AZƏRBAYCAN SSR MƏNZİL MƏCƏLLƏSİ

 

Böyük Oktyabr sosialist inqilabının qələbəsi nəticəsində ən mühüm sosial problemlərdən birini həll etmək—zəhmətkeşlərin mənzilə tələbatını ödəmək üçün ölkəmizdə lazımi zəmin yaradılmışdır.

 Sovet dövləti kommunizm cəmiyyəti qurulmasına dair Lenin ideyalarını, xalqın maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsi xəttini həyata keçirərək, Kommunist Partiyasının hazırladığı mənzil tikintisi proqramını ardıcıl surətdə yerinə yetirir.

Dövlət və ictimai mənzil fondunun dövlət planları əsasında yüksək sürətlə inkişaf etdirilməsi, kooperativ və fərdi mənzil tikintisinə kömək məqsədilə dövlət tərəfindən tədbirlər görülməsi vətəndaşların SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası ilə təmin olunan mənzil hüququnu həyata keçirmək üçün lazımi şərait yaradır.

            Mənzil fondunun qorunmasını təmin etmək, onun xidmət müddətini artırmaq, yaşayış evlərinin abadlıq səviyyəsini yüksəltmək mühüm dövlət vəzifəsidir. Bu vəzifənin yerinə yetirilməsində ictimai təşkilatlar və vətəndaşlar fəal iştirak edirlər.

SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası vətəndaşlardan onlara verilmiş mənzilə qayğı ilə yanaşmağı tələb edir.

Sovet mənzil qanunvericiliyi vətəndaşların mənzil hüququnun təmin edilməsinə, mənzil fondundan səmərəli istifadə olunmasına və onun qorunmasına kömək etməlidir.

 

I BÖLMƏ

 

ÜMUMİ QAYDALAR

 

Maddə 1. Azərbaycan SSR vətəndaşlarının mənzil hüququ

SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq Azərbaycan SSR vətəndaşları mənzil hüququna malikdirlər. Bu hüquq dövlət və ictimai mənzil fondunun inkişafı və mühafizəsi, kooperativ və fərdi mənzil tikintisinə yardım göstərilməsi, abad mənzillər tikintisi proqramı həyata keçirildikcə mənzil sahəsinin ictimai nəzarət altında ədalətlə bölüşdürülməsi, habelə mənzil və kommunal xidmətlər haqqının yüksək olmaması ilə təmin edilir.

Maddə 2. Azərbaycan SSR mənzil qanunvericiliyinin vəzifələri

Azərbaycan SSR mənzil qanunvericiliyinin vəzifələri vətəndaşların SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası ilə təmin olunan mənzil hüququnu, mənzil fondundan lazımınca istifadə etmək və onu qorumaq məqsədilə mənzil münasibətlərini tənzimləməkdən, habelə mənzil münasibətləri sahəsində qanunçuluğu möhkəmlətməkdən ibarətdir.

Maddə 3. SSR İttifaqının və Azərbaycan SSR-in mənzil qanunvericiliyi

Azərbaycan SSR-də mənzil münasibətləri SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsasları ilə və həmin Əsaslara uyğun olaraq qəbul edilən SSR İttifaqının mənzil qanunvericiliyinin başqa aktları ilə, bu Məcəllə və Azərbaycan SSR mənzil qanunvericiliyinin digər aktları ilə tənzimlənir.

Yaşayış evləri tikintisi ilə əlaqədar münasibətlər SSR İttifaqının və Azərbaycan SSR-in müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə  4. Mənzil fondu

Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir.

Mənzil fonduna aşağıdakılar daxildir:

dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu);

kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (içtimai mənzil fondu);

mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu);

vətəndaşların şəxsi mülkiyyətində olan yaşayış evləri (fərdi mənzil fondu).

Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir.

Yaşayış evlərində ticarət, məişət ehtiyacları və qeyri-sənaye xarakterli digər ehtiyaclar üçün nəzərdə tutulan qeyri-yaşayış sahələri mənzil fonduna daxil deyildir.

M a d d ə 5. Dövlət mənzil fondu

Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq şəhərlərdə və şəhər tipli qəsəbələrdə idarə mənzil fondunun evləri SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri qaydada və müddətlərdə tədricən yerli xalq deputatları Sovetlərinin ixtiyarına verilməlidir.

M a d d ə 6. Yaşayış evlərinin və yaşayış sahələrinin təyinatı

Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri. və yataqxanalar kimi istifadə olunmaq üçündür. Yaşayış evlərində sənaye xarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır.

Maddə 7. Yaşayış evlərinin və yaşayış sahələrinin mənzil fondundan çıxarılması

Dövlət və ictimai mənzil fonduna məxsus yaşayış evlərinin vəziyyəti Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdiyi müddətlərdə vaxtaşırı yoxlanılır.

Yaşamağa yararlı olmayan yaşayış evləri və yaşayış sahələri başqa məqsədlərlə istifadə üçün yenidən qurulur və ya belə evlər Naxçıvan MSSR Nazirlər Sovetinin, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə sökülür.

Maddə 8. Yaşayış evlərinin və yaşayış sahələrinin qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilməsi

Yaşamağa yararlı yaşayış evlərinin, dövlət və ictimai mənzil fondunun evlərində yaşamağa yararlı yaşayış sahələrinin qeyri-yaşayış evlərinə və qeri-yaşayış sahələrinə keçirilməsinə, bir qayda olaraq yol verilmir. Müstəsna hallarda yaşayış evləri və yaşayış sahələri bu Məcəllənin 7-ci maddəsində göstərilən orqanların qərarı ilə qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilə bilər.    .

İdarə və ictimai mənzil fondunun yaşayış evləri və yaşayış sahələri qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə müvafiq nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və ictimai təşkilatların mərkəzi orqanlarının təklifləri ilə keçirilir.

Maddə 9. Kolxozlara məxsus yaşayış evlərinin və yaşayış sahələrinin qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilməsi

Kolxozlara məxsus yaşayış evləri və yaşayış sahələri qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının qərarı ilə keçirilir.

Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri

Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər.

Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir.

SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq vətəndaşların şəxsi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) ola bilər.

Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.

Vətəndaşlar yaşadıqları evə qayğı ilə yanaşmalı, yaşayış sahəsindən onun təyinatına görə istifadə etməli, yaşayış sahəsindən istifadə qaydalarına və sosialist birgəyaşayış qaydalarına əməl etməli, suyu, qazı, elektrik və istilik enerjisini qənaətlə işlətməlidirlər.

Vətəndaşlar yaşayış evlərindən və yaşayış sahələrindən şəxsən varlanmaq, əməksiz gəlir əldə etmək məqsədilə və başqa tamah məqsədləri ilə, habelə cəmiyyətin mənafeyi zərərinə istifadə edə bilməzlər.

Mənzil hüquqlarının onların təyinatına zidd olaraq və ya digər vətəndaşların hüquqlarını, habelə dövlət təşkilatlarının və ictimai təşkilatların hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir.

Maddə 11. Mənzil münasibətlə rini tənzimləmək sahəsində SSR İttifaqının səlahiyyəti

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq mənzil münasibətlərini tənzimləmək sahəsində SSR İttifaqının səlahiyyətinə aşağıdakılar aiddir:

1)     mənzil münasibətlərinin qanunvericilik yolu ilə tənzimlənməsinin vahidliyini təmin etmək;

2)     ittifaq tabeli mənzil təsərrüfatına rəhbərlik etmək, ittifaq-respublika tabeli mənzil təsərrüfatına ümumi rəhbərlik etmək;

3)    mənzil təsərrüfatını dövlət idarəetmə orqanlarının təşkili və fəaliyyətinin ümumi əsaslarını müəyyən etmək;

4)    müttəfiq respublikalar, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri üzrə mənzil fondunun əsaslı təmirinə dair plan tapşırıqlarını təsdiq etmək;

5)    mənzil fondunun təmiri sahəsində-vahid texniki siyasət yeritmək;

6)    müttəfiq respublikalar, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri üzrə mənzil fondunun istismarına və təmirinə maliyyə və material ehtiyatları məsrəfi normativlərini müəyyən etmək;

7)     mənzil fondunun dövlət uçotunun vahid qaydasını müəyyən etmək;

8)     mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınması, yaşayış sahəsi verilməsi və bu sahədən istifadə üçün əsas qaydaları müəyyən etmək;

9)     mənzil haqqı məbləğini, yaşayış sahəsinin və kommunal xidmətlər haqqı üzrə güzəştlərin məbləğini müəyyən etmək;

10)    mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyətinin əsas qaydalarını müəyyən etmək;

11)    mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətini həyata keçirmək və bunun qaydasını müəyyən etmək;

12)    SSRİ Konstitusiyasına, SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində ümumittifaq əhəmiyyətli başqa məsələləri həll etmək.

Maddə 12. Mənzil münasibətlərini tənzimləmək sahəsində Azərbaycan SSR-in səlahiyyəti

Mənzil münasibətlərini tənzimləmək sahəsində SSR İttifaqının səlahiyyəti istisna olmaqla, Azərbaycan SSR-in səlahiyyətinə aşağıdakılar aiddir:

1)     Azərbaycan SSR-də mənzil münasibətlərini qanunvericilik yolu ilə tənzimləmək;

2)     ittifaq-respublika və respublika tabeli mənzil təsərrüfatına rəhbərlik etmək, bu təsərrüfatı dövlət idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasını müəyyən etmək;

3)    Azərbaycan SSR mənzil fondunun əsaslı təmirinə dair plan tapşırıqlarını təsdiq etmək;

4)    Azərbaycan SSR ərazisində mənzil fondunu dövlət uçotuna almaq;          I

5)    mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınması, yaşayış sahəsi verilməsi və ondan istifadə qaydasını müəyyən etmək;

6)    mənzil və kommunal xidmətlər haqqının ödənilməsi qaydasını və müddətlərini müəyyən etmək;

7)    mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti qaydasını, onların üzvlərinin hüquqlarını və vəzifələrini müəyyən etmək;

8)    yaşayış evlərinin texniki istismarı qaydalarını və normalarını, evyanı ərazilərdən istifadə qaydalarını müəyyən etmək;

9)   mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətini həyata keçirmək;

10)    mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində SSR İttifaqının səlahiyyətinə aid edilməmiş başqa məsələləri həll etmək.

Maddə 13. Mənzil münasibətlərini tənzimləmək sahəsində Naxçıvan MSSR-in səlahiyyəti

Mənzil münasibətlərini tənzimləmək sahəsində SSR İttifaqının və Azərbaycan SSR-in səlahiyyəti istisna olmaqla, Naxçıvan MSSR-in səlahiyyətinə aşağıdakılar aiddir:

1)    respublika (MSSR) tabeli mənzil təsərrüfatına rəhbərlik etmək;

2)    muxtar respublikada mənzil fondunun əsaslı təmirinə dair plan tapşırıqlarını təsdiq etmək;

3)    muxtar respublikanın ərazisində mənzil fondunu dövlət uçotuna almaq;

4)    mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətini həyata keçirmək;

5)    mənzil fondundan istifadə və onun qorunmasının təmin olunması sahəsində SSR İttifaqının və Azərbaycan SSR-in səlahiyyətinə aid edilməmiş başqa məsələləri həll etmək.

