AZƏRBAYCAN RESPUBLİKASININ

İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ

ÜMUMİ HİSSƏ

I BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR

 

Birinci fəsil

Azərbaycan Respublİkasının İNZİBATİ xətalar qanunverİcİlİyİ, onun vəzİfələrİ və prİnsİplərİ

Maddə 1.Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi

1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.

1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.

Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Maddə 3. İnzibati məsuliyyətin əsasları

Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri

Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi

5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.

5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkət edilməsinə yol verilmir.

Maddə 6. Qanunçuluq prinsipi

6.1. İnzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

6.2. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.

Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi

7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar.

7.2. Hüquqi şəxslər mülkiyyət formasından, olduqları yerdən, təşkilati-hüquqi formalarından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar.

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.

Maddə 9. Ədalətlilik prinsipi

9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi

Dövlət və ya yerli özünüidarəetmə orqanları inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayırlar və həyata keçirirlər.

Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi

11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ-hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qəbul edildiyi vaxtadək törədilmiş xətalara da şamil edilir.

11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ-hüquqi aktların geriyə qüvvəsi şamil edilmir.

 

İkinci fəsil
İNZİBATİ xəta və İNZİBATİ məsulİyyət

Maddə 12. İnzibati xəta anlayışı

Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.

Maddə 14. İnzibati xətanın ehtiyatsızlıq üzündən törədilməsi

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur.

Maddə 15. Fiziki şəxslərin inzibati məsuliyyəti

15.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

15.2. İşin konkret halları, psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə" ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.

15.3.İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə, intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz.

15.4. Bu Məcəllənin 15.3-cü maddəsində göstərilmiş şəxslərdən başqa, intizam nizamnamələrinin və ya intizam haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər şəxslər qulluq vəzifələrinin icrası zamanı inzibati xətalar törətməyə görə həmin nizamnamələrdə və ya əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.

15.5. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 15.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına verə bilərlər.

15.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.

15.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.

 

Qeyd: Bu Məcəllənin 15.3-cü maddəsində "hərbi qulluqçular" dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları başa düşülür.

Bu Məcəllənin 15.4-cü maddəsində "intizam nizamnaməsi (əsasnaməsi) tətbiq edilən digər şəxslər" dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında öz qulluq vəzifələrini icra edən şəxslər başa düşülür.

Bu Məcəllənin 15.6-cı maddəsində "əcnəbilər" dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər başa düşülür.

"Vətəndaşlığı olmayan şəxslər" dedikdə isə Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslər başa düşülür.

Maddə 16. Vəzifəli şəxslərin inzibati məsuliyyəti

Vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

 

Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

Maddə 17. Hüquqi şəxslərin inzibati məsuliyyəti

Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.

Üçüncü fəsil
İNZİBATİ MӘSULİYYӘTİ İstİsna edən hallar

Maddə 18. Son zərurət

Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, son zərurət vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzdisə və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha az əhəmiyyətli olmuşsa, bu, inzibati xəta hesab olunmur.

Maddə 19. Zəruri müdafiə

Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət inzibati xəta hesab olunmur.

Maddə 20. Anlaqsızlıq

Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsızlıq vəziyyətində olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.

Maddə 21. İnzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq etmə və ya inzibati məsuliyyətdən azadetmə

Törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər.

Dördüncü fəsil
İNZİBATİ tənbeh

Maddə 22. İnzibati tənbehin məqsədləri

İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

Maddə 23. İnzibati tənbeh növləri

23.1. İnzibati xətalar törətməyə görə aşağıdakı inzibati tənbeh növləri tətbiq edilə bilər:

23.1.1. xəbərdarlıq;

23.1.2. inzibati cərimə;

23.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması;

23.1.4. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;

23.1.5. inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması;

23.1.6. əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma;

23.1.7. inzibati həbs.

23.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 23.1.1-23.1.4-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir.

Maddə 24. Xəbərdarlıq

Xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.

Maddə 25. İnzibati cərimə

25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

25.2. İnzibati cərimənin aşağıdakı meyarları vardır:

25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqı məbləğinin miqdarı;

25.2.2. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;

25.2.3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin , vergilərin məbləği.

25.3. İnzibati xətalara görə alınan cərimənin miqdarı minimum əmək haqqı məbləğinin üç mislindən az ola bilməz.

25.4. Minimum əmək haqqı məbləği ilə hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı minimum əmək haqqı məbləğinin qırx mislindən, vəzifəli şəxslərdən alınan inzibati cərimənin miqdarı minimum əmək haqqı məbləğinin doxsan mislindən, hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı minimum əmək haqqı məbləğinin üç yüz mislindən artıq ola bilməz.

25.5. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin miqdarı həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin miqdarı isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.

25.6. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilir.

Maddə 26. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması

26.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet ödənişlə, məcburi qaydada alınır, sonra satılır və əldə edilən məbləğ həmin predmetin satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra onun keçmiş sahibinə verilir.

26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması hakim tərəfindən tətbiq edilir.

26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslər barəsində odlu silahın, döyüş sursatının və digər ov alətinin ödənişlə alınması tətbiq edilə bilməz.

26.4. Predmetin ödənişlə alınması qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 27. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi

27.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir.

27.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir.

27.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz.

27.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 28. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması

28.1. Verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.

28.2. Nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıla bilməz.

28.3. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 151.4-cü, 155.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 10 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.

28.4. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz.

Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma

Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilir.

Maddə 30. İnzibati həbs

30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə on beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir.

30.2. Hamilə qadınlar və ya himayəsində azyaşlı uşağı olan qadınlar, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz.

30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilir.

Maddə 31. Əsas və əlavə inzibati tənbehlər

31.1. Xəbərdarlıq, inzibati cərimə və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.

31.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması, yaxud müsadirəsi, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.

31.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.

Beşinci fəsil
İNZİBATİ tənbeh tətbİq etmə

Maddə 32. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları

32.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

32.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

32.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

32.4. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir.

Maddə 33. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar

33.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir:

33.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;

33.1.2. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi;

33.1.3. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi;

33.1.4. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi.

33.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər.

Maddə 34. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar

34.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir:

34.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;

34.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi;

34.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi;

34.1.4. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;

34.1.5. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi;

34.1.6. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi.

34.2. İnzibati tənbeh tətbiq edən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterindən asılı olaraq bu Məcəllənin 34.1.6-cı maddəsində göstərilən halı məsuliyyəti ağırlaşdıran hal hesab etməyə də bilər.

Maddə 35. Bir neçə inzibati xəta törədildikdə inzibati tənbeh tətbiq etmə

35.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

Maddə 36. İnzibati məsuliyyətə cəlb etmə müddətləri

36.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

36.2. Davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.

36.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci iki ay keçənədək verilə bilər.

Maddə 37. Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan müddət

Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş sayılır.

Maddə 38. Vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi

38.1. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər.

38.2. Vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

XÜSUSİ HİSSƏ

II BÖLMƏ
İNZİBATİ XƏTALAR

Altıncı fəsil
Sİyasi, sosİal və əmək hüquqları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 39. Seçkiqabağı və ya referendum ilə bağlı təbliğatın aparılması qaydalarının və müddətinin pozulması

Seçkiqabağı və ya referendum ilə bağlı təbliğatın aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 40. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma

Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş yerlərdə asılmış deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizədin portretini, onun tərcümeyi-halı olan plakatları və digər təşviqat-nəşr materiallarını qəsdən məhv etməyə, korlamağa, zədələməyə, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə-

minimum əmək haqqı məbləğinin otuz beş mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 41. Namizəd haqqında yalan məlumatlar yayma

Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən əlli beş mislinədək miqdarda cərimə edilir.

Maddə 42. Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması

Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hüquqlarını pozmağa görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən altmış beş mislinədək miqdarda cərimə edilir.

Maddə 43. Başqasının yerinə səsin verilməsi məqsədi ilə seçki bülletenlərinin (səsvermə vəsiqələrinin) vətəndaşlara verilməsi və ya seçki bülletenlərinin (səsvermə vəsiqələrinin) qalıqlarının gizlədilməsi, yaxud onların əlavə tirajlarının hazırlanması

43.1. Başqasının yerinə səsin verilməsi məqsədi ilə seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən seçki bülletenlərinin (səsvermə bülletenlərinin) vətəndaşlara verilməsinə və ya onlara doldurulmuş seçki bülleteninin (səsvermə vəsiqələrinin) verilməsinə, yaxud birdən artıq seçki bülleteninin (səsvermə vəsiqələrinin) alınmasına imkan yaradılmasına görə -

seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə edilir.

43.2. Seçki bülletenlərinin (səsvermə vəsiqələrinin) qalıqlarının gizlədilməsinə və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin (səsvermə vəsiqələrinin) əlavə tirajının hazırlanmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 44. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqlarının pozulması

44.0. Seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən:

44.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısı) ilə tanış olması hüququnun pozulmasına;

44.0.2. seçici siyahılarındakı(referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmamasına;

44.0.3. seçici siyahılarına düzəlişlərin edilməsindən imtina barədə vətəndaşa yazılı şəkildə əsaslandırılmış cavab verilməməsinə;

44.0.4. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə -

seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 45. Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyətin verilməsindən imtina etmə

45.1. Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvünə qanunvericiliklə müəyyən edilmiş məzuniyyətin verilməsindən imtina etməyə görə -

minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

45.2. Yerli özünüidarəetmə orqanlarına və ya deputatlığa seçilmiş şəxslərin dövlət vəzifələrinin icra edilməsi məqsədi ilə həmin şəxsləri işdən azad etməməyə görə -

minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 46. Seçki kampaniyasının maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması

46.1. Seçki kampaniyasının maliyyələşdirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

46.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi hesabatları barədə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 47. Anonim təşviqat materiallarının və ya reklamların hazırlanması və yayılması qaydalarının pozulması

47.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumatların göstərilməməsinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

47.2. Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə edilir.

47.3. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə - minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 48. Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın təqdim edilməməsi və ya dərc olunmaması

48.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların təqdim edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

48.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 49. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olma

Qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması

Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda -

minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə "az miqdarda ziyan vurduqda" dedikdə, minimum əmək haqqı məbləğinin min mislinədək olan miqdarı başa düşülür.

Maddə 51. Uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi

Yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 52. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma

Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 53. Əmək qanunvericiliyinin pozulması

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması

54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:

54.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;

54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;

54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;

54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsinə;

54.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;

54.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;

54.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğ edilməsinin təmin edilməməsinə;

54.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə və ya onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə;

54.0.9. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə görə -

minimum əmək haqqı məbləğinin qırx mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 55. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi

İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə -

minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 56. Əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi

İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə -

minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 57. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi

Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə -

minimum əmək haqqı məbləğinin qırx beş mislindən əlli beş mislinədək miqdarda cərimə edilir.

Maddə 58. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması

Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə -

minimum əmək haqqı məbləğinin qırx beş mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 59. Kollektiv danışıqların aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi

Kollektiv danışıqların aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin əlli beş mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 60. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə

Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə -

minimum əmək haqqı məbləğinin on mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Yeddinci fəsil
Əhalİnİn sağlamlığı, sanİtarİya-gİgİyena və sanİtarİya-epİdemİolojİ salamatlığı qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 61. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxmuş şəxslərin müalicədən boyun qaçırması

Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxması barəsində kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 62. Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması

Zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxmuş şəxslə əlaqədə olmuş və profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 63. Zöhrəvi xəstəliklə və ya HİV-lə yoluxma mənbəyinin gizlədilməsi

Zöhrəvi xəstəliyi olanlar tərəfindən yoluxma mənbəyinin və ya HİV-lə yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərlə və ya HİV-lə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 64. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olma

64.1. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

64.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

Maddə 65. Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması

Müəssisələrdə, idarələrdə və təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 66. Nəqliyyatda sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 67. Yaşayış məntəqələrinin və ya müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması zamanı sanitariya epidemioloji salamatlığı təmin etməyə yönəldilimiş normaların və qaydaların, normativlərin pozulması

Sanitariya epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan yaşayış məntəqələrinin və ya mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsinə, tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 68. Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

68.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və s.) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

68.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Səkkizinci fəsil
Mülkİyyət əleyhİnə olan İNZİBATİ xətalar

 

Maddə 69. Xırda talama

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

 

Qeyd: Talanmış əmlakın dəyəri minimum əmək haqqı məbləğinin otuz mislindən yuxarı olmadıqda, bu xırda talama hesab edilir.

Maddə 70. Meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsi

Meşə fondu torpaqlarının özbaşına tutulmasına və ya istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya digər işlərin görülməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz on mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 71. Xüsusi razılıq (lisenziya) olmadan yerin təkindən istifadə etmə

Xüsusi razılıq (lisenziya) olmadan və ya lisenziyada nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 72. Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması

Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 73. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə

Lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 74. Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulması

Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 75. Təsərrüfat əkinlərinin korlanması

Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını (kirşəni) sürməklə və ya digər üsullarla korlanmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.

 

Doqquzuncu fəsil
Ətraf mühİtİn mühafİzəsİ, təbİətdən İstİfadə və ekolojİ təhlükəsİzlİk qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

 

Maddə 76. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması

76.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

76.2. Ətraf mühitin mühafizəsi məqsədi ilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 77. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması

77.1. Radioaktiv maddələrin daşınmasının, basdırılma-sının, nəql edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin görülməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

77.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 78. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması

78.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

78.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlərin görülməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 79. Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması

79.1. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən və ya təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

79.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 80. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı, istismara buraxılması və idarə edilməsi

80.1. Ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın yol verilən səviyyələrinin qanunvericilik aktı ilə müəyyən edilən normativlərə və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya idxalına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

80.2. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasına və ya idarə edilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 81. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması

Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 82. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının pozulması

Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartların və texniki tələblərin pozulması ilə məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 83. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma qaydalarının pozulması

Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 84. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması

Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 85. Yerin təkindən istifadə qaydalarının pozulması

85.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:

85.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;

85.0.2. yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;

85.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;

85.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;

85.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;

85.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;

85.0.7. yerin təkindən istifadə edərkən haqvermə qaydalarının müntəzəm olaraq pozulmasına;

85.0.8. ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;

85.0.9. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;

85.0.10. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və xüsusi razılıq verən orqana məlumat verilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz iyirmi mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 86. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması

86.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

86.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 87. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi

87.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su erroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən yüz doxsan mislinədək miqdarda cərimə edilir.

87.2. Torpağın vəziyyətinə təsir göstərən obyektlərin layihələşdirilməsinə, tikilməsinə və istismara verilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən yüz doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 88. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi

Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 89. Mərz nişanlarının məhv edilməsi

Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 90. Torpaq sahələrindən meteoroloji şəbəkələrinin, ölçü vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi

90.1. Torpaq sahələrindən meteoroloji şəbəkələrin və ölçü vasitələrinin, geodeziya istinad məntəqələrinin və ya meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

90.2. Qanunvericiliyə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 91. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulması

Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin doxsan mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 92. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi

92.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya onların zədələnməsinə və ya meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən səksən mislinədək miqdarda cərimə edilir.

92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış beş mislindən səksən mislinədək miqdarda cərimə edilir.

