olunan ilkin qərarın xarakterindən asılı olaraq istənilən digər zəruri məlumatlar sorğuya əlavə edilməlidir.

İlkin qərarın çıxarılması mümkün olmadıqda sorğu qəbul edilmir.

Maddə 391. İlkin qərarların ləğvi, dəyişdirilməsi və ya geri alınması

Azərbaycan Respublikası gömrük orqanları onlar tərəfindən və ya Azərbaycan Respublikasının aşağı gömrük orqanları tərəfindən qəbul edilən ilkin qərarları ləğv edə, dəyişə və ya geri ala bilərlər.

Əgər ilkin qərar ərizəçi tərəfindən təqdim edilən tam və düzgün olmayan məlumatlar əsasında qəbul edilmişdirsə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində ilkin qərara aidiyyəti olan dəyişikliklər olduqda, ilkin qərar ləğv edilir və ya dəyişdirilir. Ləğvetmə və ya dəyişiklik bu barədə qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Kifayət qədər əsaslar olduqda ilkin qərar geri alına bilər. Geri alma haqqında qərar, onun qəbul edildiyi gündən bir ay sonra qüvvəyə minir.

İlkin qərar ləğv edildikdə, dəyişdirildikdə və ya geri alındıqda onun qəbul edilməsinə görə alınmış haqq, əgər ərizəçi bu qərardan istifadə etmişsə geri qaytarılmır.

 

XII BÖLMƏ

Mallar və nəqlİyyat vasİtələrİ üzərİndə sərəncam verİlməsİ və əldə edİlən vəsaİtlərdən İstİfadə edİlməsİ

53-cü fəsil

Mallar və nəqlİyyat vasİtələrİ üzərİndə sərəncam verİlməsİ

Maddə 392. Dövlət mülkiyyətinə keçirilmə

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq qaydada, o cümlədən gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə müsadirə edilmiş mallar, nəqliyyat vasitələri və digər əşyalar, həmçinin şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir.[81]

Malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə, onunla tənzimlənməyən hissəsində isə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə Azərbaycan Respublikasında gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 393. Dövlət mülkiyyətinə keçirilmiş mallar, nəqliyyat vasitələri və digər əşyalar üzərində sərəncam verilməsi

Dövlət mülkiyyətinə keçirilmiş mallar, nəqliyyat vasitələri və digər əşyalar, Azərbaycan Respublikası qanunvericiliyi ilə digər hallar nəzərdə tutulmamışdırsa, gömrük auksionları, əmtəə birjaları, yaxud ticarət müəssisələri və təşkilatları ( o cümlədən Azərbaycan Respublikasında gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən yaradılan) vasitəsi ilə satılır. Dövlət mülkiyyətinə keçirilmiş mallar, nəqliyyat vasitələri və digər əşyalar Azərbaycan Respublikasında gömrük işini aparan icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qaydada, sərbəst (bazar) qiymətləri ilə satılır.

Gömrük auksionlarında iştiraka görə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır.

Dövlət mülkiyyətinə keçirilmiş malların, nəqliyyat vasitələrinin və digər əşyaların daşınması, saxlancı və satışı ilə bağlı xərclər onların satışından əldə edilən məbləğ hesabına ödənilir.

Azərbaycan Respublikası gömrük orqanlarının, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının tabeçiliyində olan gömrük laboratoriyalarının, elmi-tədqiqat və tədris müəssisələrinin işçiləri, həmçinin onların ailə üzvləri bilavasitə, yaxud digər şəxslər vasitəsilə dövlət mülkiyyətinə keçirilmiş malları, nəqliyyat vasitələrini və digər əşyaları ala bilməzlər.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı dövlət mülkiyyətinə keçirilmiş dini əşyaları dini təşkilatlara, tarixi, bədii və incəsənət əşyalarını isə aidiyyatı üzrə muzeylərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə verə bilər.

Maddə 394. Çatışmayan məbləğin tutulması

Əgər dövlət mülkiyyətinə keçirilmiş mallar, nəqliyyat vasitələri və digər əşyaların satışından əldə edilən məbləğ Azərbaycan Respublikası gömrük orqanlarının xərclərini ödəmirsə, çatışmayan hissə deklarantdan və ya gömrük ödənişlərinin ödənilməsinə cavabdeh olan digər şəxsdən tutulur.

Maddə 395. Satılmayan, yaxud satışına icazə verilməyən mallar, nəqliyyat vasitələri və digər əşyalar üzərində sərəncam verilməsi

Dövlət mülkiyyətinə keçirilmiş və satışına icazə verilməyən malların, nəqliyyat vasitələrinin və digər əşyaların siyahısı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.