Maddə 14. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin səlahiyyəti

Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti:

1)   vilayət tabeli mənzil təsərrüfatına rəhbərlik edir;

2)   yerli Sovetlərin ixtiyarında olan mənzil fondunun qorunmasını, düzgün istismarını, əsaslı və cari təmirini təmin edir;

3)   idarə və ictimai mənzil fondunun vəziyyətinə və istismarına, mənzil-tikinti kooperativləri evlərinin və vətəndaşların şəxsi mülkiyyətində olan evlərin saxlanmasına nəzarəti təşkil edir;

4)   mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunun vəziyyətinə, habelə yaşayış sahəsinin düzgün bölüşdürülməsinə və verilməsinə nəzarət edir;

5)   mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində başqa məsələləri SSR İttifaqı qanunvericiliyinə. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanuna, bu Məcəlləyə və Azərbaycan SSR-in digər qanunvericiliyinə uyğun olaraq həll edir.

Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti

SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri:

       1)  özlərinin tabeliyindəki mənzil təsərrüfatına rəhbərlik edirlər;

2) rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd yaşayış məntəqəsi mənzil təsərrüfatının inkişafına dair plan tapşırıqlarını təsdiq edir və onların yerinə yetirilməsinə nəzarət edirlər;

3)     Sovetin ixtiyarında olan mənzil fondunun lazımi texniki vəziyyətini, əsaslı və cari təmirini təmin edirlər;

4)     idarə və ictimai mənzil fondunun vəziyyətinə və istismarına, mənzil-tikinti kooperativləri evlərinin və vətəndaşların şəxsi mülkiyyətində olan evlərin saxlanmasına nəzarət edirlər;

5)     mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparırlar;

6)     müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər;

7)     mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində başqa məsələləri SSR İttifaqı qanunvericiliyinə, bu Məcəlləyə və Azərbaycan SSR-in digər qanunvericiliyinə uyğun olaraq həll edirlər.

 

II BÖLMƏ

 

MƏNZİL FONDUNUN İDARƏ EDİLMƏSİ

 

Maddə 16. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində dövlət idarəetməsi

Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində dövlət idarəetməsi SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti, Azərbaycan SSR Nazirlər Soveti, Naxçıvan MSSR Nazirlər Soveti, yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri, nazirliklər, dövlət komitələri və baş idarələr tərəfindən, habelə Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi və SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə müvafiq surətdə xüsusi səlahiyyətli digər dövlət orqanları tərəfindən həyata keçirilir.

Maddə 17. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin səlahiyyəti

Azərbaycan SSR-də mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində dövlət idarəetməsində Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin xüsusi səlahiyyəti vardır.

Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi mənzil fondunun idarə olunması, istismarı və təmiri sahəsində işləri əlaqələndirir.

Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin səlahiyyəti. daxilində qəbul olunan aktlar Azərbaycan SSR ərazisində

nazirliklər, dövlət komitələri, baş idarələr, onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar üçün, habelə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri, mənzil-tikinti kooperativləri və vətəndaşlar üçün məcburidir.

Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar"

Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər.

İdarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər.

İctimai mənzil fondunu kolxozların və başqa kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı təşkilatlarının və digər ictimai təşkilatların orqanları öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq idarə edirlər.

Mənzil-tikinti kooperativləri fondunu kooperativlərin idarə orqanları öz nizamnamələrinə uyğun olaraq idarə edirlər.

M a d d ə 19. Mənzil-istismar təşkilatları

Dövlət və ictimai mənzil fondunun istismarı üçün təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzil-istismar təşkilatları yaradılır.

Mənzil-istismar təşkilatları mənzil fondunun qorunmasını və ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edir, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət edirlər.

Yaşayış evi yalnız bir mənzil-istismar təşkilatı tərəfindən istismar edilə bilər. İdarə və ya ictimai mənzil fondu evlərinin istismarı üçün mənzil-istismar təşkilatı yaratmaq mümkün olmadıqda, evləri bilavasitə müvafiq müəssisə idarə, təşkilat istismar edir.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq mənzil-istismar təşkilatı haqqında birtipli əsasnamə Azərbaycan SSR Nazirlər Soveti və ya SSRİ nazirliyi, dövlət komitəsi, baş idarəsi tərəfindən təsdiq edilir.

Maddə 20. Dövlət və ictimai mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində ictimai təşkilatların və vətəndaşların iştirakı

həmkarlar ittifaqları və başqa ictimai təşkilatlar öz nizamnamə vəzifələrinə uyğun olaraq, habelə vətəndaşlar dövlət və ictimai mənzil fondunun idarə edilməsində və onun qorunmasının təmin olunmasında iştirak edirlər.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınması, mənzil sahəsi almaq üçün növbə müəyyən edilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzil sahəsinin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa riayət edilməklə həyata keçirilir.

Maddə 21. Mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində ictimai özfəaliyyət orqanlarının iştirakı qaydası

Ev, küçə, məhəllə komitələri və digər ictimai özfəaliyyət orqanları onlar barəsindəki əsasnamələrə uyğun olaraq mənzil fondunun istismarında və onun qorunmasının təmin edilməsində dövlət orqanlarına yardım göstərir, mənzil fondunun idarə olunmasında, yaşayış sahəsindən istifadə və yaşayış evlərinin saxlanması qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına ictimai nəzarətin həyata keçirilməsində iştirak edirlər.

Maddə 22. Dövlət və ictimai mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində vətəndaşların iştirakı qaydası

Vətəndaşlar mənzil fondundan istifadə edilməsinin yaxşılaşdırılmasına, onun lazımınca saxlanmasına və istismarına yönəldilmiş tədbirlərin həyata keçirilməsində dövlət orqanlarına və ictimai orqanlara, müəssisə, idarə və təşkilatlara yardım göstərmək, bu məsələlər barəsində təkliflər vermək yolu ilə dövlət və ictimai mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində iştirak edirlər.

Maddə 23. İctimai təşkilatların və vətəndaşların təkliflərini dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların nəzərə almaq vəzifəsi

Dövlət orqanları, müəssisə, idarə və təşkilatlar, habelə vəzifəli şəxslər mənzil fondundan istifadə olunmasını və onun qorunmasını yaxşılaşdırmaq üçün tədbirlər görərkən ictimai təşkilatların və vətəndaşların təkliflərini hər vasitə ilə nəzərə almalıdırlar.

Maddə 24. Yeni tikilmiş evlərdə mənzil sahəsinin bir hissəsinin məskunlaşdırılmaq üçün evtikənlər tərəfindən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə və başqa təşkilatlara verilməsi

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti dövlət əsaslı vəsaiti hesabına tikilmiş yeni evlərdə mənzil sahəsinin bir hissəsinin məskunlaşdırılmaq üçün evtikənlər tərəfindən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə və başqa təşkilatlara verilməsinin əsaslarını və şərtlərini, habelə verilən mənzil sahəsinin ölçüsünü müəyyən etmək ixtiyarına malikdir.

Maddə 25. Payçıların vəsaiti hesabına tikilmiş evlərdə mənzil sahəsinin bölüşdürülməsi

Müəssisələrin, idarələrin və təşkilatların pay vəsaiti hesabına tikilmiş evlərdə mənzil sahəsi məskunlaşdırılmaq üçün tikinti iştirakçıları arasında onların vəsaitinə proporsional olaraq bölüşdürülür.

Maddə 26. Mənzil fondunun dövlət uçotu

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq mənzil fondunun dövlət uçotu SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən qaydada SSR İttifaqı üçün vahid sistem üzrə aparılır.

Maddə 27. Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarəti

Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətinin vəzifəsi mənzil sahəsini bölüşdürmək və vətəndaşlara yaşayış sahələri vermək qaydasına, mənzil fondundan istifadə və onu texniki cəhətdən saz halda saxlamaq qaydalarına bütün nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət, kooperativ müəssisələri və digər ictimai müəssisələr, idarələr, təşkilatlar, mənzil-tikinti kooperativləri, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən əməl olunmasını təmin etməkdir.

Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarəti xalq deputatları Sovetləri, onların icra və sərəncam orqanları, habelə Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi və xüsusi səlahiyyətli digər dövlət orqanları tərəfindən, SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

III B Ö L M Ə

VƏTƏNDAŞLARIN YAŞAYIŞ SAHƏSİ İLƏ TƏMİN EDİLMƏSİ. YAŞAYIŞ SAHƏSİNDƏN İSTİFADƏ

 

1-ci f ə s i l

 

DÖVLƏT VƏ İCTİMAİ MƏNZİL FONDU EVLƏRİNDƏ YAŞAYIŞ SAHƏSİ VERİLMƏSİ

 

M a d d ə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir.

Mənzil-tikinti kooperativlərinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu cür evlərdə yaşayan başqa vətəndaşlar yaşayış sahəsi ilə ümumi əsaslarla təmin edilirlər,

Vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə (29-cu maddə) və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş əsaslara görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər.

Maddə 29. Vətəndaşları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesabetmənin əsasları

Aşağıdakı vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər:

1)    həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar;

2)    dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şəraitində Və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə yaxud da fərdi mənzil fondu evlərində kirayə müqavilələri üzrə uzun müddət yaşayan və başqa yaşayış sahəsi olmayan vətəndaşlar;

3)    mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olanlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar;

4)    müəyyən edilmiş sanitariya tələblərinə, texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar.

Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər.

SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa əsaslara görə də vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilə bilərlər.

Maddə 30. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yaşayış yerində uçotu

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər.

SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda və qaydada vətəndaşlar yaşayış yerindən kənarda da uçota götürülə bilərlər.

Maddə 31. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yerində uçotu

Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər.

SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər.

Maddə 32. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, habelə onlara yaşayış sahəsi verilməsinin növbəliliyini təyin etmək qaydası

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, habelə vətəndaşlara yaşayış sahəsi verilməsinin növbəliliyini təyin etmək qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən olunur.

Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək qaydası

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşa onu uçota götürmüş orqan tərəfindən bu barədə yazılı şəkildə xəbər verilir.

Birinci növbədə və növbədənkənar yaşayış sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca uçota götürülürlər.

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşların siyahıları vaxtaşırı dəqiqləşdirilməlidir.

Maddə 34. Vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququnun saxlanması

Aşağıdakı hallarda vətəndaşların yaşayış sahəsi almaq üçün uçotda qalmaq hüququ saxlanılır:

1) müvəqqəti olaraq başqa yerə getdikdə—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə;

2)   seçkili vəzifəyə keçdikdə;

3)   qocalığa və ya əlilliyə görə pensiyaya çıxdıqda;

4)   uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə;

5)   SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində müəyyən edilmiş başqa hallarda.

Uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür.

M a d d ə 35. Vətəndaşları mənzil şəraitini yaxşılaşdırmağa ehtiYacı olanların uçotundan çıxarmaq üçün əsaslar

Vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar:

1)    mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda;

2)    daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə;

3)    iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda;

4)    mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə;

5)    altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa, sürgünə və ya köçürülməyə məhkum edildikdə.

Uçotdan çıxarmanı uçota götürmək haqqında qərar qəbul etmək ixtiyarı olan orqan həyata keçirir (bu Məcəllənin 33-cü maddəsinin birinci hissəsi).

Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir.

Maddə 36. Vətəndaşlara yaşayış sahəsi verilməsinin növbəliliyi

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir.

Növbəlilik aşağıdakı qaydada müəyyən edilir:

yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən;

iş yerində uçota götürülmüş vətəndaşlar barəsində,—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən.

Birinci növbədə və növbədənkənar yaşayış sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca siyahılara daxil edilirlər.