Maddə 93. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə etmə

Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 94. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması

Meşələrin bərpasına, vəziyyətinin və cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığının artırılmasına və yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qaydaların pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz otuz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 95. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması

Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz on mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 96. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması

Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz otuz mislindən yüz altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 97. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi

Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 98. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsi və ya korlanması

Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsinə və ya korlanmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 99. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsi və zədələnməsi

Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsinə və zədələnməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin doxsan mislindən yüz on mislinədək miqdarda cərimə edilir.

Maddə 100. Meşə üçün faydalı faunanın məhv edilməsi

Meşə üçün faydalı faunanın məhv edilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz iyirmi mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 101. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması

101.1. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasına, yəni:

101.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;

101.1.2. su obyektlərinin özbaşına tutulmasına;

101.1.3. su obyektlərindən istifadə üzrə xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən yüz yetmiş beş mislinədək miqdarda cərimə edilir.

101.2. Lazımi icazə olmadan sudan özbaşına istifadə edilməsinə, yəni:

101.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;

101.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;

101.2.3. su kəmərlərindən, kanallardan özbaşına su götürülməsinə;

101.2.4. içməli məişət, texniki və tullantı sularını kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 102. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması

102.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni:

102.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə;

102.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə;

102.0.3. su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət edilməməsinə;

102.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;

102.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə;

102.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olan şəkildə pozulmasına;

102.0.7. su çıxarmaq üçün quyuların qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyuların qazılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 103. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması

103.1. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.

103.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx beş mislinədək miqdarda cərimə edilir.

Maddə 104. Tullantıların yerləşdirilməsi və emalı tələblərinin pozulması

104.1. Şəhərlərin və ya digər yaşayış məntəqələrinin ərazisində, kurort, müalicə-sağlamlıq, meşə və rekreasiya zonalarında, yeraltı suların, təsərrüfat və içməli su tutarlarının olduğu ərazilərdə, eləcə də faydalı qazıntılar olan və ya dağ-mədən işləri aparılan zonalarda tullantıların basdırılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

104.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 105. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulması

105.0. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulmasına, yəni:

105.0.1. insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükə törədə bilən və ya törətmiş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə;

105.0.2. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət sınağından və qeydiyyatından keçməmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına, ixracına və istifadəsinə yol verilməsinə;

105.0.3. istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin və ya qalıq miqdarına görə müəyyən edilmiş tələblərə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarının satışına və istifadəsinə yol verilməsinə;

105.0.4. pestisidlərin, aqrokimyəvi maddələrin və vasitələrin, materialların tətbiqi, istifadəsi, zərərsizləşdirilməsi və basdırılması qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 106. Zərərli maddələrlə və ya bu maddələrin qarışıqları ilə aparılan əməliyyatları gəmi sənədlərində qeyd etmək vəzifələrinin yerinə yetirilməməsi

İnsanların sağlamlığı üçün və ya dənizin canlı ehtiyatları üçün zərərli maddələrlə, yaxud tərkibində müəyyən edilmiş normalardan artıq bu cür maddələr olan qarışıqlarla aparılan əməliyyatların gəmi sənədlərində qeyd etmək barəsində qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin gəminin və ya digər üzən vasitənin kapitanı, komanda heyətinin başqa şəxsləri tərəfindən yerinə yetirilməməsinə və ya bu əməliyyatlar haqqında gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış qeydlər yazılmasına, yaxud belə sənədləri müvafiq vəzifəli şəxslərə təqdim etməkdən qanunsuz olaraq imtina edilməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

 

Maddə 107. Radiasiya təhlükəsizliyinin sanitariya və gigiyena qaydalarının təmin edilməsi tələblərinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması

 

Radiasiya təhlükəsizliyinin sanitariya və gigiyena qaydalarının təmin edilməsi tələblərinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulmasına görə -

 

fiziki şəxslər minimumm əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimumm əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimumm əmək haqqı məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 108. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulması

108.0. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

108.0.1. hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərin tələblərinə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları tərəfindən əməl edilməməsinə;

108.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun materiallarının fondun sərəncamlarının razılığı olmadan başqa şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına;

108.0.3. hazırlanmış materialların bir nüsxəsinin xidməti istifadə üçün qanunvericiliklə müəyyən edilmiş hallarda hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verilməməsinə;

108.0.4. ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar və digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən həmin məntəqələrin və ölçü vasitələrinin toxunulmazlığının təmin edilməməsinə, onların korlanması və məhv edilməsi barədə müvafiq orqana məlumat verilməməsinə və ya məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün lazımi şəraitin yaradılmamasına;

108.0.5. müvafiq razılıq olmadan müşahidə şəbəkələrinin köçürülməsinə, yerlərinin dəyişdirilməsinə və ya fəaliyyətinin dayandırılmasına;

108.0.6. müvafiq razılıq olmadan atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadə edilməsinə;

108.0.7. hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafındakı mühafizə zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin səkkiz mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 109. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması

109.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni:

109.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə;

109.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların korlanmasına, yaxud məhv edilməsinə;

109.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti orqanının razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 110. Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi

Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz otuz mislindən yüz altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 111. Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması

111.1. Balıq ehtiyatlarının mühafizəsi qaydalarının pozulmasına görə -

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləğinin on beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

111.2. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə -

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Maddə 112. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması

112.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

112.0.1. heyvanlar aləminin obyektlərindən istifadənin limitlərinin artırılmasına;

112.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə;

112.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;

112.0.4. qurumuş bitkilərin və ya onaların qalıqlarının özbaşına yandırılmasına;

112.0.5. bitki mühafizə vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına;

112.0.6. özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə edilməsinə;

112.0.7. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz on mislindən yüz qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 113. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması

113.0. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:

113.0.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.0.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.0.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.0.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam torpaq sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə;

113.0.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;

113.0.6. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artım və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirləri hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına;

113.0.7. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;

113.0.8. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;

113.0.9. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;

113.0.10. radioaktiv tullantıların, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələrin və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;

113.0.11. müvafiq normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə;

113.0.12. bu Məcəllənin 113.0.1-113.0.11-ci maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

 

Onuncu fəsil
Sənaye, elektrİk və İstİlİk enerjİsİndən İstİfadə qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

 

Maddə 114. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulması

114.1. Sənaye sahələrində və obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların vəzifəli şəxslər tərəfindən pozulmasına görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.

114.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə -

minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 115. Sənaye sahələrində partlayıcı materialla rın saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması

Sənaye sahələrində və obyektlərdə partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulmasına görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 116. Elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulması

116.0. Elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasına, yəni:

116.0.1. elektrik və ya istilik qurğularında, avadanlıqlarda, enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının və ya onların texniki səviyyəsinin yüksəldilməsi və saxlanması üçün qoyulmuş tələblərin yerinə yetirilməməsinə;

116.0.2. elektrik və ya istilik enerjisinin istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və informasiyanın vaxtında təqdim olunmamasına;

116.0.3. elektrik və ya istilik qurğularının, avadanlıqların, cihazların və bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət energetika ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, həmçinin bilərəkdən yalnız ekspert rəyinin verilməsinə;

116.0.4. dövlət energetika ekspertizasının rəyi olmadan, energetika standartlarının tələblərinə cavab verməyən elektrik və ya istilik qurğularının, avadanlıqların,cihazların və bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və satışına;

116.0.5. müəssisələrin, elektrik və ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının və başqa obyektlərinin layihələşdirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaydaların və normaların və ya enerjiyə qənaət üzrə qəbul edilmiş tələblərin pozulmasına;

116.0.6. elektrik və ya istilik enerjisindən müntəzəm olaraq səmərəsiz və ya israfçılıqla istifadə olunmasına;

116.0.7. hesabat sayğacı olmadan elektrik, yaxud istilik enerjisindən istifadə edilməsinə;

116.0.8. elektrik və ya istilik enerjisindən istifadə müqaviləsində təyin edilmiş müddətdə sərf olunmuş enerjinin dəyərini ödəmədiyi üçün enerjitəchizat müəssisəsi tərəfindən şəbəkədən açılmış istehlakçının özbaşına yenidən şəbəkəyə qoşulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 117. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulması

117.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun, istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən altmış mislinədək miqdarda cərimə edilir.

117.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması nəticəsində istehlakçıları elektrik enerjisi ilə təmin etməkdə fasiləyə və ya elektrik şəbəkələrinin zədələnməsinə səbəb olmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 118. Enerjidən və qazdan məişətdə istifadə qaydalarının pozulması

Elektrik, yaxud istilik enerjisindən və ya qazdan özbaşına istifadə edilməsinə və ya elektrik, yaxud istilik enerjisindən və ya qazdan məişətdə istifadə qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

On birinci fəsil
Damazlıq, BAYTARLIQ-sanİtarİya qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

 

Maddə 119. Damazlıq işi haqqında qanunvericiliyin pozulması

119.0. Damazlıq işi haqqında qanunvericiliyin pozulmasına, yəni:

119.0.1. qüvvədə olan normativ sənədlər üzrə qiymətləndirilməmiş dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;

119.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə (standartlara) uyğun gəlməyən törədicilərdən istifadə edilməsinə;

119.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud həmin törədicilərin bilərəkdən təhrif olunmasına;

119.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;

119.0.5. xüsusi razılıq (lisenziya) olmadan damazlıq xidməti göstərilməsi ilə məşğul olmağa;

119.0.6. cinslərin rayonlaşmasına əməl edilməməsinə;

119.0.7. yerli heyvan genofonduna ziyan vurulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 120. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması

120.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:

120.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad verilməsinə;

120.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;

120.0.3. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan başqa nailiyyətin adına həddən artıq oxşar olub, onların arasında çaşqınlıq yaradılmasına;

120.0.4. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;

120.0.5. istehlakçının bilərəkdən aldadaraq patent alınmış seleksiya nailiyyətinin başqa ad altında satılmasına;

120.0.6. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;

120.0.7. dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 121. Toxumçuluq haqqında qanunvericiliyin pozulması

121.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:

121.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına;

121.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən şəhadətnaməsi və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;

121.0.3. toxumların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına;

121.0.4. lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə;

121.0.5. toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsinə;

121.0.6. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 122. Bitki karantini qaydalarının pozulması

122.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada bitki karantini obyektlərinə aid olan bitki xəstəliklərinə və ziyanvericilərinə, habelə karantin alaq otlarına qarşı mübarizə qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

122.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bitki karantini nəzarətində olan toxumların, bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx beş mislinədək miqdarda cərimə edilir.

Maddə 123. Bitki mühafizəsi qaydalarının pozulması

123.0. Bitki mühafizəsi qaydalarının pozulmasına, yəni:

123.0.1. bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı nəzərdə tutulmuş kompleks tədbirləri pozmaqla aparmaqla və ya aparmamaqla ziyanverici obyektlərin kütləvi yayılmasına və inkişafına, bununla da əkinlərə ziyan vurulmasına və onların məhv edilməsinə şərait yaradılmasına;

123.0.2. bitki mühafizə vasitələrinin istifadə edilməsi texnologiyasına və reqlamentinə riayət edilməməsi nəticəsində başqa torpaq mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və fiziki şəxslərə ziyan vurulmasına, kənd təsərrüfatı məhsullarını və ətraf mühiti pestisidlərlə və digər kütləvi vasitələrlə çirkləndirilməsinə;

123.0.3. dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin istehsalının, satışının, xaricdən gətirilməsinin və tətbiqinin təşkil edilməsinə;

123.0.4. tərkibində pestisidlərin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olan məhsulların satılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin səkkiz mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 124. Karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların daşınması

Xarici ölkələrdən gətirilmiş, karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların sərhəd, dəniz və çay limanlarından (körpülərindən), dəmir yolu stansiyalarından, avtovağzallardan (avtostansiyalardan), aeroportlardan və digər sərhəd məntəqələrindən daşınmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 125. Karantin tədbirlərinin və baytarlıq-sanitariya tələblərinin pozulması

Yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq - sanitariya tələblərinin, yaxud dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarının epizootiya əleyhinə dair qərarlarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 126. İt və pişik saxlama qaydalarının pozulması

Şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 127. Qırmızı kitaba daxil olunmuş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil olunmuş və xüsusi mühafizə olunan bitki və heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 128. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması

128.1. Zooloji kolleksiyaların yaradılmasının, zənginləşdirilməsinin, saxlanmasının, istifadəsinin, dövlət uçotuna alınmasının, Azərbaycan Respublikasına gətirilməsinin, onun hüdudlarından kənara göndərilməsinin və ya aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən beş mislinədək miqdarda cərimə edilir.

128.2. Zooloji kolleksiyalarla qanunvericiliklə müəyyən edilmiş ticarət qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 129. Heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi, onların və digər heyvanlar aləmi obyektlərinin qorunması üzrə tədbirlərin görülməməsi

129.1. Heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx beş mislinədək miqdarda cərimə edilir.

129.2. Heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikası hüdudlarından kənara göndərilməsi, aparılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

On ikinci fəsil
Hava, dənİz, çay və dəmİr yolu nəqlİyyatında olan qaydalar əleyhİnə İNZİBATİ xətalar

Maddə 130. Uçuş təhlükəsizliyi qaydalarının pozulması

130.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və nişanlı qurğulara oxşar hər hansı işarələr və qurğular yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə -

minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda cərimə edilir.

130.2. Lazımi icazə olmadan Azərbaycan Respublikasının hava sahəsində istifadə edilməsi ilə bağlı olub uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketlərin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

130.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən əlli mislinədək miqdarda cərimə edilir.

130.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

130.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

Maddə 131. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr və predmetlər daşınması və tarif qaydalarının pozulması

131.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşınması və tarif qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

131.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə -

göstərilmiş maddələri və predmetləri ödənişlə almaqla və ya onları müsadirə etməklə və ya etməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 132. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

132.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

132.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 133. Hava gəmisində davranış qaydalarının pozulması

133.1. Hava gəmisində olan şəxslərin gəmi komandirinin sərəncamlarını yerinə yetirməməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

133.2. Hava gəmisində kompüter, fotoşəkil, kinoçəkmə və radiorabitə vasitələrindən müəyyən edilmiş xüsusi istifadə qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 134. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi

Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 135. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

135.1. Dəmir yolunun, qoruyucu meşəliklərin, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli beş mislinədək miqdarda cərimə edilir.

135.2. Yük vurulması və boşaldılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən altmış beş mislinədək miqdarda cərimə edilir.

135.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli beş mislindən səksən mislinədək miqdarda cərimə edilir.

Maddə 136. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması

136.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

136.2. Qatarların vaqonlarının pəncərələrindən və qapılarından zibil və ya başqa predmetlər atılmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 137. Sərnişin vaqonlarının daxili avadanlığının, lokomotivlərin və dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin, daxili avadanlığının zədələnməsi

Sərnişin vaqonlarının şüşələrinin və ya daxili avadanlığının, lokomotivlərin, dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin və daxili avadanlığının zədələnməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 138. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

Dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 139. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

139.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda cərimə edilir.

139.2.Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 140. Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi

Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 141. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

141.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli beş mislinədək miqdarda cərimə edilir.

141.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

141.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə -

gəmi kapitanı şərti maliyyə vahidinin əlli mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 142. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

142.1. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.

