Azərbaycan Respublİkasının

Cİnayət-Prosessual Məcəlləsİ

 

Ümumİ hİssə

 

Bİrİncİ bölmə

Əsas müddəalar

 

I fəsil

Cİnayət-prosessual qanunverİcİlİyİ

 

Maddə 1. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı

1.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki:

1.2.1. qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;

1.2.2. cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham ya məhkum etmək mümkün olmasın;

1.2.3. heç kəs qanunsuz ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan vətəndaş hüquq azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

1.3. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan vətəndaş hüquq azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

Maddə 2. Cinayət-prosessual qanunvericiliyin mənbələri

2.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi aşağıdakılardan ibarətdir:

2.1.1. Azərbaycan Respublikasının Konstitusiyasından;

2.1.2. bu Məcəllədən;

2.1.3. Azərbaycan Respublikasının digər qanunlarından;

2.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malikdir birbaşa qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının normaları ilə bu Məcəllənin müddəaları arasında ziddiyyət olduqda Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq olunur.

2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

2.4. Cinayət-prosessual fəaliyyət daxilində insan vətəndaş hüquq azadlıqlarını ləğv edən ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini ədalət mühakiməsinin həyata keçirilməsində çəkişmə prinsipini pozan, əvvəlcədən sübutlara müəyyən hüquqi qüvvə verən normativ hüquqi aktlar tətbiq edilə bilməz. Digər qanunlardakı prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.

Maddə 3. Cinayət-prosessual qanunvericiliyin məkana görə qüvvəsi

3.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir.

3.2. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikasının bayrağı altında olan və ya onun tanınma nişanlarını daşıyan, yaxud onun limanlarında qeydə alınan dəniz, çay və ya hava gəmilərində də tətbiq olunur.

3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin məkana görə qüvvəsinin digər qaydalarının tətbiqi halları müəyyən edilə bilər.

3.4. Xarici dövlətin cinayət-prosessual qanunvericiliyinin normalarının Azərbaycan Respublikasının ərazisində tətbiqinə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda və Azərbaycan Respublikası cinayәt-prosessual qanunvericiliyinin vəzifə və prinsiplərinə zidd olmadıqda yol verilir.

Maddə 4. Cinayət-prosessual qanunvericiliyin zamana görə qüvvəsi

4.1. Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

4.2. Cinayət prosesi iştirakçılarının hüquqlarını məhdudlaşdıran Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müddəalarının geriyə qüvvəsi yoxdur.

4.3. Ədalət mühakiməsi həyata keçirilərkən sübutların mümkünlüyü həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin yeni qəbul edilmiş müddəası sübutların mümkünlüyü şərtlərini əhəmiyyətli dərəcədə dəyişirsə, yeni müddəalara uyğun gəlməyən sübutlar ittihamın əsasını təşkil edə bilməz.

Maddə 5. Cinayət-prosessual qanunvericiliyin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində qüvvəsi

5.1. Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

5.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş diplomatik, habelə digər imtiyaz və toxunulmazlıqlara malik şəxslər haqqında və ya onların iştirakı ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətin xüsusiyyətləri bu Məcəllənin 436—441-ci maddələrinin müddəaları ilə müəyyən olunur.

Maddə 6. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi

6.1. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

6.2. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda məsuliyyətə səbəb olur.

Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları

7.0. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində aşağıdakı əsas anlayışlardan istifadə olunur:

7.0.1. cinayət hadisəsi — cinayətin əlamətlərini özündə əks etdirən hadisədir;

7.0.2. ərizəçi — özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və ya məhkəməyə müraciət edən şəxsdir;

7.0.3. cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur;

7.0.4. cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir;

7.0.5. cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir;

7.0.6. cinayət işi — törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur;

7.0.7. cinayət təqibi ilə bağlı digər materiallar — məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət və ya xüsusi icraat üzrə cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallardır;

7.0.8. cinayət mühakimə icraatı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır;

7.0.9. məhkəmə — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ədalət mühakiməsini həyata keçirmək məqsədi ilə yaradılan, bu Məcəllə ilə müəyyən edilmiş qaydada birinci, apellyasiya və kassasiya instansiyası qismində cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxan məhkəmədir;

7.0.10. birinci instansiya məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.11. apellyasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.12. kassasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin andlı iclasçıların iştirakı ilə çıxarılmış və ya apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.13. hakim — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin vəzifəyə təyin edilmiş şəxsdir (məhkəmənin sədri, onun müavini, kollegiya sədri və ya birinci, apellyasiya, yaxud kassasiya instansiyası məhkəməsinin hakimi);

7.0.14. məhkəmə iclasında sədrlik edən — cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına, bir neçə hakimdən ibarət tərkibdə və ya andlı iclasçıların iştirakı ilə baxılarkən məhkəmə iclasında sədrlik edən hakimdir;

7.0.15. andlı iclasçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir;

7.0.16. andlı iclasçılar kollegiyası — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurumdur;

7.0.17. andlı iclasçıların aparıcısı — verdikt çıxarılması üçün müşavirə otağına gedənədək andlı iclasçıların öz tərkibindən seçdikləri şəxsdir;

7.0.18. cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir;

7.0.19. cinayət prosesinin tərəfləri — çəkişmə və hüquq bərabərliyi əsasında məhkəmə baxışında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçılarıdır;

7.0.20. ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir;

7.0.21. ittiham tərəfi — birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır;

7.0.22. ibtidai araşdırma — cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır;

7.0.23. prokuror — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir;

7.0.24. müstəntiq — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxsdir;

7.0.25. təhqiqatçı — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət təqibi üzrə təhqiqat aparan şəxsdir;

7.0.26. xüsusi ittihamçı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir;

7.0.27. müdafiə — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir;

7.0.28. müdafiə tərəfi — birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və mülki cavabdehdir;

7.0.29. cinayət prosesində iştirak edən digər şəxslər — hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçidir;

7.0.30. zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil edən valideynlәr, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, habelə qəyyumluq və ya himayəçilik orqanıdır;

7.0.31. zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi — cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş vəkalətnaməyə malik olan şəxsdir;

7.0.32. yaxın qohumlar — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir;

7.0.33. qohumlar — babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır;

7.0.34. yaşayış yeri — bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən mülkiyyətində olan və ya icarəyə götürülmüş yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, yataqxanada otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir);

7.0.35. gecə vaxtı — yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddətidir;

7.0.36. zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır;

7.0.37. prosessual hərəkətlər — cinayət prosesi iştirakçılarının bu Məcəllədə nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir;

7.0.38. qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir;

7.0.39. tutulma — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır;

7.0.40. həbs — qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbsdə saxlanılma yerində (istintaq təcridxanalarında) saxlanılmasıdır;

7.0.41. vəsatət — cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir;

7.0.42. izahat — cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillərdir;

7.0.43. prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır;

7.0.44. verdikt — məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi məsələsi barəsində andlı iclasçıların çıxardığı qərardır;

7.0.45. məhkəmənin hökmü — şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır;

7.0.46. protest — dövlət ittihamçısının iştirak etdiyi cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hökmdən və ya məhkəmənin digər qərarından prokurorun yuxarı məhkəməyə verilən şikayətidir;

7.0.47. şikayət — prosessual hərəkətlərin və ya prosessual qərarların qanunsuz, yaxud əsassız olduğu barədə cinayət prosesini həyata keçirən orqana ünvanlanmış yazılı müraciətdir.

 

II fəsil

Cİnayət mühakİmə İcraatının vəzİfələrİ, əsas prİnsİplərİ və şərtlərİ

 

Maddə 8. Cinayət mühakimə icraatının vəzifələri

8.0. Cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir:

8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq;

8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq;

8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq;

8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək;

8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək.

Maddə 9. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinin təyinatı

9.1. Bu Məcəllənin 10—36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri:

9.1.1. cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir;

9.1.2. insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir;

9.1.3. hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir.

9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.

Maddə 10. Qanunçuluq

10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

10.2. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.

10.3. Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

10.4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyır.

10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.

Maddə 11. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi

11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.

11.2. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir.

11.3. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatları; Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının hakimləri barəsində cinayət təqibinin xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

Maddə 12. Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması

12.1. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.

12.3. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

12.4. Prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər.

12.5. Cinayət təqibi gedişində insanların həyat və səhhətinə və ya ətraf mühitə təhlükə yaradan üsul və vasitələrdən istifadə etmək qadağandır.

12.6. Cinayət prosesini həyata keçirən orqanlar insanların həyat və səhhətinə, ətraf mühitə təhlükə yaradan halları gizlətməyə haqlı deyillər.

Maddə 13. Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi

13.1. Cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır.

13.2. Cinayət təqibi gedişində heç kəs:

13.2.1. insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz;

13.2.2. insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz;

13.2.3. ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz.

Maddə 14. Azadlıq hüququnun təmin edilməsi

14.1. Hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər.

14.2. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz.

14.3. Şəxsin həbsdə saxlanılmasına, habelə tibb və ya tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsinə yalnız məhkəmə qararı əsasında yol verilir.

14.4. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir.

14.5. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməlidir.

Maddə 15. Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi

15.1. Məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz.

15.2. Cinayət təqibi gedişində aşağıdakılar qadağandır:

15.2.1. işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək;

15.2.2. uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək;

15.2.3. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən' digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq.

Maddə 16. Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi

16.1. Cinayət təqibi gedişində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatın sirrinin, yazışma, telefon danışıqları, poçt-teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların və başqa məlumatların sirrinin saxlanılması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz.

16.2. Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyma, onu yoxlama və götürmə, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki kanallar vasitəsi ilə ötürülən məlumatların və başqa məlumatların tutulması bu Məcəllə ilə müəyyən edilmiş hallarda, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Maddə 17. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi

17.1. Bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəs mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil ola bilməz.

17.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir.

Maddə 18. Mülkiyyət hüququnun təmin edilməsi

18.1. Cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.

18.2. Prosessual hərəkətlərin həyata keçirilməsi zamanı götürülmüş əmlak müvafiq prosessual hərəkətə dair protokolda göstərilməli, ətraflı siyahıya alınmalı və əmlakın məsuliyyətlə saxlanılması üçün götürülməsinə dair əmlak sahibinə qəbz verilməlidir.

18.3. Cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.

Maddə 19. Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi

19.1. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.

19.2. Cinayət prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı və ya onun qanuni nümayəndəsi, şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdeh cinayət, prosesi gedişində özlərinin dəvət etdiyi nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu gözləməlidir.

19.3. Zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur.

19.4. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir:

19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək;

19.4.2. hüquqlarını izah etmək;

19.4.3. öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq;

19.4.4. şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq;

19.4.5. onun əleyhinə ifadə vermiş şahidləri dindirmək.

19.5. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb etməlidir.

19.6. Cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin və qanuni nümayəndəsinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməz.

19.7. Şübhəli və ya təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə məcbur edilə bilməz.

Maddə 20. Özünü və qohumlarını ifşa etməkdə sərbəstlik

20.1. Heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz.

20.2. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır.

Maddə 21. Təqsirsizlik prezumpsiyası

21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.

21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

Maddə 22. Məhkəmə baxışını tələb etmək hüququnun təmin olunması

Cinayət prosesini həyata keçirən orqanlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışının aparılmasını tələb etmək hüququnu təmin etməlidirlər. Hər hansı səbəbdən məhkəmə baxışını tələb etmək hüququnun rədd edilməsi yolverilməzdir.

Maddə 23. Cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən həyata keçirilməsi

23.1. Cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmənin hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz.

23.2. Fövqəladə məhkəmələrin yaradılması və ya məhkəmənin səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

23.3. Fövqəladə məhkəmələrin və digər qanunsuz yaradılmış məhkəmələrin hökm və digər qərarlarının hüquqi qüvvəsi yoxdur və icra edilməməlidir.

Maddə 24. Cinayət mühakimə icraatının xalqın nümayəndələrinin iştirakı ilə həyata keçirilməsi

24.1. Bu Məcəllənin 359-cu maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxs cinayət təqibi üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə ədalət mühakiməsinin andlılar məhkəməsi tərəfindən həyata keçirilməsini tələb etmək hüququna malikdir.

24.2. Bu Məcəllənin 24.1-ci maddəsində göstərilən hüququn təmin edilməsi üçün birinci instansiya məhkəməsi cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə andlı iclasçılar qismində Azərbaycan Respublikasının vətəndaşlarını cəlb etməlidir.

Maddə 25. Hakimlərin və andlı iclasçıların müstəqilliyi

25.1. Hakimlər və andlı iclasçılar müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər.

25.2. Hakimlər və andlı iclasçılar cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər.

25.3. Hakimlər və andlı iclasçılar cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.

25.4. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini hakimlərin və andlı iclasçıların müstəqilliyinə və iradəsinə qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirirlər.

25.5. Heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən, andlı iclasçılardan onların baxdığı, yaxud icraatlarında olan cinayət işləri və ya cinayət təqibi ilə bağlı digər materialların mahiyyəti üzrə izahat tələb etməyə hüququ yoxdur.

25.6. Hər hansı şəxs tərəfindən hər hansı səbəbdən ədalət mühakiməsinin həyata keçirilməsinin birbaşa və ya dolayı yolla məhdudlaşdırılması, ona qanunsuz təsir, hədə-qorxu, müdaxilə edilməsi, hörmətsizlik göstərilməsi, məhkəməyə qarşı açıq-aşkar etinasız hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 26. Cinayət mühakimə icraatının aparıldığı dil

26.1. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

26.2. Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir:

26.2.1. cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək:

26.2.2. ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək;

26.3. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir.

26.4. Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir.

Maddə 27. Cinayət mühakimə icraatının aşkarlığı

27.1. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin qorunması halları istisna olmaqla, Azərbaycan Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır.

27.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının məhkəmələrində cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsinin qiyabi aparılmasına yol verilmir.

27.3. Bütün hallarda cinayət mühakimə icraatı zamanı qəbul olunmuş məhkəmə qərarları açıq elan olunur.

Maddə 28. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi

28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.

28.2. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər.

28.3. Hakim və ya andlı iclasçı şəxsən cinayət prosesinin nəticəsi ilə birbaşa, yaxud dolayı yolla maraqlıdırsa, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə bilməz.

28.4. Cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək;

28.4.2. şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq;

28.4.3. şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq;

28.4.4. cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq;

28.4.5. cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək.

28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

28.6. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir.

Maddə 29. Məhkəmə aidiyyətinə əməl olunması

29.1. Heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

29.2. Bu Məcəllədə nəzərdə tutulmuş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya işin qanuni hakimin icraatından əsassız götürülməsi qadağandır.