Dövlət mülkiyyətinə keçirilmiş və gömrük auksionlarında, əmtəə birjalarında, yaxud ticarət müəssisələri və təşkilatlarında satılmamış qalan və ya satışına icazə verilməyən mallar, nəqliyyat vasitələri və digər əşyalar üzərində sərəncam verilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

54-cü fəsil

Bu məcəlləyə müvafİq olaraq əldə edİlmİş vəsaİtdən İstİfadə

Maddə 396. Gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlərin alınmasından əldə edilən vəsait

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarından, əlavə dəyər vergisindən və aksizlərdən əldə edilən vəsait dövlət büdcəsinə köçürülür

Maddə 397. Məlumatlandırma və məsləhətvermədən əldə edilən vəsaitlər

Gömrük işi məsələləri üzrə məlumatlandırma və məsləhət vermədən əldə edilən vəsaitlər Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, Azərbaycan Respublikası gömrük orqanlarının, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının tabeçiliyindəki gömrük laboratoriyalarının, elmi-tədqiqat və tədris müəssisələri işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə istifadə edilir.

Maddə 398. Digər vəsait

Məhkəmələrin (hakimlərin) gömrük işi sahəsində cinayətlər və gömrük qaydalarının pozulması haqqında işlər üzrə qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların, nəqliyyat vasitələrinin və digər əşyaların satışından və ya onların dəyərinin tutulmasından əldə edilən vəsait, cərimələr, gömrük yığımları və bu Məcəllə ilə müəyyən edilmiş digər ödənişlər (dövlət rüsumu istsna olmaqla) Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna keçirilir və Azərbaycan Respublikası gömrük orqanlarının, Azərbaycan Respublikasında gömrük işini aparan icra hakimiyyəti orqanının tabeçiliyində olan gömrük laboratoriyalarının, elmi tədqiqat və tədris müəssisələrinin maddi texniki bazasının və sosial sahəsinin möhkəmləndirilməsi, o cümlədən maddi mükafatlandırma və ictimai mədəni tədbirlər fondlarının artırılması məqsədləri ilə istifadə olunur.[82]

Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

XIII BÖLMƏ

Azərbaycan Respublİkası gömrük orqanlarının və onların vəzİfəlİ şəxslərİnİn qərarlarından, hərəkət və ya hərəkətsİzlİyİndən şİkayətvermə. Şİkayətlərə baxılma

55-ci fəsil

Şİkayətvermə

Maddə 399. Bu bölmənin tətbiqi sahəsi

Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsinin bütün hallarında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və bu bölmənin müddəaları tətbiq olunur.

İnzibati və cinayət məsuliyyəti tədbirlərindən şikayətvermə istisna təşkil edir.

Maddə 400. Şikayətvermə hüququ

Öz hüququ pozulan və qanuni mənafeyinə zərər dəymiş istənilən hüquqi və fiziki şəxs Azərbaycan Respublikası gömrük orqanları və onların vəzifəli şəxslərinin qərarlarından (o cümlədən normativ aktlardan), hərəkət və hərəkətsizliyindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət vermək hüququna malikdir.

Maddə 401. Şikayətin verilmə qaydası [83]

Azərbaycan Respublikası gömrük orqanlarının, həmçinin onların vəzifəli şəxslərinin qərarından, hərəkətləri və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.[84]

Şəxslərin ərizə və şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.

Maddə 402. İnzibati şikayətin verilmə müddəti [85]

İnzibati şikayət şəxsə qərar və ya hərəkətin törədilməsi barədə məlumat verildiyi gündən qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 30 gün müddətində verilir.[86]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda qəbul edilmiş qərardan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.[87]

Azərbaycan Respublikasının müvafiq gömrük orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən qərar çıxarılması barədə yazılı müraciət alındıqdan sonra üç aylıq müddət keçdiyi gündən sonra üç ay ərzində hərəkətsizlik barədə ilkin şikayət verilə bilər. [88]

Maddə 403. Şikayətə baxılma müddətləri[89]

Şikayətə bir ay ərzində, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən şikayətə isə ən geci 15 gün ərzində baxılır. Azərbaycan Respublikasının yuxarı gömrük orqanı şikayətə baxılma vaxtını bir aydan çox olmamaq şərtilə uzada bilər.

Maddə 404. Şikayətvermə müddətlərinin bərpa edilməsi

Şikayətin verilməsi üçün bu Məcəllənin 402-ci maddəsində göstərilən müddətlər üzürlü səbəblərə görə ötürüldükdə, şikayət verən şəxsin ərizəsinə əsasən həmin müddətlər müvafiq olaraq Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və ya onların vəzifəli şəxsləri tərəfindən bərpa edilə bilər.

Maddə 405. Şikayətin forması

Şikayət yazılı formada verilir və Azərbaycan Respublikasının müvafiq gömrük orqanına və ya vəzifəli şəxsə ünvanlanır.

Maddə 406. Şikayət verilməsinin nəticəsi

Bu Maddənin ikinci hissəsi ilə müəyyən edilmiş hallar istisna edilməklə, şikayətin verilməsi, barəsində şikayət verilən qərarın və ya hərəkətin icrasını dayandırmır.