142.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə -

minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 143. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsi

Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 144. Kiçik gəmilərin qeydə alınması, uçotu və istismar qaydalarının pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik gəmilərin qeydə alınması və uçotu qaydalarının və bu gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin on mislindən otuz beş mislinədək miqdarda cərimə edilir və ya kiçik gəmini idarəetmə hüququ altı aydan iki ilədək müddətə məhdudlaşdırılır.

Maddə 145. Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması

Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 146. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

146.1. Dəniz və çay nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

146.2. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və ya predmetlər aparılması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda cərimə edilir.

Maddə 147. Dəniz və çay nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

147.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda cərimə edilir.

147.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 148. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi

Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin yeddi mislindən on üç mislinədək miqdarda cərimə edilir.

Maddə 149. Nəqliyyatda biletsiz getmə

149.1. Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz getməsinə görə -

minimum əmək haqqı məbləğinin üç misli miqdarında cərimə edilir.

149.2. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.

149.3. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

149.4. Hava nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 150. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması

150.1. Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz aparılmasına görə -

minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda cərimə edilir.

150.2. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə -

minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda cərimə edilir.

150.3. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

150.4. Hava nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.

On üçüncü fəsil
Yol hərəkətİ qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

151.1. Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsinə və ya piyada keçidlərinin keçilməsinə, habelə ötmə, manevr etmə, yol ayrıcını keçmə, araməsafəsi, dayanma və durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə qaydalarının pozulmasına, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə -

minimum əmək haqqı məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda cərimə edilir.

151.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə və yaxud 3.1. "Giriş qadağandır", 3.2. "Hərəkət qadağandır" yol nişanları tələblərinin və ya sərnişin daşıma qaydalarının pozulmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə -

minimum əmək haqqı məbləğinin beş mislindən on iki mislinədək miqdarda cərimə edilir.

151.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə -

minimum əmək haqqı məbləğinin səkkiz mislindən on beş mislinədək miqdarda cərimə edilir.

151.4. Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək üçün ona sahiblik hüququ olan şəxs tərəfindən sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

minimum əmək haqqı məbləğinin on iki mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

151.5. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yəni 10 və daha çox cərimə balı toplamasına görə -

fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

151.6. Bu Məcəllənin 151.1-151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

151.7. Bu Məcəllənin 151.1-151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

 

Qeyd: Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla, 151.4-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi isə 5 balla qiymətləndirilir.

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

152.1. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə, yaxud nəqliyyat vasitəsinin vəkalətnamə olmadan (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla) idarə edilməsinə görə -

minimum əmək haqqı məbləğinin on iki mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

152.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə olunmasından sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.

152.3. Bu Məcəllənin 152.1-ci və 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

152.4. Bu Məcəllənin 152.1-ci və 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

152.5. Bu Məcəllənin 152.1-ci və 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 153. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

153.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.1.1. piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.1.2. yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə;

153.1.3. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;

153.1.4. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin üç misli miqdarında cərimə edilir.

153.2. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə -

minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir.

153.3. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.3.1. svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

153.3.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

153.3.4. sükanı tutmadan idarə edilməsinə;

153.3.5. nasaz, müəyyən olunmuş qaydada təchiz edilmədən velosipeddən istifadə etməyə;

153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına;

153.3.7. üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə -

minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir.

153.4. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.4.1.mal-qaranın yolda nəzarətsiz qoyulmasına;

153.4.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsinə;

153.4.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;

153.4.4. at arabalarını (kirşəni) idarə edərkən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;

153.4.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarının, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə -

minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir.

153.5. Bu Məcəllənin 153.1-153.4.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə -

minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda cərimə edilir.

153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

153.7. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması

154.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, vəkalətnamə və digər əsaslarla başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

154.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə -

minimum əmək haqqı məbləğinin əlli mislindən altmış mislinədək miqdarda cərimə edilir.

154.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsinə görə -

minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

154.4. Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

155.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni:

155.1.1. nəqliyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən törpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa;

155.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə;

155.1.3. nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında telefonla danışmağa;

155.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə;

155.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına;

155.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə;

155.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına;

155.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına;

155.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii-fəlakət yerlərinə getmək üçün, yaxud qanunvericilik aktı ilə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir.

155.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni:

155.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına;

155.2.2. normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə;

155.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına və ya habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə, yaxud tormoz sistemi, sükan idarə mexanizmi nasaz olan nəqliyyat vasitələrinin idarə olunmasına;

155.2.4. müvafiq icazə olmadan nəqliyyat vasitələrinin xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və yaxud operativ xidmətlərinin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz edilməsinə görə -

minimum əmək haqqı məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda cərimə edilir.

155.3. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

155.4. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

155.5. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

 

Qeyd: Bu Məcəllənin 155.3-cü maddəsində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.

Maddə 156. Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması

Qanunvericiliklə müəyyən edilmiş qaydada sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

 

Qeyd: Bu maddədə nəzərdə tutulmuş xəta 5 balla qiymətləndirilir.

Maddə 157. Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs qarşısında sığortalamaması

Nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə -

minimum əmək haqqı məbləğinin beş misli miqdarında cərimə edilir.

Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması

158.1. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılmasına, yaxud parklanma qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir.

158.2. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

158.3. Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması

Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasını görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

On dördüncü fəsil
Yol hərəkətİ təhlükəsİzlİyİnİn təmİn edİlməsİ qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

161.1. Müvafiq icazə olmadan avtomobil yollarında tikinti, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və ya yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

161.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 162. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

Avtomobil yollarının saxlanılması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 163. Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

163.0. Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:

163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə;

163.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;

163.0.3. yolların hərəkət hissəsində yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub-boşaldılmasına;

163.0.4. yollardan qum və çınqıl çıxarılmasına;

163.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılmasına;

163.0.6. mal-qaranın otarılmasına;

163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;

163.0.8. torpaqların şumlanmasına, yaşıllığın qırılmasına;

163.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;

163.0.10. kanalizasiya, sənaye və çirkli suların axıdılmasına;

163.0.11. yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;

163.0.12. sərnişin daşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı ilə razılaşdırmamasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 164. Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

164.0. Müvafiq icazə olmadan avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:

164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);

164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə;

164.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;

164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə;

164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına;

164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;

164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;

164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına;

164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;

164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə -

minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir.

166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə -

minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinәdәn, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 167. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması

Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən səkkiz mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 168. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi

İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

On beşinci fəsil
Rabİtə qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 169. Dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin qurulması və istismarı

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin və ya teleradio verilişlərinin yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrinin əldə edilməsinə, qurulmasına və ya istismarına, bu vasitələrin realizə edilməsi qaydalarının pozulmasına və radioşüalanmanın texniki normalarına riayət edilməməsinə görə -

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 170. Müvafiq icazə olmadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma

Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan rabitə şəbəkələrinə və ya vasitələrinə qoşulmağa görə -

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 171. Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı, qaydalarının pozulması

Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsinə və qeydiyyatına dair qanunla müəyyən edilmiş qaydaların pozulmasına və ya tezliklərdən bütün təyinatlı radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların işi üçün istifadə olunmasına və ya teleradio verilişlərinin qəbuluna maneələr törədilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz səksən mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 172. Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının pozulması

Rabitə vasitələrinin, xətlərinin və qurğularının qanunvericiliklə müəyyən edilmiş mühafizə qaydalarının pozulmasına və ya rabitə vasitələrinin, xətlərinin və ya kabel qurğularının zədələnməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 173. Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya yayılması

Poçt ödənişi nişanlarının (poçt markaları, markalı zərf və açıqcalar) və digər poçt ödəniş nişanlarının və başqa filateliya əşyalarının qanunsuz olaraq buraxılmasına və ya onların nəşri və dövriyyəsi qaydalarının pozulmasına görə -

inzibati xəta törədilməsinə səbəb olmuş poçt ödənişi nişanları və digər poçt ödəniş nişanları və başqa filateliya əşyaları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış beş mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 174. Rabitə xidməti qaydalarının pozulması

Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlara, norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 175. Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi və ya rabitə xidmətlərinin işə buraxılması

Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə, yaxud rabitə xidmətlərinin işə buraxılmasına görə -

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz iyirmi mislindən yüz qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 176. Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarı qaydalarının və normalarının pozulması

Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarının müəyyən edilmiş qaydalarının və normalarının pozulmasını görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 177. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi

Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 178. Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması

Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 179. Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi

Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 180. Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi

Rabitə sistemlərindən, qurğularından və xətlərindən istifadə etməklə qazanc məqsədi ilə rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə istifadə edilməsinə görə -

belə xidmətlərin göstərilməsinədə (qoşulmasında) istifadə edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

On altıncı fəsil
İnformasİyadan İstİfadə edİlməsİ, onun yayılması və mühafİzəsİ qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması

İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin doxsan mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 182. İnformasiyanın mühafizəsi qaydalarının pozulması

182.1. İnformasiyanın mühafizəsi sahəsində fəaliyyətinin lisenziya ilə nəzərdə tutulmuş şərtlərinin pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən yüz mislinədək miqdarda cərimə edilir.

182.2. Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat bazasından və bankından, habelə məlumatların qorunma vasitələrindən istifadə edilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 183. İnformasiya sistemlərinin sertifikatlaşdırılmaması

Fiziki şəxslərin və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemlərinin, məlumat bazasının və bankının, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanlarının, müəssisələrin və təşkilatlarının informasiya sistemlərinin, yaxud bu sistemlərin mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmamasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən yüz yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 184. Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsi və ya istehsalı

Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsinə və ya istehsalına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz otuz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 185. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma

Kütləvi informasiya vasitələri məhsullarının müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının parakәndә satışına qanunvericiliklə nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 186. Jurnalistlərin hüquqlarının pozulması

186.1. Qanunvericiliklə müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə -

minimum əmək haqqı məbləğinin qırx mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

186.2. Qanunvericiliklə qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə -

minimum əmək haqqı məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 187. Teleradio verilişlərindən (proqramlarından istifadə) qaydalarını pozma

187.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

187.2. Teleradio təşkilatlarının icazəsi olmadan onların verilişlərindən (proqramlarından) istifadə etməyə və ya mülkiyyətçidən icazəsiz verilişləri köçürüb çoxaltmağa və ya satmağa, yaxud kütləvi şəkildə nümayiş etdirməyə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 188. Kütləvi informasiya vasitələrinə sponsorluq etmə

Reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə sponsorluğa görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 189. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə

189.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:

189.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açmağa;

189.0.2. mətbu nəşrdə çap olunan materialların qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;

189.0.3. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;

189.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 190. Statistik məlumatların verilməsi qaydalarının pozulması

Statistika müşahidələrinin keçirilməsi və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 191. Statistik sirrin yayılması

191.1. Statistik sirrin yayılmasına, yəni hüquqi və fiziki şəxslərin razılığı olmadan, onlar haqqında məlumatların, bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir

191.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 192. Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması

Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə olunması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya fiziki şəxslər minimum əmək haqqı məbləğinin yeddi mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

On yeddinci fəsil
Mənzİl təsərrüfatı və abadlıq qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 193. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması

193.1. Yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, eyvanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin əlli mislindən altmış mislinədək miqdarda cərimə edilir.

193.2. Yaşayış evlərini, yaşayış sahələrini istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

193.3. Yaşayış evlərinin və yaşayış sahələrinin özbaşına yenidən düzəldilməsinə, onlardan başqa məqsədlər üçün istifadəyə, yaşayış evlərinin, yaşayış sahələrinin, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 194. Özbaşına tikinti işlərinin aparılması

194.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

194.2. Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən səksən mislinədək miqdarda cərimə edilir.

Maddə 195. Bağ evlərinin tikilməsi qaydalarının pozulması

Qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan və ya qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla bağ evlərinin tikilməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması

196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:

196.0.1. xüsusi razılıq (lisenziya) olmadan şəhərsalma fəaliyyəti ilə məşğul olmağa;

196.0.2. ətraf mühitin vəziyyəti haqqında hüquqi və fiziki şəxslərin sorğularına tam məlumat verməkdən imtina etməyə;

196.0.3. şəhərsalma reqlamentlərini pozmağa;

196.0.4. şəhərsalma normalarını və qaydalarını, normativ hüquqi aktların və normativ texniki sənədlərin tələblərini pozmağa;

196.0.5. layihənin tərtibatını və təsdiq olunması qaydalarını pozmağa;

196.0.6. mühəndis-axtarış işləri aparılmadan layihələşdirmə və tikinti işlərini aparmağa;

196.0.7. baş plan, müəyyənləşdirilmiş qırmızı xətlər və tikinti tənzimləmə xətləri pozulmaqla, tikinti üçün torpaq sahələrini ayırmağa;

196.0.8. torpaq sahələrindən və digər daşınmaz əmlak obyektlərindən icazəsiz istifadə etməyə;

196.0.9. dövlət tərəfindən xüsusi tənzimlənən zonaların rejiminə əməl etməməyə və onların ərazilərindən təyinatı üzrə istifadə etməməyə;

196.0.10. tikintisi başa çatmış bina və qurğuların istifadəyə verilməsi və istismar olunması qaydalarını pozmağa;

196.0.11. dövlət ekspertizası aparılmadan şəhərsalma sənədlərini təsdiq etməyə;

196.0.12. şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarət edən orqanların fəaliyyətinə maneçilik törətməyə və həmin orqanların göstərişlərinə əməl etməyə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 197. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 198. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların zədələnməsi və ya özbaşına qırılması

Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların hər cür zədələnməsinə, yəni tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların özbaşına qırılmasına və ya başqa yerlərə keçirilməsinə, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməyə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.

On səkkizinci fəsil
İqtİsadİ fəalİyyət qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 199. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə, bu az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -

fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz iyirmi mislindən yüz altmış mislinədək miqdarda cərimə edilir.

 

Qeyd: Bu Məcəllənin 199-205-ci və 221.1-ci maddələrində "az miqdarda ziyan vurduqda" dedikdə, minimum əmək haqqı məbləğinin min mislinədək olan miqdarı başa düşülür.