Maddə 30. Hakimin cinayət mühakimə icraatında iştirakının məhdudlaşdırılması

30.1. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatında iştirak etmiş hakimin məhkəmə baxışında təkrar iştirakına yol verilmir.

30.2. Bu Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır.

Maddə 31. Cinayət mühakimə icraatında qeyri-prosessual münasibətlərin yolverilməzliyi

Məhkəmə tərkibi və cinayət prosesi iştirakçıları arasında, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxılması ilə əlaqədar bu Məcəllədə nəzərdə tutulmayan qeyri-prosessual münasibətlər yolverilməzdir.

Maddə 32. Cinayət prosesində tərəflərin çəkişməsi

32.1. Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir.

32.2. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə:

32.2.1. hər bir tərəf məhkəmədə təmsil olunur;

32.2.2. hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir;

32.2.3. ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir;

32.2.4. müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir;

32.2.5. hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir;

32.2.6. məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir;

32.2.7. məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır;

32.2.8. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir;

32.2.9. təqsirləndirilən şəxs sərbəst olaraq təqsirli olduğunu inkar edir və ya özünü təqsirli bilir;

32.2.10. mülki iddiaçı iddiadan imtina edir və ya mülki cavabdehlə barışıq sazişi bağlayır;

32.2.11. mülki cavabdeh iddianı qəbul edir və ya mülki iddiaçı ilə barışıq sazişi bağlayır.

Maddə 33. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi

33.1. Hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.

33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.

33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33.4. Hakimlərin və andlı iclasçıların sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

Maddə 34. Eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi

34.1. Heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz.

34.2. Bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmədə müvafiq olaraq dövlət ittihamçısının və ya xüsusi ittihamçının şəxsə qarşı cinayət təqibindən könüllü imtina etməsi eyni əməlin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir (yeni açılmış hallardan başqa).

34.3. Hər hansı əməlin törədilməsinə görə şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmənin hökmü varsa, həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla əvəz edilməsi və ona daha ağır cəza təyin edilməsi yolverilməzdir.

Maddə 35. Məhkəməyə təkrar müraciət etmək hüququnun təmin olunması

35.1. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır.

35.2. Məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir:

35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək;

35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək.

35.3. Məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

Maddə 36. Bəraət qazanmış şəxsin pozulmuş hüquqlarının bərpasının təmin edilməsi

36.1. Cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.

36.2. Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur.

 

III fəsil

Cİnayət təqİbİ

 

Maddə 37. Cinayət təqibinin növləri

37.1. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.

37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.

37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132—134, 142.1, 149.1, 150.1, 151, 156—158, 163, 175—177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir.

37.4. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz.

37.5. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:

37.5.1. törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;

37.5.2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;

37.5.3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;

37.5.4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;

37.5.5. cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.

37.6. Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir.

Maddə 38. Cinayət təqibinin həyata keçirilməsi vəzifəsi

38.1. Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar.

38.2. Cinayətin baş verməsi təsdiq olunarsa, dövlət ittihamçısı təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa və ona layiqli cəza tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir.

38.3. Cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə  tədbirlər görməlidir.

38.4. Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir.

Maddə 39. Cinayət təqibini istisna edən hallar

39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):

39.1.1. cinayət hadisəsi olmadıqda;

39.1.2. əməldə cinayət tərkibi olmadıqda;

39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə);

39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə);

39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə);

39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda;

39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda;

39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə);

39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə);

39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla);

39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda;

39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda.

39.2. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

39.3. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.

Maddə 40. Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar

40.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir.

40.2. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72—75-ci maddələrində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət işi başlanılmaya və ya ona xitam verilə bilər:

40.2.1. səmimi peşmanlıq çəkdikdə;

40.2.2. zərər çəkmiş şəxslə barışdıqda;

40.2.3. şərait dəyişdikdə;

40.2.4. müddət keçdikdə.

Maddə 41. Cinayət təqibinə xitam verilməsi qaydası

41.1. Təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır.

41.2. Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.

41.3. Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur.

41.4. Məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər.

41.5. Məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Cinayət işinə andlılar məhkəməsində baxılarkən göstərilən hallar aşkar edilərsə, şəxsin təqsirli olub-olmaması məsələsi andlı iclasçılar tərəfindən həll edilir.

41.6. Dövlət ittihamçısı bu Məcəllənin 40-cı maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur.

41.7. Xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi və ya ondan imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir.

Maddə 42. Bəraətin əsasları

42.1. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:

42.1.1. cinayət hadisəsi olmadıqda;

42.1.2. əməldə cinayət tərkibi olmadıqda;

42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda;

42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə;

42.1.5. andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda.

42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır:

42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda;

42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda;

42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə;

42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə.

Maddə 43. Məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları

43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır:

43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə;

43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda.

43.2. Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur.

43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

Maddə 44. Məhkum etmənin əsasları

44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır:

44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə;

44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə;

44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə;

44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə.

 

IV fəsil

Cİnayət təqİbİ üzrə İcraatın aparılması

 

Maddə 45. Cinayət təqibi üzrə icraatın aparılmasının məcburiliyi

45.1. Cinayət təqibi həyata keçirilərkən onun gedişini və nəticələrini əks etdirən icraat aparılmalıdır.

45.2. Cinayət təqibi üzrə icraat cinayət işi üzrə materiallarda, məhkəməyədək sadələşdirilmiş icraatın materialında və ya xüsusi ittiham qaydasında şikayətin materialında əks olunur.

45.3. İctimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat cinayət işi başlandığı andan müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən açılır. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair şikayət üzrə təhqiqatçı cinayət işi başlamadan sadələşdirilmiş icraat aça bilər.

45.4. Xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır.

45.5. Cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər.

Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri

46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.

46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

46.3. Cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır.

46.4. Cinayət təqibini istisna edən halların mövcudluğu istisna edilməklə, məhkəmə iclasında sədrlik edən ədalət mühakiməsi əleyhinə olan hər hansı cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna prokurorun diqqətini cəlb etdikdə, prokuror bununla bağlı dərhal cinayət işi başlamalıdır. Bu halda prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərsə, məhkəmə iclasında sədrlik edən həmin qərarın qanunsuz və əsassız olması qənaətinə gəldikdə yuxarı prokurordan zəruri tədbirlərin görülməsini tələb edə bilər.

46.5. Cinayət işinin dərhal başlanması üçün bu Məcəllənin 209.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu da kifayətdir. Bu halda hərtərəfli, tam və obyektiv ibtidai araşdırma cinayət təqibinin həyata keçirilməsinə mane olan aşağıdakı hallar müəyyən olunanadək aparılır:

46.5.1. cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə edilmədikdə;

46.5.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində yeganə təqsirləndirilə bilən şəxsə qarşı bu Məcəllənin 39.1.4—39.1.7 və 39.1.10-cu maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda;

46.5.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə hər hansı şəxsə qarşı bu Məcəllənin 39.1.3, 39.1.11 və 39.1.12-ci maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda.

Maddə 47. Cinayət təqibi üzrə icraatı aparan orqanlar

47.1. Cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür.

47.2. Xarici dövlətlərin müvafiq orqanları ilə cinayət təqibi üzrə münasibətlərin qurulması, həmçinin bu dövlətlərin məhkəmə və istintaq orqanlarının göstərişlərinin yerinə yetirilməsi ilə bağlı icraat aparılması Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən müvafiq məhkəmənin, prokurorun və müstəntiqin üzərinə düşür.

Maddə 48. Cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması

48.1. Cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki:

48.1.1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun;

48.1.2. şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər.

48.2. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki:

48.2.1. haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana və məhkəmə baxışından keçə bilsin;

48.2.2. hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin;

48.2.3. məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala və ya xüsusi ittiham qaydasında şikayətə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın.

48.3. Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olan digər hallar olduğu müddət, habelə cinayət işinin ona təqdim olunmuş materialları ilə tanış olduğu müddət bu Məcəllənin 48.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərə daxil deyildir.

48.4. Şəxs cinayət işi üzrə məhkəməyədək icraatda bu Məcəllənin 158 və 159-cu maddələrində göstərilmiş müddətdən artıq həbsdə qalarsa, ona dəymiş mənəvi ziyana görə pul kompensasiyasını almaq hüququna malikdir. Kompensasiya cinayət işi üzrə çıxarılmış qərardan asılı olmayaraq, mülki mühakimə icraatı qaydasında həll olunur.

Maddə 49. Cinayət təqibi üzrə icraatın birləşdirilməsi

49.1. Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər.

49.2. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir.

49.3. Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir.

49.4. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz:

49.4.1. xüsusi ittiham qaydasında təqib olunan hallar istisna olmaqla, bir-birinə qarşı cinayət törətmiş şəxslər barəsində ittihamlar üzrə;

49.4.2. cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə;

49.4.3. cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə;

49.4.4. birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə.

49.5. Cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

Maddə 50. Cinayət təqibi üzrə icraatın ayrılması

50.1. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir.

50.2. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirak etmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxs digər şəxslərlə birlikdə cinayət təqibinə məruz qalarsa, onun barəsindəki icraat ibtidai araşdırma zamanı mümkün qədər ayrıca icraata ayrılmalıdır.

50.3. Cinayət təqibi üzrə icraatın ayrılması müstəntiqin, prokurorun və ya məhkəmənin qərarı ilə həyata keçirilir.

Maddə 51. Cinayət təqibi üzrə aparılan prosessual hәrәkәtlәrin gedişinin və nəticələrinin protokollaşdırılmasının məcburiliyi

51.1. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır.

51.2. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir.

51.3. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər. Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır.

51.4. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün.

51.5. Məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki qüsurlar və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır.

51.6. Prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa prosessual hərəkətin aparılması zamanı dinlənildikdə və ya baxıldıqda, bu barədə qeyd axırıncı prosessual hərəkətin aparılması haqqında protokolda göstərilməlidir.

51.7. Məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində protokolla tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir.

Maddə 52. Cinayət təqibi üzrə icraatın materialları

52.1. Sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır.

52.2. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir.

52.3. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur.

52.4. Cinayət işinin materialları hər bir qovluğun üzərində müvafiq yazıları və orada olan sənədlərin siyahısı cildlənmiş bir və ya bir neçə qovluqda tikilməlidir.

52.5. Həcminə və ya xarakterinə görə cinayət işinin materiallarında saxlanıla bilməyən digər sənədlər və əşyalar onun tərkib hissəsi kimi ayrıca saxlanılır. Cinayət işinin materiallarından ayrı saxlanılan əşyaların və sənədlərin siyahısı cinayət işinin materiallarına əlavə edilməlidir.

52.6. Cinayət işinin materiallarına aid sənədlərin surətləri cinayət prosesini həyata keçirən orqan tərəfindən düzgünlüyü təsdiq edilmiş kağızda və ya elektron daşıyıcısında çıxarıla bilər.

Maddə 53. Cinayət təqibi üzrə icraatın dayandırılması əsasları

53.1. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:

53.1.1. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda;

53.1.2. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda;

53.1.3. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə;

53.1.4. təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda;

53.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən verilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda;

53.1.6. cinayət təqibi üzrə tətbiq edilmiş normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması barədə vəsatət məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərildikdə.

53.2. Cinayət təqibi üzrə icraat dayandırıldıqda cinayət işi üzrə icraat, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat da dayandırılır.

53.3. Cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər:

53.3.1. bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız cinayət işinin başlanılmasından 2 (iki) ay keçdikdə;

53.3.2. bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra;

53.3.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda;

53.3.4. bu Məcəllənin 53.1.4—53.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı və ya bu Məcəllənin 456-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən cinayət prosesi iştirakçılarından birinin vəsatəti olduqda.

53.4. Cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır.

53.5. Cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirməli, müstəntiq isə bundan əlavə, cinayət törətmiş şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir.

53.6. İcraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir.

53.7. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və bəşəriyyət əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir.

Maddə 54. Cinayət təqibi üzrə icraatın başa çatdırılması

54.0. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda başa çatır:

54.0.1. cinayət təqibi üzrə icraata tam xitam verilməsi barədə qərar qüvvəyə mindikdə;

54.0.2. icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edilmədikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökm və ya məhkəmənin digər yekun qərarı qüvvəyə mindikdə;

54.0.3. icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edildikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökmün və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi təsdiq olunduqda.

 

V fəsil

Bəraət qazanma (reabİlİtasİya). Vurulmuş zİyanın ödənİlməsİ

 

Maddə 55. Şəxsin bəraət qazanması

55.1. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

55.2. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır.

55.3. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz.

Maddə 56. Vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslər

56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər:

56.0.1. bəraət almış təqsirləndirilən şəxs;

56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs;

56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs;

56.0.4. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq, haqqında cinayət təqibi davam etdirilən şəxs;

56.0.5. qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs;

56.0.6. cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs.

Maddə 57. Vurulmuş ziyanın ödənilməsinin xüsusiyyətləri

57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır:

57.2.1. Bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilən şəxslərə — cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra;

57.2.2. Bu Məcəllənin 56.0.3 və 56.0.4-cü maddələrində göstərilmiş şəxslərə — müvafiq olaraq cinayət qanununun və ya amnistiya aktının qüvvəyə mindiyi andan.

57.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin könüllü gəlməsi və ya sonradan yalan olduğu aşkar edilərək məhkəmə qarşısında özlərinin təqsirli olduqları barədə bəyanatları ilə özlərinə qarşı cinayət təqibinin başlanmasına və prosessual məcburiyyət tədbirlərinin tətbiqinə şərait yaratmaları müəyyən edildikdə ziyan ödənilmir.

Maddə 58. Vurulmuş ziyana görə kompensasiya

58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir:

58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;

58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;

58.3.3. ödənilmiş məhkəmə xərcləri;

58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği;

58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.

58.4. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

58.5. Ziyan bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi haqqında qərara əsasən ödənilmişsə və sonradan bu qərar ləğv edilərək müvafiq şəxsin barəsində həmin cinayət təqibi ilə əlaqədar ittiham hökmü çıxarılmışsa, ziyanın ödənilməsinə yönəldilmiş məbləğlər tutulması üçün məhkəmə tərəfindən təkrar icraya yönəldilə bilər.

Maddə 59. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqların bərpası

59.1. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı aşağıdakı hüquqları vardır:

59.1.1. əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq;

59.1.2. azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək;

59.1.3. əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək;

59.1.4. məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək;

59.1.5. məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq.