Yaşayış sahəsi almaq üçün növbəlilik əmək intizamını qəsdən pozan şəxs barəsində, sərxoşluğa və ya xuliqanlığa görə dəfələrlə inzibati tənbeh yaxud ictimai təsir tədbirləri görülmüş vətəndaş barəsində, habelə törətdiyi cinayətə görə məhkum edilmiş şəxs barəsində, əkər bununla əlaqədar olaraq bu Məcəllənin 35-ci maddəsinin 5-ci bəndinə uyğun surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmamalıdırsa, daha sonrakı müddətlərə keçirilə bilər.

Maddə 37. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müəsisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə nəzarət

Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər.

İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir.

M a d d ə 38. Yaşayış sahəsinin birinci növbədə verilməsi

Yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aşağıdakı şəxslərə birinci növbədə verilir:

Böyük Vətən müharibəsi əlillərinə, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələrinə və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslərə;

Sovet İttifaqı Qəhrəmanlarına, Sosialist Əməyi Qəhrəmanlarına, habelə Şöhrət, Əmək Şöhrəti, “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmət etməyə görə” ordenlərinin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərə;

SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunan xəstəliklər siyahısında göstərilmiş bəzi xroniki xəstəliklərin ağır formalarına tutulmuş şəxslərə;

vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə, SSRİ-nin müdafiəsi uğrunda başqa döyüş əməliyyatları zamanı döyüşən ordunun tərkibində olmuş şəxslərə, vətəndaş müharibəsinin və Böyük Vətən müharibəsinin partizanlarına, habelə SSRİ-nin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslərə;

I və II qrup əmək əlillərinə və hərbi qulluqçular sırasından olan I və II qrup əlillərə;

dövlət vəzifəsini və ya ictimai vəzifəni icra edərkən, insan həyatını xilas etmək, sosialist mülkiyyətini və hüquq qaydasını mühafizə etmək üçün SSRİ vətəndaşı borcunu yerinə yetirərkən həlak olmuş yaxud bədbəxt hadisə nəticəsində istehsalatda həlak olmuş şəxslərin ailələrinə;

istehsal sahəsində uzun müddət vicdanla işləmiş fəhlələrə və qulluqçulara;

“Qəhrəman ana” adı verilmiş yaxud “Analıq şərəfi” ordeni və ya “Analıq medalı” ilə təltif olunmuş analara, çoxuşaqlı ailələrə və tək analara;

əkiz uşaq doğulan ailələrə.

SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə vətəndaşların başqa kateqoriyalarına da yaşayış sahəsini birinci növ. bədə almaq hüququ verilə bilər.

M a d d ə 39. Yaşayış sahəsinin növbədənkənar verilməsi

Yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara;

dövlət uşaq müəssisəsindən, qohumlarının, qəyyumunun və ya himayəçisinin yanından qayıdanların əvvəllər yaşadıqları sahəyə hüququnun qanunla saxlanıldığı, lakin bu sahəyə köçmək mümkün olmadığı hallarda həmin şəxslərə;

aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar işə göndərilən şəxslərə;

qanunsuz məhkum olunmuş və sonralar təmizə çıxarılmış, əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmayan vətəndaşlara;

SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda.

Maddə 40. Mənzil sahəsi norması

Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilir.

Vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa, ayrıca otaq şəklində və ya on kvadratmetr ölçüsündə əlavə mənzil sahəsi verilir.

Bəzi xroniki xəstəliklərin ağır formalarına tutulmuş vətəndaşlar üçün, habelə işinin şəraitinə və xarakterinə görə belə sahə alması zəruri olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq əlavə mənzil sahəsinin verilmə. si qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququna malik kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 41. Yaşayış sahəsinə verilən tələblər

Yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir.

Verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsində olmalıdır.

Avariya halında olan və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün yararsız digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir.

Maddə 42. Yaşayış sahəsi verilərkən vətəndaşların mənafeyinin nəzərə alınması

Yaşayış sahəsi verilərkən müxtəlif cinsdən olan doqquz yaşından yuxarı şəxslərin, ər-arvad istisna edilməklə, bir otağa köçürülməsinə yol verilmir.

Yaşayış sahəsi vətəndaşın iş yeri, Səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir.

Əlillərə, qocalara, ürək-damar xəstəliklərinə və başqa ağır xəstəliklərə tutulmuş şəxslərə yaşayış sahəsi onların arzuları nəzərə alınmaqla aşağı mərtəbələrdə və ya lifti olan evlərdə verilir.

Verilən yaşayış sahəsinin ölçüsü müəyyən edilərkən ailədə olan hamilə qadın nəzərə alınır.

M a d d ə 43. Mənzildə boşalmış yaşayış sahəsinin verilməsi

Kirayəçinin yaşadığı mənzildə onun yaşayış sahəsindən təcrid olunmayan və iç-içə olan otaq boşalarsa, bu otaq kirayəçinin istifadəsinə verilməlidir.

Bir neçə kirayəçinin yaşadığı mənzildə təcrid olunmuş otaq boşalarsa, həmin mənzildə yaşayan, ailəsi bu Məcəllənin 40-cı maddəsində müəyyən olunmuş norma üzrə mənzil sahəsi ilə təmin edilməyən və mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan kirayəçi onu almaq üçün üstünlük hüququna malikdir.

Maddə 44. Yerli xalq deputatları Sovetlərinin mənzil fonduna məxsus evlərdə yaşayış sahəsi verilməsi qaydası

Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir.

M a d d ə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası

İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası

İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

Maddə 47. Yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə verilmiş evlərdə, habelə payçı vəsaiti hesabına tikilmiş evlərdə yaşayış sahəsinə köçürmə

Dövlət müəssisələri, idarələri, təşkilatları tərəfindən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə verilmiş evlərdə boşalan yaşayış sahəsinə, habelə müəssisələrin, idarələrin, təşkilatların payçı vəsaiti hesabına tikilmiş evlərdə boşalan yaşayış sahəsinə ilk növbədə həmin müəssisələrin, idarələrin, təşkilatların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçiləri köçürülürlər. Göstərilən köçürmə qaydası yaşayış evinin nə vaxt təhvil verilməsindən və ya tikilib qurtarmasından asılı olmayaraq tətbiq edilir.

M a d d ə 48. Yaşayış sahəsi orderi

Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir.

M a d d ə 49. Yaşayış sahəsi orderinin etibarsız hesab edilməsinin əsasları və qaydası

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.

Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi kündən etibarən üç il ərzində irəli sürülə bilər.

Maddə 50. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunun və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydaları

Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunun və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir.

 

2-c i f ə s i l

 

DÖVLƏT VƏ İCTİMAİ MƏNZİL FONDU EVLƏRİNDƏ YAŞAYIŞ SAHƏSİNDƏN İSTİFADƏ

 

Maddə 51. Yaşayış sahəsini kirayə müqaviləsi. Yaşayış sahəsini kirayə müqaviləsinin bağlanması

Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir.

Yaşayış sahəsini birtipli kirayə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir.

Yaşayış sahəsini kirayə müqaviləsindən irəli kələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir.

Maddə 52. Yaşayış sahəsini kirayə müqaviləsinin predmeti

Dövlət və ictimai mənzil fondu evlərində kirayə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.

Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz.

Maddə 53. Kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələri

Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli kələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli kələn öhdəliklər üzrə kirayəçi ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.

Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat. aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

M a d d ə 54. Kirayəçinin başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ

Kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.

Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.

Kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

M a d d ə 55. Yaşayış sahəsindən istifadə haqqı

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqının (mənzil haqqının) məbləğini SSRİ Nazirlər Soveti müəyyən edir.

Kirayəçiyə və onun ailə üzvlərinə müəyyən edilmiş norma ilə düşən mənzil sahəsinin haqqı, eləcə də bütün ailənin bir adamlıq normanın yarısından çox olmayan artıq mənzil sahəsinin haqqı birqat ödənilir. Qalan artıq mənzil sahəsindən istifadə haqqı SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri artıq miqdarda ödənilir.

M a d d ə 56. Kommunal xidmətlər üçün haqq

Mənzil haqqından əlavə, müəyyən edilən qaydada təsdiq olunmuş tariflər üzrə kommunal xidmətlər (su təchizatı, qaz, elektrik enerjisi, istilik enerjisi və başqa xidmətlər) üçün haqq "alınır.

M a d d ə 57. Mənzil və kommunal xidmətlər haqqının ödənilməsi qaydası və müddətləri

Kirayəçi mənzil və kommunal xidmətlər haqqını vaxtında ödəməlidir.

Kirayəçi hər ayın mənzil haqqını sonrakı ayın onundan gec olmayaraq ödəməlidir.

M a d d ə 58. Mənzil və kommunal xidmətlər haqqı üzrə güzəştlər

Mənzil və kommunal xidmətlər haqqı üzrə güzəştlər SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir.

Kolxozlara məxsus evlərdə yaşayan vətəndaşlara kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının qərarı ilə mənzil haqqı üzrə güzəştlər verilə bilər.

Maddə 59. Qızdırılan və işıq çəkilmiş yaşayış sahəsindən pulsuz istifadə

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq kənd yerlərində, yaşayış məntəqələrindən kənarda (SSR İttifaqı qanunvericiliyinin müəyyən etdiyi hallarda isə fəhlə qəsəbələrində və digər qəsəbələrdə) işləyən və yaşayan mütəxəssislər qızdırılan və işıq çəkilmiş yaşayış sahəsindən pulsuz istifadə edirlər. Belə sahə ilə təmin edilən mütəxəssis kateqoriyalarının siyahılarını və onlara yaşayış sahəsi verilməsi qaydasını SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər Soveti müəyyən edirlər.

M a d d ə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması

Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

Müvəqqəti başqa yerə gedən kirayəçinin və ya onun ailə üzvünün yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır:

1)    müddətli həqiqi hərbi xidmətə çağırıldıqda— müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda — həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular sifətilə həqiqi hərbi xidmətdə olduqda— həqiqi hərbi xidmətin birinci beş ili. ərzində;

2)    işin şəraitinə və xarakterinə görə (kəmi heyətləri, axtarış dəstələri, ekspedisiya işçiləri və i. a.) yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə — həmin işin görülməsinin və ya təhsilin bütün müddətində;

3)    uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisələrinə, qohumlarına, qəyyumlarına və ya himayəçilərinə verildikdə— onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının, qəyyumlarının və ya himayəçilərinin yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmamışlarsa və həmin sahəyə başqa şəxslər köçürülmüşsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, həmin uşaqlara dövlət uşaq müəssisəsində, qohumlarının, qəyyumlarının (himayəçilərinin) yanında olma müddəti qurtardıqdan sonra müəyyən edilmiş normalarla növbədənkənar mənzil verilir (bu Məcəllənin 39-cu maddəsi);

4)    qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə;

5)     müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə;

6)     həbs olunduqda—işin istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə;

7)     SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş başqa hallarda.

Bu maddənin 1—5-ci bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsindən istifadə hüququ həmin "bəndlərdə göstərilən müddətlərin qurtardığı kündən altı ay ərzində saxlamır.

Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. I

Kirayəçi və ya onun ailə üzvü üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət kirayəçinin və ya başqa yerə getmiş ailə üzvünün ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər.

Maddə 61. Kirayəçi müvəqqəti başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ

Kirayəçisi müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin kirayə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar.

İstifadə hüququ müvəqqəti başqa yerə getmiş vətəndaş üçün saxlanan mənzil sahəsi artıq mənzil sahəsi sayılmır.

M a d d ə 62. Müvəqqəti başqa yerə getmiş kirayəçinin vəzifələri

Kirayəçinin müvəqqəti başqa yerə getməsi, bu Məcəllənin 63-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, onu yaşayış sahəsini kirayə müqaviləsi üzrə bütün vəzifələri yerinə yetirməkdən azad etmir.