Şikayətin verildiyi Azərbaycan Respublikası gömrük orqanı və ya vəzifəli şəxs, barəsində şikayət verilən qərarın və ya hərəkətin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olmaması barədə kifayət qədər əsaslara malik olduqda, barəsində şikayət verilən qərarın və ya hərəkətin icrasını tam və ya qismən dayandıra bilər.

Maddə 407. Şikayət verən şəxsin rəyini bildirməsi[90]

Şikayət verən şəxsə Azərbaycan Respublikası gömrük orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən şikayət üzrə qərar qəbul edilənədək öz rəyini bildirməsi imkanı yaradılmalıdır.[91]

Maddə 408. Şikayətin geri götürülməsi və ya ləğv edilməsi

Şikayət verən şəxs şikayət üzrə qərar qəbul edilənə qədər istənilən vaxt onu geri götürə və ya ləğv edə bilər. Şikayətin geri götürülməsi və ya ləğv edilməsi göstərilən şəxsin yazılı ərizəsinə əsasən həyata keçirilir.

Şikayət təkrar verilməsi, şikayət verilməsi üçün müəyyən edilmiş müddət ərzində həyata keçirilə bilər.[92]

Maddə 409. Şikayət üzrə Azərbaycan Respublikası gömrük orqanının və ya onun vəzifəli şəxsinin qərarı[93]

Şikayət üzrə Azərbaycan Respublikası gömrük orqanının və ya onun vəzifəli şəxsinin qərarı yazılı şəkildə qəbul edilir. Qərar, şikayət verən şəxs üçün, barəsində şikayət verilən qərardan az əlverişli ola bilər. Şikayət verən şəxs şikayət üzrə qəbul edilmiş qərar barədə xəbərdar edilir.

Şikayət üzrə ümumi əhəmiyyətli qərarlar dərc edilməlidir.

Maddə 410. Təkrar şikayətvermə və onlarin aidiyyəti KM

İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.[94]

Maddə 411. Təkrar şikayətlərin verilməsi, onlara baxılma, onların həlli qaydası

Təkrar şikayətlərin verilməsi, onlara baxılma, onların həlli və onlar üzrə qərarlardan şikayətvermə qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. [95]

 

56-cı fəsil

Azərbaycan Respublİkası gömrük orqanları və onların vəzİfəlİ şəxslərİnİn qərarlarına, hərəkət və ya hərəkətsİzlİyİnə prokurorun protestİ İlə əlaqədar və nəzarət qaydasında baxılma

Maddə 412. Prokurorun protesti

Prokurorun protestinə Azərbaycan Respublikası gömrük orqanı və ya onların vəzifəli şəxsləri tərəfindən bu protestin Azərbaycan Respublikası gömrük orqanına daxil olduğu gündən on gün ərzində baxılmalıdır. Protestə baxılmanın nəticələri haqqında prokurora yazılı formada məlumat verilir.

Maddə 413. Azərbaycan Respublikası gömrük orqanları və onların vəzifəli şəxslərinin qərarlarına, hərəkət və ya hərəkətsizliyinə Azərbaycan Respublikası yuxarı gömrük orqanları və Azərbaycan Respublikası gömrük orqanlarının yuxarı vəzifəli şəxsləri tərəfindən nəzarət qaydasında baxılma

Azərbaycan Respublikasının yuxarı gömrük orqanı və ya həmin orqanın yuxarı vəzifəli şəxsi Azərbaycan Respublikası aşağı gömrük orqanının və ya onun vəzifəli şəxsinin qərarını istənilən vaxt qanunçuluğa riayət edilməsinə nəzarət qaydasında ləğv edə, dəyişə və Azərbaycan Respublikası qanunvericilik aktlarında nəzərdə tutulmuş istənilən tədbirləri tətbiq edə bilər.

 

XIV BÖLMƏ

Azərbaycan Respublİkası gömrük orqanlarının vəzİfəlİ şəxslərİ

57-ci fəsil

Azərbaycan Respublİkası gömrük orqanlarının vəzİfəlİ şəxslərİnİn hüquqİ statusu

Maddə 414. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri

Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar və mənəvi keyfiyyətlərinə görə Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə bilən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər.

Azərbaycan Respublikası gömrük orqanlarında vəzifəyə ilk dəfə təyin edilən şəxslər üçün altı aya qədər sınaq müddəti müəyyən edilə bilər.

Azərbaycan Respublikası gömrük orqanlarında ilk dəfə vəzifəyə təyin edilən Azərbaycan Respublikası vətəndaşları aşağıdakı məzmunda and içirlər:

Mən Azərbaycan Respublikası gömrük orqanı vəzifəli şəxsinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunvericiliyinə sözsüz riayət etməyə, Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etməyə, öz xidməti vəzifələrimi vicdanla yerinə yetirməyə və gömrük xidməti intizamının tələblərinə əməl etməyə and içirəm.