59.2. Məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə:

59.2.1. məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməlidir;

59.2.2. şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.

59.3. Cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.

Maddə 60. Vurulmuş ziyanın ödənilməsini tələb etmə hüququ olan şəxslər

60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

60.2. Bu Məcəllənin 59.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsini tələb etmək hüququ bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxs öldüyü, yaxud fəaliyyət qabiliyyətini itirdiyi hallarda onun hər hansı qohumuna məxsusdur. Göstərilən halda kütləvi informasiya vasitəsi tərəfindən icrası məcburi olan müvafiq tələbi həmçinin ərazi və ya ixtisaslaşdırılmış prokuror verməyə haqlıdır.

Maddə 61. Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun tanınması

61.1. Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır.

61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

Maddə 62. Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi

62.1. Bəraət hökmü çıxarmış məhkəmə, habelə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə, həmin şəxs olmadıqda isə bu Məcəllənin 60.2-ci maddəsində nəzərdə tutulmuş digər şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir.

62.2. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun şəxsə izah edilməsi haqqında ayrıca protokol tərtib olunur.

Maddə 63. Cinayət təqibi üzrə icraat qurtardıqdan sonra vurulmuş ziyanın ödənilməsi qaydaları

Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

 

VI fəsil

Prosessual qərarların məcburİlİyİ

 

Maddə 64. Prosessual qərarların icrasının məcburiliyi

64.1. Cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki hüquqi şəxslər üçün məcburidir Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir.

64.2. Cinayət prosesini həyata keçirən orqanın qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

64.3. Xarici dövlətlərin məhkəmələri istintaq orqanları qərarlarının Azərbaycan Respublikası ərazisində məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

Maddə 65. Prosessual qərarların preyudisial əhəmiyyəti

65.1. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.

65.2. Aşağıdakı qərarlar cinayət prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik deyildir yeni hallar aşkar edilərsə ya əvvəlki hallar aradan qalxarsa, onlara ləğv edilmədən yenidən baxıla bilər:

65.2.1. şəxslərin cinayət prosesinin iştirakçısı qismində tanınması bu qisimdə onların cinayət prosesində iştirakına xitam verilməsi haqqında;

65.2.2. qətimkan tədbirinin seçilməsi ya digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi haqqında;

65.2.3. cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiə tədbirlərinin tətbiqi onlara xitam verilməsi haqqında;

65.2.4. sübutların cinayət təqibi üzrə icraatın digər materiallarının axtarılıb tapılması, toplanması, əlavə edilməsi, tədqiqi məsələləri haqqında;

65.2.5. prosessual hərəkətlərin icraatının növbəliliyi vaxtı haqqında.

65.3. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarlarının bütün dövlət orqanları, fiziki hüquqi şəxslər üçün məcburiliyi məhkəmə hökmünün digər qərarının kassasiya qaydasında yeni açılmış hallar üzrə yoxlanılmasına, ləğv edilməsinə dəyişdirilməsinə mane olmur.

65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.

65.5. Məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər.

65.6. Birinci apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir.

65.7. Məhkəmənin mülki üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir.

 

İkİncİ bölmə

Məhkəmə və cİnayət prosesİndə İştİrak edən şəxslər

 

VII fəsil

Məhkəmə

 

Maddə 66. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr

66.0. Azərbaycan Respublikasında cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir:

66.0.1. rayon (şəhər) məhkəmələri;

66.0.2. hərbi məhkəmələr;

66.0.3. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi;

66.0.4. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi;

66.0.5. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;

66.0.6. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi;

66.0.7. Azərbaycan Respublikasının Ali Məhkəməsi.

Maddə 67. Rayon (şəhər) məhkəmələrinin aidiyyəti

67.1. Rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəmələri qismində fəaliyyət göstərirlər.

67.2. Rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən az ağır cinayətlərə dair işlərə baxırlar.

67.3. Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair digər materiallara baxırlar.

67.4. Hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin fəaliyyət dairəsində baş vermiş cinayətlərlə bağlı işlər digər materiallar aiddir.

Maddə 68. Hərbi məhkəmələrin aidiyyəti

68.1. Hərbi məhkəmələr birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər.

68.2. Hərbi məhkəmələr müharibə hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən az ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə hərbi məhkəmə tərəfindən baxılır).

68.3. Hərbi məhkəmələr həmçinin bu Məcəllənin 68.2-ci maddəsində göstərilmiş işlər üzrə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair digər materiallara baxırlar.

68.4. Hər bir hərbi məhkəməyə yalnız məhkəmənin fəaliyyət dairəsində baş vermiş cinayətlərlə bağlı işlər digər materiallar aiddir.

Maddə 69. Ağır cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin aidiyyəti

69.1. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.

69.2. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.

69.3. Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməyə yalnız Məhkəmənin fəaliyyət dairəsində baş vermiş cinayətlərlə bağlı işlər aiddir.

Maddə 70. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin aidiyyəti

70.1. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.

70.2. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi müharibə və hərbi xidmət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilmişsə, onun barəsində işə də ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi tərəfindən baxılır).

70.3. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinə yalnız məhkəmənin fəaliyyət dairəsində baş vermiş cinayətlərlə bağlı işlər aiddir.

Maddə 71. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aidiyyəti

71.1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müxtəlif cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə birinci, yaxud apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

71.2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyası birinci instansiya məhkəməsi qismində ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.

71.3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasına məhkəmənin fəaliyyət dairəsində baş vermiş cinayətlərlə bağlı işlər aiddir.

71.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair kollegiyası apellyasiya instansiyası məhkəməsi qismində Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.

71.5. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasının birinci instansiya məhkəməsi qismində çıxardığı hökmlərdən və ya qərarlardan apellyasiya şikayətləri, yaxud protestləri verilmişdirsə, onlara apellyasiya qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair kollegiyasında baxıla bilməz.

Maddə 72. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin aidiyyəti

72.1. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

72.2. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi aşağıda göstərilən birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:

72.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla, Azərbaycan Respublikasının digər rayon (şəhər) məhkəmələrinin;

72.2.2. hərbi məhkəmələrin;

72.2.3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasının;

72.2.4. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin;

72.2.5. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin.

Maddə 73. Azərbaycan Respublikası Ali Məhkəməsinin aidiyyəti

73.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

73.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyası apellyasiya instansiyası məhkəmələri və andlılar məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən və digər qərarlardan verilmiş kassasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.

73.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarlardan Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatları, Azərbaycan Respublikası Baş prokurorunun protestləri, müdafiə tərəfinin şikayətləri əsasında və yeni açılmış hallar üzrə işlərə baxır.

Maddə 74. Ərazi üzrə məhkəmə aidiyyəti

74.1. Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır.

74.2. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir:

74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur;

74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur.

74.3. Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.

74.4. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.

74.5. Cinayət işlərindən biri Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində baxılır.

74.6. Cinayət işlərindən biri Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinə, digəri isə hərbi məhkəmələrə və ya rayon (şəhər) məhkəmələrinə, yaxud Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində baxılır.

74.7. Eyni səviyyəli məhkəmələrə (rayon (şəhər) məhkəmələrinə və ya hərbi məhkəmələrə) aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.

Maddə 75. Cinayət işinin və ya digər materialın məhkəmə aidiyyəti üzrə verilməsi

75.1. Cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir.

75.2. Məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir.

Maddə 76. Cinayət işinin və ya digər materialın məhkəmə aidiyyətinin dəyişdirilməsi

76.1. Cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən aşağıdakı hallarda dəyişdirilə bilər:

76.1.1. bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə;

76.1.2. məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə;

76.2. Bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir.

Maddə 77. Məhkəmə aidiyyətinə dair mübahisələrin həlli

77.1. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir.

77.2. Cinayət işinin və ya digər materialın məhkəməyə aidiyyəti olmaması barədə cinayət prosesi tərəflərinin şikayətlərinə həmin məhkəmədə baxılır.

Maddə 78. Məhkəmənin tərkibi

78.1. Azərbaycan Respublikasının məhkəmələrində cinayət işlərinə hakimlər təkbaşına və ya kollegial tərkibdə baxırlar.

78.2. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə dair cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən təkbaşına baxılır.

78.3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasında, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində cinayət işlərinə andlı iclasçıların iştirakı ilə və ya üç hakimdən ibarət kollegial tərkibdə baxılır.

78.4. Apellyasiya instansiyası məhkəməsində cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara apellyasiya şikayəti və ya protesti üzrə üç hakimdən ibarət kollegial tərkibdə baxılır.

78.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara kassasiya şikayəti və ya protesti üzrə üç hakimdən ibarət kollegial tərkibdə, həmin işlərə və materiallara alavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə — Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılır.

78.6. Bu maddədə nəzərdə tutulmuş qaydalara zidd olaraq cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılması üçün hər hansı hakimin və ya andlı iclasçının cəlb edilməsi qadağandır.

Maddə 79. Andlı iclasçılar kollegiyası

79.1. Bu Məcəllənin 359-cu maddəsində nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasında, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının məhkəməsində və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində cinayət işlərinə baxılması üçün andlı iclasçılar kollegiyası yaradılır.

79.2. Andlı iclasçılar kollegiyası bu Məcəllənin 360—366-cı maddələrində nəzərdə tutulmuş qaydada on iki əsas və iki ehtiyat andlı iclasçıdan ibarət tərkibdə yaradılır.

79.3. Məhkəmə baxışı nəticəsində andlı iclasçılar kollegiyası yalnız təqsirləndirilən şəxsin törədilmiş cinayətdə təqsirliliyinə və ya təqsirsizliyinə dair verdikt çıxarır.

79.4. Cinayətin törədilməsi və cinayət təqibi ilə bağlı olan hallardan asılı olaraq andlı iclasçılar kollegiyası məhkəmə iclasında sədrlik edənin diqqətini təqsirli bildiyi şəxsə qarşı mərhəmətli olmaq imkanına cəlb edə bilər.

Maddə 80. Hakim

80.1. Cinayət mühakimə icraatında hakimin səlahiyyətləri bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

80.2. Birinci instansiya məhkəməsində cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına baxan, məhkəmə baxışına hazırlıq görülməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, yaxud digər qərarının icrasının təmin edilməsini həyata keçirən hakim bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş məhkəmə səlahiyyətlərindən istifadə edir.

80.3. Hakimlər kollegiyasının tərkibində cinayət işinə baxan hakim işə baxılması ilə əlaqədar ortaya çıxan bütün məsələlərin həllində digər hakimlərlə bərabər hüquqlardan istifadə edir.

80.4. Andlı iclasçıların iştirakı ilə, habelə hakimlər kollegiyası tərəfindən məhkəmə baxışı keçirilərkən məhkəmə iclasında sədrlik edən və ya cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına baxan hakim bu Məcəllənin 81-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edir.

Maddə 81. Məhkəmə iclasında sədrlik edən

81.1. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışı keçirilərkən məhkəmə iclasında hakim sədrlik edir. Cinayət işinə və ya materiala hakimlər kollegiyası tərəfindən baxılarkən məhkəmənin sədri, onun müavini və ya hakimlərdən biri sədrlik edir.

81.2. Sədrlik edən məhkəmə iclasının gedişinə rəhbərlik edir, cinayət işinə ədalətlə baxılmasının təmin edilməsi və məhkəmə baxışına və məhkəmə iclasında iştirak edən şəxslərin davranışına aid digər prosessual tələblərə əməl edilməsi üçün bu Məcəllədə nəzərdə tutulmuş bütün tədbirləri görür. Məhkəmə iclasında sədrlik edən baxılan cinayət işinə və materiala aidiyyəti olmayanları məhkəmə baxışından kənarlaşdırır.

81.3. Andlılar məhkəməsinin iclasında sədrlik edən hakim, verdikt çıxarılması istisna olmaqla, cinayət işinə baxılması ilə əlaqədar bütün məsələlər üzrə məhkəmənin səlahiyyətlərini həyata keçirir. Sədrlik edən məhkəmə iclasının gedişində andlı iclasçıların sübutları tədqiq etməsini və tam qavramasını, onların hüquqlarının həyata keçirilməsini təmin edir.

81.4. Hakimlər kollegiyası tərəfindən işə baxılarkən məhkəmə iclasında sədrlik edən hakim işə baxılması və həll edilməsi ilə bağlı bütün məsələləri digər hakimlərin müzakirəsinə verir.

Maddə 82. Andlı iclasçı

82.1. Andlı iclasçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

82.1.1. cinayət işinə baxılmasında iştirak etmək üçün seçmə zamanı məhkəmə iclasına gəlmək və sədrlik edənin suallarına düzgün cavab vermək;

82.1.2. özü və digər şəxslərlə münasibətləri barədə məhkəmə iclasında sədrlik edənə əlavə məlumatlar təqdim etmək;

82.1.3. bu Məcəllənin 367.2-ci maddəsində müəyyən edilmiş mətn üzrə and içmək;

82.1.4. məhkəmə iclasının qaydalarına əməl etmək və məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

82.1.5. məhkəmə iclasında fasilə elan edildikdə və ya işə baxılması təxirə salındıqda məhkəmə iclasında sədrlik edənin təyin etdiyi vaxtda məhkəmə baxışının davam etdirilməsi üçün gəlmək;

82.1.6. məhkəmə iclasında sədrlik edən hakim tərəfindən qoyulmuş hər bir xüsusata dair sual-cavabında və ya verdikt çıxarılması məsələləri ilə əlaqədar müşavirə otağında təsdiqedici və ya inkaredici səs vermək;

82.1.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

82.1.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

82.2. Andlı iclasçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

82.2.1. məhkəmədə baxılan sübutların tədqiqində iştirak etmək;

82.2.2. məhkəmə iclasında sədrlik edənə müraciət edərək cinayət hadisəsinə dair onlara aid olmayan halların müəyyən edilməsi üçün suallar verilməsini xahiş etmək;

82.2.3. maddi sübutlara, sənədlərə, əraziyə və binalara baxış keçirilməsində, məhkəmədə aparılan digər bütün istintaq hərəkətlərində iştirak etmək;

82.2.4. baxılan cinayət işinə aid qanunun normalarını, məhkəmədə elan edilən sənədlərin məzmununu, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərin əlamətlərini və aydın olmayan anlayışları izah etməyi məhkəmə iclasında sədrlik edəndən xahiş etmək;

82.2.5. məhkəmə iclasında sədrlik edən, yazılı müraciət edərək mütəxəssisə onun səlahiyyətinə aid məsələlərin izah olunmasını xahiş etmək;

82.2.6. məhkəmə iclasında yazılı qeydlər aparmaq.