Maddə 63. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşın mənzil sahəsindən kirayədarın istifadə etməsi

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşın yaşayış sahəsində onun ailə üzvləri yaşamadıqda, onun orduya çağırıldığı kündən üç ay keçdikdən sonra kirayədar bu sahəni orduya çağırılmış şəxsin müddətli həqiqi hərbi xidməti keçdiyi vaxt ərzində müəyyən edilmiş qaydada başqa vətəndaşların istifadəsinə vermək ixtiyarına malikdir.

Vətəndaş müddətli həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra bu yaşayış sahəsinin dərhal boşaldılmasını tələb etmək və oraya köçmək ixtiyarına malikdir. həmin sahədə yaşayan şəxslər ən geci iki həftə müddətində onu boşaltmalıdırlar. Göstərilən şəxslər sahəni boşaltmaqdan imtina etdikdə, kirayədarın və ya müddətli həqiqi hərbi xidmətdən qayıtmış vətəndaşın tələbinə əsasən, onlara başqa sahənin verilib-verilməməsindən asılı olmayaraq, məhkəmə qaydasında çıxarılmalıdırlar.

M a d d ə 64. Yaşayış sahəsini bronlama

Kirayəçilərin və onların ailə üzvlərinin yaşayış sahələri onlar xaricə işə göndərildikdə—xaricdə olacaqları bütün vaxt üçün, Uzaq Şimal rayonlarına və onlara bərabər tutulan yerlərə işləməyə getdikdə—əmək müqaviləsinin qüvvədə qaldığı bütün vaxt üçün, SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulan hallarda isə Uzaq Şimal rayonlarında və bunlara bərabər tutulan yerlərdə olacaqları bütün vaxt üçün bronlanır.

SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində yaşayış sahəsinin bronlanmasının başqa halları da nəzərdə tutula bilər.

Bu maddədə göstərilən hallarda yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi kirayədara təqdim edilmək üçün kirayəçiyə və ya onun ailə üzvlərinə mühafizə şəhadətnaməsi (bron) verir. Mühafizə şəhadətnaməsi verməkdən imtina edilməsindən məhkəməyə şikayət edilə bilir.

Bronun müddətinin qurtarmasından altı ay keçdikdən sonra yaşayış sahəsini kirayə müqaviləsi kirayədarın iddiası üzrə məhkəmə qaydasında pozula bilər.

 M a d d ə 65. Bronlanmış yaşayış sahəsindən istifadə

Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahələrinin kirayəçiləri bronlanmış yaşayış sahəsini bronun qüvvədə olduğu müddətdə əsas kirayəçidən kirayəyə götürənlərin və ya müvəqqəti sakinlərin istifadəsinə vermək ixtiyarına malikdirlər.

M a d d ə 66. Əsas kirayəçidən kirayəyə götürənlərin və müvəqqəti sakinlərin bronlanmış yaşayış sahəsindən çıxarılması

Kirayəçi və ya onun ailə üzvləri qayıtdıqda, bron müddətinin qurtarıb-qurtarmadığından asılı olmayaraq, bronlanmış yaşayış sahəsinin dərhal boşaldılmasını tələb etmək ixtiyarına malikdirlər. Əsas kirayəçidən kirayəyə götürənlər və ya müvəqqəti sakinlər sahəni boşaltmaqdan imtina etdikdə, onlar digər yaşayış sahəsi verilmədən kirayəçinin tələbi üzrə məhkəmə qaydasında çıxarılmalıdırlar.

Maddə 67. Kirayəçinin yaşayış sahəsində qəyyum ya himayəçi sifətilə yaşayan şəxsin çıxarılması

Kirayəçinin yaşayış sahəsinə qəyyumlar və ya himayəçilər sifətilə köçmüş şəxslər həmin sahə barəsində müstəqil hüquq əldə etmirlər həmin sahə qanunla müəyyən olunmuş qaydada qəyyuma və ya himayəçiyə təhkim edilməmişsə, qəyyumluğa və ya himayəçiliyə xitam verildikdə onlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar.

M a d d ə 68. Yaşayış sahəsinin dəyişdirilməsi

Yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa kirayəçi və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan kirayəçi və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir.

Ailə üzvləri dəyişdirmək haqqında razılığa gəlməmişsə, onların hər biri yaşadığı sahənin məcburi olaraq müxtəlif evlərdə (mənzillərdə) yaşayış sahəsi ilə dəyişdirilməsini məhkəmə qaydasında tələb etmək ixtiyarına malikdir.

Müəssisələrin, idarələrin, təşkilatların evlərindəki yaşayış sahəsinin dəyişdirilməsinə yalnız onların razılığı ilə yol verilir. Kolxozlara məxsus evlərdəki yaşayış sahəsinin dəyişdirilməsi halları istisna olmaqla, yaşayış sahəsini dəyişdirməyə razılıq verməkdən imtina haqqında məhkəməyə şikayət edilə bilər.

Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir.

Order verilməsindən imtina haqqında altı ay müddətində məhkəməyə şikayət etmək olar.

Yaşayış sahəsini dəyişdirmək qaydası və yaşayış sahəsinin dəyişdirilməsinə yol verilməyən hallar SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 69. Yaşayış sahəsinin dəyişdirilməsinə yol verilməyən hallar

Aşağıdakı hallarda yaşayış sahəsinin dəyişdirilməsinə yol verilmir:

1) yaşayış sahəsini kirayə müqaviləsinin pozulması və ya dəyişdirilməsi haqqında yaxud orderin etibarsız hesab edilməsi haqqında kirayəçiyə iddia verildikdə;

2)    mənzil-tikinti kooperativi üzvünü kooperativdən xaric etmək haqqında məsələ qaldırıldıqda;

3)    dəyişdirmə möhtəkirlik və ya saxtakarlıq xarakteri daşıdıqda;

4)    dəyişdirilən yaşayış sahələrindən biri, evlərindən üzürlü səbəblər olmadan öz arzusu ilə və ya əmək intizamını pozduğuna yaxud cinayət etdiyinə görə işdən çıxarılması ilə əlaqədar müəssisə, idarə və təşkilatla əmək münasibətlərini kəsmiş fəhlə və qulluqçuların (onlarla yaşayan şəxslərlə birlikdə) məhkəmə qaydasında çıxarılmasına yol verilən çox mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının siyahılarına SSRİ Nazirlər Sovetinin və ya Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə daxil edilmiş müəssisə, idarə və təşkilatın evində olduqda. Əmək nasibətlərinə başqa əsaslarla xitam vermiş, habelə yaşayış sahə. sini əmək münasibətləri ilə əlaqədar olmayaraq almış vətəndaşlar yaşayış sahəsini ümumi əsaslarla dəyişdirmək ixtiyarına malikdirlər;

5)    evin (yaşayış sahəsinin) uçmaq qorxusu olduqda və ya ev xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə avariyalı və ya sökülməli hesab edildikdə yaxud dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün verildikdə;

6)    yaşayış sahəsi xidməti olduqda və ya yataqxanada yerləşdikdə;

7)    SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulan başqa hallarda.

M a d d ə 70. Yaşayış sahəsini dəyişdirmək qaydaları

Yaşayış sahəsini dəyişdirmək qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir.

M a d d ə 71. Dəyişdirmənin etibarsız hesab edilməsi

Bu Məcəllənin 69-cu maddəsində nəzərdə tutulan hallarda dəyişdirmə etibarsız hesab edilir.

Əqli etibarsız hesab etmək üçün Azərbaycan SSR Mülki məcəlləsi ilə müəyyən olunmuş əsaslara görə də dəyişdirmə etibarsız hesab edilə bilər.

Dəyişdirmə məhkəmə qaydasında etibarsız hesab edilir

M a d d ə 72. Dəyişdirmənin etibarsız hesab edilməsinin nəticələri

Dəyişdirmə etibarsız hesab edildikdə tərəflər əvvəllər yaşadıqları sahələrə köçürülməlidirlər.

Dəyişdirmə zamanı bir tərəfin əsassız olaraq aldığı məbləğ tutulub dövlət mədaxilinə keçirilir.

Maddə 73. Azərbaycan SSR-in digər müttəfiq respublikanın ərazilərində yerləşən evlərdə yaşayış sahəsinin dəyişdirilməsi

Dəyişdirilməsi nəzərdə tutulan yaşayış sahəsi digər müttəfiq respublikanın ərazisində yerləşən evdə olduqda, yaşayış sahəsi SSR İttifaqı, Azərbaycan SSR və müvafiq müttəfiq respublika qanunvericiliyində nəzərdə tutulan qaydada dəyişdirilir.

M a d d ə 74. Kirayəçinin olduğu yaşayış sahəsi əvəzinə daha kiçik yaşayış sahəsi almaq hüququ

Müəyyən edilmiş normalardan artıq mənzil sahəsi olan kirayəçi ailə üzvlərinin razılığı ilə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsindən, müəssisədən, idarədən, təşkilatdan (yaşayış evinin mənsubiyyətindən asılı olaraq) olduğu yaşayış sahəsi əvəzinə ona müəyyən edilən qaydada daha kiçik yaşayış sahəsi verilməsini tələb etmək ixtiyarına malikdir.

M a d d ə 75. Ayrıca mənzilin kirayəçisinin artıq mənzil sahəsinə başqa vətəndaşları köçürmək hüququ

Ayrıca mənzildən istifadə edən kirayəçi öz istəyi ilə sahəsi 12 kvadratmetrdən az olmayan artıq ayrıca otağa mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda duran başqa vətəndaşların köçürülməsi haqqında müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi, müəssisə, idarə, təşkilat (yaşayış evinin mənsubiyyətindən asılı olaraq) qarşısında vəsatət qaldıra bilər. Vəsatət yerinə yetirildikdə göstərilən şəxslərlə yaşayış sahəsinin ayrıca kirayə müqaviləsi bağlanır.

M a d d ə 76. Yaşayış sahəsinin əsas kirayəçidən kirayəyə götürülməsi

Yaşayış sahəsinin kirayəçisi özü ilə birlikdə yaşayan ailə üzvlərinin və kirayədarın razılığı ilə yaşayış sahəsini bu Məcəllə ilə müəyyən edilən hallarda və qaydada kirayəyə vermək ixtiyarına malikdir.

Kirayəçi müvəqqəti başqa yerə ketdikdə yaşayış sahəsini kirayə müqaviləsi üzrə kirayədar qarşısında məsul qalmaqla, olduğu bütün yaşayış sahəsini, başqa hallarda isə olduğu mənzil sahəsinin bir hissəsini kirayəyə vermək ixtiyarına malikdir.

Əsas kirayəçidən kirayəyə götürənin yaşayış sahəsinə köçməsi nəticəsində hər kəsin payına düşən mənzil sahəsinin ölçüsü bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş normadan az olduqda sahənin kirayəyə verilməsinə yol verilmir.

Mənzildə bir neçə kirayəçi yaşadıqda yaşayış sahəsini əsas kirayəçinin kirayəyə verməsi üçün bütün kirayəçilərin razılığı tələb olunur.

Əsas kirayəçidən kirayəyə götürmə müqaviləsi yazılı formada bağlanmalı və sonra müvafiq mənzil-istismar təşkilatında qeydə alınmalıdır.

Mənzil sahəsi əməksiz gəlir əldə etmək məqsədilə müntəzəm olaraq kirayəyə verildikdə kirayəyə verilən ayrıca yaşayış sahəsi məhkəmə qaydasında alınmalıdır.