And içmə mərasimi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələrin müəyyən edilməsi və onların verilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Geyim formasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onun geyilmə qaydasını isə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.

Bu maddənin beşinci və altıncı hissələrinin müddəaları, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının tabeçiliyində olan gömrük laboratoriyalarının rəhbərləri və mütəxəssisləri, elmi-tədqiqat və tədris müəssisələrinin professor-müəllim heyəti və mütəxəssisləri barəsində də tətbiq edilir.

Maddə 415. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin öz xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirmələri üçün təminat

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üzərlərinə düşən vəzifələri yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyini və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini rəhbər tutur və birbaşa rəislərinə tabedirlər.

Azərbaycan Respublikası gömrük orqanı və ya onun vəzifəli şəxsi tərəfindən qərar qəbul edilməsinə, yaxud həmin vəzifəli şəxsin fəaliyyət göstərməsinə qanunsuz təsir etməyə və ya hər hansı bir formada müdaxiləyə yol verilmir və bu cür hərəkətlər bu Məcəlləyə uyğun məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmaq, gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmaq, əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görmək (elm-tədris və yaradıcılıq fəaliyyətindən başqa), müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirmək, öz xidməti vəziyyətindən istifadə etməklə şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardımı göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etmək, təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etmək ixtiyarı yoxdur.

Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin təhqir edilməsi, ona hədə-qorxu gəlinməsi, müqavimət göstərilməsi, həyatına, sağlamlığına və əmlakına, zorakılıq və ya qəsd edilməsi bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun məsuliyyətə səbəb olur.

Maddə 416. Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin qanuni sərəncamlarının və ya tələblərinin icrasının məcburiliyi

Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin gömrük fəaliyyətinə aid qanuni sərəncamlarının və ya tələblərinin icrası idarə, müəssisə və təşkilatlar, dövlət orqanları və onların vəzifəli şəxsləri, eləcə də digər işçiləri, o cümlədən fiziki şəxslər üçün məcburidir.

Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin qanuni sərəncamlarına və ya tələblərinə tabe olmamaq, həmçinin bu şəxslərin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə maneçilik törədən hərəkətlər bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

58-ci fəsil

Fİzİkİ qüvvənİn, xüsusİ vasİtələrİn və odlu sİlahın tətbİqİ

Maddə 417. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi şərtləri və hüdudları

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə əlaqədar hallarda fəaliyyət göstərmək üçün xüsusi hazırlıq keçməli, həmçinin bu sahədə yararlı olmaları barədə müntəzəm yoxlanılmalıdırlar.

Fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq edərkən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:

öz tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər vaxt verməklə fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə xəbərdarlıq etmək, onların tətbiqində ləngiməyin, onun həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yaratdığı, digər ağır nətəcələrə səbəb ola biləcəyi, qəfil və ya silahlı basqın, döyüş texnikası və nəqliyyat vasitələrindən istifadə etməklə hücum zamanı, yaxud xəbərdarlıq edilməsi yaranmış vəziyyətdə yersiz və ya qeyri-mümkün olduğu digər hallar istisna edilir;

bədən xəsarəti almış həkimə qədər yardım göstərilməsini təmin etmək və baş vermiş hadisə barədə Azərbaycan Respublikası gömrük orqanı rəisinə və ya onu əvəz edən şəxsə dərhal məlumat vermək;

hüquqpozmanın və onu törədən şəxslərin xarakteri və təhlükəlilik dərəcəsindən, həmçinin göstərilən müqavimətin qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılması zamanı vurulan ziyanın minimum olmasına çalışmaq.

Azərbaycan Respublikası gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs bütün ölüm və ya ağır bədən xəsarəti yetirilməsi halları haqqında dərhal prokurora məlumat verməlidir.

Səlahiyyət həddini aşmaqla fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiq edilməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunan məsuliyyətə səbəb olur.

Maddə 418. Fiziki qüvvənin tətbiqi

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri hüquq pozuntularının qarşısını almaq, bu pozuntuları törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya tələblərə tabe olmamaq hallarını, gömrük nəzarəti altında olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə maneçilik törədilməsini, həmçinin həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane olan digər hərəkətləri aradan qaldırmaq məqsədi ilə, bu vəzifələrin yerinə yetirilməsini başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.