82.3. Andlı iclasçıya aşağıdakılar qadağandır:

82.3.1. cinayət işinə baxılarkən məhkəmə iclası zalını tərk etmək;

82.3.2. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan baxılan işin mahiyyəti ilə əlaqədar hər hansı şəxslə ünsiyyət saxlamaq;

82.3.3. baxılan cinayət işinə dair məhkəmə iclasından kənarda məlumat toplamaq.

Maddə 83. Andlı iclasçıların aparıcısı

83.1. Andlı iclasçıların aparıcısı məhkəmə iclasında işə baxılması zamanı ortaya çıxan bütün məsələlərin həllində və andlı iclasçılar kollegiyası tərəfindən verdikt çıxarılmasında digər andlı iclasçılarla bərabər hüquqlardan istifadə edir.

83.2. Digər andlı iclasçıların birgə ümumi vəzifələri ilə yanaşı andlı iclasçıların aparıcısı aşağıdakı əlavə vəzifələri yerinə yetirir:

83.2.1. baxılan cinayət işinin müzakirəsində andlı iclasçıların hər birinin iştirakına bərabər imkanlar yaratmaqla onların müşavirələrinin gedişinə rəhbərlik etmək;

83.2.2. müşavirə otağında andlı iclasçılara sual vərəqəsini elan etmək;

83.2.3. zərurət olduqda andlı iclasçılar kollegiyasında səsverməni təşkil etmək və onun nəticələrini yekunlaşdırmaq;

83.2.4. sual vərəqəsindəki suallara andlı iclasçılar kollegiyasının cavablarını yazmaq;

83.2.5. məhkəmə iclasında andlı iclasçılar kollegiyasının verdiktini elan etmək;

83.2.6. andlı iclasçıların tapşırığı ilə məhkəmə iclasında sədrlik edənə xahişlə müraciət etmək.

 

VIII fəsil

İttİham tərəfİ

 

Maddə 84. Prokuror

84.1. Cinayət təqibini həyata keçirərkən prokuror cinayət işinin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq yalnız qanunun tələblərini və daxili inamını rəhbər tutur.

84.2. Prokuror bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

84.2.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək onun ibtidai istintaqını aparmaq, yaxud onu təhqiqatçıya və ya müstəntiqə tapşırmaq;

84.2.2. cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmək;

84.2.3. məhkəmədə mülki iddia qaldırmaq və onu müdafiə etmək;

84.2.4. məhkəmədə cinayət işi üzrə ittihamı müdafiə etmək;

84.2.5. cinayət təqibinin gedişində digər səlahiyyətləri həyata keçirmək.

84.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı bu Məcəllənin müddəalarının icrası və tətbiqinə həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məsuliyyət daşıyır. Cinayət işi üzrə ibtidai istintaq aparmış, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş və ya məhkəmədə dövlət ittihamçısı qismində iştirak etmiş prokuror şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamalıdır.

84.4. Cinayət işi üzrə ibtidai istintaq aparmış və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edə bilməz.

84.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edərkən aşağıdakı hüquqları həyata keçirir:

84.5.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qəbulu, qeydiyyatı və həll edilməsində qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətini yoxlamaq;

84.5.2. təhqiqatçıdan və ya müstəntiqdən cinayət işinin materiallarını, sənədlərini, ibtidai araşdırmanın gedişi haqqında məlumatları tələb etmək, habelə cinayət işlərinin materiallarını və sənədlərini yoxlamaq, ibtidai araşdırmanın gedişi vəziyyəti ilə yerində tanış olmaq;

84.5.3. cinayət işinin ibtidai istintaqı aparan bir orqandan digərinə verilməsi halları istisna olmaqla, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək məqsədi ilə , habelə qanunun tələblərinin pozulması ilə istintaq edilən cinayət işini təhqiqatçının və ya müstəntiqin icraatından götürərək digər təhqiqatçının və ya müstәntiqin icraatına vermək;

84.5.4. cinayət işi üzrə ibtidai araşdırmanı istintaq qrupuna tapşırmaq və qrupun tərkibini müəyyən etmək;

84.5.5. vəkilin cinayət prosesində iştirakını istisna edən hallar müəyyən edildikdə, onu cinayət işi üzrə icraatdan kənarlaşdırmaq;

84.5.6. təhqiqatçıya və ya müstəntiqə, habelə onların özü-özünə verilmiş etirazlara baxmaq;

84.5.7. hadisənin araşdırılması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, əməlin tövsifi, cinayət törətmiş şəxsin axtarışı, ittiham aktının məzmunu, qərarların qəbul edilməsi, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılması barədə təhqiqatçıya və ya müstəntiqə yazılı göstərişlər vermək;

84.5.8. təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək;

84.5.9. təhqiqatçının və ya müstəntiqin qərar və hərəkətlərindən verilmiş şikayətlərə baxmaq;

84.5.10. toxunulmazlıq hüququndan istifadə edən şəxsin cinayət təqibi zərurəti yarandıqda, onun toxunulmazlıq hüququndan məhrum edilməsinə razılıq verilməsi barədə müvafiq orqan qarşısında vəsatət vermək üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmək;

84.5.11. təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin artırılması, habelə bu Məcəllənin 177, 443 və 444-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdimatla məhkəməyə müraciət etmək;

84.5.12. məhkəmə qarşısında cinayət prosesini həyata keçirən orqanı təmsil etmək;

84.5.13. bu Məcəllənin 39, 40-cı maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam vermək və cinayət təqibindən imtina etmək;

84.5.14. ittiham aktını, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin qərarlarını təsdiq etmək, yaxud bundan imtina edərək icrası məcburi olan göstərişləri ilə cinayət işini müstəntiqə qaytarmaq;

84.5.15. cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmək;

84.5.16. cinayət işi üzrə müvafiq qərarları şəxsən qəbul etmək, ayrı-ayrı istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək;

84.5.17. cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq;

84.5.18. hadisələr və onlarla əlaqəsi olan şəxslər barədə sənədləri və materialları tələb etmək;

84.5.19. təhqiqatçı və ya müstəntiq tərəfindən tutulma, məcburi gətirilmə və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılmasının qanuniliyinə nəzarət etmək, habelə prosessual hərəkətlərin aparılmasını təhqiqat orqanına tapşırmaq;

84.5.20. zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlər görmək;

84.5.21. qanuni əsaslar olmadan və ya bu Mәcәllәnin 148.4, 158, 159-cu maddələri ilə müəyyən olunmuş müddətlərdən artıq tutulan şübhəli şəxsi, yaxud həbsdə saxlanılan təqsirləndirilən şəxsi azad etmək;

84.5.22. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

84.6. Xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə aşağıdakı hüquqlara malikdir:

84.6.1. etirazlar etmək;

84.6.2. vəsatətlər vermək;

84.6.3. məhkəmədə həll edilən məsələlər və cinayət prosesinin digər iştirakçılarının vəsatətləri üzrə öz rəyini bildirmək;

84.6.4. ittiham tərəfinin sübutlarını məhkəməyə təqdim etmək, habelə məhkəməyə sübutların təqdim olunması məqsədi ilə  məhkəmənin qərarı ilə prosessual məcburiyyət tədbirləri tətbiq etmək;

84.6.5. birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə istintaqında və işin materiallarının tədqiqində iştirak etmək;

84.6.6. birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində iştirak etmək;

84.6.7. müdafiə tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

84.6.8. qeyd olunmalı hərəkətlərin istintaq və ya digər prosessual hərəkətlərin protokoluna və ya məhkəmənin iclas protokoluna daxil edilməsini tələb etmək;

84.6.9. bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək;

84.6.10. birinci və apellyasiya instansiyası məhkəmələrində giriş, yekun nitqi və replika söyləmək, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

84.6.11. hökmdən və məhkəmənin digər qərarlarından protest vermək;

84.6.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

84.7. Dövlət ittihamçısı aşağıdakı vəzifələri yerinə yetirməlidir:

84.7.1. məhkəmə iclasında qaydaya riayət etmək;

84.7.2. məhkəmə iclasında sədrlik edənin sərəncamlarına tabe olmaq;

84.7.3. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri icra etmək.

84.8. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurorun göstərişlərini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməyə haqlıdır. Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və öz yazılı göstərişlərini geri götürür və ya onun dəlilləri ilə razılaşmayaraq cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.

Maddə 85. Müstəntiq

85.1. Cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.

85.2. Müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

85.2.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək;

85.2.2. şübhəli şəxsə tutulduğu, təqsirləndirilən şəxsə isə ittiham elan olunduğu və ya həbs edildiyi andan hüquqlarını bildirmək, müvafiq olaraq tutulmasının, cinayət məsuliyyətinə cəlb edilməsinin və ya həbsə alınmasının səbəblərini izah etmək;

85.2.3. şəxsin tutulduğu, ittiham elan olunduğu və ya həbsə alındığı andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq);

85.2.4. şübhəli şəxs tərəfindən cinayət törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək;

85.2.5. zərurət olduqda bu Məcəllənin 154—157, 160; 163—172-ci maddələrinin tələblərinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsini təmin etmək;

85.2.6. qanuni əsaslar olmadan və ya bu Məcəllənin 148.4, 158, 159-cu maddələri ilə müəyyən olunmuş müddətlərdən artıq tutulan şübhəli şəxsi, yaxud həbsdə saxlanılan təqsirləndirilən şəxsi azad etmək;

85.2.7. prokurorun göstərişlərini icra etmək;

85.2.8. prokurora və məhkəməyə yazılı və şifahi izahatlar vermək;

85.2.9. bu Məcəllənin 193-cü maddəsinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsi hüquqi yardım ödənişlərindən azad etmək;

85.2.10. müvafiq şəxsləri cinayət işi üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh qismində tanımaq;

85.2.11. cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün tədbirlər görmək;

85.2.12. bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək;

85.2.13. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

85.2.14. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

85.3. Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətlərin qanuni və vaxtında aparılmasına görə məsuliyyət daşıyır.

85.4. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müstəntiq aşağıdakı hüquqları həyata keçirir:

85.4.1. hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək;

85.4.2. şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) və digər istintaq hərəkətlərini aparmaq;

85.4.3. dövlət orqanlarından tərcüməçinin, mütəxəssisin, ekspertin ayrılmasını tələb etmək, şəxslərin razılığı ilə onları müvafiq istintaq hərəkətlərinə hal şahidi, tərcüməçi, mütəxəssis və ekspert qismində cəlb etmək;

85.4.4. dövlət orqanlarından və ya auditor təşkilatlarından təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsini tələb etmək;

85.4.5. müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq;

85.4.6. tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək;

85.4.7. müvafiq təhqiqat orqanına və ya təhqiqatçıya ayrı-ayrı istintaq hərəkətlərinin keçirilməsini tapşırmaq;

85.4.8. müdafiəçinin cinayət işinin icraatında iştirakını istisna edən hallar müəyyən edildikdə, onun cinayət işinin icraatında iştirak etməkdən kənarlaşdırılması barədə prokuror qarşısında vəsatət vermək;

85.4.9. hal şahidinə, tərcüməçiyə, mütəxəssisə və ya ekspertə edilmiş etirazlara baxmaq;

85.4.10. cinayət prosesində iştirak edən şəxslərin vəsatətlərinə və cinayət işinin icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmaq;

85.4.11. cinayət prosesində iştirak edən şəxslərin şikayətlərinə baxmaq;

85.4.12. məhkəmənin müstəsna səlahiyyətlərinə aid olanlar istisna edilməklə qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğv edilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək;

85.4.13. cinayət işi üzrə icraatın dayandırılması və ya xitam olunması barədə qərar qəbul etmək;

85.4.14. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

85.5. İbtidai istintaq apararkən müstəntiq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişi, yaxud qərarı ilə razılaşmadıqda öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməyə haqlıdır. Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və aşağı prokurorun yazılı göstərişlərini ləğv edir və ya onun dəlilləri ilə razılaşmayaraq ibtidai istintaqın aparılmasını digər müstəntiqə tapşırır. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.

85.6. Müstəntiqin bütün səlahiyyətlərindən istifadə edən istintaq şöbəsinin (bölməsinin, idarəsinin) rəisi (rəis olmadıqda müavini) bu Məcəllənin tələblərinə əməl edərək:

85.6.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil edir, onlara baxılmasını, cinayət işi üzrə ibtidai istintaqın və ya ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasını müstəntiq, yaxud müstəntiqlər qrupuna tapşırır;

85.6.2. müstəntiqin cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir;

85.6.3. cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görür;

85.6.4. bu Məcəllənin 84.5.5, 84.5.8, 84.5.10 və 84.5.20-ci maddələrində nəzərdə tutulmuş məsələlər üzrə baxılması məcburi olan vəsatətləri ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

Maddə 86. Təhqiqatçı

86.1. Cinayət təqibini həyata keçirərkən təhqiqatçı qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.

86.2. Təhqiqatçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

86.2.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək;

86.2.2. şübhəli şəxsə tutulduğu andan hüquqlarını bildirmək və tutulmasının səbəblərini izah etmək;

86.2.3. şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq);

86.2.4. zərurət olduqda bu Məcəllənin 154—156, 160, 165—172-ci maddələrinin tələblərinə müvafiq olaraq şübhəli şəxs haqqında qətimkan tədbirinin seçilməsini təmin etmək;

86.2.5. qanuni əsaslar olmadan və ya 48 saatdan artıq tutulan şəxsi azad etmək;

86.2.6. müvafiq şəxsləri cinayət işi üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh qismində tanımaq;

86.2.7. cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün tədbirlər görmək;

86.2.8. bu Məcəllənin 193-cü maddəsinə uyğun olaraq tutulmuş şübhəli şəxsi hüquqi yardım ödənişlərindən azad etmək;

86.2.9. prokurorun və müstəntiqin göstərişlərini və qərarlarını icra etmək;

86.2.10. prokurora və məhkəməyə yazılı və şifahi izahatlar vermək;

86.2.11. ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərini apardıqdan sonra cinayət işi başlanmasından 10 (on) gündən gec olmayaraq iş üzrə bütün materialları istintaq aidiyyəti qaydalarına uyğun olaraq istintaq orqanına göndərmək;

86.2.12. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

86.2.13. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə sadələşdirilmiş icraat şəklində aparılmış təhqiqat materiallarını təhqiqat başlanmasından 10 (on) gündən gec olmayaraq yekun protokolu ilə prokurora göndərmək;

86.2.14. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

86.3. Cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətlərin qanuni və vaxtında aparılmasına görə məsuliyyət daşıyır.