Maddə 200. Yalançı sahibkarlıq

Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə, bu az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 201. Saxta müflisləşmə

Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz on mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 202. Qəsdən müflisləşmə

Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış beş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz altmış mislindən iki yüz qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 203. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi

Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş beş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi

Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 205. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi

Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz otuz mislindən yüz yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 206. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulması

206.0. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulmasına, yəni:

206.0.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, yaxud emitent tərəfindən açıqlanması (dərc edilməsi) qanunla nəzərdə tutulan məlumatların açıqlanmamasına, onların açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə;

206.0.2. qiymətli kağızların emissiyasının keçirilməsi üçün müəyyən edilmiş tələblərin emitent tərəfindən pozulmasına və ya emitentin buraxılışı dayandırılmış qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlər bağlamasına;

206.0.3. qiymətli kağızlar sahiblərinin reyestrinə yazıların daxil edilməsindən qanunsuz olaraq imtina edilməsinə və ya reyestrə dürüst olmayan məlumatların daxil edilməsinə və ya reyestrdən çıxarışın verilməsi müddətlərinin pozulmasına, reyestr saxlayıcısının, qiymətli kağızlar sahibinin və ya onun adından fəaliyyət göstərən şəxsin, yaxud qiymətli kağızların nominal saxlayıcısının digər qanuni tələblərini yerinə yetirməməsinə;

206.0.4. gəlirlərin ödənilməsi üçün emitentin öhdəlik daşımadığı qiymətli kağızlara görə peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə;

206.0.5. qiymətli kağızların buraxılışı zamanı emitent tərəfindən dürüst olmayan və təhrif olunmuş məlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına;

206.0.6. qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş həcmdə və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə;

206.0.7. buraxılışı dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsinə, reklam edilməsinə və istənilən formada investorlara təklif edilməsinə, onlarla əqdlərin bağlanmasına;

206.0.8. dövlət qeydiyyatından və əlavə qeydiyyatdan keçirilməsi qanunla nəzərdə tutulan qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 207. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulması

Qiymətli kağızların buraxılması (emissiyası), qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 208. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması

Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 209. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması

Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 210. Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulması

Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 211. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması

Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 212. Xidməti məlumatdan qanunsuz istifadə

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısının işçisi tərəfindən xidməti məlumatdan öz mənafeyi üçün istifadə edilməsinə və ya həmin məlumatın əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 213. Hesabatın verilməsindən imtina etmə və ya yayınma

Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə təqdim edilməli olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud onların təqdim edilməsi müddətinin pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 214. Məlumatların açıqlanması qaydalarının pozulması

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya emitent tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin doxsan mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması

Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması

Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun və digər girovun dövlət qeydiyyatına alınması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 217. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması

Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 218. Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması

Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta və təminat standartlarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 219. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə

Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 220. Səhmdarın hüquqlarının pozulması

Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 221. Reklam haqqında qanunvericiliyin pozulması

221.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz altmış mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitələrində reklamın yayılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin üç mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 222. Valyuta tənzimi qaydalarının pozulması

222.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

222.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən səksən mislinədək miqdarda cərimə edilir.

Maddə 223. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması

Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirlərini təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən əlli beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

 

Qeyd: Bu maddədə "az miqdarda ziyan vurduqda" dedikdə, minimum əmək haqqı məbləğinin yeddi min mislinədək olan miqdarı başa düşülür.

 

On doqquzuncu fəsil
Tİcarət qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 224. Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)

Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 225. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması

225.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və ya temperatur rejiminə əməl edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

225.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 226. Qiymət intizamının pozulması

Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və ya işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 227. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması

Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 228. İstehlakçıların hüquqlarının pozulması

228.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:

228.0.1. məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması və saxlanması, onların işlədilməsi qaydalarının pozulmasına;

228.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;

228.0.3. normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

228.0.4. məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış malların satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

228.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun buraxılmasına və ya satılmasına, işin (xidmətin) görülməsinə;

228.0.6. qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların satılmasına;

228.0.7. lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericiliklə müəyyən edilmiş təhlükəli malların satılmasına;

228.0.8. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;

228.0.9. sertifikatlaşdırılmış malların, işlərin (xidmətlərin) sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrinin aparılmamasına;

228.0.10. dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına;

228.0.11. müəyyən edilmiş qaydada müvafiq icazə almadan mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə və yoxlanmasına, habelə yoxlama metodlarının və qaydalarının pozulmasına;

228.0.12. ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 229. Aksiz markası olmayan məhsulların (malların) satılması

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılmasına və ya saxlanmasına görə -

markasız satılan məhsullar (mallar) müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 230. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması

230.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.

230.2. Aptek təşkilatlarında dərman vasitələri və onların istehsalında istifadə olunan kimyəvi və başqa maddələr, tibb ləvazimatları, ətriyyat-kosmetika, şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən qırx beş mislinədək miqdarda cərimə edilir.

Maddə 231. İstehlakçıları aldatma

Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

 

Qeyd: Bu maddədə "az miqdarda olduqda" dedikdə, minimum əmək haqqı məbləğinin qırx mislinədək olan miqdarı başa düşülür.

Maddə 232. Mülki silahın satış qaydasının pozulması

Ticarət müəssisələri (təşkilatları) işçilərinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından icazəsi olmayan fiziki şəxslərə, müəssisə, idarə və təşkilatlara mülki silahı və onun üçün döyüş sursatı satmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 233. Mülki silahın saxlanması üçün icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması

Vətəndaşların mülki silahının və döyüş sursatının saxlaması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən icazə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, onların bu silahı satmaqdan boyun qaçırmasına görə -

silah və döyüş sursatı ödənişlə alınır və minimum əmək haqqı məbləğinin səkkiz mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 234. Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma

Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı almağa və ya satmağa görə, bu az miqdarda olduqda -

minimum əmək haqqı məbləğinin otuz mislindən altmış mislinədək miqdarda cərimə edilir.

 

Qeyd: Bu maddədə "az miqdarda olduqda" dedikdə, minimum əmək haqqı məbləğinin min mislinədək olan miqdarı başa düşülür.

Maddə 235. Müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 236. Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması

236.1. Ticarət və ya ictimai iaşə müәssislәrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin on mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

236.2. Ticarət və ya ictimai iaşə müәssislәrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 237. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı

Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 238. Qiymətli metallardan və ya qiymətli, yarımqiymətli daş-qaşlardan və onlardan hazırlanmış məmulatların qəbulu, saxlanılması, pərakəndə satışı və uçotu qaydalarının pozulması

Qiymətli metallardan və ya qiymətli, yarımqiymətli daş-qaşlardan və onlardan hazırlanmış məmulatların qəbulu, saxlanılması, pərakəndə satışı və uçotu qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 239. Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulması

Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin on mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 240. Malların alğı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulması

Malların alğı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 241. Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulması

Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 242. Xüsusi razılıq (lisenziya) olmadan ticarət fəaliyyətilə məşğul olma və ya lisenziya şərtlərini pozma

Xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan ticarət fəaliyyəti ilə məşğul olmağa və ya lisenziya şərtlərini pozmağa görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir.

İyirminci fəsil
Vergİlərİn, rüsumların ödənİlməsİ, malİyyə və sığorta qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 243. Birdəfəlik rüsumun ödənilməsi və alınması qaydalarının pozulması

Bazarlarda, yarmarkalarda, yaxud malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışı üçün xüsusi olaraq ayrılmış digər yerlərdə birdəfəlik rüsumun düzgün, vaxtında alınmasının və ödənilməsinin təmin edilməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 244. Vergiləri ödəməkdən yayınma

244.1. Az miqdarda vergilərdən yayınmaq məqsədi ilə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatların bəyannamədə və ya mühasibat sənədlərində göstərilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

244.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılmamasına və ya vergilərin və digər icbari ödənişlərin düzgün hesablanmamasına və ya az miqdarda hesablanmış vergilərin və icbari ödənişlərin büdcəyə ödənilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

244.3. Az miqdarda əlavə dəyər vergisini ödəməkdən yayınmağa, yəni:

244.3.1. əlavə dəyər vergisi üzrə müəyyən edilmiş hallarda qeydiyyatın məcburi olduğu halda qeydiyyatsız fəaliyyət göstərilməsinə;

244.3.2. əlavə dəyər vergisinin hesab-fakturasının verilməməsinə və ya əlavə dəyər vergisi məbləğinin azaldılmasına, yaxud əvəzləşdirmə məbləğinin artırılmasına səbəb olan əlavə dəyər vergisinin hesab-fakturasının düzgün verilməməsinə;

244.3.3. əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmamış şəxsin əlavə dəyər vergisinin hesab-fakturasını yazdığına görə büdcəyə ödənilməli olan, ancaq ödənilməmiş vergiyə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

 

Qeyd: Bu Məcəllənin 244.1-ci maddəsində "az miqdarda" dedikdə, minimum əmək haqqı məbləğinin iki min mislinədək olan miqdarı başa düşülür.

Maddə 245. Ödəmə mənbəyində verginin tutulmaması

Ödəmə mənbəyində vergini tutmadan ödəmənin həyata keçirilməsinə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 246. Vergilərin və digər icbari ödənişlərin vaxtında ödənilməməsi və ya mühasibat uçotunun aparılması qaydalarının pozulması

Az miqdarda vergilərin və digər icbari ödənişlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə və ya mühasibat uçotunun aparılmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 247. Mühasibat hesabatlarının və vergi deklarasiyalarının təqdim edilməməsi

Az miqdarda vergilərdən yayınmaq məqsədi ilə mühasibat hesabatlarının, balanslarının, vergi deklarasiyalarının, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 248. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması

Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxsləri tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 249. Vergilərin və ya icbari ödənişlərin hesabdan silinməsi qaydalarının pozulması

Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına əməl olunmamasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 250. Bank hesablarının açılması və maliyyə əməliyyatlarının aparılması qaydalarının pozulması

Uçot vahidlərinin dövlət reyestrində qeydə alınmayan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini almayan hüquqi şəxslər üçün bank hesabının açılmasına və ya maliyyə əməliyyatlarının aparılmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 251. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında uçotadurma və eyniləşdirmə nömrələrinin alınması qaydalarının pozulması

Qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında uçota durmamağa və ya eyniləşdirmə nömrəsini almamağa görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 252. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması

252.0. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni:

252.0.1. nəzarət-kassa aparatları tətbiq edilmədən və ya vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına;

252.0.2. nasaz nəzarət-kassa aparatlarından istifadə edilməklə əhali ilə pul hesablaşmalarının aparılmasına və ya bu səbəbdən nəzarət-kassa aparatından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına;

252.0.3. alıcıya çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə çek verilməsinə;

252.0.4.maliyyə hesabatı kimi istifadə olunan ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan sənədlərdən istifadə etməklə pul hesablaşmalarının aparılmasına, habelə ödənilmiş məbləğdən aşağı məbləğ göstərilən sənədin alıcıya təqdim edilməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 253. Sığorta müqaviləsi bağlamaq üçün fiziki və hüquqi şəxslərə onların hüquq və vəzifələri haqqında çaşdırıcı və ya aldadıcı məlumatların verilməsi

Sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə onların hüquqları və vəzifələri haqqında çaşdırıcı və ya aldadıcı məlumatların verilməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 254. Qanunsuz sığorta və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olma

Xüsusi razılıq (lisenziya) olmadan sığorta və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmağa görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 255. Aktuari və sığorta ekspertinin fəaliyyət göstərməsi qaydalarının pozulması

Aktuarı və sığorta ekspertinin qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq fəaliyyət göstərməməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 256. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına vəsait köçürməmə

Vergi ödədikdən sonra öz sərəncamında qalan mənfəətin bir faizi həcmində vəsaitin sığortaçılar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına ödənilməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər ödənilməmiş vəsaitin əlli faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 257. Uçotun və hesabatın təqdim edilməməsi və ya onların təqdim edilməsi qaydalarının pozulması

Rüblük və illik hesabat zamanı sığortaçının filiallarının hesabatlarını nəzərə almaqla ümumiləşmiş mühasibat balansı barədə hesabat təqdim edilməməsinə və ya sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə hesabatların və digər məlumatların tərtib edilməsi qaydalarının pozulmasına görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

İyirmi birinci fəsil
Gömrük qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 258. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

 

Qeyd: Bu Məcəllənin 258-260-cı maddələrində və 261.1-ci maddəsində "az miqdarda olduqda" dedikdə minimum əmək haqqı məbləğinin dörd min mislinədək olan miqdarı, 262-ci maddəsində "az miqdarda olduqda" dedikdə minimum əmək haqqı məbləğinin iyirmi min mislinədək olan miqdarı, 290-cı maddəsində "az miqdarda olduqda" dedikdə isə minimum əmək haqqı məbləğinin iki min mislinədək olan miqdarı başa düşülür.

Maddə 259. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsi

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməsinə, yaxud bir qəbildən olan malların digər şəklə salınmasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 260. Sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər təqdim edilməsinə və ya saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 261. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi

261.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsinə və ya düzgün bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

261.2. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi, onların tələb olunan gömrük rejimi altında yerləşdirilməsi, gömrük ödənişlərinin məbləği haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 262. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması

Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin beş faizindən əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 263. Gömrük nəzarəti zonası rejiminin pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə pozmağa görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən otuz beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz on mislinədək miqdarda cərimə edilir.

Maddə 264. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi

Əgər belə məlumat qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmışsa, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxta çatdırılmamasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 265. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı tədbir görülməməsi

265.0. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməməsinə, yəni:

265.0.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmaq üçün qəbul edilmiş və ya tranzitlə keçirilən malların və nəqliyyat vasitələrinin qorunmasının təmin edilməməsinə;

265.0.2. icazə olmadan onlardan istifadəyə yol verilməsinə;

265.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına işin halları, malların və nəqliyyat vasitələrinin olduğu yer barədə məlumatın verilməməsinə;

265.0.4. ən yaxın olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına malların və nəqliyyat vasitələrinin daşınmasının təmin edilməməsinə;

265.0.5. malların və nəqliyyat vasitələrinin olduğu yerə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin gətirilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iki faizindən on faizinədək miqdarda cərimə edilir.

Maddə 266. Malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması

266.1. Gömrük nəzarəti altında olan malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətə çatdırılmamasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on mislindən qırx mislinədək miqdarda cərimə edilir, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən yüz mislinədək miqdarda cərimə edilir.

266.2. Gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilmək üçün qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin itirilməsinə və ya çatdırılmamasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən qırx mislinədək miqdarda cərimə edilir.