Maddə 419. Xüsusi vasitələrin tətbiqi

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların açılması üçün qurğular, nəqliyyatın məcburi saxlanılmasını təmin edən vasitələr, digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər:

1) Azərbaycan Respublikası gömrük orqanları işçilərinin və digər şəxslərin üzərinə edilən basqınların dəf edilməsi üçün;

2) Azərbaycan Respublikası gömrük orqanlarına məxsus və ya onların istifadəsində olan binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə olan basqınların dəf edilməsi, həmçinin adları çəkilən obyektlər zəbt edildikdə onların azad edilməsi üçün;

3) hüquq pozan şəxslər tabe olmadıqda, müqavimət göstərdikdə, digər hüquqa zidd hərəkətlər etdikdə, yaxud ətrafındakılara və ya özünə ziyan vurmaq ehtimalı olarsa, onların saxlanması və Azərbaycan Respublikası gömrük orqanlarının xidməti binalarına gətirilməsi üçün;

4) Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsinə göstərilən fiziki müqavimətin aradan qaldırılması üçün;

5) sürücüsü, Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin saxlamaq barədə tələbini yerinə yetirmədikdə nəqliyyat vasitəsinin saxlanılması üçün;

6) Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə qəsdən maneçilik törədilməsinin digər hallarında.

Aşkar hamiləlik əlamətləri olan qadınlara, aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə və azyaşlılara qarşı xüsusi vasitələrin tətbiq edilməsi qadağandır. Onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyatı və sağlamlığı, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin toxunulmazlığı üçün təhlükə törədən dəstə şəklində və digər basqınlar edilməsi istisna olunur.

Zəruri müdafiə və son zərurət hallarında Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi xüsusi vasitələr olmadıqda, odlu silah və ya əl altında olan vasitələr tətbiq edə bilər.

Azərbaycan Respublikası gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin tam siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 420. Odlu silahın gəzdirilməsi, saxlanması və ondan istifadə edilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən Azərbaycan Respublikası gömrük orqanlarının ayrı-ayrı kateqoriyalı vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda xidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ verilir.[96]

Maddə 421. Odlu silahın tətbiqi və ondan istifadə edilməsi

Azərbaycan Respublikası gömrük orqanlarının bu Məcəllənin 420-ci maddəsində göstərilən vəzifəli şəxsləri son tədbir kimi aşağıdakı hallarda odlu silah tətbiq edə bilər:

1) Azərbaycan Respublikası gömrük orqanlarının işçilərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan basqının dəf edilməsi üçün;

2) Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin odlu silahını əldə etmək cəhdlərinin qarşısının alınması üçün (Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi tərəfindən tutulub saxlanılan şəxsin, həmin vəzifəli şəxs tərəfindən göstərilən məsafəni azaltmaq yolu ilə onun odlu silahına yaxınlaşmaq və ya bu cür silaha toxunmaq cəhdi, bu silahı əldə etmək cəhdi kimi qiymətləndirilir);

3) Azərbaycan Respublikası gömrük orqanlarına məxsus və ya onların istifadəsində olan binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə silahlı və ya dəstə şəklində edilən basqının dəf edilməsi üçün;

4) silahlı müqavimət göstərən şəxsin, həmçinin silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edən silahlı şəxsin tutulması üçün;

5) əgər sürücü Azərbaycan Respublikası gömrük orqanları işçilərinin həyatı və sağlamlığı üçün real təhlükə yaradırsa və onların saxlamaq barədə dəfələrlə edilən tələblərinə tabe olmursa, zədə vurmaqla nəqliyyat vasitələrinin dayandırılması üçün;

6) Azərbaycan Respublikası gömrük orqanlarının işçilərinin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;

7) Odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.

Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Xəbərdarlıq edilmədən silah yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:

1) qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə;

2) hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edilərsə.[97]

Qadınlara, aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə və azyaşlılara qarşı, həmçinin silahın tətbiqi nəticəsində kənar şəxslərin zərər çəkə biləcəyi və adamların çox toplaşdığı hallarda silah tətbiq edilməsi qadağandır. Azərbaycan Respublikası gömrük orqanlarının işçilərinin həyatı və sağlamlığı üçün onlar tərəfindən təhlükə törədən silahlı müqavimət, silahlı dəstə və digər hücum edilməsi halları istisna edilir. [98]

Odlu silahın tətbiq edilməsi barədə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi dərhal Azərbaycan Respublikası gömrük orqanının rəisinə və ya onu əvəz edən şəxsə yazılı məlumat verir, sonuncu isə odlu silahın tətbiq edildiyi andan 24 saat ərzində prokurora bu barədə məlumat verir.

59-cu fəsil

Azərbaycan Respublİkası gömrük orqanlarının vəzİfəlİ şəxslərİnİn əməyİnİn ödənİlməsİ, maddİ-məİşət təmİnatı Dövlət və sosİal müdafİəsİ [99]

Maddə 422. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət şəraitin və sosial-müdafiəsinin təminatları

Dövlət, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin öz xidməti vəzifələrini vicdanla yerinə yetirmələrinə maddi zəmin yaratmaq məqsədi ilə onların əməyinin ödənilməsinin, maddi-məişət şəraitinin və sosial müdafiəsinin yüksək səviyyədə təşkil olunmasına təminat verir.