86.4. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı aşağıdakı hüquqları həyata keçirir:

86.4.1. hadisənin şahidlərinin izahatını almaq, hadisənin baş vermə şəraiti ilə tanış olmaq, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək;

86.4.2. şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) kimi təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq;

86.4.3. dövlət orqanlarından tərcüməçinin, mütəxəssisin, ekspertin ayrılmasını tələb etmək; şəxslərin razılığı ilə onları müvafiq istintaq hərəkətlərinə hal şahidi, tərcüməçi, mütəxəssis və ya ekspert qismində cəlb etmək;

86.4.4. dövlət orqanlarından və ya auditor təşkilatlarından təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsini tələb etmək;

86.4.5. müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq;

86.4.6. müdafiəçinin cinayət işinin icraatında iştirakını istisna edən hallar müəyyən edildikdə, onun cinayət işinin icraatında iştirak etməkdən kənarlaşdırılması barədə prokuror qarşısında vəsatət vermək;

86.4.7. hal şahidinə, tərcüməçiyə, mütəxəssisə və ya ekspertə edilmiş etirazlara baxmaq;

86.4.8. cinayət prosesində iştirak edən şəxslərin vəsatətlərinə və cinayət işinin icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmaq;

86.4.9. cinayət prosesində iştirak edən şəxslərin şikayətlərinə baxmaq;

86.4.10. məhkəmənin müstəsna səlahiyyətlərinə aid olanlar istisna edilməklə, qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğv edilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək;

86.4.11. cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul etmək və təsdiq olunması üçün prokurora təqdim etmək;

86.4.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

86.5. Təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirləri keçirməyə haqlı deyil.

86.6. Cinayət işi prokuror və ya müstəntiq tərəfindən icraata qəbul olunduqdan sonra təhqiqatçı ayrı-ayrı istintaq hərəkətlərini, habelə müvafiq əməliyyat-axtarış tədbirlərini yalnız prokurorun və ya müstəntiqin göstərişləri ilə işlədiyi təhqiqat orqanı vasitəsilə həyata keçirir.

86.7. Təhqiqat orqanının rəhbəri bu Məcəllənin tələblərinə əməl edərək öz səlahiyyətləri daxilində:

86.7.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil edir, onlara baxılmasını, cinayət işi üzrə təhqiqatın və ya ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasını təhqiqatçıya, yaxud təhqiqatçılar qrupuna tapşırır;

86.7.2. təhqiqatçının cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir;

86.7.3. öz səlahiyyətləri daxilində fəaliyyət göstərən prokurorun təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin edir, habelə prokurorun və müstəntiqin göstərişlərinin və qərarlarının icrası üçün müvafiq tədbirlər görülməsini təşkil edir;

86.7.4. məhkəmə qərarlarının yerinə yetirilməsini təşkil edir.

86.8. Təhqiqat orqanının əməkdaşı bu Məcəllənin tələblərinə əməl edərək öz səlahiyyətləri daxilində:

86.8.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin qarşısının alınması üçün tədbirlər görür;

86.8.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri tutur;

86.8.3. tutduğu yerdə tutulan şəxsin üstünü yoxlayır;

86.8.4. tutulan şəxsə onun hüquqlarını izah edir;

86.8.5. hadisə yerinin mühafizəsi, cinayətin izlərinin qorunması, hadisəni görən şəxslərin müəyyən edilib izahatlarının alınması üçün zəruri tədbirlər görür;

86.8.6. hadisə yerində prosessual hərəkətlərin həyata keçirilməsi üçün müstəntiqin və ya prokurorun göstərişlərini yerinə yetirir.

Maddə 87. Zərər çəkmiş şəxs

87.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.

87.2. Törədilmiş cinayət nəticəsində zərər çәkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər.

87.3. Cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir.

87.4. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

87.5. Zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir.

87.6. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

87.6.1. ittihamın mahiyyətini bilmək;

87.6.2. ifadə vermək;

87.6.3. izahat vermək;

87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək;

87.6.5. etirazlar etmək;

87.6.6. vəsatətlər vermək;

87.6.7. məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək;

87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək;

87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;

87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

87.6.11. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

87.6.12. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək;

87.6.13. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq;

87.6.14. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya və ya kassasiya şikayəti vermək;

87.6.15. xüsusi ittiham qaydasında cinayət təqibini həyata keçirərkən təqsirləndirilən şəxslə barışmaq;

87.6.16. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesi iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara etirazını bildirmək;

87.6.17. onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə baxılmasında, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda iştirak etmək;

87.6.18. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona vurulmuş ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq;

87.6.19. cinayət işi üzrə icraat zamanı sərf edilmiş xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

87.6.20. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq;

87.6.21. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

87.6.22. özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən, o cümlədən ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək;

87.6.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

87.7. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

87.7.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

87.7.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ifadə vermək;

87.7.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparılmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

87.7.4. onun barəsində cinayətin törədilməsi ehtimal edilən cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək;

87.7.5. hadisəni düzgün dərk edib yenidən təsvir etmək qabiliyyətindən şübhələnməyə əsaslar olduqda, bu halların müəyyən edilməsi üçün cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ambulator ekspertizadan keçmək;

87.7.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

87.7.7. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

87.7.8. məhkəmə iclasında qaydaya riayət etmək;

87.7.9. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

87.7.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

87.8. Zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.

Maddə 88. Xüsusi ittihamçı

88.1 .Xüsusi ittihamçı qismində aşağıdakılar tanınır:

88.1.1. ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək, keçirilərkən və ya sonradan, lakin məhkəmə istintaqı başlananadək xüsusi ittihamçı qismində məhkəmə baxışına buraxılması barədə vəsatət vermiş şəxs — vəsatət təmin olunan andan;

88.1.2. ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət nəticəsində ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqandan buna görə cinayət işinin başlanmasını, ibtidai araşdırma aparılmasını və onun zərər çəkmiş şəxs qismində tanınmasını xahiş etmiş şəxs — başlanmış cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanındığı andan;

88.1.3. cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs — xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan.

88.2. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyəti olmadıqda, bu Məcəllənin 88.1-ci maddəsində nəzərdə tutulmuş vəsatəti, xahişi və ya şikayəti vermiş onun qanuni nümayəndəsi xüsusi ittihamçı hesab olunur.

88.3. Bu Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə tutulmuş halda, məhkəmə baxışında iştirak etmək üçün buraxılması barədə vəsatət vermiş zərər çəkmiş şəxsin hüquqi varisi xüsusi ittihamçı qismində tanınır.

88.4. Xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada:

88.4.1. xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir;

88.4.2. cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir;

88.4.3. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçılarının vəsatətləri və məhkəmədə baxılan məsələlər üzrə fikrini söyləyir;

88.4.4. öz hesabına və ya məhkəmə vasitəsi ilə sübutların məhkəməyə təqdim edilməsini təmin edir;

88.4.5. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclasında işin materiallarının tədqiqində iştirak edir;

88.4.6. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirir;

88.4.7. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirir;

88.4.8. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda giriş sözü (xüsusi ittiham qaydasında şikayətin elan edilməsi), nitq və replika söyləyir, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış edir.

88.5. Xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir.

Maddə 89. Mülki iddiaçı

89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.

89.2. Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

89.3. Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir.

89.4. Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

89.4.1. ittihamın mahiyyətini bilmək;

89.4.2. təqdim etdiyi iddia üzrə izahat və ifadə vermək;

89.4.3. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək;

89.4.4. etirazlar etmək;

89.4.5. vəsatətlər vermək, o cümlədən verdiyi iddianın təmin olunması üçün tədbirlərin görülməsi barədə vəsatət vermək;

89.4.6. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokollarında qeyd olunmasını tələb etmək;

89.4.7. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə, habelə məhkəmə iclasında iştirak edərkən, qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;

89.4.8. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

89.4.9. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

89.4.10. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

89.4.11. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə rəsmi qərarların surətini əldə etmək, ittiham aktının, hökmün və ya məhkəmənin digər qərarının surətlərini almaq;

89.4.12. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarının iddiaya dair hissəsindən apellyasiya və kassasiya şikayəti vermək;

89.4.13. cinayət prosesini həyata keçirən orqanın onun iddiasına dair hissəsindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş digər hallara etirazını bildirmək;

89.4.14. onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə baxılmasında cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək;

89.4.15. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə fikrini bildirmək;

89.4.16. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə etirazını bildirmək;

89.4.17. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

89.4.18. özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən imtina etmək;

89.4.19. cinayət prosesinin istənilən anında iddiadan imtina etmək;

89.4.20. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

89.4.21. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakını geri almaq;

89.4.22. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

89.5. Mülki iddiaçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

89.5.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

89.5.2. mülki cavabdehlərin sayına uyğun iddia ərizələrinin surətinin məhkəməyə təqdim olunmasını təmin etmək;

89.5.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri nümunələri təqdim etmək;

89.5.4. təhqiqatçının, müstəntiqin, prokurorun ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

89.5.5. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

89.5.6. məhkəmə iclasında qaydaya riayət etmək;

89.5.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

89.5.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

89.6. Mülki iddiaçı cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.

89.7. Mülki iddiaçı şəxsən ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir vəzifələrini yerinə yetirir.

IX fəsil

Müdafİə tərəfİ

 

Maddə 90. Şübhəli şəxs

90.1. Şübhəli şəxs qismində aşağıdakı fiziki şəxs tanınır:

90.1.1. ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs;

90.1.2. cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs;

90.1.3. haqqında həbs, girov ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs.

90.2. Cinayət prosesini həyata keçirən orqan aşağıdakı müddətlərdə şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil:

90.2.1. tutulmuş şəxsi — 48 saatdan artıq;

90.2.2. həbs, girov ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi — qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq.

90.3. Bu Məcəllənin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddət qurtaranadək cinayət prosesini həyata keçirən orqan şübhəli şəxsi azad edərək, haqqında seçilmiş qətimkan tədbirini ləğv etməli ya onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarmalıdır.

90.4. Şübhə kifayət qədər əsaslı deyilsə, cinayət prosesini həyata keçirən orqan ya məhkəmə bu Məcəllənin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər qurtaranadək şübhəli şəxsi azad etməli haqqında seçilmiş qətimkan tədbirini ləğv etməlidir.

90.5. Şəxs azad edildiyi, haqqında seçilmiş qətimkan tədbiri ləğv olunduğu ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarıldığı andan şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunur.

90.6. Cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli ona qanunla qadağan edilməyən bütün vasitə üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır.

90.7. Tutulduğu ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda qaydada aşağıdakı hüquqları həyata keçirir:

90.7.1. nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu — ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi hüquqi tövsifi);

90.7.2. tutulduğu halda tutulmanın əsaslarını bilmək tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;

90.7.3. tutulma haqqında ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq;

90.7.4. tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq ona protokolda əks olunmalı qeydlərini vermək;

90.7.5. tutulduğu ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq;

90.7.6. tutulduqdan dərhal sonra ailəsinə, qohumlarına, yaşadığı ya işlədiyi (oxuduğu) yerə telefonla ya digər vasitələrlə tutulması barədə xəbər vermək;

90.7.7. müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;

90.7.8. söhbətlərin sayı müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək konfidensial ünsiyyət saxlamaq;

90.7.9. müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək;

90.7.10. ifadə (izahat) vermək, özünə yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək;

90.7.11. ana dilində ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

90.7.12. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

90.7.13. etirazlar etmək vəsatətlər vermək;

90.7.14. istintaq ya digər prosessual hərəkətlərdə iştirak etmək, yaxud bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;

90.7.15. öz vəsatəti əsasında aparılan istintaq ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;

90.7.16. cinayət işinə əlavə olunması üçün sübutlar digər materiallar təqdim etmək;

90.7.17. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək bu etirazın istintaq ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;

90.7.18. iştirak etdiyi istintaq ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü tamlığı barədə qeydlərini vermək; istintaq ya digər prosessual hərəkətlərdə iştirak edərkən qeyd olunması zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

90.7.19. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş onun hüquq qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq öz xahişi ilə bu qərarların surətlərini almaq;

90.7.20. təhqiqatçının, müstəntiqin, prokurorun ya məhkəmənin qərarlarından hərəkətlərindən şikayət etmək, habelə özünün ya müdafiəçinin verdiyi şikayətdən imtina etmək;

90.7.21. zərər çəkmiş şəxslə barışmaq;

90.7.22. cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

90.7.23. şübhə təsdiq olunmadıqda bəraət almaq;

90.7.24. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

90.8. Şübhəli şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün dərəcədə bu Məcəllədə müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.

90.9. Şübhəli şəxsin öz hüquqlarından istifadə ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə ya izahata görə heç bir məsuliyyət qoyula bilməz.

90.10. Yetkinlik yaşına çatmayan fəaliyyət qabiliyyəti olmayan şübhəli şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.

90.11. Şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

90.11.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

90.11.2. tutularkən baxışa şəxsi axtarışa məruz qalmaq;

90.11.3. həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;

90.11.4. müayinəyə məruz qalmaq;

90.11.5. ekspertiza aparılmasına məruz qalmaq;

90.11.6. təhqiqatçının, müstəntiqin, prokurorun ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

90.11.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 91. Təqsirləndirilən şəxs

91.1. Müstəntiqin, prokurorun ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır.

91.2. Anlaqsız vəziyyətdə ya cinayət məsuliyyəti yaradan müəyyən yaş həddinə çatmamış cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs də təqsirləndirilən şəxs kimi tanınır. O, bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əlavə istisnalarla yanaşı, təqsirləndirilən şəxsin hüquqlarına malikdir onun vəzifələrini daşıyır.

91.3. Şəxsin barəsində cinayət təqibinə xitam verildiyi andan o, təqsirləndirilən şəxs vəziyyətindən çıxmış hesab olunur.

91.4. Müstəntiq, prokuror ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli ona qanunla qadağan edilməyən bütün vasitə üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir.