Maddə 77. Əsas kirayəçidən kirayəyə götürmə müqaviləsinə görə yaşayış sahəsindən istifadə haqqı

Əsas kirayəçidən kirayəyə götürmə müqaviləsinə görə yaşayış sahəsindən istifadə və kommunal xidmətlər üçün haqqın məbləği tərəflərin razılığı ilə müəyyən edilir, lakin həmin sahə üçün kirayəçinin ödədiyi mənzil və kommunal xidmətlər haqqının məbləğindən artıq ola bilməz.

Əsas kirayəçidən kirayəyə götürənə ev müxəlləfatı predmetləri verildikdə, tərəflərin münasibətləri Azərbaycan SSR Mülki məcəlləsinin 28-ci fəslinin müvafiq maddələri ilə tənzimlənir.

M a d d ə 78. Əsas kirayəçidən kirayəyə götürmə müqaviləsinin xitamı

Əsas kirayəçidən kirayəyə götürmə müqaviləsinin müddəti qurtardıqda əsas kirayəçidən kirayəyə götürən müqaviləni təzələməyi tələb etmək ixtiyarına malik deyildir və əsas kirayəçidən kirayəyə götürdüyü yaşayış sahəsini əsas kirayəçinin tələbi ilə boşaltmalıdır. Sahəni boşaltmaqdan imtina etdikdə, ona başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdır.

Əsas kirayəçidən kirayəyə götürmə müqaviləsi bu Məcəllənin 97-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan əsaslara görə vaxtından əvvəl pozula bilər.

Əsas kirayəçidən kirayəyə götürmə müqaviləsi müddət göstərilmədən bağlandıqda kirayəçi ondan kirayəyə götürəni həmin müqaviləyə xitam verməsi haqqında üç ay əvvəl xəbərdar etməlidir.

M a d d ə 79. Müvəqqəti sakinlər

Yaşayış sahəsinin kirayəçisi və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas kirayəçidən kirayəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər.

Müvəqqəti sakinlərin bir ay yarımdan artıq müddətə köçməsinə yalnız bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş mənzil sahəsi normasına əməl etmək şərtilə yol verilir.

Müvəqqəti sakinlər kirayəçinin və ya onunla yaşayan ailə üzvlərinin tələbi ilə yaşayış sahəsini dərhal boşaltmalıdırlar. Müvəqqəti sakinlər imtina etdikdə başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar.

Maddə 80. Yaşayış sahəsini kirayə müqaviləsinə xitam verildikdə əsas kirayəçidən kirayəyə götürənlərin və müvəqqəti sakinlərin çıxarılması

Kirayəçinin yaşayış sahəsində əsas kirayəçidən kirayəyə götürmə müqaviləsi əsasında və ya müvəqqəti sakinlər sifətilə yaşayan vətəndaşlar, orada yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə barəsində müstəqil hüquqa malik deyildirlər.

Yaşayış sahəsini kirayə müqaviləsinə xitam verildikdə eyni zamanda əsas kirayəçidən kirayəyə götürmə müqaviləsi də pozulur. Əsas kirayəçidən kirayəyə götürənlər, habelə müvəqqəti sakinlər yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar.

Maddə 81. Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması

Yaşayış sahəsi və yardımçı sahələr yalnız mənzilin abadlığını yaxşılaşdırmaq məqsədilə yenidən qurula və yenidən planlaşdırıla bilər və buna kirayəçinin, onunla birlikdə yaşayan ailə üzvlərinin, kirayədarın razılığı və yerli xalq deputatları Soveti icraiyyə komitəsinin icazəsi ilə yol verilir.

Yaşayış sahəsini və ya yardımçı sahəni özbaşına yenidən qurmağa və ya yenidən planlaşdırmağa yol vermiş kirayəçi həmin sahəni öz hesabına əvvəlki hala salmalıdır.

M a d d ə 82. Yaşayış evinin əsaslı təmiri ilə əlaqədar olaraq vətəndaşlara yaşayış sahəsi verilməsi

Dövlət və ya ictimai mənzil fondunun yaşayış evi əsaslı təmir edilərkən, kirayəçini çıxarmadan təmir mümkün omadıqda, kirayədar təmir edilən sahəni kirayə müqaviləsini pozmadan əsaslı təmir müddətində kirayəçiyə və onun ailə üzvlərinə başqa yaşayış sahəsi verməlidir. Kirayəçi həmin sahəyə köçməkdən imtina etdikdə kirayədar onun məhkəmə qaydasında köçürülməsini tələb edə bilər.

Əsaslı təmir müddəti üçün verilən yaşayış sahəsi sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir.

Təmir qurtardıqdan və ev dövlət komissiyası tərəfindən qəbul edildikdən sonra kirayəçi əvvəlki yaşayış sahəsinə köçmək ixtiyarına malikdir.

Kirayəçi yalnız əsaslı təmir müddətində ona verilən yaşayış sahəsi üçün mənzil haqqı verməlidir. Köçürmə ilə əlaqədar xərcləri kirayədar ödəməlidir.

Kirayəçinin və onun ailə üzvlərinin olduqları yaşayış sahəsi əsaslı təmir nəticəsində saxlanıla bilmədikdə və ya xeyli artdıqda və kirayəçi üçün mənzil sahəsi artıqlığı əmələ gəldikdə, kirayəçiyə və onun ailə üzvlərinə əsaslı təmir başlananadək digər abad yaşayış sahəsi verilməlidir. Əsaslı təmir nəticəsində yaşayış sahəsi xeyli kiçilərsə, kirayəçinin tələbi ilə ona və ailə üzvlərinə əsaslı təmir başlananadək digər abad sahə verilməlidir. Mübahisə yarandıqda məsələ məhkəmə qaydasında həll edilir.

M a d d ə 83. Yaşayış sahəsini kirayə müqaviləsinin dəyişdirilməsi

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini kirayə müqaviləsi yalnız kirayəçinin, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər.

 Maddə 84. Kirayəçinin ailə üzvünün tələbi ilə yaşayış sahəsini kirayə müqaviləsinin dəyişdirilməsi

Kirayəçinin ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca kirayə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir.

M a d d ə 85. Ailənin digər üzvünün kirayəçi hesab edilməsi nəticəsində yaşayış sahəsini kirayə müqaviləsinin dəyişdirilməsi

Kirayəçinin ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış kirayə müqaviləsi üzrə ilk kirayəçi əvəzinə özünün kirayəçi hesab edilməsini kirayəçi və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Kirayəçi öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

Ailə üzvünü kirayə müqaviləsi üzrə kirayəçi hesab etməkdən kirayədarın imtina etməsinə məhkəmədə baxıla bilər.

M a d də 86. Bir ailədə birləşən kirayəçilərin tələbinə görə yaşayış sahəsini kirayə müqaviləsi şərtlərinin dəyişdirilməsi        

 Bir mənzildə yaşayan və burada yaşayış sahələrindən ayrı-ayrı müqavilələr üzrə istifadə edən vətəndaşlar bir ailədə birləşdikdə, kirayəyə götürdükləri sahənin hamısı üçün onlardan hər hansı biri ilə bir kirayə müqaviləsi bağlanmasını tələb etmək ixtiyarına malikdirlər.

Kirayədarın bir kirayə müqaviləsi bağlamaqdan imtina etməsinə məhkəmədə baxıla bilər.

Maddə 87. Yaşayış sahəsini kirayə müqaviləsinin kirayəçi tərəfindən pozulması

Yaşayış sahəsinin kirayəçisi ailə üzvlərinin razılığı ilə istənilən vaxt kirayə müqaviləsini pozmaq ixtiyarına malikdir.

Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə; müqaviləsi onların getdiyi və ya köçdüyü kündən pozulmuş hesab edilir.

Maddə 88. Yaşayış sahəsini kirayə müqaviləsinin kirayədarın tələbi ilə pozulması

Uçmaq qorxusu olan evlərdən çıxarma halları istisna olmaqla, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi kirayədarın tələbi ilə yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə və ancaq məhkəmə qaydasında pozula bilər.

M a d d ə 89. Yaşayış sahəsindən çıxarma                                 

Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir.

Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir.

Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir.

M a d d ə 90. Vətəndaşlara başqa abad yaşayış sahəsi verilməklə onların çıxarılması

Vətəndaşlar başqa abad yaşayış sahəsi verilməklə dövlət və ictimai mənzil fondunun yaşayış evlərindən aşağıdakı hallarda çıxarılırlar:

yaşayış sahəsinin yerləşdiyi ev sökülməli olduqda;

ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda;

ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış evinə çevrilməli olduqda.

Maddə 91. Evin (yaşayış sahəsinin) sökülməsi və ya yenidən qurulması ilə əlaqədar yaşayış sahəsi verilməsi

Yaşayış sahəsinin yerləşdiyi ev dövlət ehtiyacları və ya içtimai ehtiyaclar üçün torpaq sahəsinin alınması ilə əlaqədar sökülməli, habelə ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış evinə çevrilməli olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara başqa abad yaşayış sahəsi torpaq sahəsinin ayrıldığı və ya yenidən qurulmalı olan evin (yaşayış sahəsinin) verildiyi dövlət, kooperativ təşkilatı və ya ictimai təşkilat tərəfindən verilir.

Evin sökülməsinin başqa hallarında həmin evdən çıxarılan vətəndaşlara digər abad yaşayış sahəsi sökülməli evin məxsus olduğu dövlət, kooperativ təşkilatı və ya başqa ictimai təşkilat tərəfindən, həmin təşkilatın digər yaşayış sahəsi verməsi mümkün olmadıqda isə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir.

M a d d ə 92. Uçmaq qorxusu olan evlərdən çıxarma ilə əlaqədar yaşayış sahəsi verilməsi

Evin (yaşayış sahəsinin) uçmaq qorxusu olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara yerli xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə yerli xalq deputatları Sovetinin evində və ya müvafiq dövlət, kooperativ təşkilatının yaxud başqa ictimai təşkilatın evində digər abad yaşayış sahəsi verilir.

M a d d ə 93. Həqiqi hərbi xidmətdən buraxılmış şəxslərə digər abad yaşayış sahəsi verilməklə onların çıxarılması

Həqiqi hərbi xidmətdən istefaya və ya ehtiyata buraxılanlar —SSRİ Silahlı Qüvvələrinin zabitləri, praporşikləri və miçmanları, müddətdən artıq xidmətdə olan hərbi qulluqçuları və onlara bərabər tutulan şəxslər, habelə onlarla birlikdə yaşayan şəxslər hərbi şəhərciklərdəki yaşayış sahələrindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. SSRİ Silahlı Qüvvələri ilə əlaqəsi kəsilmiş başqa şəxslər də hərbi şəhərciklərdən eyni qaydada çıxarılırlar.

M a d d ə 94. Çıxarma ilə əlaqədar abad yaşayış sahəsi verilməsi

Vətəndaşlara çıxarma ilə əlaqədar verilən . digər abad yaşayış sahəsi bu Məcəllənin 41-ci maddəsinin tələblərinə cavab verməlidir.

Kirayəçinin ayrıca mənzili və ya birdən çox otağı olduqda müvafiq surətdə ona ayrıca mənzil və ya otaqlarının sayı eyni olan yaşayış sahəsi verilməlidir.

Kirayəçi artıq mənzil sahəsinə malik olduqda yaşayış sahəsi adambaşına on iki kvadratmetrdən az olmayaraq, əlavə mənzil sahəsi hüququ olan kirayəçiyə və ya onunla yaşayan şəxsə isə əlavə sahə hüququ nəzərə alınmaqla verilir.