Maddə 423. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı, vəzifə maaşlarından, xüsusi rütbələr üzrə maaşlardan, xarici dili bilməyə görə, 5 ildən artıq qüsursuz xidmətə görə əlavələrdən, habelə digər əlavələrdən ibarətdir.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi şərtləri, bu orqanların hüquq-mühafizə orqanları kimi statusa malik olduğu nəzərə alınmaqla müəyyən olunur.

Maddə 424. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsi həlak olduqda (vəfat etdikdə) və ya xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müavinətin və dəymiş zərərin ödənilməsi[100]

Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi həlak olduqda (vəfat etdikdə), xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, əmlakına zərər vurulduqda Azərbaycan Respublikası qanunvericiliyi ilə hüquq mühafizə orqanları üçün nəzərdə tutulan qaydada və miqdarda birdəfəlik müavinət verilir və onun əmlakına dəyən zərər ödənilir.[101]

Maddə 425. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin icbari dövlət sığortalanması

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquq-mühafizə orqanları üçün nəzərdə tutulan qaydada dövlət tərəfindən icbari şəxsi sığortalanırlar.

Maddə 426. (Çıxarılıb) [102]

Maddə 427. Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin məzuniyyəti

Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə Məzuniyyətlər haqqında Azərbaycan Respublikası qanunu əsasında illik məzuniyyət verilir.

Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə gömrük orqanlarında uzun müddətli xidmətə görə əlavə məzuniyyət verilməsi Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına aid qanunvericiliklə müəyyən edilmiş qaydalar üzrə həll edilir.

Maddə 428. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin mənzil sahəsi və telefonla təmin edilməsi

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş qaydada mənzillə, habelə müraciət etdikdə mənzil telefonu ilə təmin olunurlar.

Azərbaycan Respublikası gömrük orqanları Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaradılan xidməti mənzil fonduna malik ola bilər.

Maddə 429. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyatdan istifadə etmək hüququ

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları vəzifəli şəxslərinin nəqliyyat vasitələrindən istifadədə malik olduqları hüquqlar, xidməti vəzifələrirni yerinə yetirən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinə də aiddir.

Maddə 429-1. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət müdafiəsi [103]

Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq, bu şəxslərin və ya onların yaxın qohumlarının həyatının və sağlamlığının, mənzilinin, əmlakının qorunması məqsədi ilə səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir.

Vəzifəli şəxs işdən çıxdıqda və ya başqa işə keçdikdə əvvəlki xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri onlara da tətbiq olunur.

Maddə 430. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailələrinin pensiya təminatı

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailələrinin pensiya təminatı hüquq mühafizə orqanlarında xidmət keçmiş şəxslər və onların ailələri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalar, qaydalar və şərtlər əsasında həyata keçirilir.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri pensiyaya çıxdıqdan sonra, onların qeydiyyatda olduqları müalicə müəssisələrində tibbi müayinə hüququ saxlanılır.

 

60-cı fəsil

IXARILIB) [104]

 

61-ci fəsil

AZƏRBAYCAN RESPUBLIKASI GÖMRÜK ORQANLARININ VƏ ONLARIN VƏZIFƏLI ŞƏXSLƏRININ MƏSULIYYƏTI

Maddə 449. Azərbaycan Respublikası gömrük orqanlarının məsuliyyəti

Azərbaycan Respublikası gömrük orqanları öz hüquqazidd qərarları, hərəkət və hərəkətsizlikləri, həmçinin vəzifəli şəxslərinin və digər işçilərinin xidməti və əmək vəzifələrini icra edərkən öz hüquqazidd qərarları, hərəkət və hərəkətsizlikləri ilə şəxslərə və onların əmlakına vurduqları zərərə görə məsuliyyət daşıyırlar.

Vurulan zərər ümumi əsaslarla Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada ödənilir.

Qanunauyğun hərəkət nəticəsində vurulan zərər ödənilmir.

Maddə 450. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin məsuliyyəti

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri və digər işçiləri hüquqa zidd qərar, hərəkət və hərəkətsizliklərə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

10 iyun 1997-ci il 311-IQ nömrəli Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 12, maddə 447) ilə təsdiq edilmişdir.

Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar

1.        5 oktyabr 1999-cu il tarixli 706-IQD nömrəli "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 10, maddə 570)

2.        5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 11, maddə 676)

3.        12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 11, maddə 686)

4.        12 oktyabr 2001-ci il tarixli 203-IIQD nömrəli Polis haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 11, maddə 695)

5.        19 oktyabr 2001-ci il tarixli 210-IIQD nömrəli "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədər Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 1, maddə 4)

6.        23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736)

7.        2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 8, maddə 463)

8.        3 dekabr 2002-ci il tarixli 385-IIQD nömrəli "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, 1, maddə 3)

9.        3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, 1, maddə 16)

10.     29 dekabr 2002-ci il tarixli 409-IIQD nömrəli "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, 1, maddə 23)

11.     30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 2, maddə 57)

12.     5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 3, maddə 133)

13.     30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505)

14.     14 may 2004-cü il tarixli 650-IIQD nömrəli Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 6, maddə 400)

15.     4 mart 2005-ci il tarixli 855-IIQD nömrəli "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, 4, maddə 277)

16.     1 sentyabr 2005-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il)

17.     20 sentyabr 2005-ci il tarixli 991-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 994)

18.     17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, 6, maddə 560)

19.     1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 442)

20.     9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938)

21.     9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, 11, maddə 1053)

22.     13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 7, maddə 602)

23.     16 dekabr 2008-ci il 743-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti 15 fevral 2009-cu il, 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 02, maddə 48)

24.     4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 27 dekabr 2009-cu il, 289)

25.     5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276)

26.     22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 15 avqust 2010-cu il, 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 08, maddə 712)

27.     22 iyun 2011-ci il tarixli 164-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 20 avqust 2011-ci il, 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 09, maddə 787)

 

 

MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyun 2011-ci il tarixli 164-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 20 avqust 2011-ci il, 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 09, maddə 787) ilə 2012-ci il yanvar 1-dən qüvvədən düşmüşdür.

 

 

[2] 10 iyun 1997-ci il 311-IQ nömrəli Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 12, maddə 447) ilə təsdiq edilmişdir.

5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276) ilə mətnində ismin müvafiq hallarında Milli Bank sözləri ismin müvafiq hallarında Mərkəzi Bank sözləri ilə əvəz edilmişdir.

 

[3] 17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, 6, maddə 560) ilə 10-cu maddənin 9-cu bəndinə narkotik vasitələrin, sözlərindən sonra psixotrop maddələrin və onların prekursorlarının, sözləri əlavə edilmişdir.

 

[4] 20 sentyabr 2005-ci il tarixli 991-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 994) ilə Məcəllənin 10-cu maddəsinə 14.1-ci bənd əlavə edilmişdir.

 

[5] 4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 27 dekabr 2009-cu il, 289) ilə 10-cu maddəyə 14-2-ci və 14-3-cü bəndlər əlavə edilmişdir.

 

[6] 3 dekabr 2002-ci il tarixli 385-IIQD nömrəli "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, 1, maddə 3) ilə 10-cu maddənin 15-ci bəndi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

15) öz səlahiyyətləri daxilində valyuta nəzarətini həyata keçirirlər;

 

[7] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 2, maddə 57) ilə 15-ci maddədə "bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunverıcılık aktları ilə" sözləri "qanunvericiliklə" sözü ilə əvəz edilmişdir.

 

[8] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 17-ci maddənin 19-cu bəndində yığımlar sözü dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

 

[9] 14 may 2004-cü il tarixli 650-IIQD nömrəli Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 6, maddə 400) ilə 17-ci maddəyə yeni 25-ci, 26-cı, 27-ci, 28-ci və 29-cu bəndlər əlavə edilmişdir.

 

[10] Bax: 6-cı istinad

 

[11] Bax: 6-cı istinad

 

[12] Bax: 6-cı istinad

 

[13] 22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 15 avqust 2010-cu il, 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 08, maddə 712) ilə 17-ci maddəsinin 29-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və maddəyə 30-cu bənd əlavə edilmişdir.

 

[14] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 44-cü maddənin üçüncü hissəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım sözləri dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

 

[15] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 44-cü maddənin səkkizinci hissəsində yığımlar sözü dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

 

[16] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 53-cü maddənin üçüncü hissəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım sözləri dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 53-cü maddənin adında, 1-ci və 2-ci hissələrində "lisenziya" sözü "icazə" sözü ilə əvəz edilmişdir, 3-cü hissə çıxarılmışdır.

 

[17] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 54-cü maddənin 3-cü abzasında "rüsumsuz ticarət mağazası təsis etmək üçün verilən lisenziyanın şərtlərinə riayət etmək və" sözləri çıxarılmışdır.

 

[18] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 56-cı maddənin beşinci hissəsində yığımlar sözü dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

 

[19] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 56-cı maddədə ismin müvafıq hallarında "lisenziya" sözü ismin müvafiq hallarında "icazə" sözü ilə əvəz edilmişdir.

 

[20] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 59-cu maddənin adında və mətnində ismin müvafiq hallarında "lisenziya" sözü ismin müvafiq hallarında "icazə" sözü ilə əvəz edilmişdir.

 

[21] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 76-cı maddənin səkkizinci hissəsində yığımlar sözü dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

 

[22] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 89-cu maddənin adında və mətnində ismin müvafiq hallarında "lisenziya" sözü ismin müvafiq hallarında "icazə" sözü ilə əvəz edilmişdir.