91.5. Təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda qaydada aşağıdakı hüquqları həyata keçirir:

91.5.1. nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq;

91.5.2. onu tutmuş ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;

91.5.3. dərhal tutulma həbsə alma protokolu tərtib olunduqdan sonra onunla tanış olmaq ona protokolda əks olunmalı qeydlərini vermək;

91.5.4. həbsə alındığı ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq;

91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək;

91.5.6. tutulduqdan dərhal sonra ailəsinə, qohumlarına, yaşadığı ya işlədiyi (oxuduğu) yerə telefonla ya digər vasitələrlə tutulması barədə xəbər vermək;

91.5.7. müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;

91.5.8. söhbətlərin sayı müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək konfidensial ünsiyyət saxlamaq;

91.5.9. öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək;

91.5.10. ifadə (izahat) vermək, özünə yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək izahat verməkdən imtina etmək;

91.5.11. ana dilində ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

91.5.12. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

91.5.13. etirazlar etmək vəsatətlər vermək;

91.5.14. istintaq ya digər prosessual hərəkətlərdə iştirak etmək, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;

91.5.15. öz vəsatəti əsasında aparılan istintaq ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;

91.5.16. cinayət işinə əlavə məhkəmə iclasında tədqiq olunması üçün sübutlar digər materiallar təqdim etmək;

91.5.17. təqsirli olduğunu ya təqsirli olmadığını bildirmək;

91.5.18. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək bu etirazın istintaq ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;

91.5.19. iştirak etdiyi istintaq ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü tamlığı barədə qeydlərini vermək; istintaq ya digər prosessual hərəkətlərdə məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

91.5.20. ekspertizanın təyin olunması haqqında qərarla ekspertin rəyi ilə tanış olmaq;

91.5.21. həbsə alma həbsdə saxlamanın qanuni əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;

91.5.22. ibtidai araşdırma qurtardığı ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

91.5.23. cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmək;

91.5.24. əsassız gecikməyə yol verilmədən açıq məhkəmə baxışını tələb etmək;

91.5.25. birinci apellyasiya instansiyası məhkəmələrinin iclaslarında işin materiallarının tədqiqində iştirak etmək;

91.5.26. birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində iştirak etmək;

91.5.27. öz müdafiəsini müstəqil həyata keçirərkən birinci apellyasiya instansiyası məhkəmələrinin iclaslarında giriş sözü (haqqında irəli sürülmüş ittihamda özünü təqsirli bilib-bilməməsinin, mülki iddianı qəbul edib-edilməməsinin elan olunması), nitq replika söyləmək;

91.5.28. məhkəmə baxışında son sözlə çıxış etmək;

91.5.29. hüquqlarına qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq;

91.5.30. təhqiqatçının, müstəntiqin ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək;

91.5.31. hökmdən məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya ya əlavə kassasiya qaydasında şikayət vermək həmin qərarların surətlərini almaq;

91.5.32. məhkəmə iclasının protokolu ilə tanış olmaq ona dair qeydlərini vermək;

91.5.33. özünün ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək;

91.5.34. zərər çəkmiş şəxslə barışmaq;

91.5.35. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək;

91.5.36. onun şikayəti ilə cinayət işinə apellyasiya, kassasiya, əlavə kassasiya qaydasında ya yeni açılmış hallar üzrə baxılmasında, həbsdə saxlanılmırsa, cinayət prosesinin digər iştirakçısının şikayətinə etiraz olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək;

91.5.37. üzrə verilmiş şikayət protestlərdən xəbərdar olmaq onlara öz etirazlarını bildirmək;

91.5.38. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

91.5.39. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

91.5.40. cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

91.5.41. ittiham sübut olunmadığı halda bəraət almaq;

91.5.42. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

91.6. Təqsirləndirilən şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün dərəcədə bu Məcəllədə müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.

91.7.Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə izahata görə heç bir məsuliyyət qoyula bilməz.

91.8. Təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

91.8.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

91.8.2. həbsə alınarkən baxışa şəxsi axtarışa məruz qalmaq;

91.8.3. həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;

91.8.4. müayinəyə məruz qalmaq;

91.8.5. ekspertiza aparılmasına məruz qalmaq;

91.8.6. təhqiqatçının, müstəntiqin, prokurorun ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

91.8.7. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

91.8.8. məhkəmə iclasında qaydaya riayət etmək;

91.8.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

91.9. Yetkinlik yaşına çatmayan ya fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndə həyata keçirir.

Maddə 92. Müdafiəçi

92.1. Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli ya təqsirləndirilən şəxsin şəxsiyyəti onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.

92.2. Şübhəli ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Müdafiəçinin iştirakı məcburi olan prosessual hərəkətlər aparılarkən şübhəli ya təqsirləndirilən şəxsin müdafiəçilərindən hər hansının iştirak etməməsi bu hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz.

92.3. Cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır:

92.3.1. şübhəli ya təqsirləndirilən şəxs tələb etdikdə;

92.3.2. şübhəli ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə;

92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə;

92.3.4. şübhəli ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə;

92.3.5. şübhəli ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda;

92.3.6. təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

92.3.7. şübhəli ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

92.3.8. şübhəli ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə;

92.3.9. şübhəli ya təqsirləndirilən şəxs tutulduqda ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə);

92.3.10. cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

92.3.11. təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa onlardan birinin müdafiəçisi olduqda;

92.3.12. cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə;

92.3.13. şübhəli ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda.

92.4. Cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı andan təmin olunur:

92.4.1. şübhəli ya təqsirləndirilən şəxs müdafiəçini tələb edərkən — bu Məcəllənin 92.3.1-ci maddəsində nəzərdə tutulmuş halda;

92.4.2. şəxs ilk dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı, tutma haqqında protokol ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən — bu Məcəllənin 92.3.2, 92.3.4, 92.3.5 92.3.7-ci maddələrində nəzərdə tutulmuş hallarda;

92.4.3. şəxsdə xəstəlik ya anlaqsızlıq aşkar edilərkən — bu Məcəllənin 92.3.3 92.3.12-ci maddələrində nəzərdə tutulmuş hallarda;

92.4.4. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılarkən — bu Məcəllənin 92.3.6 92.3.10-cu maddələrində nəzərdə tutulmuş hallarda;

92.4.5. şübhəli ya təqsirləndirilən şəxsin xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.8-ci maddəsində nəzərdə tutulmuş halda;

92.4.6. şübhəli ya təqsirləndirilən şəxs tutularkən ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda;

92.4.7. təqsirləndirilən şəxsə qarşı ittihama məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.11-ci maddəsində nəzərdə tutulmuş halda;

92.4.8. şübhəli ya təqsirləndirilən şəxsin mülki mühakimə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmadığı təsdiq edilərkən ya cinayət mühakimə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmadığı müəyyən edilərkən — bu Məcəllənin 92.3.13- maddəsində nəzərdə tutulmuş halda.

92.5. Şübhəli ya təqsirləndirilən şəxs müdafiəçiyə malik olduğu halda ondan imtina etmişdirsә, bu Məcəllənin 92.3.1-ci maddəsinə əsasən onun yenidən müdafiəçi tələb etməsi məhkəmə istintaqı başlandıqdan sonra müdafiəçinin məcburi iştirakını müəyyən edən hal deyil.

92.6. Cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilərsə, məhkəmə xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etdiyi andan müdafiəçinin iştirakını təmin edir.

92.7. Şübhəli ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir.

92.8. Bu Məcəllənin 92.7-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmədikdə cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsin cinayət prosesinə müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.

92.9. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda qaydada müdafiəçi aşağıdakı hüquqları həyata keçirir:

92.9.1. şübhənin ya ittihamın mahiyyətini bilmək;

92.9.2. söhbətlərin sayı müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək konfidensial ünsiyyət saxlamaq;

92.9.3. cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq ya digər prosessual hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq ya digər prosessual hərəkətlərdə iştirak etmək;

92.9.4. şübhəli ya təqsirləndirilən şəxsə hüquqlarını yadına salmaq, istintaq ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb etmək;

92.9.5. məhkəməyədək ya məhkəmə icraatı zamanı cinayət işinə əlavə ya məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar, habelə digər materiallar toplamaq cinayət prosesini həyata keçirən orqana təqdim etmək;

92.9.6. etirazlar etmək vəsatətlər vermək;

92.9.7. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək bu etirazın istintaq ya digər prosessual hərəkət protokolunda qeyd edilməsini tələb etmək;

92.9.8. özünün ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü tamlığı barədə qeydlər vermək; istintaq ya digər prosessual hərəkətlərdə məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

92.9.9. şübhəli ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq, habelə müqavilə əsasında ekspertin rəyini almaq mütəxəssisin fikrini öyrənmək;

92.9.10. cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi haqqında qərarı ona dair ekspertin rəyi ilə, müdafiə etdiyi şəxsin tutulması, həbsə alınması ya həbsdə saxlanmasının qanuni əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;

92.9.11. ibtidai araşdırma qurtardığı ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, müdafiə etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;

92.9.12. birinci apellyasiya instansiyası məhkəmələrinin iclaslarında işin materiallarının tədqiqində iştirak etmək;

92.9.13. birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində iştirak etmək;

92.9.14. birinci apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

92.9.15. hüquqlarına qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq özünün xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq;

92.9.16. təhqiqatçının, müstəntiqin ya prokurorun hərəkətlərindən qərarlarından şikayət etmək;

92.9.17. hökmdən ya məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya ya əlavə kassasiya qaydasında şikayət vermək;

92.9.18. ittiham hökmündən şikayət istisna olmaqla, verdiyi hər hansı şikayətdən imtina etmək;

92.9.19. müdafiə etdiyi şəxsin tapşırığı ilə onun adından şübhəli ya təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışdırılmasında çıxış etmək;

92.9.20. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək;

92.9.21. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə toxunan şikayətlə əlaqədar cinayət işinə məhkəmə iclasında kassasiya, əlavə kassasiya ya yeni açılmış hallar üzrə baxılmasında işin materiallarının tədqiqində iştirak etmək;

92.9.22. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

92.9.23. digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

92.9.24. cinayət prosesinin gedişində şübhəli ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərildikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərildikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq;

92.9.25. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

92.10. Müdafiəçiyə aşağıdakılar qadağan olunur:

92.10.1. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək onun hüquqlarının həyata keçirilməsinə mane olmaq;

92.10.2. yeni cinayətin hazırlanması ya törədilməsi barədə məlumat alınması, habelə müdafiəni lazımi qaydada həyata keçirməməsinə görə vəkilin məsuliyyət məsələsi həll edilərkən müdafiə olunan şəxsin dəlillərinin təkzib edilməsi halları istisna olmaqla, hüquqi yardım göstərilməsi ilə əlaqədar ona məlum olan məlumatlardan müdafiə etdiyi şəxsin qanuni mənafeyi ziddinə istifadə oluna bilərsə, onları yaymaq;

92.10.3. özbaşına müdafiədən imtina etmək ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini daha çoxunu müdafiə etmək;

92.10.4. başqa müdafiəçinin cinayət prosesində iştirakına ya dəvət edilməsinə mane olmaq;

92.10.5. cinayət prosesində iştirak etmək üçün öz səlahiyyətlərini başqasına etibar etmək;

92.10.6. müdafiə etdiyi şəxsin razılığı olmadan hər hansı şəxsi şahid ya ekspert qismində çağırmaq, şübhəli ya təqsirləndirilən şəxsin hadisə ilə əlaqəsi, cinayət törətməkdə təqsiri olduğunu, zərər çəkmiş şəxslə barışdığını elan etmək, mülki iddianı tanımaq, müdafiə etdiyi şəxsin şikayətdən ya ittiham hökmündən verdiyi şikayətdən imtina etmək.

92.11. Müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

92.11.1. cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq vəkil andına riayət etmək;

92.11.2. cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək;

92.11.3. şübhəli ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

92.11.4. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olmadıqda, həmin şəxsin razılığı ilə onda olan əşya sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etmək;

92.11.5. məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

92.11.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

92.11.7. məhkəmə iclasında qaydaya riayət etmək;

92.11.8. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

92.11.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

92.12. Şübhəli ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü müdafiəçinin ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13- maddələrində nəzərdə tutulmuş hallarda şübhəli ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.

92.13. Şübhəli ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdiyi andan özünü müstəqil müdafiə edən hesab olunur. Müdafiəçidən imtina etmiş şəxs bu imtina qəbul edildikdən sonra məhkəmə istintaqı başlananadək cinayət prosesinin hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə haqlıdır.

92.14. Təhqiqatçı, müstəntiq, prokuror ya məhkəmə şübhəli, yaxud təqsirləndirilən şəxsə müəyyən müdafiəçinin dəvət edilməsini təklif etməyə haqlı deyil. Lakin onlar müvafiq ərazi üzrə vəkil qurumunun rəhbərindən aşağıdakı hallarda vəkillər sırasından müdafiəçi təyin edilməsini xahiş etməlidirlər:

92.14.1. şübhəli ya təqsirləndirilən şəxs tələb etdikdə;

92.14.2. cinayət prosesində müdafiəçinin iştirakı məcburi olan hallarda şübhəli ya təqsirləndirilən şəxsin müdafiəçisi olmadıqda.

92.15. Təhqiqatçı, müstəntiq ya prokuror aşağıdakı hallarda müdafiəçinin digər vəkillə əvəz edilməsini müvafiq ərazi üzrə vəkillər qurumunun rəhbərindən tələb etməyə haqlıdır:

92.15.1. müdafiəçi qismində seçilmiş vəkil şübhəli ya təqsirləndirilən şəxsin müvafiq olaraq tutulduğu, yaxud həbsə alındığı andan 6 saat müddətində həmin şəxslə görüşməyə gəlmədikdə;

92.15.2. müdafiəçi uzun müddət ərzində (hər bir halda 5 (beş) gündən artıq olmamaq şərti ilə) cinayət prosesində nəzərdə tutulmuş zəruri istintaq ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmədikdə, cinayət prosesini həyata keçirən orqan isə bu hərəkətlərin aparılmasını artıq təxirə sala bilmədikdə.

92.16. Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına aşağıdakı hallarda xitam verilmiş hesab edilir:

92.16.1. müvafiq icraatda iştirak etmək üçün onun səlahiyyətləri olmadıqda;

92.16.2. şübhəli ya təqsirləndirilən şəxs ondan imtina etdikdə (onunla müqaviləni pozduqda);

92.16.3. cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda.

92.17. Cinayət prosesini həyata keçirən orqan şübhəli ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsini qəbul etmədikdə, müdafiəçinin cinayət prosesində iştirakına xitam verilmir.

Maddə 93. Mülki cavabdeh

93.1. Cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır.

93.2. Mülki cavabdeh qismində tanımaq haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror ya məhkəmə tərəfindən qəbul edilir. İddia verilən anda şəxsin mülki cavabdeh qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

93.3. Mülki cavabdeh qismində tanındıqdan sonra həmin şəxsin üzərinə təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət qoyula bilməməsi ya şəxsin mülki cavabdeh vəziyyətində qalmasına digər əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror ya məhkəmə əsaslandırılmış qərarı ilə şəxsin cinayət prosesində mülki cavabdeh qismində iştirakına xitam verir.