266.3. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsinə və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmamasına, yaxud itirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 267. Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə təqdim edilməməsi və onlara aid sənədlərin verilməməsi

Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə təqdim edilməməsinə və onlara aid sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 268. Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması

Azərbaycan Respublikasının gömrük sərhədindən keçən nəqliyyat vasitələrinin və ya mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə saxlanılmamasına, yaxud gömrük nəzarəti altında olan nəqliyyat vasitəsinin və ya mal qismində olan nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan dayandığı yerdən yola salınmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on mislindən əlli mislinədək miqdarda cərimə edilir, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 269. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma

Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və digər üzən vasitələrin yan almasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 270. Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulması

Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi barədə qanunvericiliklə müəyyən edilməmiş iddialar irəli sürülməsinə, yaxud gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on mislindən əlli mislinədək miqdarda cərimə edilir, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 271. Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə aparılan qanunsuz əməliyyatlar, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi

Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş tələbləri və şərtləri pozmaqla aparılan əməliyyatlara və ya onların vəziyyətinin dəyişdirilməsinə, yaxud onlardan istifadə edilməsinə və onlar üzərində sərəncam verilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 272. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan aparılan yük əməliyyatları və digər əməliyyatlar

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 273. Eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, məhv edilməsi, zədələnməsi və ya itirilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin dəyişdirilməsinə, məhv edilməsinə, zədələnməsinə və ya itirilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 274. Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması

Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulmasına, yəni bəyanetmə forması və yeri barədə, onun icra prosedurası barədə (o cümlədən bəyanetmə zamanı müvəqqəti, natamam, yaxud dövri bəyannamədən istifadə edilməsi barədə) qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 275. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gömrük bəyannaməsinin, sənədlərin və əlavə məlumatların təqdim edilməsi müddətinin pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi müddətlərdə mallara və nəqliyyat vasitələrinə aid olan gömrük bəyannaməsinin və ya gömrük məqsədləri üçün tələb olunan digər sənədlərin və əlavə məlumatların təqdim edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 276. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti keçirilməsi üçün əraziyə və binalara daxil olmasına maneçilik törədilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin, həmin nəzarətin həyata keçirilməsi üçün zəruri sənədlərin ola biləcəyi binaya və ya əraziyə, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunmuş fəaliyyətin həyata keçirildiyi binaya və əraziyə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmasına maneçilik törədilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 277. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edilməməsi və ya uçot aparılması qaydasına riayət edilməməsi

Gömrük nəzarəti altında olan, yaxud sərbəst gömrük zonalarının ərazilərinə və sərbəst anbarlara gətirilən, aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat verilməməsinə və ya həmin malların uçotunun aparılması qaydasının pozulmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iyirmi mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 278. Müvəqqəti saxlanc anbarı rejiminin pozulması

Müvəqqəti saxlanc anbarında yerləşmə müddəti müəyyən olunmuş son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin gömrük rejiminə müvafiq olaraq buraxılmasının və ya sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlər görülməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 279. Malların saxlanca qoyulması və onlarla əməliyyatların aparılması qaydalarının pozulması

Malların saxlanca qoyulması və onların saxlanma qaydasının və müddətlərinin və ya gömrük anbarlarında, müvəqqəti saxlanc və sərbəst anbarlarda mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 280. Malların emal edilməsi qaydasının pozulması

Malların emal edilməsi qaydasının pozulmasına, yəni malların emalına lisenziya verilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat miqdarı, emal mәhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmasına görə -

inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 281. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi, binaların, tikililərin və qurğuların tikilməsi qaydasının pozulması

Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi qaydasının pozulmasına, yaxud sərbəst gömrük zonalarında qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla binaların, tikililərin və qurğuların tikilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 282. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması

282.1. Müəyyən olunmuş müddətlərdə əvvəllər gətirilmiş malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına, əgər bu cür aparılma və ya qaytarılma məcburidirsə, əvvəllər aparılmış malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamasına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

282.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına geri aparılmanı və geri gətirilməni təsdiq edən, yaxud malların və nəqliyyat vasitələrinin qəza və ya qarşısıalınmaz qüvvənin təsiri, təbii aşınma və ya itki, yaxud xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qanunsuz hesab edilən hərəkətləri ilə əlaqədar sahiblikdən çıxması nəticəsində geri aparılmanın və geri gətirilmənin qeyri-mümkünlüyünü təsdiq edən etibarsız sənədlər təqdim edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 283. Malların məhv edilməsi qaydasının pozulması

Malların məhv edilməsi qaydasının pozulmasına, yəni malların məhv edilməsi və ya onların məhv edilməsi nəticəsində yaranmış tullantıların müvafiq gömrük rejimi altında yerləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə və şərtlərə əməl edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən əlli beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 284. Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi

Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə onların gömrük rejiminə uyğun olmayan əməliyyatların aparılmasına, onların vəziyyətinin dəyişdirilməsinə onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə, yaxud gömrük rejiminin qanunvericiliklə müəyyən edilən digər məhdudiyyətlərinə, tələblərinə və şərtlərinə əməl edilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 285. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən iqtisadi siyasət tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi

Barəsində qanunvericiliklə müəyyən edilən iqtisadi siyasət tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 286. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsi

İstehsal və digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 287. Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi

Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük nəzarətindən kənar və ya həmin nəzarətdən gizlədilərək və ya sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə və ya bəyan edilmədən və ya düzgün bəyan edilmədən, yaxud gömrük qaydalarının digər şəkildə pozulması yolu ilə gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və ya onlar üzərində sərəncam verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan barəsində gömrük ödənişləri üzrə güzəştlər verilmiş və güzəştlər verilməsi ilə bağlı olmayan digər məqsədlərlə istifadə olunmuş, yaxud özgəninkiləşdirilmiş malların və nəqliyyat vasitələrinin daşınmasına, saxlanmasına və əldə edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 288. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan istifadə edilməsi və onlar üzərində sərəncam vermə qaydasının pozulması

Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və onların üzərində sərəncam verilməsinə görə -

gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizdən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 289. Gömrük ödənişlərindən qanunsuz azad edilməsi, onların azaldılması və ya ödənilməsi müddətlərinin pozulması

289.1. Gömrük bəyannaməsində və gömrük məqsədləri üçün zəruri olan digər sənədlərdə gömrük ödənişlərindən azad etməyə və ya onların məbləğinin azaldılmasına əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük rejimi, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların bəyan edilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

289.2. Gömrük ödənişlərinin ödənilməsinin qanunvericiliklə müəyyən edilmiş müddətini pozmağa görə -

ödənilməli olan gömrük ödənişlərinin mәblәğinin əlli faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 290. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -

ödənilməli olan gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 291. Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclər və digər müavinətlər alınmasına, yaxud müvafiq əsaslar olmadan onların qaytarılmamasına yönəlmiş hərəkətlər

Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclərin və digər müavinətlərin alınmasına və ya qanunvericiliklə müəyyən olunmuş əsaslar olmadan onların qaytarılmamasına, yaxud tam olmayan həcmdə qaytarılmasına hüquq verən və özündə doğru olmayan məlumatları əks etdirən sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 292. Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi

Banklar və digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 293. İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalı

İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 294. Gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması

294.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsinə görə -

minimum əmək haqqı məbləğinin yüz mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

294.2. Gömrük brokeri və ya onun işçilərinin qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 295. Gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyətinin şərtlərinin pozulması

295.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə -

minimum əmək haqqı məbləğinin əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

295.2. Gömrük daşıyıcısı və ya onun işçilərinin qanunvericiliklə mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etməsinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük daşıyıcısı kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilən digər şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

İyirmi ikinci fəsil
İctİmaİ qayda, İctİmaİ təhlükəsİzlİk və İctİmaİ mənəvİyyat əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 296. Xırda xuliqanlıq

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur..

Maddə 297. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti

On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə -

valideynlər və ya onları əvəz edən şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 298. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması

Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin yeddi mislindən on üç mislinədək miqdarda cərimə edilir.

Maddə 299. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması

299.0. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni:

299.0.1. dini qurumların müvafiq dövlət orqanlarında qeyd etdirməkdən onun rəhbərlərinin boyun qaçırmasına;

299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına;

299.0.3. ruhanilәr və dini birliklərin üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə

- fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 300. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə -

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Maddə 301. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulması

301.0. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulmasına, yəni:

301.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin və bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına;

301.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər və digər kütləvi tədbirlər keçirilməsinin, tətillərin qadağan edilməsinin pozulmasına;

301.0.3. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə;

301.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsinin pozulmasına;

301.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılmasına, səs ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik törədilməsinə;

301.0.6. fiziki şəxslərin toplaşdığı yerlərdə sənədlərin yoxlanmasına, müstəsna hallarda isə, fiziki şəxslərə silah olması barədə məlumat olduqda, şəxsi yoxlama aparılmasına, əşyaların və nəqliyyat vasitələrinin yoxlanmasına maneçilik törədilməsinə;

301.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, spirtli içkilər gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına;

301.0.8. müstəsna hallarda fiziki şəxslərdə odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə;

301.0.9. karantin tələblərinin, epidemiya və epizootiyaya qarşı digər məcburi sanitariya tədbirlərinin pozulmasına;

301.0.10. müstəsna hallarda, təxirəsalınmaz qəzadanxilasetmə işləri aparmaq üçün təhlüksizliyini hökmən təmin etmək şərtilə, əmək qabiliyyətli əhalinin və fiziki şəxslərin nəqliyyat vasitələrinin səfərbərliyə alınmasına maneçilik törədilməsinə;

301.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on səkkiz mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 302. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi

302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

302.2. Yanğına qarşı xüsusi rejim şəraitində törədilmiş eyni hərəkətlərə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

302.3. İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin (trasların) ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 303. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının pozulması

303.0. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının pozulmasına, yəni:

303.0.1. sertifikatlaşdırılması məcburi olan, lakin sertifikatlaşdırılmamış malların buraxılmasına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

303.0.2. yanğın təhlükəsizliyinə dair qüvvədə olan standartların və digər normativ sənədlərin tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya satılmasına görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 304. Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olma, yaxud lisenziyada müəyyən edilmiş şərtləri pozma

Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olmağa, yaxud lisenziyada müəyyən edilmiş şərtləri pozmağa görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 305. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma

Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə -

silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 306. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması

Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 307. Yetkinlik yaşına çatmayanların sərxoşluq vəziyyətinə gətirilməsi

Yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 308. Fahişəliklə məşğul olma

Fahişəliklə məşğul olmağa görə -

minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 309. Qumar oyunu

Pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə -

oyun ləvazimatı, habelə qumara qoyulmuş pul, şey və başqa sərvətlər müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

İyirmi üçüncü fəsil
İdarəçİlİk qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 310. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama

310.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törәdәnin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

310.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törәdәnin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 311. Məhkəməyə hörmətsizlik göstərilməsi

Məhkəmə iclası zamanı şahidin, zərərçəkən şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 312. Andlı iclasçının məhkəməyə gəlməsinə mane olma

Andlı iclasçıya tapşırılmış vəzifələrin yerinə yetirilməsi üçün onun məhkəməyə gəlməsinə vəzifəli şəxs tərəfindən hər hansı bəhanə ilə maneçilik törədilməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən səksən mislinədək miqdarda cərimə edilir.

Maddə 313. Mәhkәmәnin xüsusi qərardadı (qərarı) və ya hakimin təqdimatı üzrə tədbirlər görülməməsi

Məhkəmənin xüsusi qərardadının (qərarının) və ya hakimin təqdimatının vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 314. Bilə-bilə yalan izahat və ya rəy vermə

İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə səhv tərcümə etməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 315. Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina etmə

315.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

315.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin (şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 316. Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsi

316.1. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

316.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olduqda ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların, qurğuların istismarının, tamamilə və ya qismən dayandırılması barədə verilmiş qərarların icra edilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş beş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 317. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının göstərişlərinin yerinə yetirilməsi

Məhsulların realizə edilməsinin (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 318. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi

Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın və ya bu orqanların vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri digər qərarların yerinə yetirilməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 319. Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi

Ətraf mühitin mühafizəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 320. Qaz təchizatı üzərində nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin qırx beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz mislindən iki yüz otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 321. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının pozulması

321.1. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməsinə görə -

minimum əmək haqqı məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

321.2. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə -

minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

321.3. Bədbəxt hadisənin tədqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin altmış beş mislindən yetmiş beş mislinədək miqdarda cərimə edilir.

Maddə 322. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması

322.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına, texnologiyaların tətbiqinə yol verilməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

322.2. İnsanın sağlamlığına olan təsiri müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə -

minimum əmək haqqı məbləğinin əlli mislindən altmış mislinədək miqdarda cərimə edilir.

322.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılmasına görə -

minimum əmək haqqı məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

322.4. Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan istismara verilməsinə görə -

minimum əmək haqqı məbləğinin səksən mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 323. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələbləri yerinə yetirməmə

İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında səlahiyyətli vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş tələblərini yerinə yetirməməyə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən altmış mislinədək miqdarda cərimə edilir.

Maddə 324. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma

324.1. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların keçirilməsinə maneçilik edilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud bu orqanların vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri tələbnamələrin (qərarların) yerinə yetirilməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

324.2. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, emitent, yaxud özü-özünü tənzimləyən təşkilat tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 325. Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş tələblərinin yerinə yetirilməməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 326. Gömrük işi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

Gömrük işində qanunvericiliklə müəyyən edilmiş tələblərin müəssisənin, idarənin və ya təşkilatın vəzifəli şəxsləri və ya digər işçiləri tərəfindən yerinə yetirilməməsinə, eləcə də müəssisələr, idarələr və təşkilatlar üçün mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən fiziki şəxsin, gömrük qaydalarının pozulmasına görə göstərilən idarələr, müəssisələr və təşkilatlar məsuliyyətə cəlb edildiyi hallarda, həmin tələbləri yerinə yetirməməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 327. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması

327.1. Fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda cərimə edilir.

327.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə -

minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 328. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma

Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 329. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama

Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir.

Maddə 330. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə -

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Maddə 331. Şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsi və ya qəsdən korlanması

Şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

Maddə 332. Şəxsiyyət vəsiqəsinin və ya pasportun verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi

Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə -

minimum əmək haqqı məbləğinin səksən beş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 333. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması

Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə -

minimum əmək haqqı məbləğinin səksən mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 334. Sərhədboyu rejiminin pozulması

334.1. Sərhədboyu zonaya daxil olma və ya orada yaşama, yaxud qeydiyyata alınma qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda cərimə edilir.

334.2. Sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 335. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejiminin pozulması

Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -

gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

Maddə 336. Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması

Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə -

vətəndaşlar minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Maddə 337. Qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək

Pasportsuz, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan və ya sərhəd nəzarət məntəqəsindən keçmədən Azərbaycan Respublikasının ərazisinə gəlməyə və ya Azərbaycan Respublikasından getməyə görə -

vətəndaşlar minimum əmək haqqı məbləğinin on beş mislindən on iyirmi beş mislinədək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Maddə 338. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi kömək göstərilməməsi

Diplomatik və ya xidməti pasport sahibinə zəruri hallarda kömək və havadarlıq göstərilməməsinə görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli beş mislindən səksən mislinədək miqdarda cərimə edilir.

Maddə 339. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması

339.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulmasına, yəni:

339.1.1. Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşamasına;

339.1.2. etibarsız sayılan sənədlərlə yaşamasına;

339.1.3. işə düzələrkən müəyyən edilmiş qaydaları pozmasına, qeydəalınma və ya yazılma, yaxud bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün müəyyən olunmuş qaydaya əməl etməməsinə;

339.1.4. qanunvericiliklə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;

339.1.5. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -

əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

339.2. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən və ya onlara xidmət göstərilməsini və işə qəbul olunmasını təmin edən, onların Azərbaycan Respublikasında olması və Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında yaşama, bir yerdən başqa yerə getmə və yaşayış yerini dəyişdirmə hüququ verən sənədlərin tərtib olunmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə -

vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin əlli mislindən səksən mislinədək miqdarda cərimə edilir.

Maddə 340. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi

Şəxsi işlərə görə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara yaşayış sahəsi vermiş vətəndaşlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 341. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər

Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə, yaxud ordenin, medalın, fəxri ad döş nişanının qanunsuz saxlanmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə edilir.

Maddə 342. Qızıl Xaç və Qızıl Aypara nişanlarından qanunsuz istifadə etmə

Qızıl Xaç və Qızıl Aypara nişanlarından istifadə etmək hüququ olamayan şəxslər tərəfindən bu nişanlardan istifadə etməyə görə, bu hərəkətlər hərbi əməliyyat rayonunda törədilmədikdə -

fiziki şəxslər minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz iyirmi mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 343. Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və istintaq təcridxanalarında saxlanan şəxslərə qadağan edilmiş əşya və malların verilməsi

Alkoqollu içkilərin, güclü təsir göstərən maddələrin, pulun verilməsinə və ya əşya və malların cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və istintaq təcridxanalarında saxlanan şəxslərə yoxlamadan gizlətməklə hər hansı üsulla verilməsinə və ya verməyə cəhd etməyə görə -

inzibati xətanın törədilməsində bilavasitə obyekt olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 344. Mülki silahı qeydiyyata aldırma (yenidən qeydiyyata aldırma) qaydalarının pozulması

Mülki silahın qeydiyyata aldırma (yenidən qeydiyyata aldırması) üçün müəyyən olunmuş qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 345. Müəssisələrin, idarələrin və təşkilatların işçiləri tərəfindən xidməti silahın saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması

Müəssisə, idarə və təşkilatların xidməti silahı və döyüş sursatını daşımaq və saxlamaq üçün məsul olan işçilərinin bunların saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarını pozmağa görə -

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.