 

[23] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 93-cü maddənin "lisenziya" sözü "icazə" sözü ilə əvəz edilmişdir.

 

[24] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 95-ci maddənin 1-ci hissəsində "lisenziya" sözü "icazə" sözü ilə əvəz edilmişdir.

 

[25] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736) ilə 108-ci maddəyə yeni 4-cü bənd əlavə edilmiş və 4-12-ci bəndlər müvafiq olaraq 5-13-cü bəndlər hesab edilmişdir.

 

[26] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 108-ci maddənin 5-ci bədində yığımlar sözü dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

 

[27] 4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 27 dekabr 2009-cu il, 289) ilə 108-ci maddənin 13-cü bəndi 14-cü bənd hesab edilsin və 13-cü bənd əlavə edilmişdir.

 

[28] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736 ) ilə 110-cu maddədə "bu Məcəlləyə və "Əlavə dəyər vergisi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.

 

[29] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736) ilə 111-ci maddədə "bu Məcəlləyə və "Aksizlər haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.

 

[30] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736) ilə Məcəlləyə 111-1-ci maddə əlavə edilmişdir.

 

[31] 4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 27 dekabr 2009-cu il, 289) ilə 111-2-ci maddə əlavə edilmişdir.

 

[32] 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 442) ilə 113-cü maddədən orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti sözləri, 114-cü maddədən orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikasında gömrük işini aparan müvafiq icra hakimiyyəti sözləri çıxarılmışdır.

 

[33] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736) ilə 118-ci maddədə "gömrük ödənişləri" sözləri "gömrük ödənişləri (yol vergisi istisna olmaqla)" sözləri ilə əvəz edilmişdir.

4 mart 2005-ci il tarixli 855-IIQD nömrəli Poçt rabitəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, 4, maddə 277) ilə 118-ci maddənin birinci hissəsində "dövlət rabitə müəssisələrinə" sözləri "poçt rabitəsi operatorlarına" sözləri ilə, "Dövlət rabitə müəssisələri" sözləri "Poçt rabitəsi operatorları" sözləri ilə əvəz edilsin.

4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 27 dekabr 2009-cu il, 289) ilə 118-ci maddənin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində "yol vergisi" sözlərindən sonra ", "İcazə" blankına görə dövlət rüsumu" sözləri əlavə edilmişdir.

 

[34] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736) ilə 118-ci maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[35] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 119-cu maddənin birinci hissəsində Gömrük ödənişlərinin sözlərindən sonra (dövlət rüsumu istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[36] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736) ilə 123-cü maddənin birinci və üçüncü hissələrində "artıq ödənilmiş və ya alınmış" sözləri "yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilər istisna olmaqla, artıq ödənilmiş və ya alınmış" sözləri ilə əvəz edilmişdir.

 

30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 123-cü maddənin birinci hissəsində gömrük ödənişlərinin sözlərindən sonra (dövlət rüsumu istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[37] Bax: 23-cü istinad

 

[38] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 12, maddə 736) ilə 123-cü maddəyə yeni dördüncü, beşinci və altıncı hissələr əlavə edilmişdir.

 

[39] Bax: 25-ci istinad

 

[40] Bax: 25-ci istinad

 

[41] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 123-cü maddəyə yeddici hissə əlavə edilmişdir.

 

[42] 4 dekabr 2009-cu il tarixli 926-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 27 dekabr 2009-cu il, 289) ilə 128-ci maddədə "keçirilən" sözü "keçirilmiş" sözü ilə əvəz edilmişdir.

 

[43] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 145-ci maddənin üçüncü hissəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım sözləri dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

 

[44] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 145-ci maddənin altıncı hissəsində yığımlar sözü dövlət rüsumu sözləri ilə əvəz edilmişdir.

 

[45] 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 11, maddə 686) ilə 153-cü maddənin ikinci hissəsinin ikinci cümləsində "Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı" sözlərindən sonra ", Azərbaycan Respublikasının qanunları ilə bilavasitə müddət müəyyən edildiyi hallar istisna olmaqla," sözləri əlavə edilmişdir.

 

[46] 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 442) ilə 160-cı maddə üzrə, maddənin adında bərpa edilməsinə görə sözlərindən sonra dövlət rüsumu və sözləri əlavə edilmişdir və maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Gömrük brokeri kimi fəaliyyət göstərmək üçün lisenziyanın və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə ixtisas attestatının verilməsi və həmçinin lisenziya və ixtisas attestatının fəaliyyətinin bərpa edilməsinə görə alınır.

 

[47] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 7, maddə 505) ilə 160-cı maddənin ikinci hissəsində yığımlar sözündən sonra və dövlət rüsumu sözləri əlavə edilmişdir.

 

[48] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 162-ci maddənin birinci hissəsində "lisenziya" sözü "icazə" sözü ilə əvəz edilmişdir.

 

[49]