93.4. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda qaydada mülki cavabdeh aşağıdakı hüquqları həyata keçirir:

93.4.1. ittihamın mahiyyətini bilmək;

93.4.2. ona qarşı verilmiş iddia üzrə izahat ifadə vermək;

93.4.3. cinayət işinə əlavə məhkəmə iclasında tədqiq olunması üçün sübutlar digər materiallar təqdim etmək;

93.4.4. etirazlar etmək vəsatətlər vermək;

93.4.5. ona qarşı verilmiş iddianın təmin olunması məqsədi ilə  könüllü olaraq pul, qiymətli kağız qızıl-zinәt əşyalarını müvəqqəti saxlanılması üçün dövlət bankına təhvil vermək;

93.4.6. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə qarşı öz etirazını bildirmək, həmin etirazın istintaq ya digər prosessual hərəkətlərin protokollarında qeyd olunmasını tələb etmək;

93.4.7. iştirak etdiyi istintaq ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü tamlığı barədə qeydlərini vermək; istintaq ya digər prosessual hərəkətlərdə, habelə məhkəmə iclasında iştirak edərkən qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq ona qeydlərini vermək;

93.4.8. ibtidai araşdırma qurtardığı ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

93.4.9. birinci apellyasiya instansiyası məhkəmələrinin iclaslarında işin materiallarının tədqiqində iştirak etmək;

93.4.10. birinci apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq replika söyləmək;

93.4.11. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq öz xahişi ilə həmin qərarların surətlərini almaq;

93.4.12. ittiham aktının, hökmün ya məhkəmənin digər qərarının surətlərini almaq;

93.4.13. təhqiqatçının, müstəntiqin, prokurorun qərarlarından, yaxud hərəkətlərindən, habelə hökmün ona qarşı irəli sürülmüş iddiaya dair hissəsindən ya məhkəmənin digər yekun qərarından şikayət vermək;

93.4.14. özünün ya nümayəndəsinin verdiyi hər bir şikayətdən imtina etmək;

93.4.15. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş iddia hissəsinə öz etirazını bildirmək;

93.4.16. qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında ya yeni açılmış hallar üzrə baxılmasına, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək cinayət işi materiallarının tədqiqində iştirak etmək;

93.4.17. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

93.4.18. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

93.4.19. nümayəndəyə malik olmaq onun səlahiyyətlərinə xitam vermək;

93.4.20. cinayət prosesinin istənilən anında mülki iddianı qəbul etmək;

93.4.21. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

93.4.22. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq;

93.4.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

93.5. Mülki cavabdeh bu Məcəllədə nəzərdə tutulmuş hallarda qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

93.5.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

93.5.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat üçün onda olan əşyaları, sənədləri nümunələri təqdim etmək;

93.5.3. təhqiqatçının, müstəntiqin, prokurorun ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

93.5.4. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

93.5.5. məhkəmə iclasında qaydaya riayət etmək;

93.5.6. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

93.5.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

93.6. Mülki cavabdeh cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.

93.7.Mülki cavabdeh şəxsən ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir vəzifələrini yerinə yetirir.

 

X fəsil

Cİnayət prosesİndə İştİrak edən dİgər şəxslər

 

Maddə 94. Hal şahidi

94.1. Cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır.

94.2. Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

94.2.1. cinayət təqibi orqanının çağırışı ilə gəlmək;

94.2.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək;

94.2.3. istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq;

94.2.4. iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək, istintaq hərəkəti aparılan yeri tərk etməmək;

94.2.5. müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək;

94.2.6. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq hərəkəti və bu hərəkət zamanı aşkar edilmiş hallar barədə məlumatları yaymamaq; şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

94.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

94.3. Hal şahidi öz vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyır.

94.4. Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

94.4.1. müvafiq istintaq hərəkətinin icraatında onun başlanmasından qurtarmasınadək iştirak etmək;

94.4.2. iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

94.4.3. müvafiq istintaq hərəkətinin icraatı və onun protokolu ilə tanış olarkən baş verənlərə dair öz etirazını bildirmək;

94.4.4. istintaq hərəkəti protokolunu yalnız şəxsən dərk etdiyi hallarda imzalamaq;

94.4.5. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

94.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Maddə 95. Şahid

95.1. İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.

95.2.Aşağıdakılar şahid qismində çağırıla və dindirilə bilməzlər:

95.2.1. azyaşlı olduqlarına, fiziki və psixi qüsurlarına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər;

95.2.2. müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər;

95.2.3. cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər;

95.2.4. cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, andlı iclasçı, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi.

95.3. Cinayət prosesində müdafiəçi, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi qismində iştirakı ilə əlaqədar həmin cinayət işinə dair məlumatları bilən şəxslər müdafiə etdikləri və ya hüquqlarını təmsil edən şəxsin razılığı ilə onun xeyrinə ifadə verə bilərlər. Bu fakt həmin şəxslərin bundan sonra cinayət prosesində iştirakını istisna edir.

95.4. Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

95.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək;

95.4.2. ifadələrinin düzgünlüyünü istintaq və ya digər prosessual hərəkətlərin protokolunda imzası ilə təsdiq etmək;

95.4.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə onda olan əşyaları, sənədləri və nümunələri müqayisəli tədqiqat üçün təqdim etmək;

95.4.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək;

95.4.5. halların dərk və ifadə edilməsi qabiliyyətindən şübhələnməyə tutarlı əsaslar olduqda, bu qabiliyyətin yoxlanılması üçün cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ambulator ekspertizadan keçmək;

95.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

95.4.7. məhkəmənin sərəncamında olmuş, məhkəmənin icazəsi olmadan və ya cinayət təqibi orqanını olduğu yer barədə əvvəlcədən xəbərdar etmədən başqa əraziyə getməmək;

95.4.8. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını və məhkəmənin binasını tərk etməmək;

95.4.9. məhkəmə iclasında qaydaya riayət etmək;

95.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

95.5. Şahidin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

95.6. Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

95.6.1. hansı cinayət işi üzrə çağırıldığını bilmək;

95.6.2. onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;

95.6.3. xahişlər etmək;

95.6.4. özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək;

95.6.5. ifadə verərkən cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə yadda saxlanılması çətinlik törədən mürəkkəb riyazi hesablamalara dair sənədlərdən, çoxsaylı coğrafi adlardan və digər məlumatlardan istifadə etmək; hadisələri dərk edərkən və ya dərk etdikdən dərhal sonra yazılı qeydlərindən ifadə verərkən istifadə etmək;

95.6.6. verdiyi ifadələri çəkdiyi planlarla, sxemlərlə və şəkillərlə müşayiət etmək;

95.6.7. cinayət prosesi üzrə məhkəməyədək icraat zamanı ifadəsini şəxsən yazmaq;

95.6.8. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun ona aid olan hissəsi ilə tanış olmaq, ifadəsinin tam və düzgün olması üçün protokola zəruri əlavə və qeydlərin daxil edilməsini tələb etmək;

95.6.9. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

95.6.10. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi, yaxud digər əsaslarla götürülmüş əşyaların, rəsmi sənədlərin əslini geri almaq;

95.6.11. istintaq və ya digər prosessual hərəkətlərin icrası zamanı həmin hərəkətlər başlananadək nümayəndəyə malik olmaq;

95.6.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Maddə 96. Mütəxəssis

96.1. Mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Yetkinlik yaşına çatmamış zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində iştirak etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər.

96.2. Mütəxəssis cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır.

96.3. Şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə mütəxəssis qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.

96.4. Mütəxəssis bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

96.4.1. zəruri kömək göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;

96.4.2. cinayət prosesini həyata keçirən orqana öz xüsusi ixtisasını təsdiq edən sənədləri təqdim etmək; zəruri kömək göstərilməsi qabiliyyəti olduğunu düzgün qiymətləndirmək;

96.4.3. cinayət prosesini həyata keçirən orqana peşə təcrübəsi və cinayət prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək;

96.4.4. köməyinə zərurət olduğu bütün müddət ərzində istintaq və ya digər prosessual hərəkətlərin keçirildiyi yerdə, məhkəmənin iclas zalında olmaq və qeyd edilən hərəkətlərin keçirildiyi yeri həmin hərəkətləri keçirən şəxsin icazəsi olmadan, məhkəmə iclası zalını isə məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək;

96.4.5. istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxsə kömək məqsədi ilə sənədlərin və əşyaların aşkar edilməsi, möhkəmləndirilməsi, götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə edilməsi, iş materiallarının tədqiq edilməsi, ekspert qarşısında suallar qoyulması üçün öz bacarığından və biliyindən istifadə edərək, cinayət prosesini həyata keçirən şəxsə, orqana, məhkəmə iclasında iştirak edən cinayət prosesi tərəflərinə peşəsinə aid sualları və hərəkətləri izah etmək;

96.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

96.4.7. məhkəmə iclasında qaydaya riayət etmək;

96.4.8. onun iştirakı ilə keçirilmiş hərəkətlərin gedişinin, məzmununun və nəticələrinin protokolda tam və düzgün yazılmasını öz imzası ilə təsdiq etmək;

96.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə və aşkar edilmiş hallara dair məlumatları, habelə qapalı məhkəmə iclasının məlumatlarını yaymamaq; ona məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

96.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

96.5. Mütəxəssisin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

96.6. Mütəxəssis bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

96.6.1. cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə öz vəzifələrini daha yaxşı icra etmək məqsədi ilə  işin materialları ilə tanış olmaq, cinayət prosesinin iştirakçılarına suallar vermək;

96.6.2. cinayət prosesinin iştirakçılarının diqqətini sənədlərin və əşyaların aşkar edilib möhkəmləndirilməsinə və götürülməsinə, texniki vasitələrin və kompüter proqramlarının istifadəsinə, iş materiallarının tədqiqinə, ekspert qarşısında sualların qoyulmasına, həmçinin öz peşəsinə aid olan sualların məzmununa yönəltmək;

96.6.3. əşyaların və sənədlərin aşkar edilməsi, möhkəmləndirilməsi və götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə olunması, iş materiallarının tədqiqi, habelə ekspert qarşısında suallar qoyulması ilə əlaqədar protokola daxil edilməli qeydlər vermək;

96.6.4. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olmaq, bu hərəkətlərin gedişini, məzmununu və nəticələrini əks etdirən yazıların tamlığına və düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək;

96.6.5. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

96.6.6. yerinə yetirdiyi işə görə haqq almaq;

96.6.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Maddə 97. Ekspert

97.1. Ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər.

97.2.Ekspert qarşısına qoyulmuş suallar üzrə rəy vermək üçün kifayət qədər elm, texnika, incəsənət və digər peşə sahələrinə aid xüsusi biliklərə malik olmalıdır.

97.3. Şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə ekspert qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz.

97.4. Ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

97.4.1. qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy vermək; düzgünlüyü özü tərəfindən yoxlanılmamış iş materiallarının tədqiqi əsasında gəldiyi şəxsi nəticələrini, habelə kompüter proqramından və məlumat materiallarından istifadə etməklə əldə etdiyi nəticələri rəydə bir-birindən dəqiq ayırmaq;

97.4.2. qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara çıxırsa və ya təqdim olunmuş materiallar qoyulmuş suallara cavab verilməsi üçün kifayət deyilsə, rəy verməkdən imtina etmək; yuxarıda qeyd olunmuş hallara görə rəy verilməsinin mümkün olmadığı nəticəsinə gələrsə, ekspertiza keçirilməsinin davam etdirilməsindən imtina etmək; bu imtinanı əsaslandırmaqla rəy verilməsindən və ekspertizanın keçirilməsindən imtina etməsi barədə ekspertizanın keçirilməsini ona tapşırmış şəxsə yazılı məlumat vermək;

97.4.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ekspertizanın keçirilməsinə dair xərclərin smetası və çəkdiyi xərclər barədə hesabat təqdim etmək;

97.4.4. cinayət prosesi iştirakçılarına yazılı rəy təqdim etmək, onun məzmununu izah etmək, habelə onların suallarına cavab vermək və yazılı rəyin izahatı üzrə şifahi rəy vermək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmək;

97.4.5. cinayət prosesini həyata keçirən orqana və onu dəvət etmiş şəxsə xüsusi ixtisasını təsdiq edən sənəd təqdim etmək; göstərilən orqanın və ya şəxsin, habelə məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə qoyulmuş məsələlər üzrə qabiliyyəti olduğunu düzgün qiymətləndirmək;

97.4.6. cinayət prosesini həyata keçirən orqanın və məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbinə əsasən peşə təcrübəsi və müvafiq cinayət işinin icraatında iştirak etmiş şəxslərlə münasibəti barədə məlumat vermək;

97.4.7. istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak edərkən, həmin hərəkətləri aparan şəxsin, məhkəmə iclasında isə sədrlik edənin icazəsi olmadan bu yerləri tərk etməmək;

97.4.8. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

97.4.9. məhkəmə iclasında qaydaya riayət etmək;

97.4.10. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq və ya digər prosessual hərəkətlər və bu zaman müəyyən edilmiş hallara dair məlumatı, habelə qapalı məhkəmə iclasının məlumatlarını yaymamaq; ona məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

97.4.11. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

97.5. Ekspertin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

97.6. Ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

97.6.1. rəy verilməsi üçün müqayisəli tədqiqat aparmaq məqsədi ilə  zəruri obyekt və nümunələri əldə etmək; əlavə obyekt və digər materialların təqdim olunmasını tələb etmək;

97.6.2. rəy verilməsi üçün cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə zəruri materiallarla tanış olmaq, işin materiallarından zəruri məlumatları çıxarış etmək, öz vəzifələrini daha yaxşı icra etmək məqsədi ilə  şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxslərə və şahidlərə suallar vermək;

97.6.3. ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək;

97.6.4. qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy vermək;

97.6.5. məhkəmənin və ya cinayət prosesi iştirakçılarının diqqətini ekspertizanın predmeti və müvafiq ekspertə verilən sualların tərtibi ilə əlaqədar hallara cəlb etmək;

97.6.6. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclasının protokolunun müvafiq hissəsi ilə tanış olmaq, bu hərəkətlərin və öz şifahi rəyinin tamlığına və düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək;

97.6.7. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

97.6.8. yerinə yetirdiyi işə görə haqq almaq;

97.6.9. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Maddə 98. Məhkəmə iclasının katibi

98.1. Cinayət prosesində şəxsi marağı olmayan, məhkəmə iclası protokolunun aparılması üçün təyin edilmiş məhkəmə işçisi məhkəmə iclasının katibidir.