Maddə 346. Mülki silahın və döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması

346.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından icazə almış şəxslər tərəfindən mülki silahın və döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə -

silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 347. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi və ya məhv edilməsi qaydalarının pozulması

Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, ixracının kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

silah müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

Maddə 348. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması

Bu Məcəllənin 132.1, 139.2 və 147.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə -

minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

İyirmi dördüncü fəsil
Hərbİ uçot qaydaları əleyhİnə olan İNZİBATİ xətalar

Maddə 349. Çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahısının hərbi komissarlıqlara təqdim edilməməsi

Çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahısının müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri və ev sahibləri tərəfindən müvafiq şəhər, rayon, şəhərdə rayon hərbi komissarlıqlara təqdim olunmamasına görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 350. Çağırış üzrə hərbi komissarlığa gəlməmək

Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi üçün üzrlü səbəblər olmadan çağırış üzrə hərbi komissarlığa gəlməməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə edilir.

Maddə 351. Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında onlara xəbər verilməsinin təmin edilməməsi

Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında hərbi komissarlıqların tələbi üzrə onlara xəbər verilməsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün mәsuliyyәt daşıyan digər vəzifəli şəxsləri tərəfindən təmin edilməməsinə, yaxud vətəndaşların çağırış məntəqələrinə və toplanış məntəqələrinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə -

minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 352. Hərbi vəzifəlilərin və çağırışçıların ilkin uçotunu aparmaq üçün lazım olan sənədlərin vaxtında verilməməsi

Mənzil-istismar təşkilatlarının və evləri istismar edən başqa təşkilatların mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri habelə ev sahibləri tərəfindən hərbi komissarlıqlara, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçota qəbulunun uçotdan çıxarılmasının rəsmiləşdirilməsi və ya uçot məlumatının tutuşdurulması üçün lazım olan sənədlərin müvafiq hərbi komissarlıqlara vaxtında təqdim etməmələrinə görə -

minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

Maddə 353. Hərbi vəzifəlilər və çağırışçılar haqqında məlumatların bildirilməməsi

353.1. Əlillik qrupundan asılı olmayaraq, əlil hesab edilmiş bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində məlumatların hərbi komissarlıqlara bildirmək vəzifəsi həvalə edilən tibbi-sosial ekspert komissiyalarının vəzifəli şəxsləri tərəfindən belə məlumatların bildirilməməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş y mislindən qırx beş mislinədək miqdarda cərimə edilir.

353.2. Hərbi vəzifəlilərin və çağırışçıların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi barədə, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının vəzifəli şəxsləri tərəfindən, rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına məlumat verilməməsinə görə -

minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 354. Hərbi uçot qaydalarının pozulması

Hərbi vəzifəlilərin və çağırışçıların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hərbi uçot qaydalarını pozmasına, habelə çağırış üzrə hərbi komissarlığa üzrlü səbəblər olmadan gəlməməsinə və ya hərbi uçotda durduğu uçot orqanına yaşayış yerinin ünvanının, təhsilinin, iş yerinin və vəzifəsinin dəyişməsi haqqında məlumatları vaxtında bildirməməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on üç mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 355. Hərbi biletin qəsdən korlanması və ya itirilməsi

Hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə -

xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 356. Müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə -

minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.

III BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)

İyirmi beşinci fəsil
Əsas qaydalar

Maddə 357. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)

357.0. İnzibati xətalar haqqında işlərə:

357.0.1. rayon (şəhər) məhkəmələri;

357.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan);

357.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, (vəzifəli şəxslər) baxırlar.

Maddə 358. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

358.1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən sədr, sədr müavini, maaşlı məsul katib və komissiya üzvlərindən ibarət tərkibdə yaradılır. Zəruri hallarda, komissiyanın tərkibinə uşaqlarla iş üzrə inspektor vəzifəsi də daxil edilə bilər.

358.2. İnzibati xətalar haqqında işlərə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan) öz üzvlərinin azı yarısının iştirakı ilə baxa bilərlər.

358.3. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) fəaliyyət qaydası ) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

Maddə 359. Vəzifəli şəxslərin səlahiyyəti

359.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri onlara verilmiş səlahiyyət çərçivəsində və yalnız xidmət vəzifəsinin icrası zamanı tətbiq edə bilərlər.

359.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 357.0.3-cü maddəsində göstərilmiş orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İyirmi altıncı fəsil
İNZİBATİ xətalar haqqında İşlərİn AİDİYYӘTİ

Maddə 360. Rayon (şəhər) məhkəmələri

360.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 39-50, 52, 60-63, 69, 111, 131.2, 144, 151.6, 151.7, 152.4, 152.5, 153.6, 153.7, 155.4, 155.5, 169, 170, 173, 175, 180-189, 199-205, 223, 224, 229, 233, 258-260, 261.1, 278, 282, 284-287, 292, 293, 296, 301, 305, 309-315, 332, 333, 335, 338, 343, 346, 347, 351, 353.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.

360.2. Bu Məcəllənin 360.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxmaq hüququ təkcə səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) deyil, habelə məhkəmələrə də aid olduqda icraatına inzibati xətalar haqqında işlər daxil olmuş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər baxılması üçün məhkəməyə göndərildikdə, bu işlərə məhkəmələr tərəfindən baxılır.

360.3. Bu Məcəllənin 360.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədildikdə inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr tərəfindən baxılır.

Maddə 361. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.

IV BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT

İyirmi yeddinci fəsil
Ümumİ müddəalar

Maddə 362. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri

İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Maddə 363. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dil

363.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

363.2. İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunur.

Maddə 364. İnzibati xətalar haqqında işlərə açıq baxılması

364.1. Dövlət, qulluq, kommersiya sirlərinin və qanunvericiliklə qorunan digər sirlərin yayılmasına gətirib çıxara bilən hallar istisna olmaqla, inzibati xətalar haqqında işlərə açıq baxılır.

364.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda bu barədə qərardad qəbul edilir.

Maddə 365. İnzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi

İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin), belə məlumatlar, zərərçəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə, habelə zərərçəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.

Maddə 366. Vəsatətlər

366.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər.

366.2. Vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir.

Maddə 367. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar

367.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:

367.0.1. inzibati xəta hadisəsi olmadıqda;

367.0.2. inzibati xəta tərkibi olmadıqda;

367.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;

367.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;

367.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;

367.0.6. inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;

367.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işini başlamaq haqqında qərar olduqda;

367.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə.

Maddə 368. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti

368.1. Prokuror öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş hər cür qanun pozuntusunun aradan qaldırılması üçün vaxtında qanunla nəzərdə tutulmuş tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikasının Konstitusiyasının, qanunların və digər qanunvericilik aktlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.

368.2. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.

368.3. Prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 411-ci maddəsində müəyyən edilmiş müddətdə qəbul edilir. Qərarda bu Məcəllənin 410-cu maddəsində olan məlumatlar göstərilir.

368.4. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir.

Maddə 369. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər

369.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:

369.1.1. şahidlərə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən;

369.1.2. maddi sübutların saxlanılması, göndərilməsi, daşınması və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir.

369.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur.

369.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin ölçüsü məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir.

369.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir.

Maddə 370. Zərər çəkənlərə, şahidlərə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ

370.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

370.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılır.

370.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

İyirmi səkkizinci fəsil
İNZİBATİ xətalar haqqında İşlər üzrə İcraatın İştİrakçıları, onların hüquqları və vəzİfələrİ

Maddə 371. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs

371.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:

371.1.1. işin materialları ilə tanış olmaq;

371.1.2. izahat vermək;

371.1.3. sübutlar təqdim etmək;

371.1.4. vəsatət və etirazlar vermək;

371.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;

371.1.6. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;

371.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək.

371.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.

371.3. İnzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

371.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər.

371.5. İnzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.

371.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırıla bilərlər.

Maddə 372. Zərər çəkmiş şəxs

372.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır.

372.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır:

372.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;

372.2.2. izahat vermək;

372.2.3. sübutlar təqdim etmək;

372.2.4. vəsatət və etirazlar vermək;

372.2.5. hüquqi yardımdan istifadə etmək;

372.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.

372.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.

372.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

372.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 377-ci maddəsində nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər.

Maddə 373. Fiziki şəxsin qanuni nümayəndələri

373.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya öz fiziki, yaxud psixi qüsurlarına görə müstəqil olaraq hüquqlarını özləri həyata keçirmək imkanına malik olmadıqda, həmin şəxslərin mənafeyini təmsil etməyə onların qanuni nümayəndələrinin hüququ vardır.

373.2. Valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər fiziki şəxsin mənafeyinin qanuni nümayəndələri hesab olunurlar.

373.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayə orqanlarını qanuni nümayəndə hesab edir.

373.4. Fiziki şəxsin qanuni nümayəndəsi olan şəxslərin qohumluq əlaqələri və ya müvafiq səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq sənədlərlə təsdiq olunur.

373.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllə ilə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır.

373.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsin qanuni nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.

Maddə 374. Hüquqi şəxsin nümayəndəsi

374.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir.

374.2. Hüquqi şəxsin rəhbəri, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin mənafelərinin təmsil edilməsi etibar edilmiş digər şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən sənədlərlə müəyyən edilir.

Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

374.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.

Maddə 375. Müdafiəçi və nümayəndə

375.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.

375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.

375.3. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.

375.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:

375.4.1. işin bütün materialları ilə tanış olmaq;

375.4.2. sübutlar təqdim etmək;

375.4.3. vəsatət və etirazlar vermək;

375.4.4. işin baxılmasında iştirak etmək;

375.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.

375.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.

375.6. Vəkilin səlahiyyəti hüquq məsləhətxanası və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilat tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir.

Maddə 376. Vəkilin iştirakının məcburiliyi

376.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurları üzündən özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində, habelə inzibati tənbeh növü kimi inzibati həbsin tətbiqini nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin işlərində vəkilin iştirakı məcburidir.

376.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi qeyri-mümkün olduqda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin şəxsi vəkil ilə təmin edir.

376.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

Maddə 377. Şahid

377.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırıla bilərlər.

377.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur.

377.3. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır.

377.4. Yetkinlik yaşına çatmayan on dörd yaşında olan şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər. Zəruri olduqda yetkinlik yaşına çatmayan şəxs onun qanuni nümayəndəsinin iştirakı ilə də sorğu-sual edilə bilər.

377.5. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

 

Qeyd: Bu maddədə "yaxın qohumlar" dedikdə, valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.

Maddə 378. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər

378.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:

378.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs;

378.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin vəkili;

378.0.3. öz nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onalara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.

Maddə 379. Hal şahidləri

379.1. İşin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz.

379.2. Şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.

379.3. Hal şahidlərinin inzibati xəta haqqında ih üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir.

379.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir.

379.5. Zəruri hallarda inzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 377-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.

Maddə 380. Mütəxəssis

380.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan hər hansı bir şəxs icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət oluna bilər.

380.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır:

380.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;

380.2.2. sübutların aşkar edilməsində, götürülməsində, rəsmiləşdirilməsində iştirak etmək;

380.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək;

380.2.4. bu hərəkətlərin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq etmək;

380.2.5. bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etirazetmə haqqında məlumat vermək.

380.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır

380.3.1. iştirak etdiyi və onun predmetinə aid olan inzibati xəta haqqında işin materialları ilə tanış olmaq;

380.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə mütəxəssisin apardığı işin predmetinə aid olan suallar vermək;

380.3.3. aparılan hərəkətlərə dair qeydlər və izahatlar vermək.

380.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

Maddə 381. Ekspert

381.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizasının aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur.

381.2. Ekspertin vəzifəli aşağıdakılardır:

381.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;

381.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;

381.2.3. bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) ekspertizanın aparılmasından özü-özünə etirazetmə haqqında məlumat vermək.

381.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda ekspert rəy verməkdən imtina edə bilər.

381.4. Ekspertin aşağıdakı hüquqları vardır:

381.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;

381.4.2. iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materialların təqdim olunması barədə vəsatət vermək;

381.4.3. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə süallar vermək;

381.4.4. qoyulmuş suallardan əlavə ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək.

381.5. Bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

Maddə 382. Tərcüməçi

382.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən hər hansı bir şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər.

382.2. Tərcüməçi, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir.

382.3. Tərcüməçi, icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlməyə və ona tapşırılan tərcüməni tam və dəqiq yerinə yetirməyə və tərcümənin düzgünlüyünü öz imzası ilə təsdiq etməyə borcludur.

382.4. Bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, tərcüməçini onu dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etirazetmə haqqında məlumat vermək.

382.5. Bilə-bilə yanlış tərcümə etməsinə görə inzibati məsuliyyət haqqında tərcüməçiyə xəbərdarlıq edilir. Tərcüməçi təyin olunmuş şəxs öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

Maddə 383. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edən hallar

383.1. İnzibati xətanın törədilməsi nəticəsində inzibati xətalar haqqında işlərin başlanmasına səbəb olan qaydalara riayət olunması üzərində nəzarəti həyata keçirən dövlət orqanlarının əməkdaşları, yaxud əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış etmiş şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə ola bilməzlər.

383.2. Mütəxəssis, ekspert və tərcüməçi aşağıdakı hallarda inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilməzlər:

383.2.1. inzibati xəta törətmiş şəxslə, zərər çəkmiş şəxslə, onun nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla, hakimlə, kollegial orqanının üzvü ilə və ya icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda;

383.2.2. əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində iştirak etdikdə;

383.2.3. işin nəticəsi ilə birbaşa və ya dolayısı ilə maraqlı olması barədə kifayət qədər əsaslar olduqda.

Maddə 384. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edilən şəxslərə etiraz etmə

384.1. Bu Məcəllənin 383-cü maddəsində nəzərdə tutulan hallar olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə), mütəxəssis, ekspert və ya tərcüməçi inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməkdən kənar olmalıdırlar.

384.2. Öz-özünə etirazetmə və ya etirazetmə haqqında ərizə icraatında inzibati xəta haqqında iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edilir.

384.3. Öz-özünə etirazetmə və ya etirazetmə haqqında ərizəyə baxıldıqda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir.

İyirmi doqquzuncu fəsil
İNZİBATİ xətalar haqqında İşlərİn İcraatı üzrə sübutlar və onların QİYMӘTLӘNDİRİLMӘSİ

Maddə 385. İnzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallar

385.0. İnzibati xətalar haqqında işlərin icraatı üzrə aşağıdakılar müəyyən edilməlidir:

385.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);

385.0.2. inzibati xəta törətmiş şəxs;

385.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;

385.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar;

385.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı;

385.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar;

385.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait.

Maddə 386. Sübutlar

386.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.

386.2. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

386.3. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir.

Maddə 387. Maddi sübutlar

387.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir.

387.2. Zəruri olduqda maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir.

387.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, habelə inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir.

Maddə 388. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı

388.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir.

388.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir.