Çıxarılana verilən yaşayış sahəsi kirayə müqaviləsinin pozulması və kirayəçinin çıxarılması haqqında məhkəmə qətnaməsində göstərilməlidir.

Maddə 95. Vətəndaşlara digər yaşayış sahəsi verilməklə çıxarma

Aşağıdakılar digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər:

xalq təsərrüfatının çox mühüm sahələrinin yaşayış sahəsi vermiş müəssisələri, idarələri, təşkilatları ilə üzürlü səbəblər olmadan öz arzusuna görə və ya əmək intizamını pozduğuna yaxud cinayət etdiyinə görə işdən çıxarılması ilə əlaqədar əmək münasibətlərini kəsmiş fəhlə və qulluqçular (onlarla yaşayan şəxslərlə birlikdə) SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunuvericiliyi Əsaslarına uyğun olaraq belə müəssisələrin, idarələrin, təşkilatların siyahılarını SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər Soveti təsdiq edirlər;

kolxozların evlərində yaşayış sahəsi almış, kolxoz üzvlüyündən xaric edilən və ya öz arzusu ilə kolxozdan çıxan vətəndaşlar.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSR İttifaqı qanunvericiliyində digər. yaşayıŞ; sahəsi verilməklə vətəndaşların çıxarılmasının başqa halları da nəzərdə tutula bilər.

Maddə 96. Çıxarma ilə əlaqədar digər yaşayış sahyəsi verilməsi

Vətəndaşlara yaşayış sahəsindən çıxarma ilə əlaqədar verilən digər yaşayış sahəsi sanitariya tələblərinə, texniki tələblərə cavab verməli və həmin yaşayış məntəqəsində olmalıdır.

Çıxarılana verilən yaşayış sahəsi kirayə müqaviləsinin pozulması və kirayəçinin çıxarılması haqqında məhkəmə qətnaməsində göstərilməlidir.

M a d d ə 97. Vətəndaşların digər yaşayış sahəsi verilmədən çıxarılması

Əkər kirayəçi, onun ailə üzvləri və ya onunla birlikdə yaşayan başqa şəxslər yaşayış sahəsini mütəmadi dağıtsalar və ya korlasalar, ondan öz təyinatı üzrə istifadə etməsələr yaxud sosialist birgəyaşayış qaydalarını mütəmadi pozmaqla başqalarının onlarla bir mənzildə və ya bir evdə yaşamasını qeyri-mümkün etsələr, xəbərdarlıq və ictimai təsir tədbirləri bir nəticə verməsə, kirayədarın və ya marağı olan başqa şəxslərin tələbi ilə təqsirkarlar digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin uşaqları ilə birlikdə yaşaması mümkün sayılmırsa, belə şəxslər də digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər.

Birgə yaşamanın mümkün olmaması üzündən digər yaşayış sahəsi verilmədən çıxarılmalı şəxsləri məhkəmə məcbur edə bilər ki, yaşayış sahəsindən çıxmaq əvəzinə, onu yaşayış sahəsinin dəyişdirilməsində marağı olan tərəfin göstərdiyi başqa yaşayış sahəsi ilə dəYişdirsin.

Maddə 98. Yaşayış sahəsini özbaşına tutmuş vətəndaşların çıxarılması

Yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar.

M a d d ə 99. Orderin etibarsız hesab edilməsinin nəticələri

Yaşayış sahəsi orderi almış şəxslərin hüquqa uyğun olmayan hərəkətləri nəticəsində order etibarsız hesab edildikdə, bu şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Orderdə göstərilmiş vətəndaşlar əvvəllər dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən istifadə etmişlərsə, onlara əvvəl qaldıqları yaşayış sahəsi və ya digər yaşayış sahəsi verilməlidir.

Yaşayış sahəsi orderi, bu maddənin birinci hissəsində nəzərdə tutulan haldan başqa, digər əsaslara görə etibarsız hesab edildikdə, orderdə göstərilmiş vətəndaşlar digər yaşayış sahəsi (bu Məcəllənin 96-cı maddəsi) və ya əvvəl qaldıqları sahə verilməklə çıxarılmalıdırlar.

 

3-cü f ə s i l

 

XİDMƏTİ YAŞAYIŞ SAHƏSİNDƏN İSTİFADƏ

 

M a d d ə 100. Xidməti yaşayış sahəsi

Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

Maddə 101. Xidməti yaşayış sahəsi verilə bilən şəxslər kateqoriyalarının siyahısı

Xidməti yaşayış sahəsi verilə bilən işçilərin kateqoriyaları siyahısı SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilir.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər.

Maddə 102. Kolxozlara məxsus evlərdə xidməti yaşayış sahəsi

Kolxozlara məxsus evlərdə yaşayış sahəsinin xidməti yaşayış sahəsi sırasına aid edilməsi (o cümlədən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsasları qüvvəyə minməzdən əvvəl məskunlaşdırılmış evlərdə də ) və belə yaşayış sahəsi verilə bilən işçilər kateqoriyaları siyahısının müəyyən olunması kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilən qərarı ilə həyata keçirilir.

Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası

Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir.

Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və .başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir.

Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir.

Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini kirayə müqaviləsi haqqında bu Məcəllənin 51—63, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir.

M a d d ə 104. Xidməti yaşayış sahəsindən çıxarma

Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar

Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər;

 müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər;

xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər;

vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər;

müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər;

qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; I və II qrup əmək əlilləri, hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından I və II qrup əlillər;

yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.

 

4-cü f ə s i l

YATAQXANALARDAN İSTİFADƏ

 

Maddə 106. Yataqxanalar

Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.

Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir.

SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər.

Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası

Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir.

Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir.

Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir.

Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir.

Maddə 108. Yataqxanalardan çıxarma

İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar.

Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

5-ci f ə s i l

MƏNZİL-TİKİNTİ KOOPERATİVİ EVLƏRİNDƏ VƏTƏNDAŞLARIN YAŞAYIŞ SAHƏSİ İLƏ TƏMİN EDİLMƏSİ VƏ BU SAHƏDƏN İSTİFADƏ

Maddə 109. Mənzil-tikinti kooperativi evlərində yaşayış sahəsi almaq hüququ

Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar mənzil-tikinti kooperativinə daxil olmaq və orada mənzil almaq ixtiyarına malikdirlər.

Maddə 110. Mənzil-tikinti kooperativinə daxil olmaq istəyən vətəndaşların uçotu qaydası

Mənzil-tikinti kooperativinə daxil olmaq istəyən vətəndaşların uçotu qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir.

Mənzil-tikinti kooperativinə daxil olmaq istəyən vətəndaşlar onların yaşayış yerində yerli xalq-deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə yaxud iş yerində yanında kooperativ təşkil olunan müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittİfaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər.

 Pensiyaya çıxması ilə əlaqədar bu müəssisələrdə, idarələrdə, təşkilatlarda işi dayandırmış vətəndaşlar, habelə istehsalatda bədbəxt hadisə və ya, peşə xəstəliyi nəticəsində ölmüş işçilərin

ailələri həmin müəssisələrin, idarələrin, təşkilatların fəhlə qulluqçuları ilə bərabər uçota götürülürlər.

Maddə 111. Vətəndaşları mənzil-tikinti kooperativi üzvlüyünə qəbul şərtləri

Vətəndaşları mənzil-tikinti kooperativi üzvlüyünə qəbul şərtləri SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir.

Mənzil-tikinti kooperativi üzvlüyünə mənzil-tikinti kooperativinin təşkil edildiyi yaşayış məntəqəsində daimi yaşayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan (bu Məcəllənin 29-cu maddəsi ) 18 yaşına çatmış şəxslər qəbul edilə bilərlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində mənzil-tikinti kooperativi üzvlüyünə qəbulun digər şərtləri və əsasları da nəzərdə tutula bilər.

Maddə 112. Mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti qaydası

Mənzil-tikinti kooperativləri yerli xalq deputatları Soveti icraiyyə komitəsinin müvafiq idarəsi və ya şöbəsi yanında yaxud müəssisə, idarə, təşkilat yanında təşkil edilir.

Mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti qaydası SSR İttifaqı qanunvericiliyi, mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsi və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir.

Mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsini Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir.

Mənzil-tikinti kooperativi ona daxil olan şəxslərin ümumi yığıncağında mənzil-tikikti kooperativinin Nümunəvi nizamnaməsinə uyğun olaraq qəbul edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir. Mənzil-tikinti kooperativinin nizamnaməsi kooperativin təşkil olunduğu yerdə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.

Təşkil edilən mənzil-tikinti kooperativinə daxil olan şəxslərin xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahısına daxil edilmiş vətəndaşlar nizamnamənin qeydə alındığı vaxtdan həmin kooperativin üzvü sayılırlar. Mövcud mənzil-tikinti kooperativinə qəbul olunmuş vətəndaşlar ümumi yığıncağın qərarını müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi vaxtdan onun üzvü sayılırlar.

Mənzil-tikinti kooperativləri özlərinə məxsus yaşayış evlərini kooperativ mülkiyyəti hüquqları əsasında istismar edirlər.

M a d d ə 113. Mənzil-tikinti kooperativlərinin fəaliyyətinə yerli xalq deputatları Sovetlərinin nəzarəti

Yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri mənzil-tikinti kooperativlərinin fəaliyyətinə, onlara məxsus evlərin istismarına və təmirinə nəzarət edirlər. Kooperativin ümumi yığıncağının və ya idarə heyətinin qərarı qanunvericiliyə zidd olduqda rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi bu qərarı ləğv etmək ixtiyarına malikdir.

Maddə 114. Mənzil-tikinti kooperativlərinə dövlət yardımı

Mənzil-tikinti kooperativlərinə məxsus evlərin istismarında və təmirində, habelə bu evlərdə yaşayan vətəndaşlar çıxarılmadan əsaslı təmir mümkün olmadıqda, dövlət təmir müddəti üçün kooperativ üzvlərinin yaşayış sahəsi ilə təmin edilməsində mənzil-tikinti kooperativlərinə yardım göstərir.

Torpaq sahəsinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alınması ilə əlaqədar olaraq mənzil-tikinti kooperativinə məxsus ev sökülməlidirsə, sökülən evin əvəzində kooperativin mülkiyyətinə eyni dəyərli yaşayış evi verilir.

Maddə 115. Mənzil-tikinti kooperativi, üzvünə yaşayış sahəsi verilməsi

Mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir.

Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər.

Maddə 116. Kooperativ üzvünün olduğu yaşayış sahəsinin digər yaşayış sahəsi ilə dəyişdirilməsi

Kooperativ üzvü olduğu yaşayış sahəsini birlikdə yaşadığı ailə üzvlərinin razılığı olduqda şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin icazəsi ilə yerli Sovetlərin, dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində, habelə istər olduğu yaşayış məntəqəsində, istərsə də başqa yaşayış məntəqələrində yerləşən digər mənzil-tikinti kooperativləri evlərində başqa yaşayış sahəsi ilə dəyişdirmək ixtiyarına malikdir, bu şərtlə ki, müəyyən olunmuş qaydaya əməl edilməklə mənzil-tikinti kooperativi evinə köçən şəxs kooperativ üzvlüyünə qəbul edilsin.

Dəyişdirmə haqqında kooperativ üzvü ilə onun ailə üzvləri sazişə gəlmədikdə kooperativ üzvü, habelə onun pay yığımının bir hissəsinə hüququ etiraf olunan ailə üzvü yaşayış sahəsinin müxtəlif evlərdə (mənzillərdə) yaşayış sahəsi ilə məcburi dəyişdirilməsini məhkəmə qaydasında tələb etmək ixtiyarına malikdir.