98.2. Məhkəmə iclasının katibi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir;

98.2.1. məhkəmə iclası protokolunun aparılmasının təmin edilməsi üçün zəruri olan bütün müddətdə məhkəmənin iclas zalında olmaq və məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan zalı tərk etməmək;

98.2.2. məhkəmə iclası protokolunda məhkəmə icraatının gedişini, məhkəmə qərarlarını, məhkəmə iclasında iştirak edən şəxslərin vəsatətlərini, etirazlarını, ifadələrini, izahatlarını, habelə məhkəmə iclasının protokolunda göstərilməli olan digər halları tam və düzgün qeyd etmək;

98.2.3. bu Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə iclasının protokolunu hazırlamaq və imzalamaq;

98.2.4. məhkəmənin və ya cinayət prosesi tərəflərinin tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək;

98.2.5. məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

98.2.6. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

98.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

98.3. Məhkəmə iclasının katibi məhkəmə iclası protokolunun tamlığına və düzgünlüyünə şəxsən məsuliyyət daşıyır və protokoldakı yazıların məzmununa dair heç kimin göstərişlərindən asılı deyildir.

98.4. Məhkəmə iclası katibinin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maddə 99. Tərcüməçi

99.1. Tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər.

99.2. Tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, andlı iclasçılar, prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər.

99.3. Lalların və karların ünsiyyət işarələrini başa düşən və işarələr vasitəsi ilə onlarla ünsiyyət yarada bilən şəxs də tərcüməçi hesab olunur.

99.4. Tərcüməçi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

99.4.1. tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;

99.4.2. cinayət prosesini həyata keçirən orqana tərcümə edilən dilləri bilməsini təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə tərcüməni tam və düzgün yerinə yetirməsi qabiliyyətini düzgün qiymətləndirmək;

99.4.3. cinayət prosesini həyata keçirən orqanın, habelə məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə öz peşə təcrübəsi haqqında və müvafiq cinayət prosesində iştirak edən şəxslərlə münasibəti haqqında məlumat vermək;

99.4.4. tərcüməni təmin etmək üçün zəruri olan bütün müddətdə istintaq və ya digər prosessual hərəkətlər aparılan yerdə və məhkəmə iclası zalında olmaq, bu hərəkətlərin aparıldığı yeri onları həyata keçirən şəxsin, məhkəmənin iclas zalını isə məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək;

99.4.5. tərcüməni tam, düzgün və vaxtında həyata keçirmək;

99.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

99.4.7. məhkəmə iclasında qaydaya riayət etmək;

99.4.8. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolunda tərcümənin tam və düzgün qeyd olunmasını və cinayət prosesində iştirak edən şəxslərə təqdim olunan sənədlərdə tərcümənin düzgünlüyünü imzası ilə təsdiq etmək;

99.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə və bu zaman aşkar edilmiş hallara dair məlumatları, habelə şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

99.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

99.5. Tərcüməçinin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

99.6. Tərcüməçi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

99.6.1. tərcüməni dəqiqləşdirmək məqsədi ilə tərcümə zamanı iştirak edənlərə suallar vermək;

99.6.2. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə, həmçinin məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olmaq, tərcümənin tam və düzgün yazılmasına dair protokola daxil edilməli qeydlər vermək;

99.6.3. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

99.6.4. yerinə yetirdiyi işə görə haqq almaq;

99.6.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

 

XI fəsil

Nümayəndələr və hüquq varİslərİ

 

Maddə 100. Cinayət-prosessual fəaliyyət qabiliyyəti

100.1. Fəaliyyət qabiliyyəti olmayanlardan başqa cinayət prosesinin bütün yetkinlik yaşına çatmış iştirakçıları bu Məcəllədə nəzərdə tutulmuş hüquqlarını müstəqil həyata keçirə bilərlər.

100.2. Cinayət prosesində aşağıdakılar fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar:

100.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs;

100.2.2. 14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh.

100.3. Ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu ya kəmağıllıq nəticəsində öz hüquqlarını vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Məhkəmə öz hüquqlarını vəzifələrini yenidən müstəqil həyata keçirmək qabiliyyəti əldə etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyətini bərpa edir.

100.4. 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır.

100.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir.

100.6. Yetkinlik yaşına çatmamış ya 14 yaşına çatmış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıyır.

100.7. Cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı bu Məcəlləyə uyğun olaraq öz hüquqlarını müstəqil həyata keçirə bilməz. Həmin hüquqları bu Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir.

100.8. Nümayəndəsi olmayan zərər çəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə cinayət prosesində onun xüsusi ittihamçı qismində iştirakına xitam verilir, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə isə cinayət təqibi üzrə icraat dayandırılır.

100.9. Fəaliyyət qabiliyyəti olmayan mülki iddiaçının qanuni nümayəndəsi yoxdursa, cinayət prosesində onun iştirakına xitam verilir.

100.10. Mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun cinayət prosesində iştirakına xitam verilir, ona qarşı verilmiş iddia isə cinayət prosesi daxilində baxılmamış saxlanılır.

100.11. Cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz:

100.11.1. barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə dair şikayətdən imtina etmək;

100.11.2. zərər çəkmiş, şübhəli ya təqsirləndirilən şəxslə barışmaq;

100.11.3. ona qarşı verilmiş mülki iddianı qəbul etmək;

100.11.4. ona qarşı verilmiş mülki iddiadan imtina etmək;

100.11.5. öz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək.

Maddə 101. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri

101.1. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir.

101.2. Cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır.

101.3. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi qismində cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə müvafiq şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz.

101.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin qanuni nümayəndəsi qismində tanındıqdan sonra şəxsin həmin qisimdə qalmasına əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına xitam verilir. Zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs yetkinlik yaşına çatdıqda və ya fəaliyyət qabiliyyətini əldə etdikdə cinayət prosesində onun qanuni nümayəndəsinin iştirakına da xitam verilir.

101.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

101.5.1. ittihamın (şübhəli şəxsin qanuni nümayəndəsi şübhənin) mahiyyətini bilmək;

101.5.2. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək və onu müşayiət etmək;

101.5.3. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təmsil etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

101.5.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

101.5.5. izahatlar vermək;

101.5.6. cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

101.5.7. etirazlar etmək və vəsatətlər vermək;

101.5.8. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək;

101.5.9. özünün və ya təmsil etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolu ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolunda yazılanların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

101.5.10. təmsil etdiyi şübhəli və ya təqsirləndirilən şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanılmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;

101.5.11. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;

101.5.12. birinci və apellyasiya instansiyası məhkəməsinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

101.5.13. təmsil etdiyi zərər çəkmiş və ya təqsirləndirilən şəxsin müvafiq olaraq nümayəndəsi, yaxud müdafiəçisi olmadıqda, birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

101.5.14. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və təmsil etdiyi şəxsin, habelə özünün hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və cinayət prosesini həyata keçirən orqandan öz xahişi ilə bu qərarların surətini əldə etmək;

101.5.15. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və ya hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından şikayət vermək;

101.5.16. verdiyi hər hansı şikayətdən imtina etmək;

101.5.17. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirmək;

101.5.18. təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan şikayətlə əlaqədar məhkəmə iclasında cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə baxılmasında və işin materiallarının tədqiqində iştirak etmək;

101.5.19. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

101.5.20. digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

101.5.21. təmsil etdiyi şəxs üçün müvafiq müdafiəçi və nümayəndə dəvət etmək və onların səlahiyyətlərinə xitam vermək;

101.5.22. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsi və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın kompensasiyasını almaq;

101.5.23. təmsil etdiyi şəxsdən cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi və ya digər əsaslarla götürülmüş əmlakı, habelə ona məxsus olan rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən təmsil etdiyi şəxsə məxsus əmlakı geri almaq;

101.5.24. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

101.6. Fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.

101.7. Məhdud fəaliyyət qabiliyyətli şəxsin qanuni nümayəndəsi aşağıdakılara haqlıdır:

101.7.1. təmsil etdiyi zərər çəkmiş şəxsin razılığı ilə onun adından həyata keçirilən ittihamdan imtina etmək, habelə onun müdafiəçisinin səlahiyyətlərinə xitam vermək;

101.7.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin ona qarşı törədilməsi haqqında şikayətdən imtina etmək, müvafiq olaraq zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxslə, yaxud mülki cavabdehlə barışmaq, verdiyi mülki iddiadan imtina etmək, ona qarşı verilmiş mülki iddianı qəbul etmək, habelə onun hüquq və qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək;

101.7.3. təmsil etdiyi şəxsin niyyətini bilmək.

101.8. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi təmsil etdiyi şəxsin qanuni mənafeyi əleyhinə hər hansı hərəkəti etməyə, o cümlədən təqsirləndirilən şəxsin adından müdafiəçidən imtina etməyə haqlı deyil.

101.9. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, mülki cavabdehin qanuni nümayəndəsi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

101.9.1. cinayət prosesini həyata keçirən orqana qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək;

101.9.2. cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;

101.9.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

101.9.4. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

101.9.5. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmə iclası zalını tərk etməmək;

101.9.6. məhkəmə iclasında qaydaya riayət etmək;

101.9.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

101.9.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

101.10. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şahid qismində dindirilə bilər.

101.11. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şəxsən və ya təmsil etdiyi şəxsin nümayəndəsinin köməyi ilə hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.

Maddə 102. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndələri

102.1. Cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin qanuni mənafeyini təmsil edən şəxslər onların nümayəndələri hesab edilirlər.

102.2. Cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər. Mülki iddiaçı və ya mülki cavabdeh qismində hüquqi şəxsin nümayəndəsi kimi müvafiq hüquqi şəxsin rəhbəri də vəsiqə təqdim etməklə cinayət prosesində iştirak etməyə buraxıla bilər.

102.3. Şəxs zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi kimi tanındıqdan sonra şəxsin həmin qisimdə qalmasına əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına xitam verilir. Zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh tərəfindən səlahiyyətlərinə xitam verildikdə, şəxsin də nümayəndə qismində cinayət prosesində iştirakına xitam verilir.

102.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi ola bilər. Cinayət prosesini həyata keçirən orqan istintaq və ya digər prosessual hərəkətin aparılmasında, habelə məhkəmə iclasında iştirak edən nümayəndələrin sayını eyni vaxtda bir nəfərədək məhdudlaşdırmağa haqlıdır.

102.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.

102.6. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

102.6.1. ittihamın mahiyyətini bilmək;

102.6.2. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

102.6.3. izahatlar vermək;

102.6.4. cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

102.6.5. etirazlar etmək və vəsatətlər vermək;

102.6.6. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək;

102.6.7. özünün, yaxud təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclası protokolları ilə tanış olmaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolundakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

102.6.8. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;

102.6.9. məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak etmək, həmçinin təmsil etdiyi şəxsin iştirak edə biləcəyi bütün digər məhkəmə iclaslarında eyni əsaslarla iştirak etmək;

102.6.10. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin əvəzinə müvafiq olaraq giriş sözü, nitq və ya replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

102.6.11. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirmək;

102.6.12. təmsil etdiyi şəxsin hüquqlarından istifadə edərək, məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər haqqında, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

102.6.13. təmsil etdiyi şəxsin hüququndan istifadə edərək, cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

102.6.14. təmsil etdiyi şəxsin razılığı ilə onun üçün digər nümayəndə dəvət etmək və nümayəndəliyi digər şəxsə etibar etmək;

102.6.15. cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək;

102.6.16. təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan qərarın qəbul edilməsi barədə cinayət prosesini həyata keçirən orqandan məlumat almaq; Öz xahişinə əsasən göstərilən qərarların surətlərini əldə etmək;

102.6.17. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

102.7. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin qanuni mənafeyi əleyhinə hər hansı hərəkəti etməyə haqlı deyil.

102.8. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsinə verilmiş etibarnamədə nəzərdə tutulmuş halda nümayəndə, habelə vəzifəsinə görə mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil edən müvafiq hüquqi şəxsin rəhbəri öz səlahiyyəti daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada təmsil etdiyi şəxsin adından aşağıdakıları etmək hüququna malikdir:

102.8.1. təmsil etdiyi şəxsə qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə verilmiş şikayətdən imtina etmək;

102.8.2. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

102.8.3. nümayəndəsi olduğu zərər çəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını tələb etmək;

102.8.4. təmsil etdiyi şəxsin verdiyi mülki iddiadan imtina etmək;

102.8.5. təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş mülki iddianı qəbul etmək;

102.8.6. təmsil etdiyi şəxsə məhkəmənin qərarı ilə verilmiş əmlakı almaq.

102.9. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

102.9.1. təmsil etdiyi şəxsin göstərişlərinə əməl etmək;

102.9.2. özünün nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etmək;

102.9.3. təmsil etdiyi şəxsin qanuni mənafeyinin müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

102.9.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

102.9.5. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

102.9.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

102.9.7. məhkəmə iclasında qaydaya riayət etmək;

102.9.8. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

102.9.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 103. Xüsusi ittihamçının nümayəndəsi

103.1. Xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir.

103.2. Xüsusi ittihamçının nümayəndəsinin cinayət təqibi üzrə icraatda iştirakı bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin nümayəndəsi üçün müəyyən olunmuş müddəalara və bu maddədə göstərilmiş xüsusiyyətlərə uyğun həyata keçirilir.

103.3. Məhkəmə cinayət təqibi üzrə icraatda iştirak edən xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir.

103.4. Cinayət işinə məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər.

103.5. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi ittihamçının nümayəndəsi aşağıdakı hüquqlara malikdir:

103.5.1. cinayət təqibi üzrə materialların hazırlanmasını həyata keçirmək;

103.5.2. təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək;

103.5.3. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirmək;

103.5.4. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi şəxsin əvəzinə giriş sözü, nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

103.5.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

103.6. Xüsusi ittihamçının nümayəndəsi cinayət prosesinin gedişində xərclərin ödənilməsini təmsil etdiyi şəxsin hesabına, bu Məcəllənin 194.1-ci maddəsi ilə müəyyən edilmiş halda isə, xüsusi ittihamçıya hüquqi yardım pulsuz göstərildikdə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına almaq hüququna malikdir.

Maddə 104. Şahidin qanuni nümayəndəsi

104.1. 14 yaşına çatmamış, fəaliyyət qabiliyyəti olmayan, habelə yetkinlik yaşına çatmayan, lakin daha artıq yaşı olan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir.

104.2. İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

104.2.1. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

104.2.2. cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə təmsil etdiyi şəxsə məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək;

104.2.3. vəsatət vermək;

104.2.4. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı etiraz etmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokoluna qeyd edilməsini tələb etmək;

104.2.5. təmsil etdiyi şəxslə birgə iştirak etdiyi cinayət işi üzrə məhkəməyədək icraatda İstintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və ya məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, məhkəmə iclas&#