Maddə 389. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları

389.1. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları şifahi və ya yazılı formada olan və inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallar haqqında məlumatlardan ibarətdir.

389.2. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahatlar yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir.

389.3. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir.

Maddə 390. Sənədlər

390.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.

390.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur.

390.3. İnzibati xəta haqqında iş icraatında olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin mahiyyəti üzrə baxılmasına qədər sənədlərin qorunub saxlanılması üçün zəruri tədbirlər görməli, eləcə də işə baxıldıqdan sonra onlar haqqında qərar qəbul etməlidir.

Maddə 391. Xüsusi texniki vasitələrin göstəriciləri

391.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölçü cihazı kimi təsdiq edilən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır.

391.2. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xətalar haqqında işlər üzrə protokolda qeyd edilir.

Maddə 392. Ekspertiza

392.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilə bilər.

392.2. Qərardadda aşağıdakılar göstərilir:

392.2.1. ekspertizanın təyin olunması üçün əsaslar;

392.2.2. ekspertin soyadı, adı və atasının adı və ya ekspertiza aparılacaq idarənin adı;

392.2.3. ekspertin rəy verməli olduğu məsələlər;

392.2.4. ekspertin sərəncamına verilən materiallar;

392.2.5. ekspertə onun hüquq və vəzifələrinin izah edilməsi və bilə-bilə yalan rəy verilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq haqqında qeyd.

392.3. Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmamalıdır.

392.4. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) icraya göndərməmişdən əvvəl ekspertizanın təyin olunması haqqında qəbul edilmiş qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını izah etməlidir.

392.5. Ekspert öz adından yazılı formada rəy verir və onu imzalayır. Ekspertin rəyində ekspertizanın aparıldığı tarix və yer, ekspertizanın aparılmasının əsasları, onun məzmunu, habelə ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış cavablar və yekun nəticələr göstərilir.

Maddə 393. Əlavə məlumatların tələb edilməsi

393.1. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər.

393.2. Məlumatlar tələb edildiyi gündən üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlara, təşkilatlara, idarələrə və müəssisələrə göndərilməlidir.

393.3. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi qeyri-mümkün olduqda, onlar üç günədək müddətində qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar.

Maddə 394. Sübutların qiymətləndirilməsi

394.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

394.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 395. Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi

İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir.

Otuzuncu fəsil
İNZİBATİ xətalar haqqında İşlər üzrə İcraatın təmin edİlməsİ tədbİrlərİnİn tətbİq edİlməsİ

Maddə 396. İnzibati xətalar haqqında işlərin icratını təmin etmək tədbirləri

396.1. İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, inzibati xəta haqqında protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, onu tərtib etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs aşağıda göstərilən tədbirləri tətbiq edə bilər:

396.1.1. gətirilmə;

396.1.2. inzibati qaydada tutma;

396.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama;

396.1.4. nəqliyyat vasitəsinə baxış;

396.1.5. şeyləri və sənədləri götürmə;

396.1.6. nəqliyyat vasitəsini idarə olunmasından kənar etmə;

396.1.7. sərxoşluq vəziyyətini müayinə etmə;

396.1.8. nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə.

396.2. İnzibati xətalar haqqında işlərin icraatının təmin edilməsi ilə bağlı tədbirlərin qanunsuz tətbiq edilməsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

Maddə 397. Gətirilmə

397.1. Bu Məcəllənin 420.3-cü və 423.3-cü maddələrində nəzərdə tutulmuş hallarda, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər.

397.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə bilməz.

397.3. İnzibati xəta haqqında işə baxan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı əsasında fiziki şəxsin gətirilməsi onun yaşadığı və ya olduğu yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 398. İnzibati qaydada tutma

398.1. İnzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə tətbiq edilə bilər. İnzibati qaydada tutma aşağıda göstərilən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən həyata keçirilir:

398.1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmadıqda, şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə, ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydaları pozulduqda;

398.1.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;

398.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi - mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;

398.1.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya başqa şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;

398.1.5. fövqəladə vəziyyət elan olunmuş yerin komendantlığının və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri - fövqəladə vəziyyət rejimi pozulduqda.

398.2. İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.

Maddə 399. İnzibati qaydada tutma müddətləri

399.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması bu Məcəllənin 399.2-ci və 399.3-cü maddələri istisna olunmaqla üç saatdan çox ola bilməz.

399.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədildiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.

399.3. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulması 24 saatdan çox ola bilməz.

399.4. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə, ayıldığı vaxtdan hesablanır.

Maddə 400. İnzibati qaydada tutma haqqında protokol

400.1. İnzibati xəta törətmiş şəxsi tutma haqqında hər bir halda protokol tərtib edilir və orada aşağıdakılar göstərilir:

400.1.1. protokolun tərtib edildiyi tarix və yer;

400.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;

400.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat;

400.1.4. tutmanın vaxtı və səbəbləri.

400.2. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur.

Maddə 401. İnzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi

401.1. Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:

401.1.1. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;

401.1.2. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək;

401.1.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;

401.1.4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya qanuni nümayəndələrinə dərhal məlumat vermək;

401.1.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;

401.1.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

401.1.7. tutulmuş şəxsin öz vəkili olmadıqda ona müvəqqəti saxlama yeri üzrə ərazidə hüquq məsləhətxanasında və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilatlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq.

401.2. İnzibati qaydada tutulmuş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yerlərdə və qaydada saxlanılırlar.

Maddə 402. Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama

402.1. Fiziki şəxsin şəxsi axtarışı, onda olan şeyləri yoxlama, zəruri hallarda inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi məqsədi ilə həyata keçirilir.

402.2. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır.

402.3. Şeylər (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və digər predmetlər) bunların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə yoxlanılır, Təxirə salınmayan hallarda mülkiyyətçisi və ya sahibi olmadan göstərilən şeylər iki hal şahidinin iştirakı ilə yoxlanıla bilər.

402.4. Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokol tərtib olunur, yaxud inzibati xəta haqqında protokolda və ya inzibati qaydada tutma haqqında protokolda bu barədə müvafiq qeyd edilir.

402.5. Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokolda aşağıdakılar göstərilir:

402.5.1. protokolun tərtib edildiyi tarix və yer;

402.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;

402.5.3. barəsində şəxsi axtarış aparılan şəxs haqqında məlumat;

402.5.4. şəxsi axtarış zamanı aşkar edilən şeylərin növü, miqdarı və digər eyniləşdirmə əlamətləri haqqında məlumat.

402.6. Protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan şeylərin sahibi və hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan şeylərin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.

Maddə 403. Nəqliyyat vasitəsinə baxış

403.1. Nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir.

403.2. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan da aparıla bilər.

403.3. Zəruri hallarda maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir.

403.4. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur.

403.5. Nəqliyyat vasitəsinə baxış haqqında protokolda aşağıdakılar göstərilir:

403.5.1. protokolun tərtib edildiyi tarix və yer;

403.5.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

403.5.3. nəqliyyat vasitəsinin sahibi barəsində mәlumatlar;

403.5.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar;

403.5.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə mәlumatlar;

403.5.6. əşyaların növü;

403.5.7. sənədlərin növü və rekvizitləri.

403.6. Nəqliyyat vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur.

403.7. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.

Maddə 404. Şeylərin və sənədlərin götürülməsi

404.1. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan şeylərin və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir.

404.2. Sürücü, gəmisürən, pilot tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi, gəmiçinin və ya pilotun şəhadətnaməsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır.

404.3. Şeylərin və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur, yaxud inzibati xəta haqqında protokolda bu barədə müvafiq qeyd aparılır.

404.4. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:

404.4.1. protokolun tərtib edildiyi tarix və yer;

404.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

404.4.3. şeyləri və sənədləri götürülən şəxs barəsində məlumat;

404.4.4. şeylərin və sənədlərin götürülməsi üçün əsaslar;

404.4.5. götürülən sənədlərin növü və rekvizitləri;

404.4.6. götürülən şeylərin növü, miqdarı, əlamətləri, o cümlədən silahın markası və ya modeli, çapı, seriyası və nömrəsi, döyüş sursatının miqdarı və növü, nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.

404.5. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, videoyazı barədə və digər müəyyən edilmiş üsullarla sənədlərin əldə edilməsi barədə qeyd aparılır. Fotoşəkillərin, videoyazının və digər müəyyən edilmiş vasitələrin tətbiq edilməsi nəticəsində şeylərin və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur.

404.6. Şeylərin və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, şeyləri və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Şeyləri və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə (nümayəndəsinə) təqdim edilir.

404.7. Zəruri hallarda götürülən şeylər və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş şeylər və sənədlər inzibati xəta haqqında işə baxılanadək, şeyləri və sənədləri götürmək hüququ olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır.

404.8. Götürülmüş odlu silah və onun patronları, digər silah, eləcə də döyüş sursatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır.

404.9. Götürülmüş tez xarab olan mallar satılması üçün müvafiq təşkilatlara verilir, satılması mümkün olmadıqda isə məhv edilir.

404.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir.

404.11. İnzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri saxlanılır.

Maddə 405. Götürülmüş şeylərin qiymətləndirilməsi

405.1. Götürülmüş şeylər aşağıdakı hallarda qiymətləndirilir:

405.1.1. inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən inzibati cərimə meyarı tətbiq edildikdə;

405.1.2. götürülmüş mallar tez xarab olan mallar olduqda və həmin mallar məhv edilməyə göndərildikdə;

405.1.3. etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar yenidən istehsala göndərildikdə və ya məhv edildikdə.

405.2. Götürülmüş şeylərin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dövlət tənzimləmə qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş şeylərin qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda götürülmüş şeylərin qiyməti ekspertin rəyi əsasında müəyyən edilir.

Maddə 406. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüquq verən digər əsas olmadıqda;

406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda;

406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

406.1.4. dayandırılmış nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;

406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda.

406.2. Nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir.

406.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.

406.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:

406.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;

406.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

406.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;

406.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;

406.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.

406.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü (gəmi sürücüsü) tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.

406.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

406.7. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.

Maddə 407. Nəqliyyat vasitələrinin saxlanılması

407.1. Bu Məcəllənin 406.1-ci maddəsində göstərilən, yaxud nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.

407.2. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır.

407.3. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

407.4. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir..

Maddə 408. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi

Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

V BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ

Otuz birinci fəsil
İNZİBATİ xətalar haqqında İşlər üzrə İcraata başlama

Maddə 409. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər və əsas

409.1. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər aşağıdakılardır:

409.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi;

409.1.2. dövlət və ya yerli özünüidarәetmә orqanlarından, ictimai birliklərdən materialların daxil olması;

409.1.3. fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən məlumatlar, onların ərizələri, habelə kütləvi informasiya vasitələrində elan olunmuş məlumatlar.

409.2. Materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır.

409.3. Bu Məcəllənin 409.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.

409.4. İnzibati xəta haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir:

409.4.1. bu Məcəllənin 396-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə;

409.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə;

409.4.3. inzibati xəta haqqında iş üzrə icraatın inzibati araşdırılması zəruri hesab edildiyi hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə.

409.5. Bu Məcəllənin 409.1.2-ci və 409.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir.

409.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın surəti materialları, məlumatları və əraziləri vermiş şəxslərə göndərilir.

Maddə 410. İnzibati xəta haqqında protokol

410.1. Bu Məcəllənin 368-ci və 412.1-ci maddələri istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:

410.1.1. protokolun tərtib edildiyi tarix və yer;

410.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

410.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;

410.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;

410.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;

410.1.6. şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;

410.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;

410.1.8. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar.

410.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.

410.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolla tanış olmaq imkanı yaradılır.

410.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

Maddə 411. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri

411.1. İnzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir.

411.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilir.

411.3. İnzibati araşdırma aparıldığı hallarda inzibati xəta haqqında protokol inzibati araşdırma başa çatdıqdan sonra bu Məcəllənin 413.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.

Maddə 412. İnzibati xəta haqqında protokolun tərtib edilmədiyi hallar

412.1. Törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq tətbiq edildikdə və ya inzibati cərimənin miqdarı minimum əmək haqqı məbləğinin səkkiz mislindən artıq olmadıqda, inzibati xəta haqqında protokol tərtib edilmir. Belə hallarda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta törədilən yerdə inzibati cərimə alınır və ya xəbərdarlıq rəsmiləşdirilir.

412.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən tənbeh növü ilə razılaşmadıqda, yaxud inzibati xəta törədilən yerdə inzibati cəriməni ödəməkdən imtina etdikdə inzibati xəta haqqında protokol tərtib edilir.

Maddə 413. İnzibati araşdırma

413.1. Maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının və ya yanğın təhlükəsizliyi sahəsində inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.

413.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəlləyə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında prokuror qərar qəbul edir.

413.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:

413.3.1. qərardadın tərtib edildiyi yer və tarix;

413.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

413.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edən məlumatlar;

413.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.

413.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.

413.5. İnzibati araşdırmanın aparılması müddəti inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Müstəsna hallarda, bu müddət icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin vəsatəti əsasında yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadıla bilər.

413.6. İnzibati araşdırma başa çatdıqda inzibati xəta haqqında protokol tərtib edilir.

Maddə 414. Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi

414.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan bir günədək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

414.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir.

Maddə 415. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması

415.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:

415.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə;

415.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda;

415.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda.

415.2. İnzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan inzibati xəta haqqında iş üzrə bütün prosessual hərəkətləri aparmalı, bu Məcəllənin 415.1.1-ci və 415.1.3-cü maddələrində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulan bütün tədbirləri görməlidir.

415.3. İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir.

415.4. Bu Məcəllənin 415.1.1-415.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir.

Maddə 416. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi

416.1. Bu Məcəllənin 367-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

416.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir.

Otuz ikinci fəsil
İNZİBATİ xətalar haqqında İşlərə baxılması

Maddə 417. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması

417.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:

417.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi;

417.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;

417.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;

417.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu;

417.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı;

417.0.6. iş üzrə vəsatətlər və etirazetmə vardırmı.

Maddə 418. Hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən işin baxılmasını istisna edən hallar

418.0. İnzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz;

418.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa;

418.0.2. o, şəxsən, düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa.

Maddə 419. Hakimin, kollegial orqanın üzvünün, vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya onlara etirazetmə

419.1. Bu Məcəllənin 418-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir.

419.2. Bu Məcəllənin 418-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi və nümayəndə, prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edilir.

419.3. Ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır.

419.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməsinə etiraz haqqında qərardad qəbul edilir.

Maddə 420. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi

420.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:

420.1.1. işin baxılmasının tarixinin və yerinin təyin edilməsi;

420.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 371-377, 379-382-ci maddələrində göstərilən şəxslərin çağırılması;

420.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi;

420.1.4. ekspertizanın təyin edilməsi;

420.1.5. işə baxılmanın təxirə salınması;

420.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;

420.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın, (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.

420.2. Bu Məcəllənin 367-ci və 415.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.

420.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər.

Maddə 421. İnzibati xəta haqqında işin baxılması yeri

421.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.

421.2. Yetkinlik yaşına çatmayanların barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır.

421.3. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer üzrə baxılır.

Maddə 422. İnzibati xətalar haqqında işlərə baxılması müddətləri

422.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.

422.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər.

422.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır.