Bu Məcəllənin 69-cu maddəsində göstərilən hallarda dəyişdirməyə yol verilmir.

Maddə 117. Mənzil-tikinti kooperativi üzvünün mənzil hüquqları və vəzifələrinin müəyyən edilməsi

Mənzil-tikinti kooperativi üzvünün, habelə onun ailə üzvlərinin hüquq və vəzifələri, yaşayış sahəsindən istifadə şərtləri və istifadəyə xitam verilməsi əsasları kooperativin nizamnaməsi ilə müəyyən edilir.

Mənzil-tikinti kooperativi nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: yaşayış sahəsinin kirayəyə verilməsi və yaşayış sahəsindən müvəqqəti sakinlər köçürülməsi qaydası; müvəqqəti başqa yerə getmiş kooperativ üzvünün və onun ailə üzvlərinin mənzil hüququnun saxlanması şərtləri; pay yığımı bölüşdürülərkən yaşayış sahəsindən istifadə qaydası və mənzil-tikinti kooperativi evində yaşayış sahəsindən istifadənin başqa şərtləri.

 

6-cı f ə s i l

FƏRDİ MƏNZİL FONDU EVLƏRİNDƏ YAŞAYIŞ SAHƏSİNDƏN

İSTİFADƏ

 

 

Maddə 118. Vətəndaşa şəxsi mülkiyyət hüququ ilə məxsus olan yaşayış evindən istifadə

Şəxsi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilən şərtlərlə və qaydada evə başqa vətəndaşlar köçürmək, habelə evi kirayəyə vermək ixtiyarına malikdirlər.

Vətəndaşa şəxsi mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin (evin bir hissəsinin) son həddi, habelə ümumi pay mülkiyyətində olan yaşayış evindən istifadə, qaydası Azərbaycan SSR Mülki məcəlləsi ilə müəyyən edilir.

Maddə 119. Mülkiyyətçinin evin qorunmasını təmin etmək vəzifələri

Şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar onun qorunmasını təmin etməli, öz hesabına cari və əsaslı təmir aparmalı, evyanı ərazini səliqəli saxlamalıdırlar.

Vətəndaş ona məxsus olan evə təsərrüfatsızcasına münasibət bəslədikdə, Azərbaycan SSR Mülki məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan nəticələr baş verir.

Maddə 120. Vətəndaşlara məxsus yaşayış evlərinin təmirin və abadlaşdırılmasına dövlət yardımı

Şəxsi mülkiyyətində yaşayış evləri olan vətəndaşlara dövlət bu evlərin təmirində və abadlaşdırılmasında yardım göstərir. Vətəndaşlara məxsus evləri onların arzusu ilə əhaliyə məişət xidməti müəssisələri təmir edə bilərlər.

Maddə 121. Vətəndaşlara məxsus evlərin saxlanmasına yerli Sovetlərin nəzarəti

Yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri vətəndaşlara məxsus evlərin saxlanmasına nəzarət edirlər.

Maddə 122. Şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşların hüquqlarının təminatı

Vətəndaşların şəxsi mülkiyyətində olan yaşayış evləri, SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş hallardan başqa, onlardan alına bilməz, mülkiyyətçi yaşayış evindən istifadə hüququndan məhrum edilə bilməz.

Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri

Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 124. Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərdə yaşayış sahəsini kirayə müqaviləsinin bağlanması

Şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa kirayəyə vermək ixtiyarına malikdir.

Yaşayış sahəsini kirayə müqaviləsinin qüvvədə olması müddəti və yaşayış sahəsindən istifadənin digər şərtləri tərəflərin razılığı ilə müəyyən edilir. .

Maddə 125. Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərdə yaşayış sahəsindən istifadə və kommunal xidmətlər haqqı

Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərdə yaşayış sahəsindən istifadə haqqı tərəflərin razılığı ilə müəyyən olunur, lakin Azərbaycan SSR Nazirlər Sovetinin həmin evlər üçün müəyyən etdiyi son həddən yüksək ola bilməz.

Kommunal xidmətlər haqqı yaşayış sahəsindən istifadə haqqından əlavə, müəyyən edilən qaydada təsdiq olunmuş tariflər üzrə tutulur.

Yaşayış sahəsindən istifadə və kommunal xidmətlər haqqının ödənilməsi müddətləri tərəflərin razılığı ilə müəyyən edilir.

M a d d ə 126. Kirayəçinin öz ailə üzvlərini yaşayış sahəsinə köçürmək hüququ

Şəxsi mülkiyyət hüququ ilə vətəndaşa məxsus evdə yaşayış sahəsinin kirayəçisi ona kirayəyə verilmiş sahəyə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdir. Kirayəçi təcrid edilmiş sahə tutursa, o özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) və əmək qabiliyyəti olmayan valideynlərini də oraya köçürmək ixtiyarına malikdir.

Başqa şəxslərin köçürülməsinə yalnız ev mülkiyyətçisinin və kirayəçi ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə yol verilir.

M a d d ə 127. Kirayə müqaviləsinin dəyişdirilməsi

Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərdə kirayə müqaviləsinin dəyişdirilməsinə, bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız tərəflərin razılığı ilə yol verilir.

Kirayəçi öldükdə evin mülkiyyətçisi ölən şəxsin kirayəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış üzvlərindən biri ilə qalan müddət üçün kirayə müqaviləsi bağlamalıdır.

M a d d ə 128. Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərdə yaşayış sahəsinin dəyişdirilməsi

Şəxsi mülkiyyət hüququ ilə vətəndaşa məxsus evdə yaşayış sahəsinin kirayəçisi olduğu yaşayış sahəsini həmin evdə yaxud şəxsi mülkiyyət hüququ ilə vətəndaşa məxsus digər evdə başqa kirayəçinin olduğu yaşayış sahəsinə, kirayə müqavilələri üzrə hüquq və vəzifələri qarşılıqlı surətdə verməklə, ev mülkiyyətçisinin razılığı ilə dəyişdirmək ixtiyarına malikdir.

Kirayəçi yaşayış sahəsinin dəyişdirilməsinə razılıq verilməsindən imtina barədə məhkəməyə şikayət edə bilməz.

Maddə 129. Kirayəçinin əsaslı təmir müddətinə evdən çıxarılması

Şəxsi mülkiyyət hüququ ;ilə vətəndaşa məxsus evi əsaslı təmir etmək zəruri olarkən, evdə yaşayan şəxsləri çıxarmadan təmir mümkün olmadıqda, ev mülkiyyətçisi kirayəçilərin çıxmasını tələb etmək ixtiyarına malikdir.

Şəxsi mülkiyyət hüququ ilə evi olan vətəndaş əsaslı təmir dövrü üçün kirayəçiyə başqa yaşayış sahəsi verməyə borclu deyildir.

Kirayəçi yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, ev mülkiyyətçisi onun məhkəmə qaydasında çıxarılmasını tələb etmək ixtiyarına malikdir.

Təmir qurtardıqdan sonra ev mülkiyyətçisi, evin yenidən qurulmasına dair yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi plana uyğun olaraq kirayəçinin olduğu yaşayış sahəsinin saxlanmadığı hallardan başqa, ev mülkiyyətçisinə məxsus evdən çıxarılanlara əvvəllər onların olduqları yaşayış sahəsini və ya həmin evdə digər bərabər yaşayış sahəsi verməlidir.

Maddə 130. Kirayəçinin yaşayış sahəsini kirayə müqaviləsini təzələmək hüququ

Şəxsi mülkiyyət hüququ ilə vətəndaşa məxsus evdə yaşayış sahəsini kirayə müqaviləsinin müddəti qurtardıqda kirayəçi müqaviləni təzələmək ixtiyarına malikdir.

Yaşayış sahəsi ev mülkiyyətçisinin və onun ailə üzvlərinin yaşaması üçün zəruri olduqda, habelə müqavilə üzrə vəzifələri kirayəçi mütəmadi yerinə yetirmədikdə ev mülkiyyətçisi müqaviləni təzələməkdən imtina etmək ixtiyarına malikdir və müqavilə müddətinin qurtarmasına üç ay qalmış bu barədə kirayəçini xəbərdar etməlidir. Mübahisə yarandıqda məsələ məhkəmə qaydasında həll olunur.

Müqavilə bİr ildən artıq olmayan müddətə bağlanmışsa və həmin müddət qurtardıqdan sonra yaşayış sahəsini boşaltmaq öhdəyə götürülmüşsə, kirayəçi müqavilənin təzələnməsini tələb etmək ixtiyarına malik deyildir.

Maddə 131. Yaşayış sahəsini kirayə müqaviləsinin kirayəçi tərəfindən pozulması

Şəxsi mülkiyyət hüququ ilə vətəndaşa məxsus evdə yaşayış sahəsinin kirayəçisi yaşayış sahəsini kirayə müqaviləsini hər vaxt pozmaq ixtiyarına malikdir.

Maddə 132. Yaşayış sahəsini kirayə müqaviləsinin mülkiyyətçinin tələbi ilə pozulması

Yaşayış sahəsini kirayə müqaviləsi müddət göstərilmədən bağlanmışsa, kirayəyə verilmiş sahə ev mülkiyyətçisinin və onun ailə üzvlərinin yaşaması üçün zəruri olduqda mülkiyyətçi müqavilənin məhkəmə qaydasında pozulmasını tələb etmək ixtiyarına malikdir. Müqavilənin pozulması haqqında kirayəçi üç ay əvvəl xəbərdar edilməlidir.

Kirayəçi yaşayış sahəsindən istifadə və kommunal xidmətlər üçün müntəzəm surətdə haqq vermədikdə, habelə bu Məcəllənin 97-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan əsaslara görə mülkiyyətçi müqavilənin pozulmasını hər vaxt tələb etmək ixtiyarına malikdir.

Müqavilənin qüvvəsinə xitam verildikdə, yaşayış sahəsini boşaltmaqdan imtina edən kirayəçi digər yaşayış sahəsi verilmədən, onunla yaşayan bütün şəxslərlə birlikdə məhkəmə qaydasında çıxarılmalıdır.

M a d d ə 133. Evə mülkiyyət hüququ başqa şəxsə keçdikdə kirayə müqaviləsinin dəyişdirilməsi və ya pozulması

Kirayəyə verilmiş sahənin olduğu evə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, kirayə müqaviləsində göstərilən müddət qurtaranadək müqavilə qüvvədə qalır.

Kirayə müqaviləsi müddət göstərilmədən bağlanmışsa, evin yeni mülkiyyətçisi bu Məcəllənin 130 və 132-ci maddələrində göstərilən əsaslar üzrə və qaydada müqaviləni təzələməkdən imtina edə bilər ya onu poza bilər.

Maddə 134. Vətəndaşlara məxsus evlərdə yaşayış sahəsindən ömürlük istifadə hüququ

Şəxsi mülkiyyət hüququ ilə vətəndaşa məxsus evdə yaşayış sahəsindən ömürlük istifadə hüququ, habelə həmin sahədən istifadə şərtləri və qaydası Azərbaycan SSR Mülki məcəlləsi ilə müəyyən edilir.