Maddə 423. İnzibati xəta haqqında işə baxılması qaydası

423.1. İnzibati xəta haqqında işə baxılarkən:

423.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur;

423.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir;

423.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;

423.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılması və ya işin baxılmasının başqa vaxta keçirilməsi məsələsi həll edilir;

423.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur;

423.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.

423.2. Aşağıda göstərilən hallarda işin baxılmasının başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir:

423.2.1. əgər onun etirazı işin mahiyyəti üzrə baxılmasına mane olursa, özü-özünə etirazetmə və ya işə baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etirazetmə barədə ərizə daxil olduqda;

423.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etirazetmə işin mahiyyəti üzrə baxılmasına mane olduqda;

423.2.3. işdə iştirak edən şəxsin gəlməsinə və ya əlavə sənədlərin tələb olunmasına, yaxud ekspertizanın təyin edilməsinə zərurət olduqda.

423.3. Bu Məcəllənin 420.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır.

423.4. Bu Məcəllənin 421-ci maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar.

423.5. İşin baxılması davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işin baxılmasında prokuror iştirak etdikdə, onun rəyi dinlənilir.

Maddə 424. İnzibati xəta haqqında işə baxma protokolunun məzmunu

424.1. İnzibati xətalar haqqında işlərə kollegial orqan tərəfindən baxılarkən inzibati xəta haqqında işə baxma protokolu tərtib olunur.

424.2. İnzibati xəta haqqında işə baxma protokolunda aşağıdakılar göstərilir:

424.2.1. işə baxılmanın tarixi və yeri;

424.2.2. işə baxan kollegial orqanın adı və tərkibi;

424.2.3. baxılan işin qısa məzmunu;

424.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında məlumat;

424.2.5. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri;

424.2.6. işə baxılmasında iştirak edən şəxslərin izahatları, onların vəsatətləri və rəyləri;

424.2.7. işə baxılarkən tədqiq edilən sənədlər.

424.3. Kollegial orqanın iclasının protokolu iclasda sədrlik edən və katib tərəfindən imzalanır.

Maddə 425. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərar (qərardad)

425.1. İnzibati xətalar haqqında işlərə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:

425.1.1. inzibati tənbeh vermə haqqında;

425.1.2. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;

425.1.3. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.

425.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:

425.2.1. bu Məcəllənin 367-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;

425.2.2. bu Məcəllənin 15.5-ci maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq dövlət orqanlarına göndərildikdə;

425.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda icraatın xitam edilməsi və iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə;

425.2.4. inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə.

425.3. İnzibati xətalar haqqında işlərin baxılması nəticəsində aşağıdakı məsələlər barəsində qərardad çıxarılır:

425.3.1. baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi;

425.3.2. inzibati xəta haqqında işin başqa inzibati tənbeh növünü tətbiq etmək səlahiyyətli olan hakimə, orqana (vəzifəli şəxsə) verilməsi.

425.4. Kollegial orqanın qərarı və ya qərardadı iclasda iştirak etmiş kollegial orqanın üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

Maddə 426. İnzibati xəta haqqında iş üzrə qərar

426.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:

426.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;

426.1.2. işin baxılması tarixi və yeri;

426.1.3. işinə baxılan şəxs haqqında məlumat;

426.1.4. işə baxılarkən müəyyən edilmiş hallar;

426.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;

426.1.6. iş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi;

426.1.7. qərardan şikayət verilməsi müddəti və qaydası.

426.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir.

426.3. İnzibati xəta haqqında iş üzrə qərarda alınmış əşyalar və sənədlər barədə məsələlər həll olunmalıdır. Belə olduqda:

426.3.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir;

426.3.2. dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir;

426.3.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya maraqlı şəxslərə verilir;

426.3.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.

426.4. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasında sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır.

Maddə 427. İnzibati xəta haqqında iş üzrə qərarın elan edilməsi

427.1. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.

427.2. Qərarın surəti üç günədək müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, yaxud zərərçəkmiş şəxsin xahişi ilə ona verilir.

Maddə 428. İnzibati xəta haqqında iş üzrə qərardad

428.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir:

428.1.1. qərar çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, atasının adı, kollegial orqanın adı və tərkibi;

428.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri;

428.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat;

428.1.4. ərizənin, vəsatətin məzmunu;

428.1.5. ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar;

428.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi.

428.2. İnzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasında sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır.

Maddə 429. İnzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında təqdimat

429.1. İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, bu səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması tədbirləri haqqında təqdimat verir.

429.2. təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar.

Otuz üçüncü fəsil
İNZİBATİ xətalar haqqında İşlər üzrə qərarların yenİdən baxılması

Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ

430.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:

430.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;

430.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;

430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə).

Maddə 431. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydası

431.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir.

431.2. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın çıxarıldığı gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.

431.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir.

431.4. Şikayətin və ya protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir.

431.5. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.

Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri

432.1. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

432.2. Bu Məcəllənin 432.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.

432.3. Buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.

Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri

433.1. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest daxil olduğu gündən on gün müddətində baxılır.

433.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə inzibati həbs barəsində verilmiş qərardan şikayət və ya protest həmin şikayətin və ya protestin verildiyi gündən üç gün müddətində baxılır.

Maddə 434. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılmağa hazırlanması

434.0. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:

434.0.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi;

434.0.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;

434.0.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətin və ya protestin baxılması üçün lazım olan şəxslər çağırılır;

434.0.4. şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir.

Maddə 435. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması

435.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır.

435.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən:

435.2.1. şikayətin və ya protestin kim tərəfindən baxılması, hansı şikayətin və ya protestin baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur;

435.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətin və ya protestin baxılmasında iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlmələri müəyyən edilir;

435.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;

435.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir;

435.2.5. şikayətin və ya protestin baxılmasında iştirak edən şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;

435.2.6. etirazetmə və ya vəsatət haqqında müraciətlər həll edilir;

435.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir;

435.2.8. inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır;

435.2.9. inzibati xəta haqqında iş üzrə icraatda iştirak etdiyi hallarda prokurorun rəyi dinlənilir.

Maddə 436. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması haqqında qərar

436.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir:

436.1.1. qərarın dəyişdirilmədən saxlanılması haqqında;

436.1.2. şikayətin və ya protestin təmin edilməməsi haqqında;

436.1.3. barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında;

436.1.4. bu Məcəllənin 21-ci və 367-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;

436.1.5. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;

436.1.6. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakim, orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında.

436.2. Şikayətin və ya protestin baxılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir.

Maddə 437. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi

437.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir.

437.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti onun qəbul olunduğu gündən üç gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərərçəkmiş şəxsə və ya protest vermiş prokurora verilir.

437.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir.

Maddə 438. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın yenidən məhkəmədə baxılması

İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiәçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır.

VI BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN İCRASI

Otuz dördüncü fəsil
Ümumİ müddəalar

Maddə 439. İnzibati xətalar haqqında işlər üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi

439.0. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir:

439.0.1. əgər bu qərar barədə şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddəti keçdikdə;

439.0.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddəti keçdikdə;

439.0.3. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə vəzifəli şəxsin qəbul etdiyi qərar şikayət və ya protest üzrə hakim tərəfindən yenidən baxıldıqda, hakimin qəbul etdiyi qərardan şikayətin verilməsi müddəti keçdikdə.

Maddə 440. İnzibati xəta haqqında iş üzrə qərarın icrasının məcburiliyi

440.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət və ya yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər tərəfindən məcburidir.

440.2. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır.

Maddə 441. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi

441.1. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur.

441.2. İnzibati xəta haqqında iş üzrə şikayətə, protestə baxıldıqdan sonra həmin işə dair qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən üç gün müddətinədək onu icraya yönəltmək səlahiyyətinə malik olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

Maddə 442. İnzibati xəta haqqında iş üzrə qərarın icrası

442.1. İnzibati xəta haqqında iş üzrə qərar səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş qaydada icra olunur.

442.2. Bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir.

Maddə 443. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar məsələlərin həll edilməsi

443.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, möhlət verilməsi, dayandırılması və ləğv edilməsi, habelə yetkinlik yaşına çatmayanların üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya onları əvəz edən şəxslərdən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlər qərar çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır.

443.2. Bu Məcəllənin 443.1-ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərin baxılmasının yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərin baxılması üçün maneə yaratmır.

443.3. Qərar icrasının təxirə salınması, dayandırılması, ona möhlət verilməsi məsələləri barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə zərərçəkmiş şəxsin xahişi ilə ona bu barədə müvafiq qeyd aparılmaqla verilir. Göstərilən şəxslər olmadıqda, qərardadın surəti onun qəbul edildiyi gündən üç günədək müddətində bu barədə inzibati xəta haqqında işdə müvafiq qeyd aparılmaqla onlara göndərilir.

Maddə 444. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi

444.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə (inzibati cərimənin yerində icra olunması istisna olmaqla) növlərində inzibati tənbeh tətbiq etmə haqqında qərarların müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə sala bilər.

444.2. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç ayadək müddətə uzadıla bilər.

Maddə 445. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının dayandırılması

445.1. Qərardan protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və zəruri olduqda, qərardad dərhal onu icraya yönəldən orqana (vəzifəli şəxsə) göndərilir.

445.2. İnzibati həbs növündə tənbeh tətbiq etmə haqqında qərardan protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur.

Maddə 446. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi

446.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir;

446.1.1. inzibati xəta qanunvericiliyinin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə;

446.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə;

446.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 447.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə.

446.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir.

Maddə 447. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası müddəti

447.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən etibarən bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

447.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 447.1-ci maddəsində müəyyən edilmiş icra müddəti kəsilir. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır.

447.3. Bu Məcəllənin 443-445-ci maddələrinə uyğun olaraq inzibati tənbeh təyin etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda qərarın icrası müddəti onun möhlət verilməsi müddətinədək və ya dayandırılması müddətinədək dayandırılır.

Maddə 448. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması

448.1. İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.

448.2. İnzibati tənbehin tətbiqi üzrə icraat yerinə yetirilmədikdə və ya tamamilə başa çatmadıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aşağıdakı hallarda qaytarılır:

448.2.1. qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən göstərilən ünvanda (yerdə) inzibati məsuliyyətə cəlb olunan fiziki şəxs işləmədikdə, yaşamadıqda və ya təhsil almadıqda, yaxud inzibati məsuliyyətə cəlb olunan hüquqi şəxs olmadıqda və ya göstərilən şəxslərin həmin yerdə ünvanda (yerdə) inzibati tənbehə yönəldilə bilən əmlakı olmadıqda;

448.2.2. inzibati məsuliyyətə cəlb olunan şəxslərin inzibati tənbehə yönəldilə bilən əmlakı və ya gəlirləri olmadıqda və onun əmlakının axtarılıb tapılması üzrə tədbirlər heç bir nəticə vermədikdə;

448.2.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 447.1-ci maddəsində nəzərdə tutulmuş icrası müddəti keçdikdə.

448.3. Bu Məcəllənin 448.2.1-ci və 448.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda icrasında qərar olan vəzifəli şəxs yuxarı vəzifəli şəxs tərəfindən təsdiq olunmaqla akt tərtib edir.

Maddə 449. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə qərarın icrası

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası qanunvericiliklə müəyyən edilmiş qaydada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

Otuz beşinci fəsil
İNZİBATİ tənbeh növlərİ haqqında qərarların İcrası qaydası

Maddə 450. Xəbərdarlıq haqqında qərarın icrası

Xəbərdarlıq növündə inzibati tənbeh etmə haqqında qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu ilə icra olunur.

Maddə 451. İnzibati cərimənin edilməsi haqqında qərarın icrası

451.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir.

451.2. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynləri və ya onları əvəz edən şəxslərdən tutulur.

451.3. Bu Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla inzibati cərimə banka və ya səlahiyyətli kredit təşkilatına ödənilir və ya köçürülür.

451.4. Bu Məcəllənin 451.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:

451.4.1. fiziki şəxslər barəsində - onun əmək haqqından, stipendiyasından, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata;

451.4.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir.

451.5. İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cərimənin onun əmək haqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətində inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümükünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşsa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır.

451.6. Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə və ya inzibati cərimənin ödənilməsi onun əmək haqqından və ya digər gəlirlərindən mümkün deyildirsə, eləcə də hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə, könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar müvafiq qanunla nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir.

Maddə 452. İnzibati xətanın törədildiyi yerdə tutulan inzibati cərimə tətbiq etmə haqqında qərarın icrası

452.1. İnzibati xətanın törədildiyi yerdə inzibati cərimə tutulduqda fiziki şəxsə müəyyən edilmiş nümunədə qəbz verilir.

452.2. Qəbzdə aşağıdakılar göstərilir:

452.2.1. verilmə tarixi;

452.2.2. inzibati cərimə tətbiq edən vəzifəli şəxsin soyadı, adı, atasının adı;

452.2.3. inzibati məsuliyyətə cəlb edilən şəxs barədə məlumatlar;

452.2.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;

452.2.5. inzibati xətanın törədildiyi yer və vaxt;

452.2.6. inzibati cərimənin miqdarı.

452.3. Qəbz iki nüsxədən ibarət tərtib edilir və o, inzibati cəriməni tətbiq edən vəzifəli şəxs və inzibati məsuliyyətə cəlb edilən şəxs tərəfindən imzalanır.

452.4. İnzibati cərimə inzibati xəta törədilən yerdə ödənilmədiyi halda inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 453. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması haqqında qərarın icrası

453.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması barədə qəbul edilmiş qərarın icrası qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

453.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması barədə qəbul edilmiş qərarın icrası başa çatdıqda bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır.

Maddə 454. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərarın icrası

454.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz məcburi olaraq dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir.

454.2. Predmetin müsadirəsi haqqında qərarların icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

454.3. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır.

Maddə 455. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası

455.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsi alınmaq yolu ilə icra edilir.

455.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

455.3. Gəmilərin (kiçik gəmilərin) idarə edilməsi hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası gəmilər (kiçik gəmilər) üzərində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

455.4. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası ov etmə qaydaları üzrə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

455.5. Nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun müəyyən müddətə məhdudlaşdırılması barədə qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn məhdudlaşdırılması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat vasitələrini idarəetmə hüququ və ya ov hüququ məhdudlaşdırılmış şəxsin işlədiyi və ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər.

Maddə 456. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması müddətlərinin hesablanması

456.1. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul edildiyi gündən həmin şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.

456.2. Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, yaxud həmin müddət bu Məcəllənin 455.5-ci maddəsinə uyğun olaraq azaldıqda, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.

Maddə 457. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması haqqında qərarın icrası

457.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər.

457.2. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

457.3. Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür.

457.4. Bu şəxslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən idarə, müəssisə və təşkilatların, Azərbaycan Respublikasında yaşayan və ya şəxsi işlə bağlı olaraq Azərbaycan Respublikasına gələn əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə əlaqədar isə bu xərclərin ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.

457.5. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra edildikdən sonra çıxartma haqqında bu barədə müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.

Maddə 458. İnzibati həbs haqqında qərarın icrası

458.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra o, dərhal icra edilir.

458.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri yerlərdə mühafizə altında saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir.

458.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

458.4. İnzibati həbs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar üzrə çəkilir.