Maddə 135. Torpaq sahələrinin alınması ilə əlaqədar evləri söküləcək vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi

Torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alınması ilə əlaqədar vətəndaşların şəxsi mülkiyyətindəki yaşayış evləri söküldükdə həmin vətəndaşlara, onların ailə üzvlərinə, habelə bu evlərdə daimi yaşayan başqa vətəndaşlara dövlət və ya ictimai mənzil fondu evlərində müəyyən edilmiş normalar üzrə mənzil verilir. Bundan əlavə, yaşayış evlərinin mülkiyyətçilərin onların arzusuna görə ya sökülən evlərin, tikililərin və qurğuların dəyəri ödənilir, ya da bu evlərin, tikililərin və qurğuların materiallarından öz istədikləri kimi istifadə etmək hüququ verilir. Vətəndaşların arzusu ilə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri onlara (mənzil vermək əvəzinə) mənzil-tikinti kooperativləri üzvlüyünə növbədənkənar daxil olmaq və orada mənzillər almaq imkanı verirlər.

SSR İttifaqının və müttəfiq; respublikaların mənzil! qanunvericiliyi Əsaslarına uyğun olaraq mənzil verilməsi qaydasını, sökülən evlərin, tikililərin və qurğuların dəyərinin məbləğini və ödənilməsi qaydasını SSRİ Nazirlər Soveti müəyyən edir.

Maddə 136. Söküləcək yaşayış evlərinin və tikililərin köçürülməsi

Vətəndaşlara məxsus olan söküləcək yaşayış evləri və tikililər onların arzusu ilə köçürülüb təzə yerdə bərpa edilə bilər.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq evlərin, tikililərin və qurğuların köçürülməsi şərtlərini SSRİ Nazirlər Soveti müəyyən edir.

M a d d ə 137. Evləri söküləcək vətəndaşlar üçün təzə yerdə yaşayış evləri, tikililər və qurğular inşa edilməsi

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi hallarda, evləri söküləcək vətəndaşlar üçün onların öz arzusu ilə təzə yerdə yaşayış evləri, tikililər və qurğular inşa edilir və həmin vətəndaşların şəxsi mülkiyyətinə verilir. Bu zaman sökülən yaşayış evlərinin, tikililərin və qurğuların dəyəri ödənilmir.

 

IV B Ö L M Ə

MƏNZİL FONDUNUN QORUNMASININ TƏMİN EDİLMƏSİ, ONUN İSTİSMARI VƏ TƏMİRİ

Maddə 138. Mənzil fondunun qorunmasının təmin edilməsi

Dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər mənzil fondunun qorunması və onun abadlığının artırılması qayğısına qalmalıdırlar.

Balansında mənzil fondu olan müəssisələr, idarələr, təşkilatlar onun qorunması üçün məsuliyyət daşıyırlar.

Maddə 139. Mənzil fondunun qorunmasını təmin etməkdə kirayədarın vəzifələri

Kirayədar yaşayış evlərini vaxtında təmir etməli, evlərin və yaşayış sahələrinin mühəndis avadanlığının fasiləsiz işləməsini, evlərin girəcəyinin, başqa ümumi istifadə yerlərinin və evyanı ərazinin səliqəli saxlanmasını təmin etməlidir.

Mənzil fondunun əsaslı təmiri, yaşayış evlərinin mühəndis avadanlığının işindəki qüsurların aradan qaldırılması və yaşayış sahəsinin kirayədar tərəfindən yerinə yetirilməli olan cari təmiri işləri mənzil fondunun texniki istismarı qaydalarına və normalarına müvafiq surətdə görülür.

Təcili zərurətlə əlaqədar hallarda təmir vəzifələrinin kirayədar tərəfindən yerinə yetirilməməsi yaşayış sahəsinin kirayəçisinə həmin sahəni təmir etmək və onun dəyərini mənzil haqqının hesabına aid etmək hüququ verir.

M a d d ə 140. Yaşayış evlərinin qorunmasını təmin etməkdə vətəndaşların vəzifələri

Vətəndaşlar yaşayış sahəsinin qorunmasını təmin etməli, sanitariya-texniki və digər avadanlığa, abadlıq obyektlərinə qayğı  ilə yanaşmalı, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, evlərin girəcəklərində, lift kabinələrində, pilləkənlərdə və digər ümumi istifadə yerlərində təmizliyə və səliqəyə riayət etməlidirlər.

Yaşayış sahəsi kirayəçiləri Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilən şərtlərlə və qaydada yaşayış sahəsinin onların vəzifələrinə aid edilmiş cari təmirini öz hesablarına aparmalı, sahəni boşaltdıqda isə onu tam yararlı halda təhvil verməlidirlər.

Yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri yaşayış sahəsinin cari təmirində vətəndaşlara yardım göstərirlər.

Balansında mənzil fondu olan müəssisələr, idarələr, təşkilatlar da yaşayış sahəsinin cari təmirində vətəndaşlara yardım göstərirlər.

Maddə 141. Dövlət və ictimai mənzil fondu və mənzil-tikinti kooperativləri fondu istismarının və təmirinin təşkili

Dövlət və ictimai mənzil fondunun, habelə mənzil-tikinti kooperativləri fondunun istismarı və təmiri işləri mənzil fondunun istismarına və təmirinə dair vahid qaydalara və normalara hökmən əməl edilməklə aparılır.

SSR İttifaqı və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq şəhərlərdə və şəhər tipli qəsəbələrdə dövlət mənzil fondunun (idarə mənsubiyyətindən asılı olmayaraq) istismarını və təmirini SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri qaydada vahid mənzil-istismar və vahid təmir-tikinti orqanları həyata keçirirlər.

Dövlət mənzil-istismar və təmir-tikinti orqanları müqavilə üzrə ictimai mənzil fondu evlərinə və mənzil-tikinti kooperativləri evlərinə texniki xidmət göstərir və bu evləri təmir edirlər.

Maddə 142. Kolxozlara, sovxozlara və kənd yerlərində olan digər təşkilatlara məxsus yaşayış evləri istismarının və təmirinin təşkili

Kolxozlara, sovxozlara, kənd yerlərində olan digər müəssisələrə, idarələrə, təşkilatlara məxsus yaşayış evlərinin istismarını və təmirini onların mənzil-istismar və təmir-tikinti orqanları hə. yata keçirirlər. Belə orqanlar olmadıqda, göstərilən evlərin istismarını və təmirini yerli xalq deputatları Sovetlərinin mənzil-istismar və təmir-tikinti təşkilatları həyata keçirirlər.

Maddə 143. Mənzil fondunun istismarı və təmiri xərclərinin maliyyələşdirilməsi

Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun istismarı və təmiri (cari və əsaslı təmiri) xərcləri mənzil-istismar təşkilatlarının vəsaiti hesabına, bu vəsait çatışmadıqda isə dövlət büdcəsi hesabına maliyyələşdirilir.

İdarə mənzil fondunun istismarı və cari təmiri xərcləri müəssisələrə, idarələrə, təşkilatlara tabe olan mənzil-istismar təşkilatlarının vəsaiti hesabına, bu vəsait çatışmadıqda isə müvafiq müəssisələrin, idarələrin, təşkilatların vəsaiti hesabına maliyyələşdirilir. İdarə mənzil fondunun əsaslı təmiri müvafiq müəssisələrin, idarələrin, təşkilatların bu məqsədlər üçün nəzərdə tutulan vəsaiti hesabına aparılır.

İctimai mənzil fondunun istismarı və təmiri xərcləri fond sahiblərinin öz vəsaiti hesabına maliyyələşdirilir.

Mənzil-istismar təşkilatlarının balansında olub ticarət və məişət ehtiyacları üçün, qeyri-sənaye xarakterli digər ehtiyaclar üçün nəzərdə tutulan ayrıca qeyri-yaşayış tikililərinin və yaşayış evlərindəki qeyri-yaşayış sahələrinin istismarı və təmiri ilə əlaqədar xərclər, habelə bunların istismarı və təmirinin maddi-texniki təminatı mənzil-istismar təşkilatlarının təsərrüfat fəaliyyəti planlaşdırılarkən nəzərə alınır.

Mənzil-tikinti kooperativləri evlərinin istismarı və təmiri xərcləri kooperativlərin vəsaiti hesabına maliyyələşdirilir.

Maddə 144. Mənzil fondu istismarının və təmirinin maddi-texniki təminatı

SSR İttifaqınIn və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq dövlət və ictimai mənzil fondunun, mənzil-tikinti kooperativləri fondunun istismarı və təmiri; üçün lazım olan maddi-texniki ehtiyatlar bunların məsrəfi normalarına uyğun olaraq, SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi qaydada müttəfiq respublikaların Nazirlər Sovetlərinə, SSRİ nazirliklərinə, dövlət komitələrinə və baş idarələrinə ayrılır.

 

V B Ö L M Ə

MƏNZİL QANUNVERİCİLİYİNİ POZMAĞA GÖRƏ MƏSULİYYƏT

 

Maddə 145. Mənzil fondundan lazımi qaydada istifadə edilməməsinə və mənzil qanunvericiliyinin digər pozulma hallarına görə məsuliyyət

Aşağıdakı hallarda:

mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, uçotdan çıxarmaq və vətəndaşlara yaşayış sahəsi vermək qaydasını pozmaqda;

yaşayış evlərinə və yaşayış sahələrinə sakinlər köçürülməsinin müəyyən olunmuş müddətlərinə əməl etməməkdə;

yaşayış sahəsindən istifadə edilməsi, ümumi istifadə yerlərinin, pilləkənlərin, liftlərin, evlərin girəcəklərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarını pozmaqda;

yaşayış evlərini və yaşayış sahələrini özbaşına yenidən qurmaqda və yenidən planlaşdırmaqda, bunlardan başqa məqsədlər üçün. istifadə etməkdə;

yaşayış evlərinin, yaşayış sahələrinin və mühəndis avadanlığının istismarı qaydalarını pozmaqda, bunları təsərrüfatsızcasına saxlamaqda;

yaşayış evlərini, yaşayış sahələrini, onların avadanlığını və abadlıq obyektlərini korlamaqda;

təqsiri olan şəxslər SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti, inzibati və ya digər məsuliyyət daşıyırlar.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə mənzil qanunvericiliyinin digər pozulma hallarına görə də məsuliyyət müəyyən edilə bilər.

M a d d ə 146. Mənzil fonduna dəymiş zərərin ödənilməsi

Yaşayış evlərinə, yaşayış sahələrinə, mühəndis avadanlığına, abadlıq obyektlərinə və evlərin yaxınlığındakı yaşıllıqlara zərər vuran müəssisələr, idarələr, təşkilatlar, habelə vətəndaşlar vurduqları zərəri ödəməlidirlər.

Zərərin ödənilməsi üçün müəssisələrin, idarələrin, təşkilatların xərc çəkməsində təqsirkar olan vəzifəli şəxslər və başqa işçilər müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar.

 

VI B Ö L M Ə

MƏNZİL MÜBAHİSƏLƏRİNİN HƏLLİ

 

M ad d ə 147. Mənzil mübahisələrinin həlli qaydası

Mənzil mübahisələrini SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq məhkəmə, arbitraj, münsiflər məhkəməsi və yoldaşlıq məhkəməsi, habelə buna səlahiyyətli başqa orqanlar həll edirlər.

 

VII BÖLMƏ

 

SON QAYDALAR

 

Maddə 148. Xaricə göndərilən vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, işləmək üçün xaricə göndərilən vətəndaşlar SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi qaydada və şərtlərlə olduqları yerdə yaşayış sahəsi ilə təmin edilirlər.

M a d d ə 149. Beynəlxalq müqavilələr

SSRİ-nin beynəlxalq müqaviləsində sovet mənzil qanunvericiliyindəki qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

Azərbaycan SSR-in beynəlxalq müqaviləsində Azərbaycan SSR mənzil qanunvericiliyinin nəzərdə tutduğu qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, Azərbaycan SSR mənzil qanunvericiliyi barəsində də bu cür qayda tətbiq olunur.